Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ayetullah Sistani aga (Risale)1.doc
Скачиваний:
26
Добавлен:
16.11.2019
Размер:
2.23 Mб
Скачать

İmam camaatin şərtləri

Məsələ 1434: İmam camaat gərək baliğ, aqil, on iki imam şiəsi, adil, halalzadə və namazı düz qılan olsun. Əgər mə`mum kişidirsə, onun imamı da gərək kişi olsun. On yaşlı uşağa iqtida etməyin səhihliyi, yaxşı nəzər olsa da, işkalsız da deyil. Ədalət də budur ki vacibatı yerinə yetirib, haramları tərk etsin. Onun da nişanəsi – əgər insan onun əksi barədə mə`lumatlı olmasa zahirdə yaxşı olmasıdır.

Məsələ 1435: Adil bildiyi bir imamın indi də adil olub-olmadığında şəkk etsə, ona iqtida edə bilər.

Məsələ 1436: Ayaq üstə namaz qılan bir şəxs, oturan və ya uzanan halda namaz qılan şəxsə iqtida edə bilməz. Oturan halda namaz qılan bir şəxs də, uzanaraq namaz qılan şəxsə iqtida edə bilməz.

Məsələ 1437: Oturan halda namaz qılan şəxs, oturan halda namaz qılana iqtida edə bilər. Amma uzanan halda namaz qılanın iqtida etməsi mütləq şəkildə işkallıdır, istər imam ayaq üstə olsun istər oturan halda istərsə də uzanan halda.

Məsələ 1438: Əgər imam camaat bir üzrə görə nəcis libas ilə, yaxud təyəmmüm ilə və ya cəbirə dəstəmazı ilə namaz qılsa, ona iqtida etmək olar.

Məsələ 1439: Əgər imamın sidiyin və ğaitin xaric olmasının qarşısını ala bilməmək kimi xəstəliyi varsa, ona iqtida etmək olar. Həmçinin istihazəsi olmayan bir qadın da istihazəli qadına iqtida edə bilər.

Məsələ 1440: Cüzam və xora xəstəliyi olan bir şəxsin imam olmaması daha yaxşıdır. Vacib ehtiyata əsasən, üzərinə şər`i hədd (cəza qanunu) icra edilən və sonradan tövbə edən bir şəxsə də iqtida edilməməlidir.

CAMAAT NAMAZININ HÖKMLƏRİ

Məsələ 1441: İmama iqtida etmək istəyən şəxs, niyyət etdiyi zaman imamını tə`yin etməlidir. Amma onun adını bilməsi lazım deyildir. Əgər «hazırkı imama iqtida edirəm» deyə niyyət edərsə, namazı səhihdir.

Məsələ 1442: Mə`mum gərək Həmd və surədən başqa namazın bütün şeylərini özü oxusun. Amma əgər mə`mumun birinci, yaxud ikinci rük`əti, imamın isə üçüncü və ya dördüncü rük`əti olsa, gərək Həmd və surəni oxusun.

Məsələ 1443: Əgər mə`mum sübh, şam və xiftən namazının birinci və ikinci rük`ətində imamın Həmd və surəsinin səsini eşitsə, kəlmələri ayırd edə bilməsə də, gərək Həmd və surəni oxumasın. Əgər imamın səsini eşitməsə, müstəhəbbdir ki, Həmd və surəni oxusun, amma gərək yavaşdan oxusun, əgər səhvən ucadan oxusa, eybi yoxdur.

Məsələ 1444: Əgər mə`mum imamın Həmd və surəsinin bə`zi kəlmələrini eşitsə, eşitmədiyi hissəni oxuya bilər.

Məsələ 1445: Mə`mum səhvən Həmd və surəni oxusa və ya eşitdiyi səsin imamın səsi olmadığını zənn edərək Həmd və surə oxusa və sonradan eşitdiyi səsin imamın olduğunu anlasa, namazı səhihdir.

Məsələ 1446: İmamın səsini eşidib-eşitmədiyində və ya səsin imamın, yoxsa başqasının səsi olub-olmadığında şəkk edən bir mə`mum Həmd və surəni oxuya bilər.

Məsələ 1447: Mə`mum zöhr və əsr namazının birinci və ikinci rük`ətində ehtiyata əsasən gərək Həmd və surəni oxumasın və müstəhəbbdir ki, onun yerinə zikr desin.

Məsələ 1448: Mə`mum təkbirətül-ehramı imamdan qabaq deməməlidir. Hətta ehtiyat müstəhəbb odur ki, imamın təkbiri tamam olmamış təkbir deməsin.

