Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ugur psixologiyasi.doc
Скачиваний:
13
Добавлен:
24.09.2019
Размер:
3.9 Mб
Скачать

Biznesmenlər üçün

Bir şirkətdə Hamı, Biri, Hər Biri və Heç Kim adlı dörd işçi çalışırdı. Yerinə yetiriləsi mühüm bir iş var idi. Hamı inanırdı ki, Biri bu işi yerinə yetirəcək. Əslində işin öhdəsindən Hər Biri də gələ bilərdi, amma Heç Kim yerinə yetirmirdi. Bu vəziyyət Birinin yaman acığına gəldi, çünki bu iş Hamının işi idi. Hamı Hər Birinin bu işi yerinə yetirəcəyini fikirləşirdi, amma Heç Kim Hamının bu işin öhdəsindən gələ bilməyəcəyindən xəbərdar deyildi. Nəticədə Hər Birinin edə biləcəyi bir işi Heç Kim yerinə yetirmədiyi üçün Hamı Birini günahlandırdı... Yaxşı təşkilatçılıq olmayan yerdə qayda-qanun yox, insanlar hökm edir... 

İki sahibkar bir kitabdan oxuduqları proqnoza əsaslanaraq, əllərində olan bütün sərmayələrini verərək hamısının müqabilində qəhvəyi rəngli parça alırlar. Amma gözlənildiyi kimi, həmin il qəhvəyi rəngli parça dəbdə olmur və sahibkarlar iflasla üz-üzə qalırlar. Bir-iki gün sonra onların dükanına girmiş bir zabit qəhvəyi rəngli parça lazım olduğunu deyir və həmin parçadan nümunə götürərək komandirinə göstərmək üçün aparır. O, komandir bəyənəcəyi təqdirdə əllərində olan bütün malı alacağını deyir. Və şərtləşirlər ki, əgər sabahı gün saat 12:00-a kimi komandirdən teleqraf gəlməsə, deməli parça alınmışdır və ölçüyə uyğun kəsə bilərlər. Gecə boyu yata bilməyən iş adamları səhər tezdən saniyələri saymağa başlayırlar. Saat 10 olur, 11 olur, hələ ki, heç bir xəbər yoxdur. 12-yə qədər poçtalyonun gəlməməsi üçün canlarını dişlərinə keçirib gözləyirlər. Saat 12-yə 5 dəqiqə qalmış küçənin o başında poçtalyon görünür. Çarəsiz şəkildə yerlərində donub qalırlar. Məyus olsa da, biri teleqrafı oxumağa qərar verir və ilk sətirə göz gəzdirib sevinclə qışqırır: “Muştuluğumu ver, atan ölüb”. Atasının ölümünə sevinmək istəməyənlər biznesə girişmədən əvvəl marketinq tədqiqatı aparsınlar.

 

Bir marketinq şirkətində qablaşdırma üzrə işə düzələn birisi elə ilk iş gününün sonunda qovulur. Çünki qablaşdırılmaq üçün yanına gətirilən bananları əyri olduqları üçün zibil qabına atırmış.    Düzəldilməsi mümkün olmayan əyriləri vaxtından əvvəl düzəldə bilməzsiniz.

Bir şirkət işçisi psixoloqa müraciət edir: “Özümü axtarıram, xahiş edirəm mənə kömək edin”. Həkim ondan: “Özünüzü tapdıqda qarşınızda necə adamı görmək istəyərdiniz?” – deyə soruşur. O isə belə cavab verir: “Qarşımda görəcəyim adam istəyirəm ki, müdirim kimi uğurlu biznesmen, hamı tərəfindən sevilən, çoxlu pulu olan, dünyanın bir çox ölkəsini gəzmiş olsun...” Həkim onun sözlərini yarıda kəsir: “Bağışlayın, onda siz özünüzü deyil, müdirinizi axtarırsınız”. Əsas olan nəyi axtarmağın yox, niyə axtarmağındır.

Özünüzə inanırsınız? Özünəinamın 15 şərti

1. Öz güclü və zəif cəhətlərinizi etiraf edin və buna uyğun olaraq məqsədlərinizi dəqiqiləşdirin. 2. Nəyin sizin üçün qiymətli olduğunu, nəyə inandığınızı, öz həyatınızı necə görmək istədiyinizi qətiləşdirin. İrəliləyiş olanda bundan yararlanmaq üçün planlarınızı analiz edin və onları bu günün nöqteyi-nəzərdən qiymətləndirin.  3. Hər bir şeyin kökünə varın. Keçmişinizi təhlil edərək sizi bu vəziyyətə gətirib çıxaran halları araşdırın. Sizi əzab çəkməyə məbur edən və ya kömək göstərə biləcəyi halda etməyən adamları anlamağa və bağışlamağa çalışın. Keçmiş səhvlərinizi, yanlışlıqlarınızı, günahlarınızı özünüzə bağışlayın. Əzablı xatirələrinizdən faydalı nəsə əldə edəndən sonra onları birdəfəlik yaddaşınızdan silin və bir daha onlara qayıtmayın. Pis keçmiş yaddaşınızda siz onu xatırlayana qədər yaşayır. Yaxşısı budur ki, yaddaşınızı başvermiş ən kiçik uğurlarla bağlı xatirələn üçün başaldın.

