Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ugur psixologiyasi.doc
Скачиваний:
13
Добавлен:
24.09.2019
Размер:
3.9 Mб
Скачать

Məqsədsiz olmayın...

Sizcə, həyatda uğur qazanmaq üçün ilk şərt nədir? Bəlkə bilikdir? Bəlkə zəhmətdir? Əslində bunların heç biridir. Həyatda uğur qazanmaq üçün ilk şərt məqsəddir... 1953-cü ildə bir qrup alim Yell Universitetinin məzunları arasında araşdırma aparırlar. Məzunlardan gələcək planlarını və bu planları necə həyata keçirmək istədiklərini yazmağı tələb edirlər. Nəticədə məzunların ancaq 3 faizinin belə «yazılı planları» olduğunu görürlər. İyirmi il sonra alimlər ( yəni 1973-cü ildə) araşdırmada iştirak edən adamlarla yenidən görüşürlər və onların maddi baxımdan qalan 97 faizin hamısından daha yaxşı vəziyyətdə olduqlarını görürlər. Üstəlik, alimlər rəqəmlərlə ölçmək mümkün olmayan subyektiv məsələlərdə də (məsələn, xoşbəxtlik kimi) həmin 3 faizin qalan 97 faizdən irəli olduqlarını müəyyən edirlər. Sizcə, elə bu kiçik misal da həyatda uğur qazanmaq üçün ilk şərtin məqsəd olduğunu göstərmirmi?.. Ancaq hər şeydə tarazlıq olduğu kimi, məqsəddə də tarazlıq olmalıdır. Məsələn, əgər insan " Uğur qazanmaq ürəyin istədiyini etməkdir " deyirsə, zövqlərinin əsirinə çevrilir. Halbuki zövq dediyimiz şey dəniz suyuna bənzəyir. İnsan o sudan içdikcə susayır, susadıqca içir. " Uğur insanın özünü bir şeyə həsr etməsidir " deyən insan da səhv edir. Çünki o da öz məqsədlərinin kölgəsində cansıxıcı bir həyat yaşayır. Həyatını " xəzinə axtarmağa " həsr etsə də, " həyat xəzinəsi " əriyib gedir. Ona görə burada da əsas məsələ tarazlığı qorumaqdır. Tarazlığı qorumaq üçün əsas şərt isə ölçülü olmaqdır. Başqa ehtimalın və ya variantın olmaması da uğur qazanmaqda vacib şərtdir. Məsələn, keçmiş sovet idmançılarının olimpiadalarda bütün medalları qazanmasının əsas səbəbi " kommunizm üçün " mübarizə aparmaları idi. Tariq ibn Ziyad isə 5 min nəfərlik bir ordu ilə özündən iyirmi dəfə çox düşmənə qarşı vuruşmaq üçün sahilə çıxmış və geri qayıtmamaq üçün gəldiyi gəmiləri yandırmışdı. Və o bu yolla nəinki İspaniyanı fəth etdi, həm də bəşər tarixinə böyük incilər bəxş edəcək 8 əsrlik bir mədəniyyətin təməlini atdı. Gəlin məqsədimizə doğru irəliləyək...

 Dərs

ABŞ-da iş axtaran gənc bir oğlan avtomobil sənayesinin maqnatı, məşhur sahibkar Henri Fordun qəbuluna düşmək istəyir. Fordun katibəsi oğlana müdirinin onunla yalnız 8 ay sonra görüşə biləcəyini deyir. Razılaşdıqları vaxtda görüşmək üçün gənc səkkiz ay sonra yenidən şirkətə yollanır. Katibə Fordun bir görüşü olduğunu, amma gəncin onunla birlikdə gedə biləcəyinı söyləyir. O, dünyanın ən məşhur sahibkarlarından biri ilə maşına əyləşir. Yolda  heç biri ağzını açıb danışmır. Bir qədər sonra ikisi birlikdə bir mağazaya girirlər. Mağaza sahibi onları ehtiramla qarşılayır. Gənc oğlan Fordun yanında daha 5 marketə baş çəksə də, ikisinin arasında heç bir söhbət olmur. Nəhayət, geriyə qayıtmaq üçün maşına əyləşəndə gənc dayana bilmir və Forda: “Bağışlayın, niyə mənimlə danışmırsınız? Axı biz sizinlə mənim işə götürülməyim barədə söhbət etməliyik. Mən 8 aydır ki, bu anı gözləyirəm”, – deyir.“Deməli, səninlə söhbət etməliydik hə?! Çox yaxşı...” – deyən Ford gəncdən maşından düşməsini xahiş edir və özü də oradan uzaqlaşır. Cibində bir qəpiyi belə olmayan və şəhərin kənar bir məhəlləsində qalan gənc əsəbindən nə edəcəyini bilmir və piyada evinə yollanır.

