Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Yusif Yusifli --- Gürcüstan azərbaycanlılarını...docx
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
844.96 Кб
Скачать

İctimai-satirik motivli şeirləri:

Azərbaycan ədəbiyyatında olduğu kimi, ,,Molla Nəsrəddin” tənqidi- satira ədəbi məktəbinin təsiri altında şeir və ya nəsr əsəri yazmayan Borçalı qələm sahibinə rast gəlməmək mümkün deyil, çünki ,,Molla Nəsrəddin”dərgisini də, Mollanəsrəddinçiləri də zamanın, dövrün, ictimai-siyasi quruluşun yaratdığı ədalətsizliklər döyüş səhnəsinə gətirmişdir. Onların tənqid etdikləri tiplər Borçalıda da gen-boluna əl-ayaq açmışdılar.

Tənqidi-satirik uslublu şeirlər yazmağa şair Rəhman təsadüfi müraciət etməmişdi. Şairin yaşadığı ictimai quruluşun yaratdığı təzadları, ədalətsizlikəri, kolxoz, sovxoz təsərrüfatlarının vəzifəli şəxslərinin, rayon rəhbərliyində müxtəlif yollarla vəzifə tutan bəzi üzdəniraq ,,rəhbərlərin” törətdikləri talançılığın, baş alıb gedən rüşvətxorluğun qarşısının alınmaması, yaltaqların meydan sulaması şairi məcbur etmişdir ki, o, tənqidi-satirik ruhlu şeirlər yazıb, mənfi tipləri tənqid atəşinə tutsun:

İnamın, əqidən almaz da olsa,

Küt olar kəsəmməz, tək pul kəsəni.

Bütün müşküllərin ümidgahıdır,

Qurtarar əzabdan, təkcə o səni.

Tək pulun üstündə qurulub dövran,

Onunla yüksəlir alçaqda duran,

Tək puldur uçuran, tək puldur quran,

Tək puldur dağıdan qəmi-qüssəni.

Kimin pulu varsa, tez yolu azar,

Qanmaz qanmazı qananın yerinə yazar.

Əzrail, Allahın hökmünü pozar,

Görəndə altunu, pullu kisəni.

Ələkbər Sabir pulun, paranın cəmiyyətdəki pozucu təsirini ,,Paradır” şeirində vaxtı ilə satira atəşinə tutaraq yazmışdır:

Adəmi adəm eyləyən paradır,

Parasız adəmin üzü qaradır.

Rəhman Nəsiboğlunun satirik şeirlərinin əksəriyyətində Sabir satirasının güclü təsirini görürük. Rəhman ,,Vəzifə”, ,,Süfrə salmamış”, ,,Qoyardım”, ,,İnciməyin, a dostlar”, ,,Dönübdü”, ,,Var quyruğunda”, ,,Pulun gücü”, ,,Qalmayıb”, ,,Kasıblıq”, ,,Nə var”, ,,Olur”, ,,Olaydı”, ,,Bir gün”, ,,Susubdu vicdan”, ,,Qalıbdı”, ,,Desən bir”, ,,Gülərmiş” və s. şeirlərinə Ələkbər Sabir satirasının güclü təsir etməsinin şahidi oluruq:

Bü dövran sənindir, halalca yaşa,

Bir daha gözləmə, dövranın olsun!

Günün xoş keçəndə həddini aşma,

Ürəkdə gaynayan saf qanın olsun!

Heç vaxt yüksəkdə tutma özünü,

El-oba danışsın qadir sözünü,

Şan-şöhrət örtməsin sənin gözünü,

Mərhəmət etməyə imkanın olsun!

İnsan amanatdı, dünya bir ayna,

Onunla başlama birgə oyuna,

Nə də arxalanma, arxa-dayına,

Mehriban yaşa sən, sağ canın olsun!

Şair yaşadığı ictimai quruluşun yaratdığı təzadları-rüşvətxorluğu, əli qabarlı əmək adamlarının qanını zəli kimi soran var-dövlət hərislərini, heç bir səriştəsi, qabiliyyəti olmayanların pul verib vəzifə tutmalarını ,,Vəzifə” şeirində ifşa edir:

Vəzifə, olubsan gəlir mənbəyi,

Qiymətli nə varsa sənindir,sənin!

Yarışda ötübsən sultani, bəyi,

Arası kəsməyir gəlib-gedənin.

Elə bir odsan ki, yandırıb-yaxan,

Yaşamaq naminə hamı baş əyir.

Heç varmı, qarşına əli boş çıxan?

Sən ona çor desən, dönüb can deyir.

Qədim dövrlərdən başlayaraq, bu günədək davam edən, cəmiyyətdə barışmaz düşmənlər kimi, üz-üzə dayanan ağalar, bəylər, mülkədarlar, sahibkarlar, kapitalistlər dünyası, digər tərəfdə isə qullar, nökərlər, kasıblar, yoxsullar, dilənçilər dünyası mövcuddur! Cəmiyyətin ən qədim dövrlərindən başlayaraq müasir dövrümüzədək, davam edən ictimai ədalətsizlik, insan əməyini istismar etmək dünyanın hər yerində yüz milyonlarla əli qabarlı əmək və zəhmət adamlarını qul, kölə, yoxsul, kasıb, dilənçi vəziyyətinə salmışdır. Axı, insan cəmiyyətinin çox hissəsini kasıb, yoxsul, dilənçi edən, onların əməyini istismar edən, məhz ictimai quruluşun yaratdığı təzadlar deyilmi?!

