Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ayetullah Sistani aga (Risale)1.doc
Скачиваний:
26
Добавлен:
16.11.2019
Размер:
2.23 Mб
Скачать

Vəsiyyətin hökmləri

Məsələ 2652: Vəsiyyət, insanın ölümündən sonra özü üçün bə`zi işlərin yerinə yetirilməsini sifariş etməsinə və ya ölümündən sonra malından bir şeyin başqasının malı olmasını, ya da onun malından bir şeyi başqa bir şəxsin mülkiyyətinə keçirmələrini və ya xeyir işlərdə xərcləmələrini söyləməsinə və yaxud öz övladı və ixtiyarında olan şəxslər üçün müəyyən bir şəxsi qəyyum (başçı) tə`yin etməsinə deyilir. Vəsiyyət edilən şəxsə isə vəsi deyilir.

Məsələ 2653: Danışa bilməyən şəxs, əgər işarə ilə öz məqsədini başa salsa, hər bir iş üçün vəsiyyət edə bilər. Hətta danışa bilən şəxs də, əgər işarə ilə öz məqsədini başa salıb vəsiyyət etsə, səhihdir.

Məsələ 2654: Əgər yazılmış bir şeyi meyyitin imzası ya möhürü ilə görsələr, belə ki, mövcud əlamətlərdən onun məqsədini başa düşsələr və mə`lum olsa ki, vəsiyyət etmək üçün yazıb, gərək ona uyğun əməl etsinlər.

Məsələ 2655: Vəsiyyət edən şəxs, gərək ağıllı və həddi-büluğa çatmış olsun, səfeh olmamalıdır və öz ixtiyarı ilə vəsiyyət etməlidir. Həddi-büluğa çatmamış uşağın vəsiyyəti səhih deyildir. Amma əgər uşaq on yaşında olsa və öz qohumları üçün, ya da ümumi xeyir işlərdə sərf edilməsi üçün vəsiyyət edərsə, uşağın bu iki halda olan vəsiyyəti səhihdir. Amma əgər qohumlarından qeyrisi üçün və ya yeddi yaşında olan bir uşaq, malından az bir şeyi vəsiyyət edərsə, onun vəsiyyətinin nüfuzlu olması məhəlli işkaldır. Bu halda ehtiyata əməl etmək lazımdır. Əgər bir şəxs səfeh olsa, onun öz malı üçün etdiyi vəsiyyət nüfuzlu deyildir. Amma onun bundan başqa olan vəsiyyəti, məsələn; ölümündən sonra cənazə üçün edilən işlər haqqındakı vəsiyyəti nüfuzludur.

Məsələ 2656: Bir kəs bilə-bilə, özünü öldürmək məqsədi ilə həlak olacağı tərzdə özünü yaralayıb və ya ölümə səbəb olan zəhər içsə, əgər malının bir miqdarını bir yerə istifadə üçün çatdırmalarını vəsiyyət etsə, sonra ölərsə, onun vəsiyyəti səhih deyildir. (Amma əgər onun işi Allah yolunda cihad olarsa, bu, istisnadır.) Amma mal-dövlətlə əlaqədar olmayan şeylərdə vəsiyyəti səhihdir.

Məsələ 2657: İnsan, malından bir şeyi, bir şəxsin olmasını vəsiyyət edərsə, o şəxs, onu qəbul etdiyi halda, istər onun sağlığında, istərsə vəfatından sonra olsun, o şey vəsiyyət edənin malının üçdə birindən çox olmasa, həmin şey vəsiyyət edənin ölümündən sonra onun mülkiyyətinə keçər.

