Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ayetullah Sistani aga (Risale)1.doc
Скачиваний:
26
Добавлен:
16.11.2019
Размер:
2.23 Mб
Скачать

İzdivacin müxtəlif məsələləri

Məsələ 2402: Zövcəsi olmaması səbəbi ilə harama düşən şəxsin evlənməsi vacibdir.

Məsələ 2403: Əgər ər əqddə şərt etsə ki, qadın bakirə olsun və əqddən sonra bakirə olmadığı mə`lum olsa, əqdi poza bilər. Amma əgər əqdi pozmazsa, ya əvvəldən şərt etməmiş olsa, amma bakirə olmasına inandığı əsasda izdivac etmiş olsa, bakirə ilə qeyri-bakirənin mehrinin fərqini nəzərə alaraq qərar qoyduqları mehrdən azalda bilər. Əgər vermiş olsa, geri ala bilər, məsələn, əgər onun mehri 100 manat olsa, onun kimi olan qadının bakirə olduğu təqdirdə mehri 80 manat, bakirə olmadıqda isə 60 manat olarsa, 100 manatdan dörddə bir nisbət fərqi olan miqdarı 100-dən çıxılar.

Məsələ 2404: Naməhrəm kişi və qadının heç bir kəsin olmadığı xəlvət bir yerdə tək qalmaları fəsada düşmək ehtimalı olduğu təqdirdə, başqa bir kimsənin oraya kirmək imkanı olsa belə, haramdır. Amma əgər fəsada düşmək ehtimalı olmasa, eybi yoxdur.

Məsələ 2405: Əgər kişi qadının mehrini əqddə müəyyən etsə və verməmək qəsdi olarsa, əqd səhihdir, amma gərək mehri versin.

Məsələ 2406: İslam dinindən çıxıb kafirliyi seçən bir müsəlmana mürtəd deyilir. Mürtəd iki qismdir: Fitri mürtəd və milli mürtəd. Fitri mürtəd o kafirdir ki, o, dünyaya gələn vaxt onun ata-anası və ya onlardan biri müsəlman olub, özü də yaxşı və pisi başa düşdüyü vaxtda müsəlman olub, sonradan kafir olub. Milli mürtəd isə onun müqabilidir.

Məsələ 2407: Əgər bir qadın izdivacdan sonra mürtəd olsa, istər milli, istərsə fitri onun əqdi batil olar. Belə ki, əri onunla yaxınlıq etməyibsə, iddəsi yoxdur. Həmçinin, əgər yaxınlıq edəndən sonra mürtəd olsa, qadın yaisə və ya səğirə olursa, hökm eynidir. Amma əgər qadın heyz görən qadınların yaşında olsa, gərək təlaq hökmlərində deyiləcək qayda ilə iddə saxlasın. Əgər iddə əsnasında müsəlman olsa, onun əqdi öz halında qalır. Hərçənd yaxşısı budur ki, birlikdə yaşamaq istəsələr, yenidən əqd oxusunlar. Əgər ayrılmaq istəsələr, təlaq verilsin. Yaisə o qadındır ki, əlli yaşına çatmış və yaşının çox olması ilə əlaqədar heyz qanı görmür və artıq heyz görəcəyinə ümidi yoxdur.

Məsələ 2408: Əgər kişi əqddən sonra fitri mürtəd olarsa, arvadı ona haram olar və əgər yaxınlıq etmişsə və arvadı da yaisə və səğirə də deyilsə, gərək qadın təlağın hökmlərində deyiləcək olan vəfat iddəsi miqdarında iddə saxlasın. Vacib ehtiyata görə yaxınlıq etməyibsə və qadın səğirə və yaisə də olsa, yenə də vəfat iddəsi saxlasın. Əgər iddə əsnasında kişi tövbə etsə, vacib ehtiyata görə əgər birgə yaşamaq istəsələr, yenidən əqd oxusunlar. Əgər ayrılmaq istəsələr, təlaq verilsin.

Məsələ 2409: Əgər kişi əqddən sonra milli mürtəd olsa, belə ki, arvadı ilə yaxınlıq etməyibsə və arvadı yaisə olsa və ya səğirə olsa, onun əqdi batil olar iddəsi də yoxdur. Əgər yaxınlıq edəndən sonra mürtəd olsa və onun arvadı heyz görən qadınlar yaşında olsa, gərək o qadın təlaq hökmlərində deyildiyi kimi, təlaq iddəsi qədərində iddə saxlasın. Əgər iddə tamam olandan qabaq onun əri müsəlman olsa, onun əqdi öz halında qalar.

