Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ayetullah Sistani aga (Risale)1.doc
Скачиваний:
26
Добавлен:
16.11.2019
Размер:
2.23 Mб
Скачать

İkinci təkbirdən sonra desin:

أَللهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ اَلِ مُحَمَّدٍ

«Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.»

Üçüncü təkbirdən sonra desin:

أَلّلهُمَّ اغفِرللمؤمِنِينَ وَالمؤمِنَاتِ

«Əllahumməğfir lil-mu`mininə vəl-mu`minat.»

Dördüncü təkbirdən sonra əgər meyyit kişidirsə, desin:

أَللهُمَّ اغفِر لِهَذَا المَيِّتِ

«Əllahumməğfir lihazəl-məyyit.»

Əgər qadındırsa, dördüncü təkbirdən sonra desin:

أَللهُمَّ اغفِر لِهَذهِ المَيِّتِ

«Əllahumməğfir lihazihil-məyyit.»

Və sonra beşinci təkbiri desin, bununla da namaz bitir. Daha yaxşısı odur ki, birinci təkbirdən sonra:

أَشهَدُ اَن لاَاِلهَ إِلاَ اللهُ وَحدَهُ لاَ شَرِيكَ لَهُ وَ اَشهَدُ اَنً مُحَمَّدًا عَبدُهُ وَ رَسُولُهُ اَرسَلَهُ بالحَقِ بَشِيرًا وَنَذِيرًا بَينَ يَدَىِ السَاعِةِ

«Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh, ərsələhu bil-həqqi bəşirən və nəzirən bəynə yədəyis-sa`ə», deməsi,

İkinci təkbirdən sonra da:

أَلّلهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَ بَارِك عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَارحَم مُحَمَّدًا وَآلَ مُحَمَّداً كََاَفضَلِ مَاصَلَّيتَ وَبَارَكتَ وَتَرَحَّمتَ عَلَى اِبراهِيمَ وَآلِ اِبراهِيمَ اِنَّكَ حَمِيد مَجِيد وَصَلّ عَلَى جَميعِ الاَنبِيَاءِ وَالمُرسَلِينَ و الشهداء و الصديقين و جميع عباد الله الصالحين

«Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, və barik əla Muhəmmədin və ali Muhəmməd, vərhəm Muhəm-mədən və alə Muhəmməd kəəfzəli ma səlləytə və barəktə və tərəhhəmtə əla İbrahimə və ali İbrahim, innəkə həmidun məcid, və səlli əla cəmi`il-ənbiya`i vəl-mursəlin vəşşu-hədai vəssiddiqin və cəmii ibadillahissalihin», deməsi,

Üçüncü təkbirdən sonra isə:

أَلّلهُمَّ اغفِر لِلمؤمِنِينَ وَالمُؤمِنَاتِ وَالمُسلِمِينَ وَالمُسلِمَاتِ اَلاَحيَاءِ مِنْهُم وَالاَمواَتِ تَابِع بَينَنَا وَبَينَهُم بِالخَيرَاتِ اِنَّكَ عَلَى كُلَّ شَىءٍ قَدِير

«Əllahumməğfir lil-mu`mininə vəl-mu`minat vəl-musliminə vəl-muslimat əl-əhyai minhum vəl-əmvat tabi` bəynəna və bəynəhum bil-xəyrat innəkə mucibuddə`əvat, innəkə əla kulli şəy`in qədir», deməsi

Və meyyit kişidirsə, dördüncü təkbirdən sonra:

أَللهُمَّ اِنَّ هَذا عَبدُكَ وَابنُ عَبدِكَ وَابنُ اَمَتِكَ نَزَلَ بِكَ وَاَنتَ خَيرُ مَنزُوُلِ بِهِ أَلّلهُمَّ انا لاَنَعلَمُ مِنهُ اِلاَ خَيرا وَاَنتَ اَعلَمُ بِهِ منا أَلّلهُمَّ اِن كَانَ مُحسِنًا فَزِد فِى اِحسَانِهِ وَ اِن كَانَ مُسِيئًا فَتَجَاوَز عَنهُ وَاَغفِرلَنَا وَلَهُ أَلّلهُمَّ اجعَلهُ عِندَكَ فِى اَعلَى عِليِيِنَ وَاخُلُف عَلَى اَهلِهِ فِى الغَابِرِينَ وَارحَمهُ بِرَحمَتِكَ يَااَرحَمَ الرَّاحِمينَ