Məsələ 2658: İnsan, ölüm nişanələrini özündə görən vaxt, gərək dərhal camaatın əmanətlərini sahiblərinə çatdırsın, ya da 2302-ci məsələdə deyildiyi kimi, onlara xəbər versin. Əgər xalqa borcu varsa və onun da verilmə vaxtı çatmayıbsa və ya çatıb, amma tələbkar da öz alacağını tələb etmirsə, ya tələb etsə də verməyə gücü çatmırsa, ölümündən sonra, onun tələbkara veriləcəyinə əmin olacaq bir iş etməlidir. Məsələn; onun başqalarına borclu olduğu mə`lum deyilsə, vəsiyyət etməlidir və vəsiyyəti üçün şahid tutmalıdır. Amma əgər ödəyə bilərsə və vaxtı da çatıbsa, tələbkar da tələb edibsə, gərək ölüm əlamətlərini görməsə belə dərhal ödəsin.

Məsələ 2659: Ölüm nişanələrini özündə görən kəs, əgər xums, zəkat və məzalimə borcludursa və hal-hazırda verə bilmirsə, belə ki, özünün malı varsa ya ehtimal versə ki, bir kəs onları əda edəcək, gərək elə bir iş etsin ki, ölümündən sonra ödəniləcəyinə əmin olsun. Məsələn, e`timadlı bir adama vəsiyyət etsin. Həmçinin, əgər həcc ona vacib olsa və haliyədə naib tuta bilməsə də, bu cürdür. Amma əgər şər`i vergilərdən olan borcunu verə bilərsə, hərçənd onda ölüm nişanələri olmasa belə, gərək dərhal versin.

Məsələ 2660: Ölüm nişanələrini özündə görən şəxsin əgər qəza namazı və orucu varsa, gərək elə bir iş görsün ki, ölümündən sonra onun əvəzindən yerinə yetiriləcəyinə əmin olsun, məsələn, vəsiyyət etsin ki, öz malından onlar üçün əcir tutsunlar. Hətta əgər malı olmasa, amma ehtimal versə ki, bir şəxs bir şey almadan onları yerinə yetirəcək, yenə də vacibdir ki, vəsiyyət etsin. Əgər onun oruc və namazının qəzasını etmək üçün bir kəs olsa, məsələn böyük oğlu, əgər bilsə ki, ona xəbər versə, qəza oruc və namazlarını yerinə yetirəcək, ona xəbər verməsi kifayətdir, lazım deyil ki, vəsiyyət etsin.

Məsələ 2661: Ölüm nişanələrini özündə görən şəxsin əgər bir nəfərdə malı varsa, ya da vərəsənin bilmədiyi bir yerdə gizlədibsə, vacib ehtiyata görə gərək onlara xəbər versin. Öz səğir uşaqları üçün qəyyum müəyyən etməsi lazım deyildir, amma qəyyumsuz onların malı aradan gedəcəksə, ya özləri tələf olacaqlarsa, gərək onlar üçün bir qəyyum müəyyən etsin.

Məsələ 2662: Vəsi gərək aqil olsun. Vəsiyyət edənə aid olan işlərdə və həmçinin vacib ehtiyata əsasən digərlərilə bağlı işlərdə e`tibarlı olmalıdır. Vacib ehtiyata əsasən müsəlmanın vəsisi müsəlman olmalıdır. Habelə ehtiyata əsasən həddi-büluğa yetməmiş bir uşağa tək başına olmaq şərti ilə vəsiyyət etmək vacib ehtiyata görə səhih deyildir və onun təsərrüf etməsi şəriət hakiminin icazəsi ilə olmalıdır. Əlbəttə bu vəsiyyət edən şəxsin, məqsədinin onun uşaqlıq halında vəlisinin icazəsi olmadan istifadə etməsi olduğu təqdirdədir. Amma əgər məqsədi, onun həddi-büluğa çatmasından sonra və ya vəlisinin izni ilə istifadə etməsi olursa, eybi yoxdur.

