Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ayetullah Sistani aga (Risale)1.doc
Скачиваний:
26
Добавлен:
16.11.2019
Размер:
2.23 Mб
Скачать

1. İnsana, onların sözündə yəqinlik və ya xatircəmlik tapacaq bir dəstənin xəbər verməsilə;

2. İki adil kişinin şəhadəti, amma gərək süd verməyin şəraitini də desinlər; məsələn, desinlər «biz gördük ki, filan uşaq filan qadının döşündən 24 saat süd əmib və bu əsnada başqa şey yeməyib» və həmçinin 2431-ci məsələdə deyilmiş başqa şərtləri də şərh etsinlər. Amma süd verməyin bir adil kişi və iki qadının və ya dörd adil qadının şəhadəti ilə sübut olması məhəlli-işkaldır, deməli, ehtiyat olunmalıdır.

Məsələ 2456: Əgər uşağın, məhrəm olmağa səbəb olacaq qədər süd əmib-əmmədiyində şəkk edilərsə, ya da o miqdar süd əmdiyi zənn edilərsə, uşaq heç kimə məhrəm olmaz. Amma ehtiyat etmək daha yaxşıdır.

TƏLAĞIN HÖKMLƏRİ

Məsələ 2457: Öz arvadına təlaq verən kişi, gərək baliğ və aqil olsun, amma əgər on yaşlı uşaq öz arvadına təlaq versə, gərək bu halda ehtiyata əməl etmək tərk olunmasın; həmçinin kişi gərək öz ixtiyarı ilə təlaq versin və əgər arvadına təlaq verməyə onu məcbur etsələr, təlaq batildir; və həmçinin gərək təlaq vermək qəsdi olsun, əgər siğəsini zarafat ilə, yaxud sərxoş halda desə, səhih deyil.

Məsələ 2458: Qadın gərək təlaq vaxtında heyz və nifas qanından pak olsun və əri o paklıqda onunla yaxınlıq etməmiş olsun. Bu iki şərtin təfsili gələcək məsələlərdə deyiləcək.

Məsələ 2459: Heyz və nifas halında qadına təlaq vermək üç halda səhihdir: 1) Evlənəndən sonra əri onunla yaxınlıq etməmiş olsun; 2) Hamilə olmağı mə`lum olsun; əgər mə`lum olmasa və əri heyz halında təlağını versə və sonra başa düşsə ki, hamilə imiş, təlaq batildir, hərçənd yaxşısı odur ki, ona təlaq verməklə olsa belə ehtiyata riayət edilsin; 3) Kişi qayib olsa və ya hər hansı səbəbdən hətta qadının gizlənməsinə görə, arvadının heyz və nifas qanından pak olub-olmadığını başa düşə bilməsə; Bu halda vacib ehtiyat budur ki, arvadından ayrıldığı gündən ən azı bir ay keçənə qədər səbr edib sonra ona təlaq versin.

Məsələ 2460: Əgər qadını heyz halından pak olduğunu bilsə və təlağını versə, sonradan mə`lum olsa ki, təlaq vaxtında heyz halında imiş, onun təlağı fərz olunan hal istisna olmaqla batildir. Əgər onun, heyz halında olduğunu bilsə və təlağını versə, sonradana mə`lum olsa ki, pak imiş, onun təlağı səhihdir.

Məsələ 2461: Əgər bir şəxs arvadının heyz, ya nifas halında olduğunu bilə-bilə ondan ayrı düşsə, məsələn, səfərə çıxsa və ona təlaq vermək istəsə, gərək arvadın heyz ya nifas qanından pak olduğuna yəqinlik, ya arxayınlıq hasil edənə kimi səbr etsin və sonra bilsə ki, pak olubdur, ona təlaq verə bilər və həmçinin əgər şəkki olsa, o halda 2457-ci məsələdə göstərilən qayibdə olan kişinin təlaq hökmünə riayət etsin.

Məsələ 2462: Əgər arvadından ayrı düşən kişi öz arvadına təlaq vermək istəsə, belə ki, arvadının heyz və nifas halında olub-olmamasından xəbər tuta bilsə, hərçənd onun xəbəri qadının heyz adəti üzrə, ya şəriətdə müəyyən olunmuş başqa nişanələrdən olsa belə, əgər ona təlaq versə və sonra mə`lum olsa heyz, ya nifas halında olub, o halda onun təlağı səhih deyil.

