Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ayetullah Sistani aga (Risale)1.doc
Скачиваний:
26
Добавлен:
16.11.2019
Размер:
2.23 Mб
Скачать

Vacib namazi pozmağin mümkün olduğu hallar

Məsələ 1146: Öz ixtiyarı ilə vacib namazı pozmaq, vacib ehtiyata görə caiz deyildir. Amma malı qorumaq, mala, ya bədənə olan zərərin qarşısını almaq üçün maneəsi yoxdur. Hətta namaz qılanın dünya və axirəti üçün əhəmiyyətli olan hər işə görə olsa belə, maneçiliyi yoxdur.

Məsələ 1147: Əgər insan öz canını və ya qorunması vacib olan bir şəxsin canını qorumaq, eləcə də qorunması vacib olan bir malı qorumaq üçün namazı pozmalıdırsa, və bu işləri namazı pozmadan mümkün deyilsə, gərək namazı pozsun.

Məsələ 1148: Əgər vaxt geniş olanda namaz qılsa və tələbkar öz tələbini ondan istəsə, belə ki, namaz əsnasında onun istədiyini verə bilərsə, gərək həmin halda ödəsin. Əgər namazı sındırmadan onu vermək mümkün deyilsə, gərək namazı sındırsın, onun istədiyini versin və sonra namazı qılsın.

Məsələ 1149: Əgər namazda başa düşsə ki, məscid nəcisdir, belə ki, vaxt dar olsa, gərək namazı tamam etsin. Əgər vaxt genişdirsə və məscidi pak etmək namazı pozmursa, gərək namaz əsnasında pak etsin, sonra namazın ardını qılsın. Əgər bu iş namazı pozacaqsa, namazdan sonra məscidi təmizləmək mümkündürsə, məscidi təmizləmək üçün namazı pozması caizdir. Əgər namazdan sonra məscidi pak etmək mümkün olmasa, gərək namazı sındırsın, məscidi pak etsin və sonra namazı qılsın.

Məsələ 1150: Namazı sındırmalı olan şəxs, namazı tamamlayarsa, günah etməsinə baxmayaraq, namazı səhihdir. O namazı yenidən qılması ehtiyat müstəhəbbdir.

Məsələ 1151: Əgər qiraətdən qabaq və yaxud rükuya əyilməmişdən qabaq, yadına düşsə ki, azan və iqaməni və ya təkcə iqaməni yaddan çıxarıb, belə ki, namazın vaxtı genişdirsə, müstəhəbbdir, onları demək üçün namazı sındırsın. Hətta əgər namazı tamam olmamışdan qabaq, yadına düşsə ki, onları yaddan çıxarıb, müstəhəbbdir ki, onları demək üçün namazı sındırsın.

ŞƏKKİYYAT

Namazın şəkkiyyatı 22 növdür: o şəkklərdən yeddisi namazı batil edir, altısına gərək e`tina olunmasın və qalan 9 növü isə səhihdir.

NAMAZI BATİL EDƏN ŞƏKKLƏR

Məsələ 1152: Namazı batil edən şəkklər bunlardır:

1. İki rük`ətli vacib namazların rük`ətlərinin sayında şəkk etmək. Məsələn, sübh və müsafirin namazı. Amma müstəhəbb namazların rük`ətlərinin sayında və ehtiyat namazının rük`ətlərində şəkk etmək namazı batil etməz.

2. Üç rük`ətli namazın rük`ətlərinin sayında şəkk etmək.

3. Dörd rük`ətli namazda bir rük`ət və ya çox qıldığına şəkk etmək;

4. Dörd rük`ətli namazda ikinci səcdəyə daxil olmazdan qabaq iki rük`ət, ya çox qıldığına şəkk etmək;

5. İki-beş, ya iki və beşdən çox arasında şəkk etmək.

6. Üç-altı, ya üç və altıdan çox arasında şəkk etmək.

7. Dörd-altı, ya dörd və altıdan çox arasında şəkk etmək (aşağıda izah olunacaqdır).

Məsələ 1153: İnsan batil edən şəkklərlə qarşılaşarsa, şəkki bərpa olana qədər namazını pozmaması, namazın surəti pozuluncaya və ya yəqin və zənn hasil etməkdən ümidsiz oluncaya qədər fikirləşməsi daha yaxşıdır.

E`TİNA OLUNMAYAN ŞƏKKLƏR

Məsələ 1154: E`tina olunmayan şəkklər bunlardır:

1. Yerinə yetirilmə məhəlli keçmiş olan əməldə şəkk: məsələn, rükuda Həmdi oxuyub-oxumadığına şəkk edərsə;

2. Namazın salamından sonra şəkk etmək;

3. Namazın vaxtı keçəndən sonra şəkk etmək;

4. Kəsirüş-şəkkin şəkk etməyi, yə`ni o kəs ki, çox şəkk edir;

5. Camaat namazında mə`mum rük`ətlərin sayını bilirsə, imamın, yaxud imam rük`ətlərin sayını bilirsə, mə`mumun rük`ətlərin sayında etdiyi şəkk;

6. Müstəhəbb və ehtiyat namazlarındakı şəkk.

1. Məhəlli keçmiş bir şeydə şəkk etmək

Məsələ 1155: Namazda ikən namazın vacibatından hər hansı birini edib-etmədiyində şəkk edərsə, məsələn, Həmdi oxuyub-oxumadığında şəkk edərsə, əgər şər`i nəzərdən əvvəlki işi qəsdən tərk etdiyi təqdirdə, buna başlaması caiz olmayan bir işə başlamışsa, məsələn surəni oxuyarkən Həmdi oxuyub-oxumadığına şəkk edərsə, şəkkinə e`tina etməməlidir. Əks təqdirdə edib-etmədiyində şəkk etdiyi işi yerinə yetirməlidir.