Məsələ 2663: Əgər bir şəxs, özü üçün bir neçə vəsi tə`yin etsə və hər birinə tək başına vəsiyyətə görə hərəkət etmə izni versə, vəsiyyəti yerinə yetirmədə bir-birlərindən izn almaları lazım deyil. Amma izn verməmiş olsa, istər hamısının birlikdə əməl etməsini bildirsin, istər bildirməsin, vəsiyyətə bir-birlərinin fikirlərinə görə hərəkət etmələri gərəkdir. Əgər birlikdə vəsiyyətə görə əməl etməyə hazır olmasalar, arada hər birinin digəri ilə anlaşmasına qarşı olan bir şər`i maneə yoxdursa, şəriət hakimi onları anlaşmaya məcbur edər. Əgər ona itaət etməzlərsə və ya hər biri üçün anlaşılmağın qarşısını alan şər`i bir maneə mövcud olsa, şəriət hakimi onlardan birinin yerinə ayrı bir kimsəni tə`yin edər.

Məsələ 2664: Əgər insan öz vəsiyyətindən dönərsə, məsələn; malının üçdə birini bir kimsəyə verilməsini vəsiyyət etdiyi halda, sonra «ona verməyin» – desə, vəsiyyət batil olur. Əgər vəsiyyətini dəyişdirsə, məsələn; əvvəl uşaqları üçün bir qəyyum tə`yin edib, sonra da başqa birini onun yerinə qəyyum tə`yin edərsə, onun ilk vəsiyyəti batil olur və ikinci vəsiyyətinə görə əməl olunması gərəkdir.

Məsələ 2665: Bir kimsə vəsiyyətindən döndüyünü mə`lum edən bir iş görərsə, məsələn; birinə verilməsinə vəsiyyət etdiyi bir evi satarsa və ya əvvəlki vəsiyyətinə nəzər yetirdiyi halda başqa birisinin onu satmaq üçün vəkil tə`yin edərsə, vəsiyyət batil olur.

Məsələ 2666: Əgər müəyyən şeyi bir şəxsə verməyi vəsiyyət etsə, sonra isə həmin şeyin yarısını başqasına verilməsini vəsiyyət etsə, gərək o şeyi iki yerə bölsünlər və o iki nəfərin hər birinə onun yarısını versinlər.

Məsələ 2667: Bir şəxs ölümünə səbəb olan bir xəstəlik halında, malının bir qismini bir şəxsə bağışlasa və ölümündən sonra da bir miqdarının başqasına verilməsini vəsiyyət edərsə, əgər malının 3/1-i hər ikisinə verməyə kifayət etməsə və varislər də ondan artıq verilməsinə icazə verməzlərsə, gərək əvvəl bağışladığı malı, malın 3/1-dən çıxıb sonra da onun yerdə qalanını vəsiyyət edilən yerdə xərcləməlidirlər.

Məsələ 2668: Malının üçdə birinin satılmamasını və gəlirinin bir şeyə sərf edilməsini vəsiyyət edərsə, gərək onun dediyinə uyğun olaraq əməl etsinlər.

Məsələ 2669: Əgər ölümünə səbəb olan xəstəlik halında başqa birinə bir miqdar, borclu olduğunu desə, belə ki, «bu sözü vərəsəyə ziyan vurmaq üçün söyləmişdir» – deyə ittiham edilərsə, gərək tə`yin etdiyi miqdarı onun malının üçdə birindən verilsin. Əgər ittiham olunmasa, onun dediyinin nüfuzu vardır və onun malının əslindən verilməsi gərəkdir.

