Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ayetullah Sistani aga (Risale)1.doc
Скачиваний:
26
Добавлен:
16.11.2019
Размер:
2.23 Mб
Скачать

2. Cima

Məsələ 1565: Cima orucu batil edər; hətta əgər təkcə sünnət yeri miqdarında daxil olsa və məni gəlməsə belə.

Məsələ 1566: Əgər sünnət yerindən az miqdarı daxil olsa və məni gəlməsə, oruc batil olmaz. Amma sünnət yeri olmayan şəxsdə sünnət yerindən az miqdarı daxil olsa belə, orucu batil olur.

Məsələ 1567: Əgər qəsdən cima etmək istəsə və sünnət yeri qədər daxil olub-olmadığında şəkk edərsə, bunun hökmü 1551-ci məsələyə müraciət etməklə aydın olar. Əgər batil edən bir iş görməyibsə ona kəffarə vacib olmaz.

Məsələ 1568: Əgər şəxs oruc olduğunu unudub yaxınlıq etsə, yaxud onu cima etməyə məcbur etsələr, belə ki, bu iş onun ixtiyarından kənar olsa, onun orucu batil olmaz. Amma əgər cima halında yadına düşsə, yaxud məcburiyyət onun üzərindən götürülərsə, gərək dərhal cima halından çıxsın, əgər çıxmasa, onun orucu batildir.

3. Istimna

Məsələ 1569: Əgər oruc tutan istimna etsə (istimnanın mə`nası 1553-cü məsələdə deyilmişdir) orucu batil olar.

Məsələ 1570: Əgər insandan ixtiyarsız məni xaric olsa, orucu batil deyildir.

Məsələ 1571: Oruc tutan şəxs, gündüz yatacağı təqdirdə, mühtəlim olacağını (yə`ni yuxuda ondan məni gələcəyini) bilirsə, yatmamaqla əziyyətə düşməsə belə, yatması caizdir. Əgər yataraq mühtəlim olarsa, orucu batil olmaz.

Məsələ 1572: Əgər oruc tutan, məni xaric olarkən yuxudan ayılsa, məninin xaric olmasının qarşısını alması vacib deyildir.

Məsələ 1573: Oruc tutub mühtəlim olan şəxs bövl etmək vasitəsilə məninin qalanının məcradan xaric olacağını bilirsə belə, bövl edə bilər.

Məsələ 1574: Mühtəlim olmuş oruc tutan şəxs, məcrada məni qaldığını və əgər qüsldən qabaq bövl etməzsə, qüsldən sonra məninin xaricə çıxacağını bilirsə, qüsldən qabaq bövl etməsi ehtiyat-müstəhəbbdir.

Məsələ 1575: Məni xaricə çıxarmaq məqsədi ilə zarafat edən, yaxud özü ilə oynayan şəxsdən məni gəlməsə, yenidən oruc qəsdi etməsə orucu batildir. Əgər oruc niyyəti etsə, lazım-ehtiyata əsasən o orucu tamamlayıb sonra qəzasını da tutmalıdır.

Məsələ 1576: Əgər oruc tutan bir şəxs, məni çıxarmaq məqsədi olmadan, məsələn; öz qadını ilə mazaqlaşarsa, ya zarafatlaşsa, özündən məni gəlməyəcəyindən əmindirsə, təsadüfən ondan məni gəlsə belə, orucu səhihdir. Amma əgər məninin gəlməyəcəyindən əmin deyilsə, məni gəldiyi təqdirdə orucu batil olur.

4. Allaha və peyğəmbərə (s.Ə.V.V) yalan isnad vermək

Məsələ 1577: Oruc tutan şəxs danışmaq, yazmaq, işarə etmək və buna bənzər hər hansı bir yolla Allaha, Peyğəmbərə (s.ə.v.v) və on iki imamlardan (ə) birinə qəsdən yalan olan bir şeyi nisbət verərsə, hətta sonra dərhal «yalan dedim» deyərək tövbə etsə belə, lazım-ehtiyata əsasən orucu batil olar. Həmçinin Həzrət-Zəhraya (səlamullahi ələyha), digər peyğəmbərlərə və onların vəsilərinə də yalan bir şeyi nisbət vermək, ehtiyat-müstəhəbb olaraq eyni hökmü daşıyır.

Məsələ 1578: Əgər bir şəxs doğru və ya yalan olduğunu bilmədiyi və hüccət olmasına dəlili olmayan bir rəvayəti nəql etmək istəsə, vacib ehtiyata əsasən gərək o rəvayəti birbaşa Peyğəmbərə (s.ə.v.v) və imamlara (ə) nisbət verməsin.

Məsələ 1579: Əgər düz olmasına e`tiqadlı olduğu bir şeyi Allah, ya Peyğəmbər qövlündən nəql etsə və sonra yalan olduğunu başa düşsə, orucu batil olmaz.

Məsələ 1580: Əgər bir şeyin yalan olduğunu bilərək, onu Allaha və Peyğəmbərə nisbət versə və sonra dediyinin düzgün olduğunu başa düşsə, bu halda əgər bu işin orucu batil etdiyinə bilirmişsə lazım ehtiyata əsasən gərək orucu tamam etsin və qəzasını da əmələ gətirsin.

Məsələ 1581: Əgər başqasının uydurduğu yalanı qəsdən Allaha, Peyğəmbərə (s.ə.v.v) və Peyğəmbərin canişinlərinə (ə) nisbət versə, lazım ehtiyata əsasən orucu batil olur. Amma əgər o yalanı uyduran şəxsin dilindən nəql edərsə, eybi yoxdur.

Məsələ 1582: Əgər oruc tutandan «Peyğəmbər (səlləllahu ələyhi və alihi) belə bir söz buyurmuşdurmu» deyə soruşsalar «yox» əvəzinə qəsdən «bəli» desə, yaxud «bəli» əvəzinə qəsdən «yox» desə, lazım ehtiyata əsasən orucu batil olur.

Məsələ 1583: Əgər Allahın və Peyğəmbər (səlləllahu ələyhi və alih)-in adından düz sözü desə də, sonra «yalan demişəm» desə, ya gecə onlara bir yalanı isnad verib sabahkı gün oruc olub desə ki, «dünən gecə dediyim söz düzdür» ehtiyata əsasən, orucu batil olur. Amma əgər məqsədi verdiyi xəbərin təfsilatını bəyan etmək olsa orucu batil olmur.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]