Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ayetullah Sistani aga (Risale)1.doc
Скачиваний:
26
Добавлен:
16.11.2019
Размер:
2.23 Mб
Скачать

İzdivaci haram olan qadinlar

Məsələ 2344: İnsanın ona məhrəm olan ana, bacı, öz qızı, bibi, xala, qardaş qızı, bacı qızı, qaynana kimi qadınlarla izdivac etməsi haramdır.

Məsələ 2345: Əgər bir kəs bir qadını özü üçün əqd etsə, onunla yaxınlıq etməsə də, onun anası, anasının anası, atasının anası və nə qədər yuxarı getsə, o kişiylə məhrəm olurlar.

Məsələ 2346: Əgər bir qadını əqd edib onunla yaxınlıq edərsə, qadının qızı, qızla oğlan nəvəsi və nə qədər aşağıya kimi getsə, istər əqd vaxtında olsun, istər sonradan dünyaya gəlsin, o kişiylə məhrəm olurlar.

Məsələ 2347: Əgər bir qadını özü üçün əqd edib, onunla yaxınlıq etməsə, nə qədər ki, o qadın onun əqdindədir, vacib ehtiyata əsasən, onun qızı ilə izdivac edə bilməz.

Məsələ 2348: İnsanın xala və bibisi, atasının xala və bibisi, atasının atasının xalası və bibisi, ya atasının anası, anasının xala və bibisi, anasının anasının xala və bibisi, ya anasının atası və nə qədər yuxarı getsə, insana məhrəmdirlər.

Məsələ 2349: Ərin atası və babası və nə qədər yuxarı getsə; və onun oğlu və qız və oğlan nəvəsi və nə qədərki aşağı gedir, istər əqd vaxtı olsalar, istər sonradan dünyaya gəlsinlər, onun arvadına məhrəmdirlər.

Məsələ 2350: Əgər bir qadını özü üçün əqd etsə, istər daimi olsun, istər siğə, nə qədər ki, o qadın onun əqdindədir, o qadının bacısı ilə izdivac edə bilməz.

Məsələ 2351: Əgər öz arvadına, təlaq kitabında deyiləcək tərtib ilə ric`i təlaqı versə, iddə arasında onun bacısını əqd edə bilməz. Amma ba`in təlaq iddəsində təlaq verən, onun bacısı ilə izdivac edə bilər. Müt`ə iddəsində vacib ehtiyat odur ki, izdivac etməsin.

Məsələ 2352: İnsan öz arvadının icazəsi olmadan onun bacısı qızı və qardaşı qızı ilə izdivac edə bilməz. Amma əgər arvadının icazəsi olmadan onları əqd etsə və sonradan arvadı icazə versə, eybi yoxdur.

Məsələ 2353: Əgər qadın başa düşsə ki, əri onun bacısı qızı və ya qardaşı qızını əqd edib və bir söz deməsə, belə ki, sonradan razılıq versə, əqd səhihdir. Əks təqdirdə isə onların əqdi batildir.

Məsələ 2354: Əgər insan öz bibisi və xalası qızını almamışdan qabaq onun anası ilə zina etsə, vacib ehtiyata əsasən, daha o, qızla izdivac edə bilməz.

Məsələ 2355: Əgər öz bibisi qızı və xalası qızı ilə izdivac etsə, onlar ilə yaxınlıq edəndən əvvəl və ya sonra onların anaları ilə zina etsə, onların ayrılmasına səbəb olmaz.

Məsələ 2356: Əgər öz xalası və bibisi olmayan başqa qadın ilə zina etsə, ehtiyat müstəhəbb odur ki, onun qızı ilə izdivac etməsin.

Məsələ 2357: Müsəlman qadın kafirə əqd oluna bilməz, istər daim olsun, istər müvəqqəti, istər əhli-kitabdan olan kafir olsun, istərsə də onlardan qeyri kafir, müsəlman kişi də əhli-kitab olmayan kafir qadınlar ilə izdivac edə bilməz. Amma əhli-kitab olan yəhudi və xristian qadınları ilə siğə etməyin maneəsi yoxdur, lazım ehtiyata görə onlar ilə daimi əqd etməsinlər. Müsəlman kişi Məcusi qadınla vacib ehtiyata görə hətta müvəqqəti də əqd etməsin. Nəvasib kimi bə`zi firqələr ki, özlərini müsəlman bilirlər, kafir hökmündədirlər və müsəlman kişi və qadın onlar ilə daimi, ya qeyri-daimi izdivac edə bilməzlər. Mürtəddə də eyni hökmü daşıyır.