Məsələ 2410: Əgər qadın əqddə kişi ilə şərt etsə ki, onu şəhərdən çıxarmasın və kişi qəbul etsə, o gərək qadının razılığı olmadan qadını şəhərdən çıxarmasın.

Məsələ 2411: Əgər bir qadının keçmiş ərindən bir qızı olsa, sonrakı ər o qızı bu qadından olmayan oğlu üçün əqd edə bilər. Həmçinin, əgər bir qızı öz oğlu üçün əqd etsə, o qızın anası ilə izdivac edə bilər.

Məsələ 2412: Əgər bir qadın hətta zinadan belə hamilə olsa, onun üçün uşağı saldırmaq caiz deyildir. Amma əgər uşağın onun bətnində qalması dözüləsi olmayan zərəri olsa, ya çox ağır çətinliyi olsa, bu halda ruh daxil olmamış siqt etdirmək (saldırmaq) caizdir, amma eyni zamanda diyəsi var. Amma uşağa ruh daxil olduqdan sonra heç bir vəch ilə saldırması caiz deyil.

Məsələ 2413: Bir kəs əri olmayan və başqasının iddəsində olmayan qadınla zina etsə, belə ki, sonra onu əqd etsə və onların uşağı olsa, o surətdə ki, bilməsələr halal nütfədəndir, ya haram, o uşaq halalzadədir.

Məsələ 2414: Əgər kişi qadının iddədə olmasını bilməsə və onunla izdivac etsə, belə ki, qadın da bilməsə və onlardan uşaq olsa, halalzadədir, şər`ən də hər ikisinin uşağıdır. Amma əgər qadın iddədə olduğunu və iddədə izdivacın caiz olmadığını bilirdisə, şər`ən uşaq atanın övladıdır, hər iki halda onların əqdi batildir və əvvəldə deyildiyi kimi, bir-birlərinə əbədi olaraq haram olurlar.

Məsələ 2415: Əgər qadın desə ki, «yaisəyəm», gərək onun sözü qəbul olunmasın. Amma desə ki, ərim yoxdur, onun sözü qəbul olunar. Fəqət yalançılıqla müttəhim olunarsa, bu halda vacib ehtiyat odur ki, onun vəziyyəti araşdırılsın.

Məsələ 2416: İnsan əri olmadığını deyən qadın ilə izdivac etsə və sonradan bir şəxs, o qadının onun arvadı olduğunu iddia edərsə, belə ki, şər`ən o şəxsin sözlərinin doğru olduğu isbat olunmazsa, gərək onun sözü qəbul olunmasın.

Məsələ 2417: Qız və oğlan uşağı iki yaşını tamamlayana qədər ata onu anasından ayıra bilməz, çünki uşağı saxlamaq ata ilə ananın müştərək haqqıdır. Uşağı yeddi yaşına qədər anasından ayırmamaq ehtiyata daha uyğun və daha üstündür.

Məsələ 2418: Əgər qızın elçiliyinə gələn şəxsin dinə bağlılığı və əxlaqı yaxşı olarsa, onun rədd olunmaması daha yaxşıdır. Həzrəti Rəsulullahdan (s) rəvayət olunmuşdur ki: «Elçiliyə gələn kimsənin əxlaqı və dinə bağlılığından razı olsanız, qızınızı ona ərə verin. Əgər belə etməsəniz, yer üzərində böyük fitnə və fəsad doğar».

Məsələ 2419: Əgər qadın öz mehrini ərinə sülh etsə ki, başqa arvad almasın, vacibdir ki, əri başqa arvad almasın və qadının da mehri almaq haqqı yoxdur.

Məsələ 2420: Zinadan dünyaya gəlmiş kəs əgər arvad alsa və uşağı olsa, o uşaq halalzadədir.

Məsələ 2421: Əgər kişi Ramazan ayının orucunda, ya qadının heyzli halında onunla yaxınlıq etsə, günah etmişdir. Amma əgər onlardan uşaq olsa, halalzadədir.

Məsələ 2422: Ərinin səfərdə ölməyinə yəqini olan qadın vəfat iddəsindən sonra (onun müddəti təlaq hökmlərində deyiləcək) ərə getsə və birinci əri səfərdən qayıtsa, gərək ikinci ərindən ayrılsın və birinci ərinə halaldır. Amma əgər ikinci əri onunla yaxınlıq edibsə, gərək qadın vətyi-şübhə iddəsi saxlasın (elə təlaq iddəsi qədərincədir) İddə saxladığı dövrdə də birinci əri onunla yaxınlıq etməməlidir, amma sair ləzzətlər alması caizdir, xərcləri də birinci ərinin öhdəsinədir. İkinci ər gərək onun mehrini onun mislində olan qadınlar kimi versin.

