Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ayetullah Sistani aga (Risale)1.doc
Скачиваний:
26
Добавлен:
16.11.2019
Размер:
2.23 Mб
Скачать

İzdivac əqdi ilə qadın və kişi bir-birinə halal olurlar. İzdivac iki qismdir:

1. Daimi.

2. Qeyri-daimi (müvəqqəti izdivac).

Daimi əqd odur ki, izdivacın müddəti əqddə müəyyən olmasın və həmişəlik olsun. Belə əqd olunan qadına «daimə» deyərlər.

Qeyri-daimi əqd odur ki, onda izdivacın müddəti müəyyən olunar, məsələn; qadını bir satt, ya bir gün, ya bir ay, ya bir il, ya da daha artıq müddətə əqd edərlər. Amma gərək izdivacın müddəti kişi ilə qadının, ya onlardan birinin ömründən çox olmasın. Bu surətdə əqd batil olacaq. Bu cür əqd olunan qadına mut`ə, ya siğə deyərlər.

ƏQDİN HÖKMLƏRİ

Məsələ 2323: İzdivacda, istər daimi olsun, istər qeyri-daimi, gərək siğə oxunsun və təkcə kişi və qadının razı olması və yazmaq vacib ehtiyata əsasən kifayət deyil. Əqd siğəsini, ya kişi ilə qadının, özləri oxuyurlar, ya başqasını vəkil edərlər ki, onların tərəfindən oxusun.

Məsələ 2324: Vəkilin kişi olması vacib deyil, qadın da əqd siğəsini oxumaq üçün başqasının tərəfindən vəkil ola bilər.

Məsələ 2325: Kişi və qadın vəkilin siğəni oxumasında xatircəmlik hasil etməyincə bir-birinə məhrəmcəsinə baxa bilməzlər. Vəkilin siğəni oxumasını güman etmək kifayət deyil. Hətta əgər vəkil desə ki, siğəni oxumuşam, amma onun sözlərindən xatircəmlik hasil olmasa, vacib ehtiyat odur ki, onun sözünə e`tibar etməsinlər.

Məsələ 2326: Əgər bir qadın bir kəsi vəkil etsə ki, məsələn; on günlük onu bir kişiyə əqd etsin və on günün əvvəlini müəyyən etməsə, o vəkil istədiyi vaxt, onu on günlük o kişiyə əqd edə bilər. Amma əgər mə`lum olsa ki, qadın müəyyən bir gün, ya saatı qəsd edib, gərək siğəni qəsdə uyğun oxusun.

Məsələ 2327: Bir nəfər iki nəfərin tərəfindən həm daimi, həm də qeyri-daimi əqdin siğəsini oxumaq üçün vəkil ola bilər. Həmçinin, insan qadının tərəfindən vəkil olaraq onu özü üçün daimi və ya qeyri-daimi əqd edə bilər. Amma müstəhəbb ehtiyat odur ki, əqdi iki nəfər oxusun.

ƏQD OXUMAĞIN QAYDALARI

Məsələ 2328: Əgər daimi əqdin siğəsini kişi və qadının özləri oxusalar, mehriyyənin miqdarını tə`yin etdikdən sonra, əvvəl qadın desin:

«Zəvvəctukə nəfsi ələssidaqil-mə`lum» – yə`ni özümü sənə arvad etdim, müəyyən olunmuş mehr ilə.

Ondan sonra kişi fasiləsiz

«Qəbiltut-təzvicə» – yə`ni, izdivacı qəbul etdim, desə, əqd səhihdir. Əgər təkcə «qəbiltu» da desə, səhihdir. Əgər başqasını vəkil etsələr ki, onların tərəfindən əqd siğəsini oxusun, belə ki, məsələn; kişinin adı Əhməd və qadının adı Fatimə olsa, qadının vəkili desin:

«Zəvvəctu muvəkkiləkə Əhmədə muvəkkiləti Fatimətə ələssidaqil-mə`lum», Sonra kişinin vəkili e`tina olunacaq fasilə olmadan:

«Qəbiltut-təzvicə limuvəkkili Əhmədə ələssidaqil-mə`lum» desələr, əqd düz olar. Müstəhəbb ehtiyat odur ki, kişi deyən kəlmə, qadın deyən kəlmə ilə uyğun olsun. Məsələn; əgər qadın «zəvvəctu» deyirsə, kişi də, «qəbiltun-nikah» deyil, «qəbiltut-təzvicə» deməlidir.