İnsan cəmiyyətinin varlı təbəqəsinin milyonlar, milyardlar toplamaq hərisliyi əli qabarlı insanların yoxsul, kasıb, dilənçi olmasına səbəb olmamışdırmı?!

Azərbaycan ədəbiyyatının bütün dövrlərində klassiklərimiz kasıbların, yoxsulların, məzlumların ağır məişət problemlərinə, bir insan kimi, cəmiyyətdəki hüquqsuzluğuna görə dövrünün hökm sahiblərini ciddi tənqid etmişlər. Borçalı şairi Rəhman Nəsiboğlu da 1966-ci ildə qələmə aldığı ,,Kasıblıq” rədifli şeirində yazır:

Hansı dövrun əngəlisən insana,

Kəsilməyir bircə kökün, kasıblıq!

Can atırlar səni kəsib atmağa,

Göyərər sulanmaz ləkin, kasıblıq!

Pəhman da dolanıb gəzib hər yanı,

Adın eşidənlər od tutub yanı.

Çəksələr, səninlə qoca dünyanı,

Yəqin ağır olar çəkin, kasıblıq!

Rəhman Nəsiboğlunun şeirlərinin tənqid hədəfləri olduqca çoxdur. Onlardan biri də acgöz, fırıldaqçı, yalan cadı-pitik yazan mollalardır. ,,Mollanın” şeirində ömrü boyu oğurluq edən, Allahın yolundan çıxan, bəzi adamların indi dönüb mollalıq etmələri şairi qəzəbləndirir:

Oğrular ki, dönüb mömin oldular,

Söz-söhbəti hədiyandı, mollanın.

Bircə görün kimlər təsbeh gəzdirir,

İndi sirri lap əyandı, mollanın.

Orucluq, təziyə günü gələndə,

Bir nəfərin ən əzizi öləndə,

Ölü haqqı, imam payı böləndə,

İştahası dəyirmandı, mollanın.

və yaxud:

Oxu-yazı bilməyənlər molladı,

Belələri din-ərkanı korladı.

Gürcüstan azərbaycanlılarının həm şifahi, həm də yazılı ədəbiyyatında doğma torpağını, ata Yurdunu öz nurlu gözləri kimi qoruyan, abadlaşdıran, igid, cəsur, qurub-yaradan oğulları, kasıblara, yoxsullara, kimsəsizlərə, yetimlərə arxa olan xeyirxah adamları tərənnüm edən çoxlu sayda şeirlər, onlarla dastanlar, roman və povestlər, hekayə və oçerklər yaranmışdır. Belə nurlu, xeyirxah, qeyrətli, qurub-yaradan borçalılarin yaddaşına həkk olan şəxslərdən biri də Ayvaz Həsənovdur.

Professor Novruz Bayramov uzun illərdir ki, Ayvaz Dursunoğlunun həyat və fəaliyyəti haqqında tədqiqat işləri aparır. Ayvaz haqqında yazılan kitabların verdiyi sorağa görə onun haqqında yetmiş beş nəfərdən artıq qələm sahibi xatirə, məqalə, oçerk, müxtəlif səpkili şeirlər, poema və dastan yazmışdır.

Bu qələm sahiblərindən biri də Rəhman Nəsiboğludur. Şairin yazdığı otuz üç bənddən ibarət olan ,,Vaxtında qəlsəydi” şeirini məhz Ayvaz Dursunoğlunun xeyirxah əməllərinə həsr etmişdir. Şair Rəhmanın yaradıcılığı haqqındakı məqaləni yekunlaşdırarkən onu deyərdim ki, şairin cəsarətinə, qorxmazlığına heyran qalmaya bilmirsən. Şair yazıb-yaratdığı illərdə hər gün rastlaşdığı, üzləşdiyi, ürəyini ağrıdan, qəzəb və nifrətinin aşıb-daşmasına səbəb olan ədalətsizliyi, mənsəbpərəstliyi, rüşvətxorluğu, oğurluğu, bəzi fərsiz, şəristəsiz kolxoz sədrlərini, sovxoz direktorlarını, soyğuncu satıcıları, zərərli adətləri, kiçik yaşlı qızların orta məktəbi qurtarmamış ərə getmələrini heç kimdən qorxmadan, çəkinmədən satira atəşinə tutur. Tənqidi realizmin ən yaxşı nümunələrini yaradan şairin tənqid hədəfləri özünün müasirləridir. Onun şeirlərinin böyük tərbiyəvi əhəmiyyəti var. O, vəzifəli, imtiyazlı şəxsləri el-obanı abadlaşdırmağa, haqqa, ədalətə səsləyir ,,A Dursun!“, ,,A İsə qa” adlı irihəcmli, dərin məzmunlu, etik-fəlsəfi ruhlu əsərlərini Rəhman Nəsiboğlunun şeirlərinin zirvəsi hesab edərdim.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]