Məsələ 2463: İstər heyz, ya nifas halında olan, istərsə pak olmuş əyalı ilə yaxınlıq etsə və təlaq vermək istəsə, gərək təzədən heyz olub pak olana qədər gözləsin. Amma 9 yaşı tamam olmamış, yaxud qadının hamilə olması yəqin olsa, əgər yaxınlıq edəndən sonra təlaq versə, həmçinin yaisə olsa da, işkalı yoxdur (yaisənin mə`nası 2405-ci məsələdə deyilib).

Məsələ 2464: Əgər heyz və nifas qanından pak olan qadın ilə yaxınlıq etsə və həmin paklıqda onun təlağını versə, sonradan isə mə`lum olsa ki, təlaq vaxtı hamilə imiş, o təlaq batildir, hərçənd təlağın yenidən verilməsi ilə olsa belə ehtiyata riayət etmək daha yaxşıdır.

Məsələ 2465: Əgər heyz və nifas qanından pak olmuş qadın ilə yaxınlıq etsə və sonra ondan ayrılsa, məsələn; səfərə getsə, belə ki, səfərdə təlağını vermək istəsə və onun halından xəbərdar ola bilməsə, gərək qadının o paklıqdan sonra qan görüb və təzədən pak olması qədər səbr etsin. Vacib ehtiyat odur ki, o müddət bir aydan az olmasın. Əgər qeyd olunanlara riayət etməklə təlaq versə, sonra təlağın elə həmin paklıq dövründə baş verməsi mə`lum olsa, eybi yoxdur.

Məsələ 2466: Əgər kişi xilqətindən, ya xəstəliyinə görə, ya süd verdiyinə görə, ya dərman qəbul etdiyinə görə və ya hansı başqa səbəbdən heyz görməyən arvadına təlaq vermək istəsə və o halda onun yaşda olan qadınlar heyz görürlərsə, gərək öz arvadı ilə yaxınlıq etdiyi vaxtdan 3 (üç) ay müddətində onunla cima etməkdən çəkinsin və sonra ona təlaq versin.

Məsələ 2567: Təlağın siğəsi gərək ərəbcə düz və «Taliq» kəlməsi ilə oxunsun, iki adil kişi də onu eşitsinlər. Əgər kişi özü təlaq siğəsini oxumaq istəsə və arvadının adı məsələn; Fatimə olsa gərək desin: «Zovcəti Fatimətu taliqun» yə`ni mənim arvadım Fatimə azaddır. Əgər başqasını vəkil etsə, gərək o vəkil desin: «Zovcətu müvəkkili Fatimətu taliqun» və qadın müəyyən olan halda onun adını demək lazım deyil. Əgər orada hazır olsa və «hazihi taliqun» deyilərək ona işarə etsə və ya ona xitab edilərək ənti taliq deyilsə, kifayətdir. Əgər kişi təlaq siğəsini ərəbcə oxuya bilməsə və ya vəkil tuta bilməsə, hansı dildə olursa olsun, ərəbcə oxunan siğənin mə`nasını deyib, təlaq verə bilər.

Məsələ 2468: Müvəqqəti əqd ilə siğə olunmuş qadının təlağı yoxdur. Onun azad olması, əqdin tamam olması ilə, yaxud kişinin ona «Müddəti sənə bağışladım» deyərək müddəti bağışlaması ilə olur. Şahid tutmaq və qadının heyzdən pak olması lazım deyil.

TƏLAĞIN İDDƏSİ

Məsələ 2469: 9 yaşı tamam olmamış, habelə yaisə qadının iddəsi yoxdur, yə`ni əri onunla yaxınlıq etsə də, təlaqdan sonra dərhal ərə gedə bilər.