Məsələ 2329: Əgər kişi və qadın özləri qeyri-daimi əqdinin siğəsini oxumaq istəsələr, müddət və mehriyyəni tə`yin edəndən sonra, qadın desin: «Zəvvəctukə nəfsi fil-muddətil-mə`luməti ələl-məhril-mə`lum». Ondan sonra e`tina ediləcək fasilə olmadan kişi desin: «qəbiltu» – əqd düzdür. Əgər başqasını vəkil etsələr, əvvəl qadının vəkili, kişinin vəkilinə desin: «Zəvvəctu muvəkkiləti muvəkkiləkə fil-muddətil-mə`luməti ələl-məhril-mə`lum». Sonra fasiləsiz kişinin vəkili desə ki, «qəbiltut-təzvicə limuvəkkili hakəza» – əqd səhih olar.

ƏQDİN ŞƏRTLƏRİ

Məsələ 2330: İzdivac əqdinin bir neçə şərti var:

1. Vacib ehtiyata görə ərəbcə oxunsun. Əgər kişi və qadın özləri siğəni ərəbcə oxuya bilməsələr, ərəb dilindən başqa dildə də oxuya bilərlər və vəkil tutmaqları lazım deyil. Amma gərək elə bir kəlmə desinlər ki, «zəvvəctu» və «qəbiltu» mə`nasını anlatsın.

2. Kişi və qadın, ya onların siğəsini oxuyan vəkilin inşa qəsdləri olsun, yə`ni kişi və qadın özləri siğəni oxuyurlarsa, qadın «zəvvəctukə nəfsi» deməklə qəsdi bu olsun ki, özünü ona arvad qərar verir və kişi «qəbiltut-təzvicə» deməklə, onu özü üçün arvad kimi qəbul etsin. Əgər kişi və qadının vəkili siğəni oxuyarlarsa, «zəvvəctu» və «qəbiltu» deməklə qəsdləri bu olsun ki, onları vəkil etmiş kişi və qadın, ər-arvad olsunlar.

3. Siğə oxuyan şəxs, istər özü üçün oxusun və ya başqası tərəfindən vəkil olsun, gərək baliğ də olsun. Hətta vacib ehtiyata görə, həddi-büluğa çatmayan, amma müməyyiz (ağlıkəsən) uşağı başqası üçün əqd oxuması kifayət deyil; əgər oxusa, ya təlaq verilməli, ya yenidən əqd oxunmalıdır.

4. Əgər ər və arvadın vəkili, ya onların vəlisi siğəni oxusalar, əqd zamanı ər və arvadı müəyyən etsinlər, məsələn; onların adlarını çəksinlər, ya onlara işarə etsinlər. Deməli, bir kəsin neçə qızı olsa, əgər kişiyə desə ki, «zəvvəctukə ihda bənati» – yə`ni, öz qızlarımdan birini sənə arvad etdim və kişi desə ki, «qəbiltu» – yə`ni qəbul etdim, əqd zamanı qızı müəyyən etmədiklərinə görə, əqd batildir.

5. Kişi və qadın izdivaca razı olsunlar, amma zahirən kərahət ilə izn versələr və mə`lum olsa ki, qəlbən razıdırlar, əqd səhihdir.

Məsələ 2331: Əgər əqddə bir hərf yaxud daha çox səhv oxunsa, amma onun mə`nası dəyişməsə, əqd səhihdir.