Məsələ 1156: Əgər bir ayəni oxuyan zaman şəkk etsə ki, əvvəlki ayəni oxumuşdur ya yox və ya ayənin axırını oxuyan vaxtda şəkk etsə ki, onun əvvəlini oxumuşdur ya yox, öz şəkkinə e`tina etməsin.

Məsələ 1157: Əgər rüku və səcdədən sonra şəkk etsə ki, onun zikri demək və bədəninin sakit olması kimi vacib işlərini görmüşdür ya yox, gərək öz şəkkinə e`tina etməsin.

Məsələ 1158: Səcdəyə gedən halda rükuya gedib-getməməsində şəkk etsə, yaxud şəkk etsə ki, rükudan sonra qalxmışdır ya yox, gərək öz şəkkinə e`tina etməsin.

Məsələ 1159: Əgər qalxan halda şəkk etsə ki, səcdə ya təşəhhüdü yerinə yetirib ya yox, gərək öz şəkkinə e`tina etməsin.

Məsələ 1160: Oturduğu, yaxud uzandığı yerdə namaz qılan şəxs, Həmd və ya təsbihatı oxuyan yerdə şəkk etsə ki, səcdə və ya təşəhhüdü yerinə yetirmişdir ya yox, gərək öz şəkkinə e`tina etməsin. Əgər Həmdi və ya təsbihatı deməmişdən əvvəl şəkk etsə ki, səcdə və ya təşəhhüdü demişdir ya yox, gərək yerinə yetirsin.

Məsələ 1161: Əgər namazın rüknlərinin birini yerinə yetirib-yetirmədiyi barədə şəkk edərsə, belə ki, ondan sonrakı işlə məşğul olmasa, gərək onu yerinə yetirsin. Məsələn, əgər təşəhhüdü oxumamışdan qabaq şəkk etsə ki, iki səcdəni əmələ gətirmişdir ya yox, gərək yerinə yetirsin. Sonradan yadına düşsə ki, o rüknü əmələ gətiribmiş, rükn artıq olduğuna görə, namazı lazım ehtiyata əsasən batildir.

Məsələ 1162: Əgər rükn olmayan bir əməli yerinə yetirib-yetirmədiyi barədə şəkk edərsə, belə ki, ondan sonrakı işlə mə üşğul olmayıbdırsa, gərək onu yerinə yetirsin. Məsələn, surəni oxumazdan qabaq Həmdi oxuyub-oxumadığına şəkk edərsə, gərək Həmdi oxusun. Əgər onu yerinə yetirəndən sonra yadına düşsə ki, onu yerinə yetiribmiş, rükn artıq olmadığı üçün namazı səhihdir.

Məsələ 1163: Əgər şəkk etsə ki, rüknü yerinə yetirib ya yox, məsələn, təşəhhüdə məşğul olanda bir cüt səcdəni yerinə yetirib-yetirməməsində şəkk edərsə, öz şəkkinə e`tina etməsə və sonra yadına düşsə ki, o rüknü yerinə yetirməyibdir, əgər sonrakı rüknə məşğul olmamışdırsa, gərək onu yerinə yetirsin. Əgər sonrakı rüknə məşğul olubdursa, namazı lazım ehtiyata əsasən batildir. Məsələn, əgər sonrakı rük`ətin rükusundan əvvəl yadına düşsə ki, əvvəldəki iki səcdəni yerinə yetirməyib, gərək yerinə yetirsin və əgər rükuda, yaxud ondan sonra yadına düşsə, deyildiyi kimi namazı batildir.

Məsələ 1164: Əgər şəkk etsə ki, rükn olmayan bir əməli yerinə yetirib ya yox, belə ki, ondan sonrakı işə məşğul olsa, gərək öz şəkkinə e`tina etməsin. Məsələn, surə oxumağa məşğul olarkən şəkk etsə ki, Həmdi oxuyubdur ya yox, gərək öz şəkkinə e`tina etməsin. Əgər sonradan yadına düşsə ki, onu yerinə yetirməyib, belə ki, sonrakı rüknə məşğul olmamışdırsa, gərək onu və ondan sonrakıları yerinə yetirsin. Əgər sonrakı rüknə məşğul olmuşdursa, namazı səhihdir. Buna əsasən əgər qunutda yadına düşsə ki, Həmdi oxumamışdır, gərək oxusun və əgər rükuda yadına düşsə, namazı səhihdir.

Məsələ 1165: Namazın salamını deyib-demədiyi barədə şəkk edərsə, əgər namazdan sonra, tə`qibə və ya başqa bir namaza başlamışdırsa, yaxud namazı pozacaq bir iş görərək, namaz halından çıxmışdırsa, şəkkinə e`tina etməməlidir. Amma əgər bunlardan əvvəl şəkk edərsə, salamı deməlidir. Lakin, salamı düzgün deyib-demədiyi barədə şəkk edərsə, hər hansı halda olsa belə, şəkkinə e`tina etməməlidir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]