«Əllahummə innə haza əbdukə vəbnu əbdikə vəbnu əmətikə nəzələ bikə və əntə xəyru mənzulin bih, əllahummə inna la nə`ləmu minhu illa xəyrən və əntə ə`ləmu bihi minna, əllahummə in kanə muhsinən fəzid fi ihsanihi və in kanə musi`ən fətəcavəz ənhu vəğfir ləhu əllahumməc`əlhu indəkə fi ə`la illiyyin vəxluf əla əhlihi fil-ğabirin vərhəmhu bi rəhmətikə ya ərhəmər-rahimin», deməsi

Və əgər qadındırsa, dördüncü təkbirdən sonra:

أَلّلهُمَّ اِنَّ هَذِهِ اَمَتُكَ وَاَبنَتُ عَبدِكَ وَابنَتُ اَمَتِكَ نَزَلَت بِكَ وَاَنتَ خَيرُ مَنزُولِ بِهِ أَلّلهُمَّ انَّا لاَ نَعلَمُ مِنهَا الاَّ خَيرا وَانتَ اَعلَمُ بِهَا مِنا أَلّلهُمَّ اِن كَانَت مُحسِنَةً فَزِد فِى اِحسَانِهَا وَ اِن كَانَت مُسِيئةً فَتَجَاوَز عَنهَا وَاغفِرلَهَا أَلّلهُمَّ اجعَلهَا عندَكَ فِى اعلىَ عَلِّييِّن وَاخلُف عَلَى اَهلِهَا فِى الغابِريِنَ وَارحَمهَا بَرَحمَتِكَ يَا اَرحَم َالرَّاحِمِنَ

«Əllahummə innə hazihi əmətukə vəbnətu əbdikə vəbnətu əmətikə nəzələt bikə və əntə xəyru mənzulin bih, əllahummə inna la nə`ləmu minha illa xəyrən, və əntə ə`ləmu biha minna, əllahummə in kanət muhsinətən fəzid fi ihsaniha, və in kanət musiə`tən fətəcavəz ənha, vəğfir ləha, əllahumməc`əlha indəkə fi ə`la illiyyin vəxluf əla əhliha fil-ğabirin, vərhəmha birəhmətikə ya ərhə-mərrahimin» deməsi daha yaxşıdır.

Bundan sonra beşinci təkbiri deyə bilər və bununla da meyyit namazı bitər.

Məsələ 599: Təkbirlər və dualar namaz öz halından çıxmayacaq şəkildə ardıcıl oxunmalıdır.

Məsələ 600: Meyyitin namazını camaat ilə qılan şəxs onu camaatla belə qılsa, təkbir və duaları özü oxumalıdır.

MEYYİT NAMAZININ MÜSTƏHƏBBATI

Məsələ 601: Bir neçə şey meyyit namazında müstəhəbbdir:

  1. Meyyit namazı qılan şəxsin dəstəmazlı, qüsllü və ya təyəmmümlü olması; Amma ehtiyata əsasən, dəstəmaz və ya qüsl alması mümkün olmadığı təqdirdə yaxud dəstəmaz aldığı və ya qüsl etdiyi təqdirdə, meyyit namazına çatmamasından qorxarsa, təyəmmüm etməlidir.

2. Əgər meyyit kişidirsə, imam-camaatın və ya münfərid olaraq, namazını qılan şəxsin meyyitin qamətinin orta qismində, əgər meyyit qadındırsa, sinəsinin müqabilində dayanması;

3. Ayaqyalın namaz qılması.

4. Hər təkbirdə əllərini yuxarı qaldırması.

5. Meyyitlə onun arasındakı məsafənin, külək libasını hərəkət etdirirsə, cənazəyə dəyəcək miqdarda az olması;

6. Meyyit namazının camaatla qılınması;

7. İmam-camaat duaları və təkbirləri ucadan oxusun, onunla namaz qılanlar isə alçaqdan oxusunlar.