Məsələ 2332: Əqd siğəsini oxuyan şəxs, əgər icmal (qısaca) olsa belə, onun mə`nasını bilsə və onu gerçəkləşdirmək qəsdi etsə, əqd səhihdir və siğənin mə`nasını geniş şəkildə bilməsi lazım deyildir, məsələn; ərəb dilinin qrammatikasına görə, fe`l və ya failin hansı olduğunu bilməsi lazım deyil.

Məsələ 2333: Əgər bir qadını, bir kişi üçün onların icazəsi olmadan əqd etsələr və sonradan kişi və qadın o əqdə icazə versələr, əqd düzdür. İcazə üçün də, razılıqlarına dəlalət edən bir söz demələri, yaxud bir iş etmələri kifayətdir.

Məsələ 2334: Əgər kişi və qadını, ya ikisindən birini izdivaca məcbur etsələr və əqd oxuyandan sonra əvvəlki məsələdə deyildiyi kimi icazə versələr, əqd səhihdir. Yaxşısı budur ki, əqdi təzədən oxusunlar.

Məsələ 2335: Ata və ata tərəfdən olan baba öz nabaliğ oğlan ya qız övladını, ya dəli halda baliğ olan, dəli övladlarını evləndirə bilərlər və uşaq baliğ olandan sonra, ya dəli əqilli olandan sonra, əgər onun üçün olunan izdivacın ona bir zərəri olduğunu görərsə, ya qəbul, ya da rədd edə bilər. Amma bir zərəri olmasa, belə ki, həddi-büluğa çatmamış oğlan və ya qız öz izdivacının əqdini pozsa, vacib ehtiyata görə təlaq verməli, ya təzədən əqd oxunmalıdır.

Məsələ 2336: Həddi-büluğa çatmış və rəşidə, yə`ni öz məsləhətini ayırd edə bilən bir qız əgər ərə getmək istəsə, belə ki, bakirə olsa və özü öz məişət və yaşayışında ixtiyar sahibi olmasa, gərək ata tərəfdən olan babasından, ya atasından icazə alsın. Vacib ehtiyata əsasən, əgər özü öz işlərinin ixtiyar sahibi olsa belə, yenə də icazə almalıdır. Ana və qardaşın icazəsi lazım deyil.

Məsələ 2337: Əgər qız bakirə olmasa, ya bakirə olsa, amma atası, ya ata-babası ona şər`ən və ürfən həmtay olan bir kişiylə evlənməsinə icazə verməsələr, ya da əsla qızı evləndirmək işlərində iştirak etməyə əsla hazır olmasalar və yaxud dəlilik və ya ona bənzər səbəblərdən icazə vermək səlahiyyətinə malik olmazlarsa, bu kimi yerlərdə onların icazəsi lazım deyil. Həmçinin əgər onlardan icazə almaq ğaib olmaq, ya başqa səbəblərə görə mümkün olmasa və qızın həmin vaxtda ərə getməyə çox ehtiyacı olsa, ata və babasının icazəsi lazım deyil.

Məsələ 2338: Əgər ata və ya ata tərəfindən olan baba öz həddibüluğa çatmamış oğlu üçün qız alsa, gərək oğlan həddi-büluğa çatdıqdan sonra o qadının xərcini versin. Hətta həddi-büluğa çatmamışdan əvvəl bir surətdə ki, ləzzət almaq yaşına çatmışsa və qız da əri ondan ləzzət almaq imkanı olmayacaq qədər kiçik deyilsə, o qadını nəfəqəsi (yaşayış xərci) oğlanın öhdəsindədir. Bundan başqa hallarda nəfəqə vacib deyil.

Məsələ 2339: Əgər ata və ya ata tərəfindən olan baba öz həddibüluğa çatmamış oğlu üçün qız alsa, belə ki, əqd vaxtı oğlanın malı olmasa, ata və ya ata tərəfindən olan baba gərək qadının mehrini versinlər. Həmçinin əgər malı olsa, amma ata və ya ata babası mehrə zamin olsalar, hökm eynidir. Bu iki haldan başqa əgər mehr, adi mehr miqdarından çox olmazsa və ya bir məsləhət o mehrin adi miqdardan çox olmasını tələb edirsə, ata və ya ata babası mehri, oğlanın malından ödəyə bilərlər. Əks təqdirdə oğlanın malından adi mehr miqdarından çox verə bilməzlər. Amma o həddi-büluğa çatandan sonra onların işini qəbul etsə, verə bilərlər.