4. Günahkarlıq hissi və xəcalət sizə uğur qazanmağa mane olur. Onların badına getməyin. 5. Davranızın səbəblərini şəxsiyyətinizdə deyil, hazırki situasiyanın fiziki, sosial, iqtisadi və siyasi aspektlərində axtarın. 6. Unutmayın ki, hər bir hadisəni müxtəlif cür qiymətləndirmək olar. Reallıq hər bir kəsin ayrı-ayrılıqda gördüyü deyil. Reallıq şeylərin müəyyən adlarla çağırılması haqda insanların öz aralarında razılaşmasının nəticəsindən başqa bir şey deyil. Belə yanaşma sizə imkan verir ki, insanlara daha səbirlə yanaşısınızvə alçaldıcı görünən hallara ürəyiaçıqlıqla tab gətirəsiniz.

7. Heç vaxt özünüz haqqında pis danışmayın. Ələxsus özünüzə «səfeh», «eybəcər», «bacarıqsız», «bəxtigətirməyən», «yönsüz» və s. kimi mənfi keyfiyyətləri özünüzə aid etməyin.  8. Sizin hərəkətləriniz konstruktiv tənqidə məruz qalarsa, müxtəlif cür qiymətləndirilə bilər. Rifahınız üçün bundan istifadə edin və başqalarının sizin şəxsiyyətinizi tənqid etməyə imkan verməyin. 9. Unutmayın ki, bəzən məğlubiyyət uğurdur. Bu məğlubiyyət sizi məcbur edəcək ki, göstərdiyiniz səylərə dəyməyən yanlış məqsədlərdən nəticə çıxarasınız və sonrakı daha böyük uğursuzluqlardan yaxa qutarmış olasınız.

10. Natamamlığınızı hiss etməyə məcbur edən adamlar, məşğuliyyətlər və şəraitlərlə barışmayın. Əgər onları və ya özünüzü dəyişdirə biləcək qədər özünüzə inam hiss etmirsinizsə, onda sadəcə olaraq bütün bunlardan üz çevirin.  11. Özünüzü boşaltmağa, ürəyinizin səsini dinləməyə, təklikdə olanda ruhunuza yaxın olan işlə məşğul olmağa imkan tapın. Belə olsa özünüzü daha yaxşı anlaya bilərsiniz. 12. Ünsiyyətdə olun. Bir-birinə bənzəməyən, özünəməxsusluğu ilə seçilən adamlarla, bacı və qardaşınızla ünsiyyətdə olarkən enerji mübadiləsindən zövq almağa çalışın. Təsəvvür edin ki, onlar da qorxu, inamsızlıq hissi yaşaya bilərlər və onlara yardım etməyə çalışın. Onlardan nə istədiyinizi və onlara nə verə biləcəyinizi dəqiqləşdirin. Sonra isə bu cür mübadiləyə hazır olduğunuzu onlara da anlatmağa çalışın.

13. «Mən»inizi həddən ziyadə qorumayın, çünki o, siz düşündüyünüzdən də möhkəm və plastikdir. O, «əyilir», amma «sınmır». «Mən»inizin qısamüddətli emosional zərbə alması daha yaxşıdır, nəinki fəaliyyətsizlikdə və izolyasiyada olması. 14. Özünüz üçün bir neçə uzaq və ciddi məqsədlər seçin ki, onlara gedən yolda kiçik və aralıq məqsədlərdən keçəiniz. Aralıq məqsədlərə nail olmaq üçün hansı məqsədlərdən istifadənin daha zəruri olmasını ölçüb-biçin. Hər bir uğurunuzu diqqət mərkəzində saxlayın, özünüzü ruhlandırmağa və tərifləməyi unutmayın. Qeyri-təvazökar olmaqdan qorxmayın, çünki sizi heç kim eşitmir. 15. Siz passiv obyekt deyilsiz ki, bütün xoşagəlməzliklər üstünüzə tökülsün, ot deyilsiniz ki, həyəcanla tapdalanmağınızı gözləyəsiniz. Siz kamillik piramidasının zirvəsiniz, valideynlərinizin ümidlərinin təcəssümüsünüz, Allahın yaratdığı mükəmməl varlıqsınız. Siz təkrarolunmaz şəxsiyyət, həyatınızın aktiv yaradıcısınız. Əgər siz özünüzə inamlısınızsa, onda maneə sizin üçün çağırışa çevrilir, çağırış isə sizi fəaliyyətə təhrik edir. Bu zaman utancaqlıq geri çəkiləcək, ona görə ki, «necə yaşamaq lazımdır fikri» ilə narahatlıq keçirmək əvəzinə siz həyatın qaynarlığına baş vuracaqsınız.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]