8. Camaatla qılınan meyyit namazında mə`mumun, bir nəfər olsa belə, imamın arxasında durması;

9. Namaz qılanın meyyiti və mö`minləri çox dua etməsi;

10. Camaat namazında, namazdan qabaq üç dəfə «Əssalat» deməsi.

11. Meyyit namazını, xalqın meyyit namazı qılmaq üçün daha çox getdikləri yerdə qılmaları;

12. Meyyit namazını camaatla qılmaq istəyən heyzli qadının, tək dayanması və namaz qılanların sıralarına qatılmaması;

Məsələ 602: Məscidlərdə meyyit namazı qılmaq məkruhdur, amma Məscidül-həramda məkruh deyildir.

DƏFNIN HÖKMLƏRI

Məsələ 603: Meyyiti, qoxusu bayıra çıxmayacaq və yırtıcı heyvanların cəsədi bayıra çıxara bilməyəcəkləri şəkildə, torpağa dəfn etmək vacibdir. Əgər yırtıcı heyvanların bayıra çıxaracaqları qorxusu vardırsa, qəbirin kərpic və ona bənzər şeylərlə bərkidilməsi lazımdır.

Məsələ 604: Əgər meyyitin dəfni yerdə mümkün olmasa, dəfnin yerinə onu binada və ya tabutda da qoya bilərlər.

Məsələ 605: Meyyit, bədəninin ön tərəfi qibləyə doğru olacaq şəkildə, torpaqda sağ yanı üstə uzandırılmalıdır.

Məsələ 606: Əgər bir şəxs gəmidə ölərsə, belə ki, cəsədi xarab olmayacaqsa və onun gəmidə olmasının bir maneəsi yoxdursa, quruya yetişincəyə qədər gözləyib, torpağa dəfn edilməlidir. Əks təqdirdə, ona gəmidə qüsl verib, hənut edib, kəfənləyib və namazını qıldıqdan sonra, bir nehrəyə qoyub, ağzını bağlayaraq dənizə atmaları və ya ayağına ağır bir şey bağlayaraq, dənizə atmaları gərəkdir. Mümkün olduğu təqdirdə, onu, heyvanlara dərhal yem olmayacağı bir yerdə, dənizə atmalıdırlar.

Məsələ 607: Düşmənin, meyyitin qəbrini açaraq, onu çıxarıb qulağını, burnunu və ya başqa üzvlərini kəsməsindən qorxurlarsa, mümkün olduğu təqdirdə, əvvəlki məsələdə söylənildiyi tərzdə onu dənizə atmalıdırlar.

Məsələ 608: Dəryaya atmağın xərci ya qəbri möhkəm etməyin xərci lazım olan surətdə, meyyitin malının əslindən götürə bilərlər.

Məsələ 609: Kafir bir qadın ölər və bətnindəki uşaq da ölmüş olarsa, əgər uşağın atası müsəlmandırsa, uşağın üzü qibləyə olması üçün, qadın qəbirdə sol tərəfi üstə, arxası qibləyə olacaq şəkildə, uzandırılmalıdır. Həmçinin, onun bətnindəki uşağın bədəninə ruh daxil olmadığı təqdirdə də, müstəhəbb ehtiyata əsasən, eyni hökmü daşıyır.

Məsələ 610: Kafir qəbiristanlığında müsəlmanın, müsəlman qəbiristanlığında isə kafirin dəfni caiz deyildir.

Məsələ 611: Müsəlmanın, ona hörmətsizlik sayılan yerlərdə (məsələn, zir-zibil tökülən yerlərdə) dəfn edilməsi caiz deyildir.

Məsələ 612: Meyyiti qəsb olan yerdə və məscid kimi meyyitin dəfnindən başqa bir şey üçün vəqf olan yerdə vəqfə zərər yetirəcəyi, yaxud hansı məqsədlə vəqf olunubsa, həmin məqsədə maneçilik törətdiyi surətdə dəfn etmək caiz deyildir. Həmçinin vacib ehiyata görə, zərər və ya maneçilik törətməsə də, hökm eynidir.