Məsələ 2670: İnsan, bir şəxsə bir şey verəcəyini vəsiyyət edərsə, vəsiyyət halında onun mövcud olmağı lazım deyildir. Deməli, o kəs vəsiyyət edənin ölümündən sonra mövcud olarsa, lazımdır ki, o şeyi ona versinlər. Əgər mövcud olmasa və belə ki, vəsiyyətdən bir neçə mətləb istifadə olunarsa, gərək onu vəsiyyət edənin nəzərinə daha yaxın olan başqa bir yerə sərf etsinlər. Əks təqdirdə varislər onu öz aralarında bölə bilərlər. Amma əgər vəsiyyət etsə ki, onun malından bir şey ölümündən sonra bir kəsin malı olsun, əgər o şəxs vəsiyyət edənin ölən vaxtında mövcud olsa, hərçənd bədəndə ruh daxil olmamış uşaq olsa belə vəsiyyət səhih, əks təqdirdə isə batildir və onun üçün vəsiyyət edilən şeyi, vərəsələr öz aralarında bölərlər.

Məsələ 2671: Əgər insan, onu bir şəxs vəsi etdiyini bilib, onun vəsiyyətini yerinə yetirməyə hazır olmadığını bildirərsə, onun ölümündən sonra vəsiyyətinə əməl etməsi lazım deyildir. Amma əgər ölməzdən qabaq onu vəsi etdiyini bilməsə və ya bilib ona xəbər verməsə ki, onun vəsiyyətinə əməl etməyə hazır deyildir, ona əziyyət olmadığı halda, gərək onun vəsiyyətinə əməl etsin. Həmçinin, əgər vəsi, vəsiyyət edənin ölümündən əvvəl o zaman başa düşsə ki, vəsiyyət edən ağır xəstə olduğuna görə ya başqa bir maneəyə görə başqasına vəsiyyət edə bilməz, vacib ehtiyata əsasən, gərək vəsi vəsiyyətini qəbul etsin.

Məsələ 2672: Əgər vəsiyyət edən ölsə, vəsi başqasını, meyyitin işlərini yerinə yetirmək üçün vəsi tə`yin edə bilməz və özü də o işlərdən kənara çəkilə bilməz. Amma vəsiyyət edənin məqsədi sadəcə bu işlərin edilməsi olub, yalnız vəsinin etməsi nəzərində olmamasını başa düşsə, o zaman başqasını öz tərəfindən vəkil tə`yin edə bilər.

Məsələ 2673: Əgər bir şəxs, iki nəfəri birlikdə vəsi edərsə, belə ki, onlardan biri ölsə, ya dəli, yaxud kafir olsa, vəsiyyətin ibarələrindən başa düşülsə ki, belə hallarda digəri müstəqil şəkildə vəsidir, gərək həmin qaydada əməl olunsun, əks halda şəriət hakimi başqa bir nəfəri onun yerinə tə`yin edər. Əgər hər ikisi ölsə, ya dəli, yaxud da kafir olsalar, şəriət hakimi başqa iki nəfəri tə`yin edər. Amma əgər bir nəfər vəsiyyətə əməl edə bilərsə, iki nəfəri tə`yin etmək lazım deyildir.

Məsələ 2674: Əgər vəsi, ölənin işlərini hərçənd başqasını vəkil və ya əcir tutmaqla da təkbaşına yerinə yetirə bilməsə, şəriət hakimi başqasını ona köməkçi tə`yin edər.

Məsələ 2675: Əgər meyyitin malından bir miqdarı vəsinin əlində tələf olsa, belə ki, onu saxlamaqda səhlənkarlıq və ya israfçılıq etsə, məsələn; ölən şəxs, «filan şəhərin fəqirlərinə bu qədər ver» – deyibsə, o da malı başqa bir şəhərə apararkən yolda aradan getsə, zamindir. Əgər səhlənkarlıq və israfçılıq etməyibsə, zamin deyildir.

Məsələ 2676: Əgər insan, bir şəxsi vəsi tə`yin etsə və «o şəxs ölsə, filankəs vəsi olsun» – deyərsə, birinci vəsinin ölümündən sonra, vəsiyyəti ikinci vəsi yerinə yetirməlidir.

