Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ayetullah Sistani aga (Risale)1.doc
Скачиваний:
26
Добавлен:
16.11.2019
Размер:
2.23 Mб
Скачать

2. Salamdan sonrakı şəkk

Məsələ 1166: Namazın salamından sonra, namazın səhih olub-olmadığı barədə şəkk edərsə, məsələn; rüku edib-etmədiyi barədə şəkk edərsə və ya dörd rük`ətli bir namazın salamından sonra, dörd rük`ət, yaxud beş rük`ət qıldığı barədə şəkk edərsə, şəkkinə e`tina etməməlidir. Amma əgər şəkkinin hər iki tərəfi batil olsa, məsələn; dörd rük`ətli namazın salamından sonra, üç rük`ət, yaxud beş rük`ət qıldığı barədə şəkk edərsə, namazı batildir.

3. Vaxt keçəndən sonra baş verən şəkk

Məsələ 1167: Namazın vaxtı keçdikdən sonra, namazı qılıb-qılmadığında şəkk edərsə və ya qılmadığını zənn edərsə, qılması lazım deyildir. Amma vaxt keçməzdən qabaq, namazı qılıb-qılmadığında şəkk edərsə, qıldığını zənn etsə belə, o namazı yenidən qılmalıdır.

Məsələ 1168: Əgər namazın vaxtı keçdikdən sonra, onu düzgün qılmadığı barədə şəkk edərsə, şəkkinə e`tina etməməlidir.

Məsələ 1169: Zöhr və əsr namazının vaxtı keçdikdən sonra, dörd rük`ət namaz qıldığını bildiyi halda, zöhr niyyətinə, yoxsa əsr namazı niyyətinə qıldığını bilməzsə, üzərinə vacib olan namaz niyyəti ilə dörd rük`ət qəza namazı qılmalıdır.

Məsələ 1170: Şam və xiftən namazının vaxtı keçdikdən sonra, bir namaz qıldığını bildiyi halda, üç rük`ətli, yoxsa dörd rük`ətli qıldığını bilməzsə, həm şam, həm də xiftən namazının qəzasını qılmalıdır.

4. Kəsirüş-şəkk (çox şəkk edən şəxs)

Məsələ 1171: Kəsirüş-şəkk, çox şəkk edən şəxsdir. Belə ki, hiss orqanlarının iğtişaş səbəbi olması və ya olmaması baxımından onu, onun kimi olan şəxslərlə müqayisə etdikdə adi qaydadan çox şəkk edirlər və bu təkcə çox şəkk etmək adəti olan şəxsə məxsus deyil. Əksinə şəkkin çoxluğu adət ərəfəsində olması kifayətdir.

Məsələ 1172: Çox şəkk edən şəxs, əgər namazın hissələrindən birini yerinə yetirib-yetirmədiyində şəkk edərsə, onu yerinə yetirdiyini qəbul etməlidir. Məsələn; əgər rüku edib-etmədiyində şəkk edərsə, etdiyini qəbul etməlidir. Amma əgər yerinə yetirilməsi namazı batil edən bir şeyi yerinə yetirib-yetirmədiyində şəkk edərsə, məsələn; sübh namazını iki rük`ət, yoxsa üç rük`ət qılmış olduğunda şəkk edərsə, doğru tərəfi qəbul etməlidir.

Məsələ 1173: Namazın bir şeyində çox şəkk edən şəxsin şəkkləri, o şeyə məxsus hesab olarsa, belə ki, namazın başqa şeylərində şəkk etsə, gərək onun göstərişinə əməl etsin, məsələn, səcdə edib-etməməsində çox şəkk edən şəxs, əgər rükunun yerinə yetirilməsində şəkk etsə, gərək onun göstərişinə əməl etsin. Yə`ni əgər səcdəyə getməyibsə, rükunu yerinə yetirsin, əgər səcdəyə getmişdirsə, e`tina etməsin.

Məsələ 1174: Müəyyən bir namazda, məsələn; zöhr namazında çox şəkk edən şəxs, belə ki şəkk çoxluğu onun xüsusiyyətlərindən sayılsa, əgər başqa bir namazda, məsələn; əsr namazında şəkk edərsə, şəkk qaydalarına əsasən əməl etməlidir.

Məsələ 1175: Əgər bir kəs namazı məxsusi yerdə qılan zaman çox şəkk edirsə, əgər ondan başqa yerdə namaz qılsa və onun qarşısına şəkk çıxsa, gərək şəkkin göstərişinə əməl etsin.

Məsələ 1176: Kəsirüş-şəkk olub-olmadığında şəkk edən bir şəxs, şəkkin qaydalarına əsasən əməl etməlidir. Kəsirüş-şəkk olan şəxs isə, normal şəkk edən insanların halına çevrildiyinə yəqin edincəyə qədər, onun şəkkinin mənşəyi kəsiruş-şəkk mənasına olan şəkk deyil, öz halının dəyişməsində olsa, şəkkinə e`tina etməməlidir.

Məsələ 1177: Çox şəkk edən şəxs, əgər bir rüknü yerinə yetirib-yetirmədiyi barədə şəkk edib ona e`tina etməzsə, sonra da onu yerinə yetirmədiyini xatırlayarsa, belə ki, sonrakı rüknə başlamamışdırsa, onu yerinə yetirməlidir. Əgər sonrakı rüknə başlamışdırsa, ehtiyata əsasən namazı batildir. Məsələn; rüku edib-etmədiyi barədə şəkk edib buna e`tina etməzsə, ikinci səcdədən qabaq rüku etmədiyini xatırlayarsa, geri qayıdıb rüku etməlidir. Əgər ikinci səcdədə xatırlayarsa, ehtiyata əsasən namazı batildir.

Məsələ 1178: Çox şəkk edən bir şəxs, rükn olmayan bir əməli yerinə yetirib-yetirmədiyində şəkk edərsə və şəkkinə e`tina etməzsə, belə ki, sonradan da onu yerinə yetirmədiyini xatırlayarsa, onu yerinə yetirmə məhəlli keçməmişdirsə, onu və ondan sonrakı hissələri yerinə yetirməlidir. Əgər məhəlli keçmişdirsə, namazı səhihdir. Məsələn; Həmdi oxuyub-oxumadığında şəkk edərsə və buna e`tina etməzsə və qunut oxuyarkən, Həmdi oxumadığını xatırlayarsa, oxumalıdır. Əgər rükuda xatırlayarsa, namazı səhihdir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]