SÜD VERMƏYİN HÖKMÜ

Məsələ 2423: Əgər bir qadın bir uşağı 2331-ci məsələdə deyiləcək şərtlərlə süd versə, o uşaq aşağıdakılara məhrəm olar:

1. O qadının özü ki, ona süd anası deyərlər.

2. O qadının əri ki, süd onunla əlaqədardır, ona süd atası deyərlər.

3. O qadının ata-anası və nə qədər yuxarı getsə, onun süd ata-anası olsa da.

4. O qadından dünyaya gəlmiş və ya sonradan dünyaya gələcək uşaqlar.

5. O qadının nəsəbi övladının uşaqları və nə qədər aşağı getsə, istər onun nəsəbi övladları olsun, istərsə də süd vasitəsilə olsun.

6. O qadının bacı-qardaşı, süd bacı-qardaşı olsa da, yə`ni süd verməklə o qadınla bacı-qardaş olublar.

7. O qadının əmi və bibisi, süd əmməklə əmi-bibi olsa da.

8. O qadının dayı və xalası süd əmməklə onlar dayı-xala olsa da.

9. O qadının ərinin övladı ki, süd onun əri ilə əlaqədardır və nə qədər aşağı getsə, onun süd övladı olsa da.

10. O kişinin ata-anası və nə qədər yuxarı getsə.

11. Süd ilə əlaqədar olan ərin bacı-qardaşı, süd bacı-qardaşı olsa da.

12. Süd ilə əlaqədar olan ərin əmisi, bibisi, xalası, dayısı və nə qədər yuxarı getsə də. Süd əmməklə olsalar belə. Süd verməklə məhrəm olan başqa kəslər sonrakı məsələlərdə deyiləcək.

Məsələ 2424: Əgər bir qadın bir uşağa (2433-cü məsələdə deyilən) şərtlərlə süd versə, o uşağın atası, o qadından dünyaya gələn qızlar ilə evlənə bilməz. Belə ki, onlardan biri hal-hazırda onun arvadı olsa, onun əqdi batil olar. Amma o qadının süd qızları ilə evlənməyi caizdir. Hərçənd, müstəhəbb ehtiyat odur ki, onlarla da evlənməsin. Həmçinin vacib ehtiyata görə süd onun malı olduğu ərin qızlarını və hətta süd qızları olsalar belə, özü üçün əqd edə bilməz və əgər onlardan biri arvadı olsa, onun əqdi vacib ehtiyata görə batil olar.

Məsələ 2425: Əgər bir qadın bir uşağa 2433-cü məsələdəki şərtlər ilə süd versə, o qadının əri ki, süd onunla əlaqədardır, o uşağın bacılarına məhrəm olmaz. Həmçinin, ərin qohumları, o uşağın bacı və qardaşlarına məhrəm olmazlar.

Məsələ 2426: Əgər bir qadın bir uşağa süd versə, o uşağın qardaşlarına məhrəm olmaz. Həmçinin o qadının qohumları süd yemiş uşağın bacı-qardaşlarına məhrəm olmaz.

Məsələ 2427: Əgər insan bir qıza kamil süd vermiş qadın ilə izdivac etsə və onunla yaxınlıq etsə, sonradan o qızı özü üçün əqd edə bilməz.

Məsələ 2428: Əgər insan bir qız ilə izdivac etsə, sonradan o qıza kamilən süd vermiş qadın ilə izdivac edə bilməz.

Məsələ 2429: İnsan anasının, ya nənəsinin kamil süd verdikləri qız ilə izdivac edə bilməz. Həmçinin, əgər insanın atasının arvadı, atası ilə əlaqədar olan süd ilə bir qıza süd versə, insan o qız ilə izdivac edə bilməz. Belə ki, süd əmən qızı özü üçün əqd etsə, sonra anası, nənəsi və ya atasının arvadı o qıza süd versə, əqd batil olar.

Məsələ 2430: İnsan, bacısının və ya qardaşı arvadının qardaşı südündən kamil süd verdiyi bir qız ilə izdivac edə bilməz. Həmçinin, insan, bacısı uşağı və ya qardaşı uşağının və ya bacısı, ya qardaşı nəvəsinin süd verdiyi qız ilə izdivac edə bilməz.