Məsələ 2358: Əgər bir kəs ric`i təlağın iddəsində olan qadın ilə zina etsə, o qadın vacib ehtiyata görə ona haram olur. Əgər müt`ə, bain təlağı, ya vəfat iddəsində ya da vətyi-şübhə iddəsində olan qadın ilə zina etsə, sonradan onu əqd edə bilər. Ric`i və bain təlağının və həmçinin müt`ə, vəfat və vətyi-şübhə iddəsinin mə`nası təlağın hökmlərində deyiləcək.

Məsələ 2459: Əgər əri olmayan və iddədə olmayan bir qadın ilə zina etsə, vacib ehtiyata əsasən tövbə etməzdən qabaq onunla evlənə bilməz. Əgər başqası o qadının tövbə etməsindən qabaq onunla evlənmək istəsə maneəsi yoxdur. Yalnız o surətdə ki, o qadın zina etməkdən məşhur olarsa, vacib ehtiyata əsasən tövbə etməzdən qabaq onunla izdivac caiz deyildir. Həmçinin zina etməkdə məşhur olan bir kişi ilə onun tövbə etməmişdən əvvəl izdivac etməsi caiz deyildir. Əgər bir şəxs zinakar bir qadınla evlənmək istəsə, istər onunla özü zina etmiş olsun, istər başqası, gərək səbr edib o qadın heyz gördükdən sonra onunla əqd etməsi müstəhəbbdir.

Məsələ 2360: Əgər başqasının iddəsində olan qadını özü üçün əqd etsə, belə ki, kişi və qadın və ya onlardan biri, qadının iddəsi tamam olmadığını və iddədə olan qadını əqd etməyin haram olduğunu bilsələr, əqddən sonra o qadına yaxınlıq etməmiş olsa belə, o qadın, o kişiyə əbədi olaraq haram olur. Əgər hər ikisi iddə məsələsinin əslində, ya iddə əqd etməyin batil olması barədə cahil olsalar, əqd batildir. Əgər yaxınlıq etmiş olsa, əbədi olaraq haram olur. Əks halda isə haram deyil və iddə qurtarandan sonra yenidən əqd edə bilərlər.

Məsələ 2361: Əgər insan bir qadının əri olduğunu bildiyi halda onunla izdivac etsə, gərək ondan ayrılsın və sonradan da onu özü üçün əqd etməsin. Həmçinin vacib ehtiyata əsasən o qadının əri olduğunu bilməsə, amma izdivacdan sonra onunla yaxınlıq etmiş olsa, eyni hökmü daşıyır.

Məsələ 2362: Əri olan qadın əgər zina etsə, zina edən kişiyə vacib ehtiyata görə əbədi haram olur. Amma öz ərinə haram olmur, belə ki, tövbə etməsə və öz əməlində qalsa, daha yaxşısı odur ki, əri ona təlaq versin. Amma gərək mehrini də versin.

Məsələ 2363: Təlaq verilmiş və siğə olunmuş bir qadın ki, əri onun siğə müddətini bağışlayıb, ya müddəti tamam olub, belə ki, bir müddətdən sonra ərə getsə və sonra şəkk etsə ki, ikinci ərini əqd zamanı birinci ərinin iddəsi tamam olub ya yox, öz şəkkinə e`tina etməsin.

Məsələ 2364: Ləvat verən oğlanın qızı, bacısı və anası, ləvat edənə baliğ olduğu surətdə, haramdır, hərçənd xütnəgahdan az daxil olmuşsa da. Həmçinin ləvat verən kişi olsa və ya ləvat edən baliğ olmasa da lazım ehtiyata əsasən, hökm eynidir. Amma daxil olduğunu zənn edərsə və ya daxil olub-olmadığında şəkk edərsə, ona haram olmurlar. Həmçinin livat edənin anası, bacısı, qızı ləvat verənə haram deyil.