Məsələ 2677: Ölənə istitaətlə vacib həcc, borclar və ödənməsi vacib olan xums, zəkat, məzalim kimi verilməsi vacib olan hüquqlar gərək meyyit onlar üçün vəsiyyət etməmiş olsa da, onun malının əslindən versinlər. Amma kəffarələr, nəzirlər, o cümlədən nəzr olunan həcc vəsiyyətlə, onun malının 3-də birindən yerinə yetirilməlidir.

Məsələ 2678: Əgər meyyitin malı borcdan, vacib həccdən və ona vacib olan məzalim, zəkat və xums kimi hüquqlardan artıq gəlsə, belə ki, vəsiyyət etmiş olsa ki, malın 3/1-i, ya 3/1-nin bir miqdarını bir xərcə çatdırsınlar, gərək onun vəsiyyətinə əməl etsinlər, əgər vəsiyyət etməyibsə, qalan şey vərəsənin malıdır.

Məsələ 2679: Meyyitin tə`yin etdiyi xərc, malın 3/1-dən artıq olarsa, onun malın 3/1-dən artıq olan miqdardakı vəsiyyəti, yalnız varislərin bu vəsiyyətə sözlə, ya əməllə icazə verdikləri təqdirdə səhihdir. Təkcə onların qəlbdə razı olması kifayət deyildir. Əgər onun ölümündən bir müddət keçdikdən sonra da icazə verərlərsə, səhihdir. Əgər varislərdən bə`zisi razı olub bə`ziləri isə rədd edərlərsə, vəsiyyət yalnız vəsiyyətə razı olanların hissəsində səhih və keçərlidir.

Məsələ 2680: Əgər meyyitin müəyyən etdiyi xərc onun malının 3/1-dən çox olsa və vərəsələr də icazə versələr, öz icazələrindən dönə bilməzlər. Əgər vəsiyyət edənin sağlığında rədd ediblərsə, ölümündən sonra icazə verə bilərlər. Amma əgər o öləndən sonra rədd etsələr, ondan sonra icazə vermələrinin faydası yoxdur.

Məsələ 2681: Əgər vəsiyyət etsə ki, malının 3/1-dən xums, zəkat, ya başqa bir borcu versinlər və onun orucu və namazı üçün əcir tutsunlar, həmçinin fəqirlərə təam vermək kimi müstəhəbb bir iş yerinə yetirsinlər, gərək əvvəl onun borcunu malının 3/1-dən versinlər. Əgər bir şey artıq qalsa, onun namaz və orucu üçün əcir tutsunlar. Əgər ondan da bir şey artıq qalsa, müəyyən etdiyi müstəhəbb işlərə çatdırsınlar. Belə ki, onun malının 3/1-i ancaq borcuna çatsa və vərəsələr də onun malının 3/1-dən çox xərclənməsinə icazə verməsələr, onun namaz və orucu üçün, həmçinin müstəhəbb işlər üçün etdiyi vəsiyyət batildir.

Məsələ 2682: Borclarının verilməsini, namaz və oruclarına əcir tutulmasını və müstəhəbb bir işin də edilməsini vəsiyyət edərsə və bunların malın 3/1-dən verilməsini vəsiyyət etməzsə, onun borcunu malın əslindən verməlidirlər. Əgər bir şey artıq qalsa, onun 3/1-ni namaz və oruca, həmçinin müəyyən etdiyi müstəhəbb işlərə çatdırsınlar. Malın 3/1-i onlara kifayət etməyən halda əgər vərəsələr icazə versələr, gərək onun vəsiyyətinə əməl olunsun. Əgər icazə verməsələr, gərək namaz və orucunu malın 3/1-dən versinlər. Əgər bir şey artıq qalsa, müəyyən etdiyi müstəhəbb işlərə çatdırsınlar.

