- •Axmaq puma sindromu
- •Təbrik məktubları haqda lətifə
- •Daxili intizam
- •Fərdi inkişaf haqda bir qədər
- •İnam və uğur
- •Fikirləşirəm, deməli yaşayıram
- •Kim pullarına qənaət etmək istəyirsə onlara 7 məsləhət
- •Bir addım atın
- •Motivasiya və uğur qazanmaq üçün taktikalar
- •Zehnin gücü ilə zəngin olmağın yolları
- •Dirilərdən çox qazanan ölülər
- •Qumar oynayanlara biznesmen məsləhəti
- •Sürəkli inkişaf
- •Sən ki ağac deyilsən!
- •Kəşfiyyat: İnsanların fikirlərini necə "oxumalı", onları necə tanımalı?
- •1.1.2. Şəxsiyyətin emosional (psixomotor) xarakteristikası.
- •1.1.3. Şəxsiyyətin intellektual(koqnitiv) xarakteristikası.
- •1.1.4. Şəxsiyyətin iradi(evokativ) xarakteristikası.
- •1.2. Şəxsiyyətin relyativistik xarakteristikaları
- •Özümüzə olan inamı artıraq
- •Bədən dili
- •Kamillik elmi (Baltazar Qrasiandan seçmələr)
- •Məqsədsiz olmayın...
- •Corc Soros-onun kimi milyoner olaq
- •Uorren Baffetin sirləri
- •Özünə İnam - Ralf Uoldo Emerson
- •Bağışlamağı bacarırsınızmı?
- •Uğur və imic
- •Böyüklük maniyası.
- •Danışıqlarda təşəbbüsü necə ələ almalı
- •Makiavellinin dediklərindən
- •Uğur qazanmağa mane olan bəzi düşüncələr
- •Uğur qazanmanın başlıca düşmənləri
- •Optimist olmaq nə verir?
- •İmza və xarakter
- •Ən yüksəkdəki qurbağa
- •Apple qurucusu Stiv Cobsun çıxışı
- •Biznesmenlər üçün
- •Özünüzə inanırsınız? Özünəinamın 15 şərti
- •Özünü Tanı
- •Elnur Baimovdan uğurun sirri
- •Nigar Köçərlidən uğurun sirri
- •Hansı daha yaxşıdır...
- •Facebook-dan alınacaq dərslər
- •Yanaşma tərzi...
- •Hər adam bir milyarderdir...
- •86400 Saniyə...
- •Bir müvəffəqiyyətin tarixçəsi...
- •Kimə və niyə yaxşılıq edirik?...
- •Tənqid etmək taktikası
- •Zəif tərəflərini burax, güclü tərəflərinə bax!
- •Özünüz üçün yaşayın :)
- •Sevil Nuriyeva
- •Yol ayrıcında
- •Hakimiyyətin 48 Qanunu -The 48 Laws of the Power (Robert Greene)
- •Müvəffəqiyyət üçün yol göstərən qaydalar
- •Çicəkləri görə bilmirsinizmi?
- •Hədəf, titrəməyən bir əl istər.
- •Hər birimiz axtarışdayıq
- •Düşüncə perspektivi
- •Abituriyent necə uğur qazanar?
- •Seçim Sizin!
- •Qazanan vs İtirən
- •Maslounun tələbatlar piramidası
- •Fərqli baxış bucağı
- •Pul qazanmağı bacarmaq lazımdır!
- •Müsbət israr üçün gözəl nümunə
- •Bu adamı heç kim dayandıra bilməz
- •Simiclik və xəsislik
- •Pul pulu çəkər
- •Ana oğluna qıymadı
- •Baladan da şirindi nəvə?!
- •«Xruşovka»da yaşayan milyarder
- •Morris Minor əvəzinə 12 yaşlı Niva
- •Bax, pis oxusan milyonçu olarsan!
- •«Google»nin direktoru dəyircəkli konkidə işə gəlir
- •Simic ulduzlar
- •Hərisliyin qarşısında imic heç nədir
- •Birinci qanun:Heç vaxt özünü rəhbərdən yüksək tutma
- •Güc İnanmaqdadır.!
- •İnamın gücü
- •Həyatı davam etdirə bilməyin bir şərti var: "Dünəndən daha sürətli ola bilmək.."
- •Görəcəyiniz Mənzərə Baxış bucağınızdan asılıdır! ( 10/90 )
- •Meditasiya
- •"Müvəffəqiyyətin qızıl qaydaları" | Sakıp Sabançı
- •"Həyatda uğur qazanmağın 10 prinsipi" | Albert Eynşteyn
- •Həyatda ən böyük əyləncə başqasının "edə bilməzsən" dediyini etməkdir!
- •"Bacardılar, Çünki Bacarmayacaqlarını bilmirdilər!''
- •Beyninizə bir köpəkbalığı atın!
- •Hər doğru seçimin bir alternativi vardır
- •Tövsiyə - Həyatı layiq olduğu kimi yaşa
- •Ümidinizə Şans verin
- •İradənin gücü
- •Axtardığın cavab sualından asılıdı.!
- •Qazanmaq istəyirsənsə, İtirmək qorxusuna qalib gəl.!
- •Michael Dell "İçindəki səsi dinlə"
- •Bir gün imtahanda...