Məsələ 2365: Əgər şəxs bir qadınla izdivac edərsə və izdivacdan sonra onun atası, qardaşı, ya oğlu ilə ləvat etsə, vacib ehtiyata əsasən, onlar ona haram olurlar.

Məsələ 2366: Əgər bir kəs, həcc əməllərindən biri olan ehram halında, bir qadınla izdivac etsə, hərçənd o qadın ehramda olmasa belə onun əqdi batildir, əgər bilsə ki, arvad almaq ona haramdır, daha əbədi olaraq o qadını əqd edə bilməz.

Məsələ 2367: Əgər ehram halında olan qadın, hərçənd ehram halında olmayan bir kişi ilə izdivac etsə, onun əqdi batildir. Əgər qadın bilsə ki, ehram halında izdivac etmək haramdır, vacib ehtiyat odur ki, sonra o kişi ilə heç vaxt izdivac etməsin.

Məsələ 2468: Əgər kişi, ya arvad həcc və müfrədə ümrə əməllərindən biri olan Nisa təvafını yerinə yetirməsələr, Nisa təvafını yerinə yetirməyənə qədər cinsi ləzzətlər onlara halal olmaz. Amma əgər izdivac etsə, həlq və ya təqsir ilə ehramdan çıxmış olsa, nisa təvafını yerinə yetirməsə belə izdivacı səhihdir.

Məsələ 2369: Əgər bir kəs baliğ olmayan qızı özü üçün əqd edərsə, qızın 9 yaşı tamam olmamışdan qabaq onunla yaxınlıq etməsi haramdır. Amma əgər yaxınlıq etsə, onu ifza (ifzanın mə`nası 2340-cı məsələdə deyildi) etmiş olsa belə, qız baliğ olandan sonra onunla yaxınlıq etməsi haram deyil. Amma əgər ifza edibsə, gərək onun diyəsini – bir insan öldürməyin qan pulunu versin, həmişəlik olaraq onun yaşayış xərclərini versin, hətta təlaqdan sonra. Üstəlik vacib ehtiyata görə, əgər o qız təlaqdan sonra başqası ilə izdivac etsə də xərclərini verməlidir.

Məsələ 2370: Arada iki dəfə rücu və ya əqd olmaqla 3 dəfə təlaq verilən qadın ərinə haram olar. Amma əgər təlaq hökmlərində deyiləcək şərtlər ilə, başqa kişi ilə izdivac etsə və ikinci əri ilə təlaq versə, ya ölsə, onun iddəsinin zamanı keçəndən sonra birinci ər onu yenidən əqd edə bilər.

DAİMİ ƏQDİN HÖKMLƏRİ

Məsələ 2371: Daimi əqd olunan qadın, hərçənd ki, ərinin haqqı ilə ziddiyyəti olmasa belə, ərinin icazəsi olmadan evdən bayıra çıxması haramdır. Amma əgər zərurət bunu tələb etsə, ya onun evdə qalması ona çox çətin olsa, yaxud məskən ona münasib olmasa, icazəsiz çıxa bilər. Ərinin istədiyi hər vaxt cinsi ləzzətlər üçün özünü ona təslim etməsi və şər`i bir üzr olmasa, ərinin onunla cima etməsinin qarşısını almamalıdır. Qadına yemək, libas, mənzil və başqa ehtiyaclarını tə`min etmək ərinə vacibdir. Əgər tə`min etməsə, istər imkanı olsun, istər olmasın, qadına borcludur. Həmçinin qadının hüququndan biri budur ki, əri ona əzab-əziyyət verməsin, şər`i əsas olmadan onunla kobud və tünd rəftar etməsin.

Məsələ 2372: Əgər qadın ərinə qarşı evlilik vəzifələrinə heç əməl etmirsə, onun yanında qalsa belə, ərinin üzərində yemək, libas və mənzil haqqı yoxdur. Əgər bə`zi vaxtlar onun qanuni cinsi istəkləri ilə əlaqədar öz vəzifəsinə əməl etməkdən imtina etsə, vacib ehtiyata görə nəfəqəsi saqit olmur. Amma imkansızlıq ilə belə, onun mehri saqit olmur.

Məsələ 2373: Kişinin, öz arvadını ev işlərinə məcbur etməyə haqqı yoxdur.