Məsələ 2683: Əgər bir şəxs, «meyyit bu qədər məbləğin mənə verilməsini vəsiyyət etdi» – deyərsə, iki adil kişi onun sözünü təsdiq edərsə və ya and içsə və bir adil kişi onu təsdiq etsə, ya bir adil kişi və iki adil qadın onun sözünü təsdiq edərsə, ya da dörd adil qadın onun sözünü təsdiq edərsə, söylənilən miqdar ona verilməlidir. Əgər bir adil qadın şahidlik edərsə, istədiyi malın 4/1-i ona verilməlidir. Əgər iki adil qadın təsdiq edərsə, onun yarısını, əgər üç adil qadın təsdiq edərsə onun 4/3-nü ona verməlidirlər. Həmçinin, şəhadət verəcək bir müsəlman tapılmasa öz dinlərində adil sayılan iki kitab əhli olan kafir, onun sözünü təsdiq etdikdə də tələb etdiyi şeyi ona verməlidirlər.

Məsələ 2684: Əgər bir şəxs, «mən meyyitin malını hər hansı bir yerdə istifadə etməkdə onun vəsisiyəm»– deyərsə, iki adil kişi onun sözünü təsdiq edən halda, yaxud şəhadət vermək üçün bir müsəlman olmazsa, öz dinlərində adil olan iki zimmə əhlinin təsdiqi ilə, habelə vərəsənin iqrar etməsi ilə də onun sözü sübut olunur.

Məsələ 2685: Malından bir şeyin, bir şəxsin malı olmasını vəsiyyət edərsə və o şəxs də qəbul və ya rədd etməzdən qabaq ölərsə, onun vərəsələri vəsiyyəti rədd etməyənə qədər o şeyi qəbul edə bilərlər. Amma bu hökm, vəsiyyət edənin öz vəsiyyətindən dönmədiyi təqdirdədir. Əgər vəsiyyətindən dönərsə, o şeydə haqqları yoxdur.

İRSİN HÖKMLƏRİ

Məsələ 2686: Qohumluq vasitəsilə irs aparan şəxslər üç dəstədir:

1. Meyyitin ata-anası və övladıdır. Övlad olmayanda isə övladın övladı və nə qədər aşağı getsə, bunlardan hər kəs ki, meyyitə daha yaxın olsa, irs aparır. Bu dəstədən bir nəfər qalana qədər ikinci dəstə irs aparmazlar.

2. Baba, nənə, bacı və qardaşdır. Qardaş və bacı olmayanda isə onların övladından hər kəs ki, meyyitə daha yaxındır, irs aparar. Bu dəstədən bir nəfər qalana qədər üçüncü dəstə irs aparmazlar.

3. Əmi, bibi, dayı, xala və onların övladıdır. Meyyitin əmilərindən, bibilərindən, dayılarından və xalalarından biri sağ olana qədər onların övladı irs aparmazlar. Amma ölənin fəqət ata tərəfindən olan əmisi ilə həm ana, həm də ata tərəfindən olan əmisi oğlu olarsa, dayı və xalası olmazsa, miras, ana və ata tərəfindən olan əmisi oğluna düşər və təkcə ata tərəfindən olan əmisi miras almaz. Əgər əmi və əmisi oğlanları bir neçə nəfər olsa, yaxud da meyyitin əyalı həyatda olsa, bu hökm işkalsız deyildir.

Məsələ 2687: Əgər meyyitin özünün əmisi, bibisi, dayısı, xalası, həmçinin onların övladı və övladının da övladı olmasa, onda meyyitin atasının və anasının əmi, bibi, dayı və xalası irs apararlar. Əgər bunlar da olmasa, onların övladı irs apararlar və əgər bunlar da olmasa, o halda babasının və nənəsinin əmisi, bibisi, dayısı və xalası, əgər bunlar da olmasa, onların övladları irs apararlar.

Məsələ 2688: Ər və arvad sonradan deyiləcək təfsil ilə bir-birindən irs apararlar.