ƏR VƏ ARVADIN ƏQDİ POZA BİLƏCƏYİ YERLƏR

Məsələ 2340: Əgər kişi əqddən sonra başa düşsə ki, aşağıda deyiləcək altı eybdən biri əqd halında qadında vardır, o eybin vasitəsi ilə əqdi poza bilər.

1. Dəlilik, ara-bir olsa belə.

2.Cüzam xəstəliyi.

3. Bərəs xəstəliyi.

4. Korluq.

5. İflic olmaq, yerdə qalacaq şəkildə olmasa belə.

6. Onun bətnində ət, ya sümüyün olması ki, istər yaxınlıq etməyə və ya hamiləliyə mane olsun, istər olmasın.

Əgər əqddən sonra kişi, qadının əqd vaxtı ifza, yə`ni bövl və heyz, ya heyz və ğait, ya da hər üçünün yolunun bir olduğunu başa düşərsə, əqdi poza bilməsi işkallıdır. Bu halda əqdi pozsalar, lazım ehtiyata əsasən gərək təlaq da versin.

Məsələ 2341: Əgər qadın əqddən sonra başa düşsə ki, onun ərinin kişilik aləti yoxdur, ya əqddən sonra yaxınlıqdan qabaq və ya ondan sonra onun aləti kəsilərsə, ya bir xəstəliyi var ki, yaxınlıq edə bilmir, hərçənd o xəstəlik əqddən sonra və yaxınlıqdan qabaq və ya ondan sonra ariz olsa (irəli gələrsə), bütün bu surətlərdən sonra qadın təlaqsız əqdi poza bilər. Əgər qadın əqddən sonra başa düşsə ki, əri əqddən əvvəl dəli imiş və ya əqddən sonra, istər yaxınlıqdan sonra və ya ondan qabaq dəli olarsa və ya başa düşsə ki, əqd vaxtı onun kişilik yumurtalığı çıxarılmış və ya əzilibmiş, ya da bu vaxtda onun korluq, cüzam və ya bərəs xəstəliyi var imiş, bütün bu hallarda vacib ehtiyat budur ki, qadın əqdi pozmasın. Əgər belə etsə, vacib ehtiyat odur ki, əgər ər-arvadlığı davam etdirmək istəsələr, yenidən əqd etsinlər. Əgər ayrılıb təlaq vermək istəsələr, o halda ki, kişi yaxınlıq edə bilməsə və qadın əqdi pozmaq istəsə, lazımdır ki, əvəl qadın şəriət hakiminə, ya onun vəkilinə müraciət etsin. Hakim ərə bir il möhlət verər, belə ki, ər o qadın ilə ya başqa qadın ilə yaxınlıq edə bilməsə, ondan sonra əqdi poza bilər.

Məsələ 2342: Əgər kişinin yaxınlıq edə bilmədiyinə görə qadın əqdi pozarsa, ər gərək mehrin yarısını versin, amma yuxarıda deyilmiş başqa eyblərdən birinə görə, kişi ya qadın əqdi pozsa, belə ki, kişi qadınla yaxınlıq etməyibsə, onun üçün bir şey vacib deyil, əgər yaxınlıq edibsə, gərək mehrin hamısını versin.

Məsələ 2343: Əgər onunla evlənməyə rəğbətlənməsi üçün, kişi ilə qadın qarşı tərəfə olduğundan daha yaxşı tanıdılarsa, istər əqd vaxtı olsun, istər ondan sonra, bir surətdə ki, əqd onun əsasında baş verərsə, belə ki, əqddən sonra bu iş digər tərəfə mə`lum olarsa, o əqdi poza bilər, bu məsələnin hökmləri «Minhacus-salihin» kimi başqa kitablarda geniş açıqlanmışdır.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]