Məsələ 2431: Əgər bir qadın öz qızının uşağına kamil süd versə, o qız öz ərinə haram olar. Həmçinin, qızın ərinin başqa qadından olan uşağına süd versə də, belə olar. Amma əgər bir qadın öz oğlunun uşağına süd versə, oğlunun arvadı ki, süd verən uşağın anasıdır, öz ərinə haram olmaz.

Məsələ 2432: Əgər bir qızın atasının arvadı, o qızın ərinin uşağına atası ilə əlaqədar olan süddən versə, 2433-cü məsələdə deyilən ehtiyata görə o qız öz ərinə haram olar, istər uşaq o qızdan olsun, istərsə başqa qadından.

MƏHRƏM OLMAĞA SƏBƏB OLAN SÜD VERMƏNİN ŞƏRTLƏRİ

Məsələ 2433: Məhrəm olmağa səbəb olan süd vermənin 8 şərti var:

1. Uşaq diri qadının südünü əmsin. Deməli, əgər süd vermədə şərt olan südün bir qismini ölmüş qadının döşündən əmsə, faydası yoxdur.

  1. O qadının südü şər`i doğumdan olsun, hərçənd vətyi-şübhədən olsa belə; deməli, əgər doğumdan olmayan südü, yaxud zinadan dünyaya gəlmiş uşağın südünü başqa uşağa versələr, o süd ilə uşaq heç kəsə məhrəm olmaz.

3. Uşaq südü döşdən əmsin, deməli, əgər südü onun boğazına töksələr, tə`siri yoxdur.

4. Süd xalis olsun və başqa heç nə ilə qarışmasın.

5. Məhrəmliyə səbəb olan süd bir ərdən olsun; deməli, süd verən qadına təlaq verilsə, sonra başqasına ərə getsə və ondan hamilə olsa, doğana qədər birinci ərdən südü qalsa, məsələn, 8 dəfə doğmamışdan qabaq birinci ərin südündən, yeddi dəfə isə doğandan sonra ikinci ərin südündən bir uşağa versə, o uşaq bir kəsə məhrəm olmaz.

6. Uşaq südü qusmamalıdır, əgər qussa tə`siri yoxdur.

7. Uşağa süd vermək o miqdarda olsun ki, sümükləri o süddən bərkisin və bədəninə ət gəlsin. Əgər mə`lum olmasa ki, bu həddə yetişib ya yox, belə ki, bir gecə-gündüz, ya on beş dəfə sonrakı məsələdə deyiləcək şəkildə doyunca süd əmsə, yenə də kifayətdir, amma əgər uşağın bir gecə-gündüz ya ona on beş dəfə süd əmməsinə baxmayaraq bu südün uşağın sümüklərinin bərkiməsində və bədəninə ət gəlməsinə tə`sir olmadığı mə`lum olsa, belə hallarda vacib ehtiyata əməl etmək tərk olunmamalıdır. Deməli qeyd olunan hallarda gərək (onlarla) izdivac etməsin və məhrəmcəsinə nəzər salmasın.

8. Uşağın iki yaşı tamam olmasın. Əgər iki yaşı tamam olandan sonra ona süd versələr, bir kəsə məhrəm olmaz, hətta əgər iki yaşı tamam olmamışdan qabaq səkkiz dəfə və ondan sonra yeddi dəfə süd əmsə, bir kəsə məhrəm olmaz. Amma əgər, süd verən qadının, doğmasından iki ildən çox il keçsə və onun südü qalsa və bir uşağa süd versə, o uşaq deyilən kəslərə məhrəm olar.