Məsələ 1449: Əgər mə`mum səhvən imamdan qabaq salam versə, namazı səhihdir və yenidən imam ilə salam verməsi lazım deyil. Əgər qəsdən də imamdan qabaq salam versə, eybi yoxdur.

Məsələ 1450: Mə`mumun təkbirətül-ehramdan başqa, digər şeyləri imamdan qabaq söyləməsinin eybi yoxdur. Amma onları eşidib, imamın nə vaxt söylədiyini bilərsə, imamdan qabaq deməməsi ehtiyat-müstəhəbbdir.

Məsələ 1451: Mə`mum gərək namazda oxunan şeylərdən başqa sair işləri, məsələn; rüku və səcdələri imamla eyni vaxtda, ya imamdan bir az sonra yerinə yetirsin. Əgər qəsdən imamdan qabaq və ya bir müddət imamdan sonra yerinə yetirsə, belə ki, imama tabe olmaq sayılmasa onun camaat namazı batil olur, amma münfərid vəzifəsinə əməl etsə, namazı səhihdir (1404–cü məsələdə qeyd olunduğu kimi).

Məsələ 1452: Əgər mə`mum səhvən imamdan qabaq başını rükudan qaldırıb imamın hələ də rükuda olduğunu görərsə, ehtiyata əsasən rükuya qayıdıb, imamla bərabər qalxmalıdır. Bu zaman rükn olan rükunun artıq olması namazı batil etməz. Əgər qəsdən rükuya qayıtmasa, onun camaat namazı ehtiyata görə batil olur, amma (fərdi) namazı 1404-cü məsələdə qeyd olunana əsasən səhihdir. Amma əgər rükuya qayıtsa və rükuda imama çatmamış imam qalxsa, namazı ehtiyata əsasən batildir.

Məsələ 1453: Əgər səhvən başını qaldırıb imamın hələ də səcdədə olduğunu görərsə, ehtiyata əsasən səcdəyə qayıtmalıdır. Əgər səcdələrin hər ikisində də bu hal baş versə, rükn olan iki səcdənin artıq olmasına görə namaz batil olmaz.

Məsələ 1454: Səhvən imamdan qabaq başını səcdədən qaldırmış olan bir şəxs, əgər səcdəyə qayıdarsa, belə ki, bu zaman imamın daha qabaq başını səcdədən qaldırmış olduğu mə`lum olarsa, namazı səhihdir. Amma əgər hər iki səcdədə də bu hal baş verərsə, ehtiyata əsasən namazı batildir.

Məsələ 1455: Səhvən rüku və ya səcdədən başını qaldırsa və səhvən və ya imama yetişə bilməyəcəyi düşüncəsi ilə rüku və ya səcdəyə getməzsə, namazı və camaat namazı səhihdir.

Məsələ 1456: Əgər səcdədən başını qaldırıb, imamın səcdədə olduğunu görsə və imamın birinci səcdədə olduğunu hesab edərək, imamla birlikdə səcdə etmək qəsdi ilə səcdəyə gedərsə və imamın ikinci səcdədə olduğunu anlayarsa, onun ikinci səcdəsi sayılır. Əgər imamın ikinci səcdədə olduğunu hesab edərək səcdəyə gedər və imamın birinci səcdəsi olduğunu anlayarsa, o səcdəni imamla birlikdə, səcdə etmək qəsdi ilə tamamlayıb ikinci dəfə imamla birlikdə səcdəyə getməlidir. Hər iki təqdirdə, namazı camaatla tamamlayıb yenidən qılması daha yaxşıdır.

Məsələ 1457: Əgər səhvən imamdan əvvəl rükuya getsə və başını qaldıracağı təqdirdə, imamın qiraətinin bir miqdarına çatarsa, əgər başını qaldırıb imamla bərabər rükuya getsə, namazı səhihdir və əgər qəsdən qayıtmasa camaat namazının səhih olması məhəlli-işkaldır, amma (fərdi) namazı 1404-cü məsələdə deyilən tərzdə səhihdir.

Məsələ 1458: Əgər mə`mum imamdan əvvəl səhvən rükuya getsə və başını qaldıranda imamın qiraətinin heç bir miqdarına yetişə bilməsə, gərək rükunun zikrini desin. Əgər zikr deməsi imama rükuda tabe olmamasına səbəb olarsa gərək rükudan qalxıb imamla birlikdə rüku etsin, bu halda onun camaatı və namazı səhihdir və əgər qəsdən qayıtmasa, onun camaat namazının səhih olması məhəlli işkaldır, amma (fərdi) namazı 1404-cü məsələdə deyilən tərzdə səhihdir.