Fikirləşirəm, deməli yaşayıram
Müəssisə və təşkilatlarda aşağı təbəqə ilə yuxarı təbəqənin, yəni müdiriyyət ilə işçilərin bir-biriləri ilə səmərəli ünsiyyət qurmaları üçün tərəflərin düşüncə tərzləri arasındakı fərqlər öyrənilməli və bunun aradan qaldırılması üçün müvafiq tədbirlər görülməlidir. Çünki bir anlayışa müxtəlif aspektdən yanaşdıqda onun tərəflər üçün kəsb etdiyi məna da dəyişir. İşçisi ilə söhbət edən müdir məntiqli və soyuqqanlı danışmağa, fikirlərini quru sözlərlə ifadə etməyə çalışır. Bu ünsiyyət prosesində isə işçi bütün səmimiyyətini ortaya qoyur, qayğılarını emosional şəkildə müdirinə bildirir. Beləliklə, idarə olunanlar hiss və həyəcanlarını ifadə etməyə çalışdıqları halda idarə edicilərdə mənasız şikayətçi, başağrısı mənbəyi və yüksək tələbləri olan bir işçi təəssüratı oyadırlar. Uğurlu və səmərəli ünsiyyət barədə yazılmış kitabların izah etməkdə aciz qaldıqları bəzi prinsipial məsələlərə Vehbi Yıldız özünün “İrfan Ordusu” kitabında aydınlıq gətirmişdir:“Əgər niyyətimiz şikayət etmək və haqqımızı tələb etmək deyilsə, heç kimin səhvi barədə danışmamalı, bu səhvi onun üzünə vurmamalıyıq. Şikayət edilən barədə məsələni araşdırmadan hökm çıxarılmamalı və onun haqqında sui-zənn edilməməlidir… Vəzifə və səlahiyyətlər bölündükdən sonra necə ki, heç kimin bizim işimizə qarışmağını istəmirik, eləcə də biz də başqasının işinə müdaxilə etməməliyik. Bu müdaxilə yalnız qarşıdakının istəyinə uyğun olaraq yardım xarakteri daşıya bilər… Əgər idarəetmə zorakılıq, hökm etmə vasitəsi olsaydı, dünyada haqq-ədalət qalmazdı… Lazım gələrsə, müdir işçilərinin mənfəəti naminə öz mənafeyini qurban verməli və bunu öz hərəkətləri ilə sübut etməlidir… Birisinə iş gördürmək istəyiriksə, onu o işin öhdəsindən təkbaşına gələ biləcəyinə inandırmalıyıq. Qarşılıqlı münasibətlərdə və qərar verərkən əsəblərimizi cilovlamalı, kobud rəftar etməməli, cəza verərkən həddimizi aşmamalıyıq… Qayğıkeşlik və şəfqət hissi həmsöhbətimizin ruhi vəziyyətindən və onun bu halını necə qiymətləndirməyimizdən asılıdır. Psixoloqların fikrincə hissi inkişaf əqli inkişafdan əvvəl gəlir. Əsas məsələlərdən biri ünsiyyətin daimi olmasıdır. Ünsiyyət zəiflədikdə və ya ümumiyyətlə kəsildikdə tərəf müqabilimiz də bizdən küsər və əlaqəni kəsər… Digər çalışanların yanında uğurlu işçiyə heç bir səbəbsiz xüsusi münasibət və iltifat göstərilməməlidir… İnsanların şəxsiyyəti və hissləri ilə oynamaq, eləcə də lazımsız yerə qışqırıb bağırmaq olmaz. Qarşımızdakının çatışmayan cəhətləri olsa da, ona hörmət-izzət duyulmalıdır. Məsləhət verərkən nəzakət, qarşılıqlı münasibətlərdə isə hüsn-rəğbət ön planda olmalıdır. Deyiləcək sözün yerini, vaxtını və ən əsası adamını düzgün seçmək, nəticələr barədə yaxşı-yaxşı fikirləşmək lazımdır. Bumeranq yox, ox atmalıyıq. İndi insanların daha çox sevgi və sayğıya ehtiyacı var. Mərhəmət və şəfqət əsas götürülməli, məcburiyyət qarşısında ədalətə müraciət edilməli, amma heç vaxt zülm edilməməlidir”. “Fikirləşirəm, deməli yaşayıram!” düşüncə tərzinin hakim olduğu bir zamanda yaşamını davam etdirmək istəyən bir şirkət “səmərəli ünsiyyət sistemi”nə malik olmaq üçün “plüralizm”ə – fikir müxtəlifliyinə əsaslanmalıdır. İşçilərdə “fərqli fikirləşirəm, deməli qovulacağam” yox, “fərqli fikirləşirəm, deməli yaşayacağam” düşüncəsi formalaşmalıdır. Bu nöqtədə səhvə yol vermiş müdir “hamı mənim kimi fikirləşmək məcburiyyətindədir?” və “mənim kimi fikirləşənlər, yoxsa başqa cür fikirləşənlər şirkətə daha faydalı olarlar?” suallarına cavab tapmalı olacaq. “Hamının “fikirləşirəm” dediyi bir yerdə gözəl ideyalar meydana çıxır”, – deyə Herbert Kasson bildirir. Müəssisənin qayda-qanununa riayət etmək məcburidir. Amma qaydaların uyğunlaşdırılmamış və qeyd-şərtsiz qəbulu şəxsiyyətlə şəraitin ziddiyyətinə gətirib çıxarır. Belə bir dualizmə yol verməmək üçün qərar alınan zaman işçilərin də rəyi nəzərdən qaçırılmamalıdır. Şirkət bir ansambl olmalıdır. Hamının öz işini gördüyü və nəticədə ümumi, ahəngdar işin ortaya çıxdığı bir ansambl. Amma yaddan çıxarılmamalıdır ki, dirijorun əlindəki çubuq nə qırmanc, nə də ki zopadır.