Məsələ 2470: 9 yaşı tamam olan və yaisə olmayan qadının əri onunla yaxınlıq edib təlağını versə, təlaqdaq sonra gərək iddə saxlasın. İki heyzin arasındakı fasilə 3 aydan az olan qadının iddəsi odur ki, əri paklığında ona təlağını verəndən sonra o qədər gözləsin ki, iki dəfə heyz görsün və pak olsun. Üçüncü heyzi görən kimi onun iddəsi tamam olur və ərə gedə bilər, amma əgər yaxınlıq etməmişdən qabaq ona təlaq versə, iddəsi yoxdur, yə`ni təlaqdaq sonra dərhal ərə gedə bilər, amma əgər ərindən xaric olan məni, (cəzb və ya ona oxşar yol ilə) qadının fərcinə daxil olsa, bu halda gərək iddə saxlasın.

Məsələ 2471: Heyz görməyən qadın əgər heyz görən qadınlar yaşda olsa, ya iki heyzi arasındakı zaman fasiləsi 3 aydan artıq olsa, belə ki, əri onunla yaxınlıq etdikdən sonra təlaq versə, gərək təlaqdaq sonra qəməri tarixlə üç ay iddə saxlasın.

Məsələ 2472: İddəsi üç ay olan qadının əgər hilali ayın əvvəlində təlağını versələr, üç ay iddə saxlasın. Əgər ayın əsnasında təlağını versə, gərək ayın qalanını sonrakı iki ay ilə bərabər və birinci aydan, qalanını isə dördüncü aydan iddə saxlasın ki, üç ay tamam olsun. Məsələn, əgər ayın 20-ci gününün qürubunda təlağını versələr və o ay 30 gün olsa, onun iddəsi dördüncü ayın 20-ci günü qürub vaxtı tamam olur. Əgər ay 29 gün olsa, vacib ehtiyat odur ki, dördüncü aydan 21 gün iddə saxlasın ki, birinci aydan iddə saxladığı miqdarla 30 gün olsun.

Məsələ 2473: Əgər hamilə qadına təlaq versələr, iddəsi uşaq dünyaya gələnə qədər, ya səqt olana qədərdir. Buna görə də əgər təlaqdan bir saat sonra uşaq dünyaya gəlsə, iddəsi tamam olar, amma bu o haldadır ki, uşaq ərinin şər`i övladı olsun. Buna əsasən əgər qadın zinadan hamilə olsa və əri ona təlaq versə, onun iddəsi, uşağa hamiləlik dövrü ilə tamam olmur.

Məsələ 2474: 9 yaşı tamam olmuş və yaisə olmayan qadın əgər siğə olunsa, belə ki, əri onunla yaxınlıq etsə və o qadının müddəti tamam olsa, ya əri müddəti ona bağışlasa, gərək iddə saxlasın. Əgər heyz görürsə, gərək iki heyz miqdarında iddə saxlasın və ərə getməsin, vacib ehtiyata görə bir dəfə heyz görməsi kifayət deyil və əgər heyz görmürsə 45 gün ərə getməkdən özünü çəkindirsin. Hamilə olan halda onun iddəsi uşaq dünyaya gələnə qədər, ya səqt olana qədərdir, hərçənd müstəhəbb ehtiyat odur ki, doğuş və 45 gün arasında hansı daha çox olsa, onu daha çox iddə saxlasın.

Məsələ 2475: Təlaq iddəsinin əvvəli təlaq siğəsi oxunub tamam olandan sonra başlayır, istər qadın ona təlaq verdiyini bilsin, ya bilməsin. Əgər iddə tamam olandan sonra ona təlaq verildiyini başa düşsə, təzədən iddə saxlamağı lazım deyil.

ƏRİ ÖLMÜŞ QADININ İDDƏSİ

Məsələ 2476: Əri ölmüş qadın hamilə olmasa, gərək 4 ay 10 gün iddə saxlasın, yə`ni ərə getməkdən çəkinsin, hərçənd səğirə, ya yaisə, ya siğə olsa, ya kafir, ya ric`i təlaq verilmiş, ya iddə halında olsun, əri onunla yaxınlıq etməsə də, hətta əri uşaq və ya dəli də olmuş olsa, hökm eynidir. Əgər hamilə olsa, gərək doğana qədər iddə saxlasın. Amma əgər 4 ay 10 gün keçməmişdən qabaq dünyaya gəlsə, gərək ərinin ölümündən sonra 4 ay 10 gün gözləsin. Bu iddəyə, vəfat iddəsi deyərlər.