Məsələ 2434: Keçən məsələdən mə`lum oldu ki, südün məhrəmliyə səbəb olmasının üç me`yarı var: 1- Südü elə bir həddə əmsin ki, camaat arasında ət əmələ gəlməsinə, sümüyün bərkiməsinə səbəb sayılsın. Onun da şərti budur ki, yalnız südün (bu işdə) rolu olsun, onunla yanaşı yemək yeməsin. Amma bir az yemək yesə və deməsələr ki, tə`siri olub, eybi yoxdur. Əgər iki qadından süd əmsə, belə ki, ət-sümüyün əmələ gəlməsinin bir qismi bir qadına, digər qismi isə ikinci qadına istinad edilərsə, onların hər ikisi süd anası sayılacaq. Əgər ikisinə birlikdə istinad verilsə, haramlığa (məhrəmliyə) səbəb olmaz. 2- Zaman hesabı ilə; onun da şərti budur ki, bir gecə-gündüz əsnasında yemək yeməsin, yaxud başqa bir kəsin südünü əmməsin. Amma əgər su içsə, ya dərman qəbul etsə, ya çox az yemək yesə, belə ki, «arada yemək yeməyib» deyilsə, eybi yoxdur. Gecə-gündüz boyunca ardıcıl olaraq ehtiyac duyduğu, ya meyl etdiyi zaman süd yesin və bunun qarşısı alınmamış olsun. Hətta vacib ehtiyata görə, gecə-gündüzün əvvəlini o vaxtdan hesablamalıdırlar ki, uşaq acmış olsun, axırı isə onun doyduğu vaxtdır. 3- Sayın hesablanması, yə`ni on beş dəfəni bir qadının südündən əmsin və on beş dəfənin əsnasında başqa kəsin südündən əmməsin. Amma onların arasında yemək yeməsinin zərəri yoxdur, on beş dəfənin arasındakı zaman fasiləsinin də eybi yoxdur, hər dəfə də kamil süd əmməlidir. Yə`ni, ac olsun və tam doyuncaya qədər süd əmsin. Amma əgər süd əmən zaman nəfəs çəksə, ya bir az gözləsə, belə ki, birinci zamandan ki, döşü ağzına alıb əmsin, doyana qədər bir dəfə hesab olsa, eybi yoxdur.

Məsələ 2435: Əgər qadın öz ərinin südündən başqa uşağa süd versə və sonra başqa ərə getsə və ikinci ərinin südündən bir uşağa süd versə, o iki uşaq bir-birinə məhrəm olmaz.

Məsələ 2436: Əgər bir qadın bir ərin südündən bir neçə uşağa süd versə, onların hamısı bir-birinə, ərə və süd verən qadına məhrəm olarlar.

Məsələ 2437: Əgər bir kəsin bir neçə arvadı olsa və onların hər biri dediyimiz şərtlər ilə süd versə, o uşaqların hamısı bir-birinə, ərə və o qadınların hamısına məhrəm olarlar.

Məsələ 2438: Əgər bir kəsin iki süd verən arvadı olarsa və onların biri, məsələn; uşağa səkkiz dəfə və o biri yeddi dəfə süd versə, o uşaq bir kəsə məhrəm olmaz.

Məsələ 2439: Əgər bir qadın bir ərinin südündən bir oğlan və bir qıza kamilən süd versə, o qızın qardaş və bacısı, o oğlanın qardaş və bacısına məhrəm olmazlar.

Məsələ 2440: İnsan öz arvadının izni olmadan süd əmməklə o arvadın bacısı qızı, ya qardaşı qızı olan qadınlar ilə izdivac edə bilməz. Həmçinin, əgər nabaliğ bir oğlan ilə ləvat etsə, o oğlanın qızı, bacısı, anası və nənəsi ki, rizaidirlər, yə`ni süd əmməklə onun qızı, bacısı və anası olub, onu özü üçün əqd edə bilməz. Bu hökm, vacib ehtiyata əsasən ləvat edənin baliğ olmadığı və ya ləvat olunanın baliğ olduğu hala da aiddir.

Məsələ 2441: İnsanın qardaşına süd verən qadın insana məhrəm olmaz.

Məsələ 2442: İnsan, iki bacı ilə, süd əmməklə bir-birilə bacı olsalar da, izdivac edə bilməz. Belə ki, iki qadını əqd etsə və sonra başa düşsə ki, onlar bacı imişlər, onların əqdi eyni vaxtda olmuşsa, hər ikisi batildir və əgər bir vaxtda olmayıbsa, «birinci» əqd səhih, «ikinci» əqd batil olar.

Məsələ 2443: Əgər qadın öz əri ilə əlaqədar olan süddən, sonradan deyiləcək kəslərə süd versə, əri ona haram olmaz.

1. Öz bacısı və qardaşına.

2. Öz əmi, bibi, dayı və xalasına və onların övladlarına.

3. Öz nəvələrinə, hətta qız nəvəsi ilə əlaqədar (südvermədə) qızının onun ərinə haram olması ilə nəticələnir.

4. Öz qardaşı uşağına, ya bacısı uşağına.

5. Öz ərinin qardaşına, ya bacısına.

6. Ərinin qardaşı uşağına və ya bacısı uşağına.

7. Ərinin xala, dayı, əmi və bibisinə.

8. Öz ərinin başqa arvadından olan nəvəsinə.

