Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ugur psixologiyasi.doc
Скачиваний:
13
Добавлен:
24.09.2019
Размер:
3.9 Mб
Скачать

Ümidinizə Şans verin

F ars padişahının əmriylə  iki adam ölüm hökmünə məhkum edilir. Padişahın atını çox sevdiyini bilən məhkumlardan biri həyatını bağışlaması müqabilində bir il içində ata uçmağı öyrədə biləcəyini təklif edir. Özünü dünyadakı tək uçan ata minərkən xəyal edən Padişah bu təklifi qəbul edir..Digər məhkum  isə bərəlmiş gözlərlə yoldaşına baxaraq «Atların uçmadığını məndən yaxşı bilirsən. Belə qəribə, gic fikir hardan ağlına gəldi? Sən sadəcə qaçınılmaz olan ölümünü bir az gecikdirirsən „  Birinci məhkum “ Xeyr, Mən özümə dörd azadlıq şansı verirəm.  Birincisi: Padişah bu il ölə bilər. İkincisi: Mən ölə bilərəm.   Üçüncüsü: At ölə bilər . Dördüncüsü… „Bəlkə ata uçmağı öyrədə bildim! “ Ümidlərimizin heçvaxt tükənməməsi diləyi ilə Sağolun...

İradənin gücü

7 yaş- Atası ölüb; 8 yaş- Məktəbdən çıxarılıb; 17 yaş- Universititetə daxil ola bilməyib; 24 yaş- Həbs olunub, iki ay təkadamlıq kamerada saxlanılıb; 25 yaş- Sürgün olunub; 30 yaş- Doğulduğu şəhər işğal olunub; 37 yaş- Böyrək xəstəliyinə tutulub; 38 yaş- İşdən qovulub, haqqında həbs qərarı verilib, beş dostundan üçü ona səs verməyib; 39 yaş- Edam cəzasına məhkum olunub; 42 yaş-Türkiyənin prezidenti olub! MUSTAFA KAMAL ATATÜRK

Axtardığın cavab sualından asılıdı.!

İ rəliyə gedən insanlarla yerində sayan insanların arasındaki ən böyük fərqlərdən biri də Özü-özünə  düşünərkən özünə verdiyi sualların fərqli olmasıdır. Sualın verilmə forması bizi irəliyə də apara bilər, geriyə də. Məsəlçün: Necə Google-də cavabını axtardığımız söz, fikir, ifadə nə qədər dəqiq olsa o qədər tez və konkret cavab qarşımıza çıxacaq, eləcədə beynimizə verdiyimiz sualın forması da ona uyğun cavabı bizə verəcəkdir. Necə Googledə qeyri-dəqiq formada axtarış etdiyimizdə Google bizə «Bunu mu», «Bəlkə bunu» deyə suala sualla cavab verir, beynimiz də qeyri-dəqiq sual qarşısında cavab əvəzinə sual verir.  Özümüzə sual verməmişdən öncə alacağımız cavablarla nə etmək, hara getmək istədiyimizi unutmamalıyıq. Sualı düzgün verdiyimizdən əmin olmalıyıq.Daha bir misal: '' Niyə bu hadisə həmişə mənim başıma gəlir'' sualını soruşarkən niyyətimiz nədi?.. Bu sualdan gözlədiyiniz cavab sizi  hara aparacaq? Cavabı düşünərkən özünüzü necə hiss edirsiniz ? Eyni sualı başqa formalarda özümüzə versək, misalçün :'' nə etsəm bu hadisə bir də başıma gəlməz?'' və ya '' Bu hadisə, baş verənlər mənə nə öyrətmək, demək istəyir? '' Təbii ki, ilk sual forması bizi əlacsızlaşdıraraq fikrimizi yayındıracaq, Amma ikinci sual forması bizi gücləndirib irəliyə aparacaq. Gözəl, pozitiv cavablar bizi gözəl sonluqlara aparır. Bunun üçün də özümüzə sualı gözəl formada verməyi öyrətməliyik. ''Mən niyə uğur qazana bilmirəm?'' sualını özümüzə verdikdə dolayısı ilə özümüzü müvəffəqiyyətsiz olmağımızı təsdiqləmiş oluruq və hətta bunun üçün beynimizdə əsas da yaradırıq ki, elə həqiqtən də mən uğur qazanmamalıydım. Amma eyni sualı bu formada versək  '' Uğur qazanmağım üçün daha nə etməliyəm? '' və ya '' Daha hansı üsuldan istifadə edə bilərəm? '' Bax, bu indi gözəl və pozitiv cavablar beynimizdən ala bilərik..Beynimizdən gözəl cavablar almaq diləyi ilə Sağolun…

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]