Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ugur psixologiyasi.doc
Скачиваний:
13
Добавлен:
24.09.2019
Размер:
3.9 Mб
Скачать

Michael Dell "İçindəki səsi dinlə"

Gənc bir adam anasının və atasının istəyi ilə o il Texas Universitetində təhsilinə başlayacaq. Amma onun fikri avtomobilin arxa kreslosunda olan kompüterdə. Austindəki evinə köçür və ilk olaraq kompüterin içini açır və araşdırmağa başlayır. Mağazadan 3 min dollara aldığı bu kompüterin içindəki hissələrin dəyəri sadəcə 600 dollardır. Ağlından   sadəcə bu sadə sual keçir «Mən bu kompüteri istehlakçıya daha ucuz necə sata bilərəm?».   Dərslər başlayır və bir müddət sonra dərslərində aşağı qiymətlər almağa başlayır. BUnu bilən valideynləri bir gün ona xəbər vermədən təyyarəylə  Austinə gəlirlər. Gənc Michael hissələrə ayırdığı kompüterləri yoldaşının otağındakı vannaya doldurub pərdəylə örtür. Ailəsi evinə gəlir  və vannadakı kompüter hissələrini görən ata Michael üçün bəlkə də həyatının ən əhəmiyyətli anlarından birini yaşadır. Atası oğluna: «Bu kompüter töküntüklərini bəlkə bir tərəfə atıb artıq dərslərinlə maraqlansan ?!»  Bəli, hətta gecə yuxusuna belə girən kompüter üçün atasının istifadə etdiyi söz budur — tör-töküntü. Atası sözünə davam edir: «Artıq öz  prioritetlərini qur və həyatda nə etmək istədiyinə qərar ver.» Halbuki Michaelin bu suala cavabı çoxdan hazır idi: «IBM (International Business Machines) ilə rəqabət etmək istəyirəm.»  Bir tərəfdən də ana və atasının təhsili üçün etdiyi təzyiq, digər tərəfdən içindəki «SƏS»in ona dediyi istiqamət. Bu qərarsızlıq anında Michaelin hələ 18 yaşı var idi. Ana və atasının təkidi nəticəsində canı kimi sevdiyi kompüterləri bir kənara buraxıb, təhsilini davam etdirir. Ancaq bu sadəcə üç həftə davam edir. Sonda yenə kompüter eşqi qalib gəlir və bir daha ayrılmamaq üzrə, dağılıb parçalanmış ÇİPlərin (elektron hissə)  olduğu kompüter dəzgahına geri dönür. Ana və atasını razı  salıb məktəbdən ayrılması mümkün deyil. O səbəbdən öz qərarını özü verir. Məktəbin ilk ilini bitirir və məktəbdən ayrılır. İçindəki səsin işarə etdiyi yolda gedən Michael Dell, bu gün dünyanın ən böyük kompüter istehsalçısı DELL şirkətinin sahibidir. 

Bir gün imtahanda...

Məkan: Universitet Auditoriyası Fənn  :  Fəlsəfə Şagirdləri ən çox intellektual cəhətdən sıxışdıran müəllimin illik final imtahanı. İmtahan sualı olaraq müəllim lövhəyə «Why?» (Niyə?) yazır. Tələbələr ilk əvvəl nə yazacaqlarını bilmirlər. Sonra hər kəs bir şey yazmağa başlayır. Yalnız bir  tələbə imtahanın ilk dəqiqəsində vərəqin təhvil verir. Tələbənin cavabı da sual kimi qısa olur: «Why not?»(Niyə olmasın ki?) Bu tələbə imtahandan «5» alır.  Eyni müəllim başqa bir imtahanda «risk nədir?» deyə soruşur. Yenə bir tələbə imtahanın ilk 10 saniyəsində vərəqin təhvil verir.  Kağızın üst qismində yalnız ad — soyad yazılıb, qalanı isə bomboş ağ vərəq. Ən altda isə «Bax, risk budur» deyə yazır. Və nəticədə sinifdə ən yüksək qiyməti alır. Müəllimin bir sonrakı imtahanında yenə «Risk nədir?» sualıyla qarşılaşan tələbə təkrar boş kağız verdikdə bu dəfə 0 alır. Təbii ki, qaça — qaça müəllimə gedib səbəbini soruşur. Cavab düşündürücüdür: «Eyni şərtlərlə eyni riski iki dəfə etmək axmaqlıqdır!

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]