Məsələ 1459: Əgər səhvən imamdan əvvəl səcdəyə getsə, gərək səcdənin zikrini desin. Əgər zikrin deyilməsi səcdədə imama tabe olmağın tərk edilməsinə səbəb olsa, gərək səcdədən qalxıb imamla birlikdə səcdə etsin. Bu halda onun camaatı və namazı səhihdir və əgər qəsdən qayıtmasa, camaat namazı məhəlli işkaldır, amma onun (fərdi) namazı 1404-cü məsələdə deyilən tərzdə səhihdir.

Məsələ 1460: Əgər imam qunut olmayan rük`ətdə səhvən qunut oxusa, yaxud təşəhhüd olmayan rük`ətdə səhvən təşəhhüd oxumağa məşğul olsa, mə`mum gərək qunut və təşəhhüdü deməsin, amma imamdan qabaq rükuya gedə bilməz və ya imamdan qabaq ayağa dura bilməz. İmamın qunut və ya təşəhhüdünün bitməsini gözləyib, sonra namazın qalan qismini imamla qılmalıdır.

CAMAAT NAMAZINDA İMAM VƏ MƏ`MUMUN VƏZİFƏSİ

Məsələ 1461: Mə`mum bir kişi olarsa, imamın sağında dayanması müstəhəbbdir. Əgər bir qadın da olsa, yenə imamın sağ tərəfində dayanması müstəhəbbdir. Amma ondan geridə dayanmalıdır. Ən azı onun səcdə edəcəyi yer, imamın səcdə halında ikən dizlərinin müqabilinə gələcək qədər, imamdan geridə dayanmalıdır. Amma əgər bir kişi və bir qadın və ya bir kişi və bir neçə qadın olarsa, kişinin imamın sağında və bir qadın, yaxud bir neçə qadının da, imamın arxasında dayanması müstəhəbbdir. Əgər bir neçə kişi və bir və ya neçə qadın olarsa, kişilərin imamın arxasında və qadınların da kişilərin arxasında durmaları müstəhəbbdir.

Məsələ 1462: Əgər imam və mə`mum hər ikisi qadın olsa, vacib ehtiyat odur ki, hamısı bir sırada dayansın və imam o birilərindən qabaqda dayanmasın.

Məsələ 1463: Müstəhəbbdir ki, imam sıranın ortasında dayansın və elm, kamal və təqva əhli birinci sırada dayansın.

Məsələ 1464: Camaat səflərinin nizam-intizamlı olması, hər səfdə duranların arasında məsafə olmayıb, çiyinlərinin bir sırada olması müstəhəbbdir.

Məsələ 1465: Müstəhəbbdir ki, mə`mumlar «Qəd-qamətis-səlat» deyiləndən sonra ayağa qalxsınlar.

Məsələ 1466: İmamın, halı zəif olan mə`mumları nəzərə alaraq, qunut, rüku və səcdələri uzatmaması müstəhəbbdir. Amma mə`mumların, imamın rüku və səcdələri uzatmasına meylləri olarsa, bu hal istisnadır.

Məsələ 1467: İmamın oxuduğu Həmd, surə və zikrlərdə səsini digərlərinin eşidə biləcəyi şəkildə yüksəltməsi müstəhəbbdir. Amma həddindən artıq yüksəltməməlidir.

Məsələ 1468: İmam rükuda ikən bir şəxsin gəlib, ona iqtida etmək istədiyini anlayarsa, bu zaman rükunu ikiqat uzatması və ondan sonra, iqtida etmək üçün başqalarının gəldiyini başa düşsə belə, qalxması müstəhəbbdir.

CAMAAT NAMAZINDA MƏKRUH OLAN ŞEYLƏR

Məsələ 1469: Əgər camaatın sırasında yer varsa, bir şəxsin tənha dayanması məkruhdur.

Məsələ 1470: Mə`mumun namazın zikrlərini imamın eşidəcəyi tərzdə deməsi məkruhdur.

Məsələ 1471: Zöhr, əsr və xiftən namazlarını iki rük`ət qılan bir müsafirin, bu namazlarda müsafir olmayan imama iqtida etməsi məkruhdur. Müsafir olmayanın da, bu namazlarda müsafirə iqtida etməsi məkruhdur.

AYƏT NAMAZI

Məsələ 1472: Göstərişi sonradan deyiləcək ayət namazı üç şeyin vasitəsilə vacib olar.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]