Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ugur psixologiyasi.doc
Скачиваний:
13
Добавлен:
24.09.2019
Размер:
3.9 Mб
Скачать

Hərisliyin qarşısında imic heç nədir

Bir neçə il əvvəl milyonçu Nikolas fon Xooqstrateni tərəf müqabilini öldürdüyünə görə həbs etmişdilər. Onun varidatı 800 milyona yaxındır. Qətldən sonra onun evində axtarış aparan polislər tapdıqları qəribəlikləri qəzetçilərə danışmışdılar. Milyonçunun mətbəxində işlədilmiş çay paketlərindən bir qalaq tapılmışdı. O, paketi işlətdikdən sonra sərib qurudurmuş ki, yenidən çay dəmləyə bilsin. Milyonçu bir ildən sonra azadlığa çıxsa da hamı ona çox pis baxırdı.

İtə də ərə gedərəm

23 yaşlı aktrisa Uendi Dorkas milyonçu kinorejisyoru Rodjer Dorkasa ərə gedəndə ərindən 3 dəfə kiçik idi. Amma aktrisa ərinin tezliklə öləcəyinə və varidatı ona qoyacağına ümid edirdi. Evliliyin birinci ilini qeyd edəndən sonra kişi həqiqətən də vəfat etdi. Amma vəkillər vəsiyətnəməni oxuyanda məlum oldu ki, o, cavan arvadına cəmi 1 sentlik miras qoyub. Qalan 64 milyon dolları iti Maksimiliana vəsiyyət edib. Məhkəmə itin xeyrinə qərar  çıxarsa da aktrisa çıxış yolu tapır. Sən demə Dorkas itin adına hesab açmaq üçün onu ABŞ-ın vətəndaşı kimi rəsmiləşdirməli olmuşdu. Bir vətəndaş kimi bu itə ərə getmək də olardı, çünki bütün kağızları qaydasında idi. Onlar, yəni aktrisa və it evləndilər. Yalnız Maksimilian ayaqlarını uzadandan sonra «dul qalmış» xanım bütün varidatı ələ keçirə bilir.

***

Birinci qanun:Heç vaxt özünü rəhbərdən yüksək tutma

Qanunun məzmunu Həmişə rəhbərin yuxarıda özünü rahat hiss etməsinə nail olmağa çalışın.Öz istedadınızı nümayiş etdirərək onun yoluna çıxmaqda və ya özünüz haqqında yaxşı təəssürat yaratmaqda çox da uzağa getməyin.Yoxsa əks nəticəyə düçar olmaq təhlükəsi əmələ gələr:onlarda qorxu və inamsızlıq hissi yaradarsız. Rəhbərinizi məcbur edin ki,onlar özlərinə əslində olduqlarından daha əzəmətli görünsünlər. Mötəbər fikir Çalış rəhbərdən yüksəkdən dayanma.İstənilən üstünlük çox pisdir.Vassalın knyaz üzərindəki üstünlüyü nəinki axmaqlıdır,hətta məhvedicidir.Bu göydəki ulduzların bizə verdiyi ibrət dərsinə bənzəyir.Ola bilsin ulduzlar da günəşə bənzəyirlər və onun kimi parlaq işıq saçırlar,ancaq heç vaxt onunla bir yerdə ola bilmirlər. Baltazar Qratsian.1601-1658 Medalın iç üzü Rəqabətə girdiyiniz hər bir adamdan qorxmağa ehtiyac yoxdur,vəziyyətə uyğun şəkildə sərt olmaq lazımdır.Əgər rəhbərinizin günəşi qüruba enirsə,ondan yüksəkdə durmaqdan qorxmamaq olar.Mərhəmətli olmayın-rəhbərinizi soyuqqanlıqla zirvəyə çıxarkən,özünə belə xırda şeylərlə əziyyət verməmişdi.Onun qüvvəsini qiymətləndirin.Əgər o zəifdirsə,zirvədən enməsini sürətləndirin:lazım olan vaxt işgüzar keyfiyyətlərdə,cazibdarlıq və ağılda ondan üstün olduğunuzu göstərin.Əgər o çox zəifdirsə və yıxılan vaxtdırsa təbiətə imkan verin öz işini başa çatdırsın.Çox zəifləmiş rəhbərinizi sıxışdırmaqla siz amansız və vicdansız görünməyə risq etmiş olarsınız-bunu etməyə dəyməz.Əgər rəhbəriniz hələ ayaq üstə dayanırsa və özünüzün ondan qabiliyyətli olduğunuzu yalnız siz bilirsinizsə,səbrli olun və gözləyin.İşlərin təbii gedişi belədir ki,hakimiyyət nəticədə sönükəcək və zəifləyəcək.Rəhbəriniz bir dəfə yıxılacaq və əgər siz oyunu düzgün qursanız,gözəl günlərin birində ona üstün gələrək yüksələcəksiniz.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]