Amma bütün gün boyu fikirləşirdi ki, məşhur sahibkar ona bu hərəkətlərlə nəsə çatdırmaq istəyirdi. Bu hadisədən necə dərs çıxarılmalı idi? Bir neçə gün fikirləşdikdən sonra öz-ozlüyündə müəyyən qərara gələn oğlan Fordla birgə getdikləri ilk mağazaya baş çəkir. Oranın sahibi oğlanı böyük ehtiramla qarşılayır və sanki Fordla söhbət edirmiş kimi, gəncə iltifat göstərir. Digər mağazalarda da eyni münasibəti görən oğlan market müdirlərinə işgüzar təklif verərək, onların məhsullarını pərakəndə məntəqələrə yaymaq istədiyini bildirir. Hər birindən müsbət cavab alır və əlində bir qəpiyi belə olmadan işə başlayır. Beş il sonra həmin gənc Amerikanın ən varlı sahibkarlarından biri olur. Və qərara gəlir ki, Henri Fordu ziyarət edib ona öz təşəkkürünü bildirsin. Katibədən görüş üçün vaxt istədikdə aldığı cavabdan heyrətə düşür: “Buyurun, cənab Ford elə sizi gözləyirdi”. Görüş zamanı Ford ona bunları deyir:“Həmin yerdə maşından düşürtdüyüm nə birinci, nə də axırıncı adamsınız. Amma onların arasında yalnız siz mənim nə demək istədiyimi başa düşdünüz. Və elə o gündən bəri mən sizin fəaliyyətinizi yaxından izləyirəm”.

Gündəlik həyatda vəziyyətimizi yaxşılaşdırmaq üçün bir çox fürsətlərlə qarşılaşırıq. Amma bu fürsətlər “iş donu” geyindiklərindən onları düzgün dəyərləndirmək əlavə məharət tələb edir. Fürsətdən istifadə etmək yalnız qazanc gətirir: ya uğur, ya da ondan daha vacib olan uğursuzluq təcrübəsi qazanırsınız. Bəziləri “Sonsuz güc” adlı seminar və konfranslarda müəyyən psixoloji təsir altında insanları şüşə qırıntıları, köz və ya mismarların üzərində gəzdirərək onlara potensial güclərinin çox yüksək olduğunu təlqin edirlər. “Sehrbazlar” bunu “sonsuz güc” adlandırsalar da, məsələnin kökü sonlu, məhdud gücümüzün böyük potensiala malik olduğunu qəbul etməyimizdə və güc həddimizi bilərək yaşamağımızdadır. Fikirlərimiz məhdud olduğuna görə potensialımızın çox cüzi bir hissəsindən istifadə edə bilirik. Var gücümüzdən, yəni potensialımızdan istifadə etməyə başladıqda gizli bacarıq və qabiliyyətlərimiz ortaya çıxacaq, işlərimizi daha uğurla yerinə yetirəcəyik. “Nəzər nöqtəmiz dəyişdikdə, həqiqətlər də dəyişəcək” fikri daxili inamımızın əsasını təşkil etməlidir.  Balacalıqda qoyunlar arasına düşmüş şir balasına günlərin birində bir qoyun deyir ki: “Sən qoyun deyilsən, heyvanların şahı şirsən”. Şir balası bu sözlərə inanmır və deyir: “Elə şey ola bilməz, görmürsən, əməlli-başlı qoyunam?!” Onun şir olduğunu başa salmağa çalışan qoyun isə: “Buna inanmaq istəyirsənsə, bizim kimi yox, daxildən gəldiyi kimi səs çıxartmağa çalış”, – deyir. Bala şir naəlac qalaraq, ürəksiz bir nərə çəkir. Elə o dəqiqə ətrafdakı bütün heyvanlar “yaşasın kral” deyib özünü “tapmış” şiri alqışlayırlar.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]