Məsələ 2374: Qadının səfərinin xərci evdəki xərcindən çox olsa, belə ki, ərinin icazəsi ilə səfərə getsə, ərinin öhdəsindədir. Amma maşın və ya təyyarə pulu və səfərlə bağlı digər xərclər qadının öz öhdəsindədir. Amma əgər ərinin meyli olsa ki, arvadını səfərə aparsın, gərək onun səfərinin xərclərini versin. Həmçinin, əgər zəruri səfər müalicə kimi məişət işləri baxımından olsa, hökm eynidir.

Məsələ 2375: Xərci ərinin öhdəsində olan qadın öz xərcini, ər onun xərcini vermədiyi halda, icazəsiz onun malından götürə bilər. Əgər bu mümkün olmazsa və ərini onun xərclərini verməyə məcbur etmək üçün şəriət hakiminə də şikayət edə bilməyib öz dolanışığını tə`min etmək üçün işləmək məcburiyyətində qalarsa, xərcini tə`min etmək üçün işlədiyi zaman ərinə itaət etmək ona vacib deyildir.

Məsələ 2376: Əgər kişinin iki arvadı olsa, birinin yanında bir gecə qalsa, vacibdir o birinin yanında da dörd gecə içərisində bir gecə qalsın. Bundan başqa surətdə başqa qadının yanında qalmaq vacib deyil. Amma onu tamamilə tərk etməməsi lazımdır. Övla və əhvət budur ki, kişi hər dörd gecənin bir gecəsini arvadının yanında qalsın.

Məsələ 2377: Ər dörd aydan çox öz cavan daimi arvadını tərk edə bilməz. Amma əgər yaxınlıq etməyin ona zərəri və ya çox çətinliyi olarsa, ya qadın özü onun tərk olunmasına razı olsa və ya izdivac əqdi vaxtı onu tərk etməsini qadına şərt qoysa, tərk edə bilər. Vacib ehtiyata əsasən, bu hökmdə kişinin vətəndə və ya səfərdə olmağının bir fərqi yoxdur. Deməli, vacib ehtiyata görə, zəruri olmayan səfəri üzrlü səbəb olmadan və arvadının razılığı olmadan dörd aydan artıq davam etdirməsi caiz deyil.

Məsələ 2378: Əgər daimi əqddə mehri tə`yin etməsələr, əqd səhihdir. Belə ki, kişi qadın ilə yaxınlıq etsə, gərək onun mehrini onun kimi olan qadınların mehri kimi versin. Amma müt`ədə mehri tə`yin etməsələr, bu iş bilməməzlik, qəflət, ya unudaraq olsa belə əqd batil olur.

Məsələ 2379: Əgər daimi əqd oxuyan vaxt mehri vermək üçün müddət tə`yin etməsələr, istər ərinin mehri verməyə qüdrəti olsun, istərsə də olmasın, qadın mehr almamışdan ərinin yaxınlıq etməsinin qarşısını ala bilər. Amma əgər mehr almamışdan qabaq yaxınlıq etməyə razı olsa və əri onunla yaxınlıq etsə, ondan sonra şər`i üzrü olmadan ərinin yaxınlıq etməsinin qarşısını ala bilməz.

MÜT`Ə (MÜVƏQQƏTİ İZDİVAC)

Məsələ 2380: Qadına ləzzət aparmaq üçün olsa da, olmasa da siğə etmək səhihdir. Amma qadının, kişinin ondan heç bir cinsi ləzzət almamasını şərt edə bilməz.

Məsələ 2381: Vacib ehtiyat odur ki, ər 4 aydan çox öz cavan olan müt`əsi ilə yaxınlıq etməyi tərk etməsin.

Məsələ 2382: Siğə olan qadın əgər əqddə şərt etsə ki, əri onunla yaxınlıq etməsin, onun əqdi və şərti səhihdir və ər ondan ancaq başqa ləzzətləri apara bilər. Amma əgər sonradan yaxınlığa razı olsa, əri onunla yaxınlıq edə bilər. Daimi əqddə də hökm eynidir.

Məsələ 2383: Siğə olmuş qadın, hamilə olsa da, xərcə haqqı yoxdur.