Birinci dəstənin irsi

Məsələ 2689: Əgər meyyitin varisi birinci dəstədən ancaq bir nəfər olsa, məsələn; ata, ya anası, ya bir oğlu, ya bir qızı olsa, meyyitin malının hamısı ona çatar. Əgər bir oğlu və bir qızı olsa, malı elə bölməlidirlər ki, oğul qızdan iki dəfə artıq aparsın.

Məsələ 2690: Əgər meyyitin varisi ancaq onun ata və anası olsa, malı üç yerə bölərlər, onun iki hissəsini ata və bir hissəsini ana aparar. Amma əgər meyyitin iki qardaşı, ya dörd bacısı, ya bir qardaş və iki bacısı olsa ki, onların hamısı müsəlman, azad və onların atası meyyitin atası ilə bir olsa, istər onların anası meyyitin anası ilə bir olsunlar, istər olmasınlar, və bu şərtlə ki, dünyaya gəlmiş olsunlar, baxmayaraq ki, meyyitin ata-anası olana qədər bunlar irs aparmır, amma əgər bunlar olarsa, ana malın 6/1-ni aparır, qalanını isə atasına verərlər.

Məsələ 2691: Meyyitin varisi yalnız ana, ata və bir qız olarsa, əgər meyyitin əvvəlki məsələdə deyilən şərtlərlə, qardaşı və ya bacısı olmazsa, malı beş qismə bölərlər, ana və ata hər biri bir pay, qız isə üç pay alar. Əgər keçən şərtlərlə qardaş, ya bacısı olarsa, ata beşdə bir və ana altıda bir pay, qız isə beşdə üç pay alar. Yerdə qalan üçdə birdə isə vacib ehtiyata görə bir-biri ilə sülh etməlidirlər. Belə ki, onun üçdə birinin ananın, 4/3-nün qızın və 4/1-in atanın olması ehtimal verilir.

Məsələ 2692: Əgər meyyitin varisi ata-ana və bir oğul olsa, malı altı yerə bölərlər, ata və ananın hər biri onun bir hissəsini, oğul isə dörd hissəsini aparar. Əgər bir neçə oğlu, ya bir neçə qızı olsa, o dörd hissəni öz aralarında bərabər bölərlər, əgər həm oğlan və həm də qız olsalar o dörd hissəni elə böləcəklər ki, oğul qızdan iki dəfə artıq aparsın.

Məsələ 2693: Əgər meyyitin varisi ya ata, ya da ana və bir ya bir neçə oğul olsa, malı altı yerə bölərlər. Onun bir hissəsini ata, ya ana, beş hissəsini isə oğul aparar. Əgər bir neçə oğlu olsa, onlar beş hissəni bərabər halda bölərlər.

Məsələ 2694: Əgər meyyitin varisi ancaq ata ya ana, bir neçə oğul və qız ilə olsalar, malı altı hissəyə bölərlər. Onun bir hissəsini ata ya ana aparar, qalanını isə elə böləcəklər ki, oğul qızdan iki dəfə artıq aparsın.

Məsələ 2695: Əgər meyyitin varisi ancaq ata, ya ana və bir qız olsa, malı 4 hissəyə bölərlər, onun bir hissəsini ata ya ana, qalanını isə qız aparar.

Məsələ 2696: Əgər meyyitin varisi ata, ya ana və bir neçə qız olsa, malı 5 hissəyə bölərlər, onun bir hissəsini ata ya ana, qalan dörd hissəsini isə qızlar öz aralarında bərabər bölərlər.

Məsələ 2697: Əgər meyyitin övladı olmasa, onun oğul nəvəsi qız da olsa, meyyitin oğlunun səhmini aparar. Onun qız nəvəsi oğlan da olsa, meyyitin qızının səhmini aparar, məsələn; əgər meyyitin öz qızından bir oğlu və oğlundan bir qızı olsa, malı üç yerə böləcəklər, onun bir hissəsini qızının oğluna, iki hissəni isə oğlunun qızına verəcəklər. Nəvələrin irs aparmasında ata və ananın olmaması şərt deyil.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]