Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ugur psixologiyasi.doc
Скачиваний:
13
Добавлен:
24.09.2019
Размер:
3.9 Mб
Скачать

"Bacardılar, Çünki Bacarmayacaqlarını bilmirdilər!''

Yəqin tənbəl amma ağıllı bir tələbənin məşhur hekayəsini bilirsiniz. Qəhrəmanımız riyaziyyatı sevməz və dərs əsnasında yuxulayarmış. Tənəffüs zəngi çalanda bizimki oyanar. Yazı taxtasında gördüyü riyaziyyat problemini ev tapşırığı sanaraq dəftərinə köçürür.  Evə döndüyündə günlərlə məşğul olar amma sualın cavabın tapammaz. Təkrar təkrar sınayar amma həll edə bilməz. Ən sonunda bir təhər sualı həll edir. Bir sonrakı riyaziyyat dərsində, müəlliminə ev tapşırığını göstərib cavabını yoxlamasını istəyər. Müəllim şok olar. Çünki müəllimin bir əvvəlki gün taxtaya yazdığı sual, riyaziyyat tarixində həll edilə bilməyən, cavabı indiyə qədər olmayan suallardan biridir.  Tələbə o problemin indiyə qədər həll edilmədiyini bilmədiyi üçün dəfələrlə sınamış, sonunda həll edə bilmişdir. Qəhrəmanımız böyük bir uğura imza atmışdır, çünki o işin — cəhdin nəticəsiz sonlanacağını eşitməyib!  Digər şagirdlərə gəldikdə, onlar həll edilə bilməz bildiklərindən 'məntiqli' və 'reallığa uyğun' hərəkət etmiş, həll etmək üçün heç bir şey etməmişlər.  Məlumat gücdür, amma bəzən məlumat insanın gücünü məhdudlaşdırar. Xüsusilə itirəcək çox şeyi olmayanlar üçün nəyin edilməməli olduğunu bilməmək, bəzən böyük bir üstünlükdür.  Müvəffəqiyətsizliklərin çox olduğu bir cəmiyyətdə nəyin mümkün olmamasını hələ uşaqlıqda öyrədirlər Ki, bu da nsanların böyük xəyallar qurmasına və xəyallarını izləməsinə böyük maneə törədir. Bu, 'Reallıq' və 'məntiqlilik' adına edilir. Bu 'öyrədilmiş' çarəsizlik dərslərini almağı rədd edən insanlar isə, nəyi bacaramayacaqlarını bilmədən böyüyüb inkişaf edərlər.  Statistikaya görə insanların həyatlarındakı ən böyük müvəffəqiyyətləri 1-35 yaş arasında reallaşdırmasına təəccüblənməmək gərək. Həyatın ilk yarısında daha çox şey bacarırlar, çünki nəyi edə bilməyəcəklərini hələ bilmirlər!

Beyninizə bir köpəkbalığı atın!

Yaponlar təzə balıq yeməyi çox sevirlər. Ancaq Yaponiya sahillərində o qədər balıq tapmaq heç də asan məsələ deyil. Odur ki, balıqçılar böyük qayıqlar düzəldib uzaq məsafələrə üzməyə başladılar. Bu isə çox vaxt aldığı üçün sahilə ancaq köhnə balıqla qayıtdılar. Bu problemi həll etmək üçün balıqçılar qayıqlarında soyuq hava anbarları quraşdırdılar. İ ndi onlar istədikləri qədər uzaqlara gedə və istədikləri qədər balıq tuta bilərdilər. Ancaq təzə balıqla donmuş balığın ləzzəti bir deyildi. Bu dəfə balıqçılar qayıqlarında böyük akvariumlar quraşdırdılar. Balıqlar bu akvariumlarda özlərini dənizdəki kimi hiss etməsələr də, sahilə sağ-salamat gəlib çıxacaqdılar. Ancaq onlar da yaponlar üçün təzə balığın yerini vermədilər. Balıqçılar Yaponiyaya təzə balıq gətirmək üçün yenidən baş sındırmağa başladılar. Və nəhayət axtardıqlarını tapdılar. Necə? Çox sadə. Balıqları gətirdikləri akvariumun içərisinə balaca bir köpəkbalığı atdılar. Köpəkbalığı balıqların bir hissəsini yesə də, qalanları dənizdəki kimi hərəkətli və canlı qaldılar... Bu misaldan da göründüyü kimi problemlərinizdən qaçmaqdansa, onlara yaxınlaşın. Problemlərinizi tanımağa, onları özünüzə tabe etməyə çalışın. Bir də qətiyyətli olun. Sözün əsl mənasında problemlərinizlə mübarizə aparın. Bir sözlə, beyninizə bir köpəkbalığı atın. O vaxt nəyə qadir olduğunuzu görəcəksiniz

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]