Məsələ 2384: Siğə olunmuş qadının (kişi ilə) birlikdə yatmaq (onun evində sakin olmaq) haqqı yoxdur və ərindən irs aparmır, əri də ondan irs aparmaz. Əgər bir tərəfdən və ya hər iki tərəfdən irs aparmaq şərt edilərsə, bu şərtin səhih olması məhəlli işkaldır. Amma ehtiyata riayət etmək tərk olunmamalıdır.

Məsələ 2385: Siğə olunmuş qadın, xərc və birlikdə yatmaq haqqı olmağını bilməsə də, onun əqdi səhihdir və bilmədiyinə görə də əri üzərində bir haqqa sahib olmaz.

Məsələ 2386: Siğə olunmuş qadın ərinin icazəsi olmadan evdən çıxa bilər, amma evdən çıxmaqla ərinin haqqı aradan getsə, onun evdən çıxmağı haramdır. Müstəhəbb ehtiyata görə, ərinin haqqı aradan getməzsə də, onun icazəsi olmadan evdən çıxmasın.

Məsələ 2387: Əgər bir qadın bir kişini vəkil etsə ki, onun müəyyən müddət və məbləğə özü üçün siğə etsin, belə ki, kişi onu öz daimi əqdinə gətirsə, ya müəyyən olunmuş müddət və ya məbləğə deyil, başqa bir müddət və məbləğə siğə etsə, qadın başa düşən zaman əgər icazə versə, o əqd səhihdir, əgər icazə verməsə batildir.

Məsələ 2388: Məhrəm olmaq üçün ata, ya ata tərəfindən olan baba öz nabaliğ qızını və ya oğlunu qısa müddət üçün bir kəsə əqd etsə, ondan bir zərər olmadığı təqdirdə əqd səhihdir. Amma əgər izdivac müddətində oğlan tamamilə ləzzət alma, qız da tamamilə ləzzət alma qabiliyyətinə malik olmazlarsa, əqdin səhih olması məhəlli-işkaldır.

Məsələ 2389: Əgər ata, ya ata tərəfindən olan baba başqa yerdə olan öz qız uşaqlarını ölü və diri olduğunu bilmədikləri halda, məhrəm olmaq üçün bir kəsə əqd etsələr, zövciyyət müddəti əqd olunmuş qızla istimta (ləzzət alma) qabiliyyətinə malik olsa, zahirən onun məhrəm olması hasil olar. Belə ki, sonradan mə`lum olsa ki, əqd zamanı o qız diri olmayıb, əqd batildir və o kəs ki, əqd vasitəsilə zahirən məhrəm olmuş idilər, naməhrəmdirlər.

Məsələ 2390: Əgər kişi qadının siğəsinin müddətini bağışlasa, belə ki, onunla yaxınlıq edibsə, gərək onunla qərar qoyduqlarını mehrin hamısını versin. Əgər yaxınlıq etməyibsə, mehrinin yarısını vermək vacibdir.

Məsələ 2391: Kişi onun siğəsində olmuş və iddəsi hələ qurtarmamış qadını öz daimi əqdi edə bilər ya təzədən siğə edə bilər. Amma əgər müvəqqəti izdivacın müddəti qurtarmamış daim əqdinə keçirsə, əqd batildir. Amma əgər qalan müddəti ona bağışlayandan sonra daimi əqdinə keçirsə, batil olmaz.

BAXMAĞIN HÖKMLƏRİ

Məsələ 2392: Kişinin naməhrəm qadının bədəninə və həmçinin onların saçlarına baxmağı istər ləzzət qəsdi ilə olsun, istərsə də ləzzət qəsdi olmasın, istər harama düşmə qorxusu olsun, istərsə də olmasın, haramdır. Onların üzünə və biləklərinə qədər əllərinə baxmaq isə ləzzət almaq qəsdi ilə olsa və ya harama düşmək qorxusu olsa, haramdır. Müstəhəbb ehtiyat odur ki, ləzzət almaq qəsdi və harama düşmək qorxusu olmasa da onlara baxmasın. Həmçinin, qadının naməhrəm kişinin bədəninə baxması ləzzət qəsdi ilə və harama düşmək qorxusu olsa haramdır. Hətta vacib ehtiyata görə bunlar olmasa da baxmasın. Amma qadının, kişinin bədəni, baş, qollar və ayaqlar kimi adətən kişilərin örtmədikləri yerlərinə baxmağın, ləzzət qəsdi və harama düşmək qorxusu olmazsa, eybi yoxdur.