Məsələ 2444: Əgər bir kəs insanın xalası qızına ya bibisi qızına süd versə, ona məhrəm olmaz.

Məsələ 2445: İki arvadı olan kişinin, əgər o iki arvaddan biri o biri arvadın əmisi uşağına süd versə, o arvadın ki, əmisi uşağı süd əmib, o öz ərinə haram olmaz.

SÜD VERMƏYİN QAYDASI

Məsələ 2446: Uşağa süd vermək ilk növbədə onun anasının haqqıdır. Və atanın haqqı yoxdur ki, (süd vermək üçün) uşağı başqa adama versin. Amma əgər ona muzd istəsə, ata da pulsuz, yaxud az pul alan bir dayə tapsa, bu halda atası uşağı dayəyə verə bilər. Bundan sonra anası qəbul etməzsə və özü süd versə, muzd almağa haqqı yoxdur.

Məsələ 2447: Müstəhəbbdir ki, uşaq üçün tutulmuş dayə, ağıllı, habelə əxlaqi, cismi ruhi baxımdan gözəl sifətlərə malik olsun. Əqli az olan, kafir, çox yaşlı, pis surətli olan qadını dayə tutmaq məkruhdur. Həmçinin məkruhdur ki, südü zinadan dünyaya gəlmiş uşağın südü olan, ya özü zinadan əmələ gələn dayə tutsunlar.

SÜD VERMƏNİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ

Məsələ 2448: Daha yaxşı odur ki, qadınların hər yetən uşağa süd verməkdən qarşısı alınsın. Çünki, kimlərəsə süd verdiklərinin unudulması və sonradan məhrəm olan iki şəxsin bir-biriylə evlənməsi mümkündür.

Məsələ 2449: Müstəhəbbdir ki, uşağa iyirmi bir ay tamam süd versinlər və iki ildən çox süd vermək layiqli deyil.

Məsələ 2450: Əgər süd verməklə ərin haqqı aradan gedərsə, qadın ərinin icazəsi olmadan başqasının uşağına süd verə bilməz.

Məsələ 2451: Əgər bir qadının əri, südəmər qızı özü üçün əqd etsə, belə ki, arvadı qıza süd versə, vacib ehtiyata görə qadın əbədi olaraq ona haram olur. Ehtiyatən ona təlaq verməlidir və gərək heç vaxt onunla izdivac etməsin. Əgər süd onun özünə aid olursa, südəmər qız da ona əbədi haram olur. Əgər süd, əvvəlki ərinə aid olsa, ehtiyata görə onun əqdi batil olur.

Məsələ 2452: Əgər bir kəs istəsə ki, qardaşı arvadı ona məhrəm olsun, bə`ziləri buyurublar ki, gərək südəmər bir qızı, məsələn, iki günlük özü üçün siğə etsin və o iki gün müddətində 2431-ci məsələdə deyilən şərtlər ilə qardaşı arvadı o qıza süd versin ki, onun arvadının süd anası olsun. Amma bu hökm qardaşının arvadı onun qardaşının südü ilə o qız uşağına süd verdiyi təqdirdə məhəlli-işkaldır.

Məsələ 2453: Əgər kişi bir qadını özü üçün əqd etməmişdən qabaq desə ki, o qadın süd əmmə ilə ona haram olub, məsələn, desə ki, onun anasının südünü əmib, belə ki, onu təsdiq etmək mümkün olsa, o qadın ilə izdivac edə bilməz. Əgər əqddən sonra desə və qadın onun sözünü qəbul etsə, əqd batildir. Əgər kişi onunla yaxınlıq etməyibsə, ya yaxınlıq edibsə, amma yaxınlıq edən vaxt qadın o kişiyə haram olduğunu bilibsə, mehriyyəsi yoxdur, əgər qadın yaxınlıq etdikdən sonra o kişiyə haram olduğunu bilibsə, ər gərək onun mehrini, onun mislində olan qadınlara uyğun olaraq versin.

Məsələ 2454: Əgər qadın əqddən qabaq desə ki, süd əmmək vasitəsilə o kişiyə haram olmuşdur və onu təsdiq etmək mümkün olsa, o kişi ilə izdivac edə bilməz. Əgər əqddən sonra desə, kişinin əqddən sonra o qadının ona haram olduğunu deməsi kimidir və onun hökmü qabaqdakı məsələdə deyildi.

Məsələ 2455: Məhrəm olmağa səbəb olan süd vermək iki şeylə sübut olur:

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]