Məsələ 2477: Vəfat iddəsində olan qadına zinət libasları geymək və sürmə çəkmək haramdır. Həmçinin zinət hesab olunan başqa işlər də ona haram olar. Amma evdən çölə getmək ona haram deyil.

Məsələ 2478: Əgər bir qadın ərinin öldüyünü yəqin etsə və vəfat iddəsi tamam olandan sonra ərə getsə, əgər mə`lum olsa ki, onun əri sonradan ölüb, ikinci əqd də birinci ərinin sağlığında və ya həqiqi vəfat iddəsi dövründə baş veribsə, gərək ikinci ərindən ayrılsın və vacib ehtiyata görə iki iddə saxlasın. Əgər ikinci ərindən hamilə olubsa, bu halda doğana qədər ikinci ər üçün (eynilə təlaq iddəsi kimi olan) vəty-şübhə iddəsi, ondan sonra isə birinci ər üçün vəfat iddəsi saxlasın, ya da əvvəlki iddəsini təkmil etsin. Əgər hamilə olmasa və birinci əri ikinci ərinin yaxınlıq etməsindən qabaq ölmüş olsa, əvvəlcə birinci ər üçün vəfat iddəsi, ondan sonra isə ikinci əri üçün vəty-şübhə iddəsi saxlasın. Əgər yaxınlıq vəfatdan qabaq olubsa, onun iddəsi irəlidir.

Məsələ 2479: Vəfat iddəsinin əvvəli əri qayib, ya qayib hökmündə olan halda, ərin ölümündən sonra yox, qadının ərinin ölümündən xəbərdar olmasından başlayır, amma bu hökm əgər qadın həddi-büluğa çatmamış, ya divanə olan surətdə məhəlli-işkaldır, ehtiyata riayət etmək vacibdir.

Məsələ 2480: Əgər qadın desə ki, «iddəm tamam olub», ondan qəbul olunar, amma əgər qadın töhmət vurulan bir məqamda olsa, bu halda vacib ehtiyata görə ondan qəbul olunmaz, məsələn, əgər iddia etsə ki, bir ayda 3 dəfə heyz görüb, onun iddiası təsdiq olunmaz. Amma əgər ona yaxın olan qadınlar onun bu adət üzrə heyz görməsini təsdiq etsələr, bu halda ondan qəbul olunar.

RİC`İ VƏ BAİN TƏLAĞI

Məsələ 2481: Bain təlaq odur ki, təlaqdan sonra kişinin öz arvadına rücu` etməsinə haqqı yoxdur, yə`ni əqdsiz onu arvadlığa qəbul etməyə haqqı yoxdur və o, 6 qismdir.

1. 9 yaşı tamam olmayan qadının təlağı.

2. Yaisə olan qadının təlağı.

3. Əqddən sonra əri onunla yaxınlıq etməmiş olan qadının təlaqı.

4. Üç dəfə boşanmış bir qadının təlaqı (2484-cü məsələdə gələcək).

5. Xül`i və mübarat təlağı.

6. Şəriət hakiminin, ərinin nə nəfəqəsini tə`min etməyə və nə də boşamağa hazır olduğu bir qadına verdiyi təlaq.

Bunlarla bağlı hökmlər sonrakı məsələlərdə açıqlanacaqdır. Bunlardan başqa olan təlaqlar isə ric`i təlaqdır. Yə`ni qadının iddədə olduğu müddətdə əri yenidən ona rücu` edə bilər.

Məsələ 2482: Arvadını ric`i təlaqla boşayan şəxsə arvadını, boşanma zamanı yaşadığı evdən çıxarması haramdır. Amma bə`zi zamanlarda ki, qadının zina etmiş olması bunlardan biridir, qadını evdən çıxarmasının eybi yoxdur. Həmçinin qadının ərindən icazəsiz lazımsız işlər üçün evdən çıması haramdır. Kişiyə də vacibdir ki, iddə dövründə onun xərclərini tə`min etsin.

RÜCU` ETMƏYİN HÖKMLƏRİ

Məsələ 2483: Ric`i təlaqda kişi iki yolla öz arvadına rüc`u edə bilər:

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]