Məsələ 613: Başqa ölünün qəbrində meyyiti dəfn etmək üçün açmaq caiz deyil, amma qəbir köhnəlibsə və birinci meyyit tamamilə aradan getsə, bu caizdir.

Məsələ 614: Tük, dırnaq və diş olsa belə, meyyitdən ayrılan şey onunla bərabər dəfn edilməlidir. Əgər meyyitdən ayrılan şey meyyitin dəfn edilməsindən sonra olarsa, o şey meyyitin dırnaq, tük və ya dişi olsa belə, lazım ehtiyat olaraq başqa bir yerdə dəfn edilməlidir. Amma insandan həyatda ikən, ayrılan dırnaq və dişin dəfn edilməsi müstəhəbbdir.

Məsələ 615: Əgər bir şəxs quyuda ölsə və çıxarmaq mümkün olmasa, gərək quyunun ağzını bağlasınlar və o quyunu onun üçün qəbr qərar versinlər.

Məsələ 616: Əgər uşaq ananın bətnində ölsə və onun ananın bətnində qalmağı ana üçün təhlükəli olsa, gərək ən asan yol ilə xaricə çıxarsınlar. Belə ki, onu tikə-tikə etməkdə çarəsiz qalsalar, eybi yoxdur. Amma əgər bacarırsa, gərək ərinin vasitəsilə onu çıxarsınlar. Əgər mümkün deyildirsə, bacaran bir qadın onu çıxarmalıdır. Qadın bu işi yaxşı bacran adama, naməhrəm olsa belə, özünə daha münasib olan adama müraciət edə bilər.

Məsələ 617: Əgər qadın ölərsə və uşaq onun bətnində canlı qalarsa, uşağın az müddət diri qalacağına ümid olmasa da belə, bədənin, uşağın salamatçılığı üçün daha uyğun olan qismini yarıb, uşağı çıxarmalı və yenidən oranı tikməlidirlər. Amma bu işlə uşağın ölməsinə yəqin etsələr və ya xatircəm olsalar, caiz deyil.

DƏFNIN MÜSTƏHƏBBATI

Məsələ 618: Müstəhəbbdir ki, qəbri orta boylu insanın boyu ölçüsündə qazsınlar və meyyiti yaxın qəbiristanlıqda dəfn etsinlər. Əgər uzaq qəbiristanlıqda yaxşı adamlar dəfn olunmuş olsa ya camaat əhli-qübura fatihə verməkdən ötrü oraya çox getsələr, meyyiti uzaq qəbiristanda da dəfn etmək olar. Müstəhəbbdir ki, cənazəni qəbrə bir neçə zira (Zira – yə`ni, dirsəkdən barmaqların ucuna qədər olan məsafə) qalmış yerə qoyub üç dəfə az-az qəbrə yaxınlaşdırsınlar və hər dəfə də cənazəni yerə qoyub, dördüncü dəfədə qəbrə qoysunlar. Əgər meyyit kişidirsə, üçüncü dəfədə başı qəbrin aşağı tərəfində olacaq şəkildə yerə qoyub, dördüncü dəfədə onu baş tərəfindən qəbrə endirsinlər. Əgər qadındırsa, üçüncü dəfədə qəbrin qiblə tərəfində yerə qoyub yandan qəbrə daxil etsinlər və qəbrə qoyan vaxt qəbrin üzərinə bir parça tutsunlar. Həmçinin meyyiti tabutdan aramla götürüb, qəbirə qoymaları, göstəriş verilən duaları dəfndən qabaq və dəfn arasında oxumaları, meyyiti qəbrə qoyduqdan sonra kəfənin bağlarını açmaları, meyyitin üzünü torpağın üzərinə qoymaları, başının altına torpaqdan bir yastıq düzəltmələri, arxası üstə aşmaması üçün, meyyitin arxasına kərpic və ya kəsək qoymaları, qəbri örtməzdən əvvəl sağ əlini sağ çiyninə vurub, sol əllə də meyyitin sol çiynindən sıxaraq, ağzını meyyitin qulağına yaxınlaşdırıb, onu şiddətlə hərəkət etdirərək belə demələri də müstəhəbbdir:

«İsmə`, ifhəm ya fulan əbnə fulan».

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]