Məsələ 2393: Bir şəxsin islami hicabla örtünməyi əmr etdiyi halda, əmrə e`tina etməyən, qorxusuz halda açıq-saçıq gəzən qadınların bədəninə baxmağın, ləzzət qəsdi və harama düşmək qorxusu olmamaq şərti ilə, eybi yoxdur. Bu hökmdə kafirlərin qadınlarıyla digər qadınlar arasında, habelə, əl və üzlə, adətən bədənin örtmədikləri digər yerləri arasında bir fərq yoxdur.

Məsələ 2394: Qadın gərək saçını və bədənini (üz və əllərindən başqa) naməhrəm kişidən örtsün və lazım ehtiyat odur ki, həddi-büluğa çatmamış, amma yaxşı-pisi başa düşən oğlan uşağından da, qadının bədəninə baxması onun şəhvətini hərəkətə gətirmək ehtimalı varsa, saç və bədənini örtməlidir. Amma qadın üz və biləklərinə qədər əllərini naməhrəm kişidən örtməyə bilər. Fəqət əgər harama düşmək qorxusu olsa və ya kişini haram bir baxışa mübtəla etmək niyyəti olsa, bu iki halda onları da örtmək vacibdir.

Məsələ 2395: Həddi-büluğa çatmış müsəlmanın övrətinə baxmaq, şüşə arxasından, ya saf sudan, ya güzgüdən və ya bunun kimi şeydən olsa belə, haramdır. Lazım ehtiyata əsasən, kafirin və yaxşı və pisi başa düşən nabaliğ uşağın övrətinə baxmaq da eyni hökmdədir. Amma ər-arvad bir-birinin bütün bədənlərinə baxa bilərlər.

Məsələ 2396: Bir-birlərinə məhrəm olan kişi və qadın əgər ləzzət qəsdi olmasa və harama düşmək qorxusu olmasa, övrətindən başqa, bir-birinin bütün bədənlərinə baxa bilərlər.

Məsələ 2397: Kişi gərək ləzzət qəsdi ilə başqa kişinin bədəninə baxmasın. Qadının da başqa qadının bədəninə ləzzət qəsdi ilə baxması haramdır. Hər iki halda da əgər harama düşmək qorxusu olsa, hökm eynidir.

Məsələ 2398: Əgər bir kişi naməhrəm bir qadını tanıyırsa, açıq-saçıq qadınlardan olmadığı təqdirdə, vacib ehtiyata əsasən onun şəklinə baxmamalıdır. Üz və əllərindən başqa, belə ki, ləzzət qəsdi olmazsa və harama düşmək qorxusu da olmasa, bu iki yerə baxmaq caizdir.

Məsələ 2399: Əgər qadının başqa qadını və ərindən başqa kişini imalə etməsi və ya onun övrətini suya çəkməsi lazım gəlsə, gərək əlinə bir şey alsın, əli onun övrətinə dəyməsin. Həmçinin, əgər kişinin başqa kişini, ya arvadından başqa bir qadını imalə etməsi və ya onun övrətini suya çəkməsi lazım gəlsə, bu halda da hökm eynidir.

Məsələ 2400: Əgər qadın bir xəstəlikdən müalicə olunmağa naçar olarsa və naməhrəm kişi onu müalicə etmək üçün daha yaxşı olarsa, naməhrəm kişiyə müraciət edə bilər. Belə ki, o kişi müalicə etmək üçün ona baxmağa və onun bədəninə əl vurmağa məcbur olsa, eybi yoxdur. Amma əgər baxmaqla müalicə edə bilərsə, gərək əlini onun bədəninə vurmasın. Əgər əl vurmaqla müalicə edə bilərsə, gərək ona baxmasın.

Məsələ 2401: Əgər insan bir kəsi müalicə etmək üçün onun övrətinə baxmağa naçar olsa, vacib ehtiyata görə gərək aynanı qarşıya qoysun və aynadan baxsın. Amma əgər övrətə baxmaqdan başqa çarə olmazsa, eybi yoxdur. Həmçinin, əgər övrətə baxmaq müddəti aynadan baxmaq müddətindən daha az olsa, hökm eynidir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]