- •XVIII-XIX əsrlərdə ədəbiyyat.
- •İbrahim
- •İbrahim
- •İbrahim
- •İkinci fəsil.
- •XX əsrin əvvəllərində ədəbiyyat
- •XX əsrin ortalarında ədəbiyyat.
- •XX əsrin ortalarından sonlarına qədər
- •İbrahimxəlil
- •İbrahimxəlil
- •İbrahimxəlil
- •İbrahimxəlil
- •İbrahimxəlil
- •Xoca Məhəmməd
- •İctimai-satirik motivli şeirləri:
- •Vaxtinda qəlsəydi!
- •İctimai-siyasi motivli şeirləri:
- •İnsanda insanlıq öləndən bəri,
- •İtmiş insanlığın parlaq gövhəri.
- •İnsanlıq ölmüşdür, matəm saxlayır.
- •I Hissə
- •Vahid Kirəcli
- •Vətəni təslim edənlərə nə deyim!
İbrahimxəlil
Gəldi müjdələrin fəfalı qardaş,
Zənn et, dövlətim-varım gəlibdir!
Qəlbin-qəlbim kimi sevimli sirdaş,
Ləli-gövhər o, xridarın gəlibdir!
Şəmsi
Qaçmayıb qarşımda mərdanə durdu,
Göz ucu ilə sanki halımı sordu,
Çırpınıb tovuz tək ayağa durdu,
Ucaboylu xoş əndamın gəlibdir!
İbrahimxəlil
Doyunca baxıram gül camalına,
Baxan heyran qalır xəddi-xalına!
Bilmirəm batımmı mən zavalına,
Hələ öpmədiyim yarım gəlibdir!
Şəmsi
Düzgün qaməti, xoş cəmalı var,
Ağ üzündə bir cüt qoşa xalı var,
Ağır, səliqəli, pür kamalı var,
Püstə dahan, əziz canın gəlibdir!
İbrahimxəlil
Gözəllər qarşıya mərdanə çıxar,
Çıxanda üzünə qıyqacı baxar.
Gah ruhum yüksəldər, gah qəlbim yıxar,
Könlümün sultanı yarım gəlibdir!
Şəmsi
Nazlın da, Sonan da, o cana qurban,
Dolan, pərvanə tək odlarına yan!
Çox da şuluq etmə, bir qədər dayan,
İlham verən xoş iqbalın gəlibdir!
İbrahimxəlil
Məndən dönmüşdü maralın üzü,
Qəlbimə dəymişdi Nazlının sözü!
Mənimlə yenicə barışır, düzü,
Nazlı-qəmzəli, dildarım gəlibdir!
Şəmsi
Oxşar Nizamimiz,Vaqifimizsən,
Yalan deyil, əziz şairimizsən.
Şəmsiyəm ziya, nur saçan gözümsən,
Yazıb dedim: oynar qanın gəlibdir!
İbrahimxəlil
Namuslu şəxs heç dostunu unutmaz,
Köhnə dostu atıb, yeni dost tutmaz!
Şair ,İbrahiməm, ilhamım yatmaz,
Çünki mənim şah nigarım gəlibdir.
Qırx yaşına çatmamış Şəmsi Əlizadənin ölüm saçan müharibədən geri qayıtmaması Borçalı ziyalılarını çox məyus etdi, lakin, həyatın pozulmaz, ədəbi qanununa əsasən gələcəyə nikbin baxmaq lazım idi. Ümid edirik ki, 1925-40-cı illərdə Borçalının bir sıra kəndlərinə maarif, elm, təhsil ziyası saçmış, öz dərin mənalı, humanist və vətənpərvərlik duyğulu şeirləri ilə Borçalı ədəbi mühitinə öz imzasını atmış Şəmsi müəllimin xeyirxah və nəcib əməllərini oğlu Xalid və qızı Aysəba davam etdirəcəklər...
Xalid Əlizadə ibtidai məktəbi Lecbədində, natamam orta məktəbi Qaş Muğanlıda bitirmişdir.1952-ci ildə isə Marneuli Pedaqoji Texnikumunda təhsilini başa vurmuşdur. Həmin il ADU-nun geoloji fakültəsinə daxil olmuş, 1957-ci ldə fərqlənmə diplomu ilə universiteti bitirmişdir. Təyinatla Suraxanı (keçmiş Orconikidze) rayonu 6-cı neft mədənində əmək fəaliyyətinə başladı. Eyni zamanda Marksizm-Leninizm Univesitetini bitirdi.
Nümunəvi işinə, yüksək enerjisinə, özünə və başqalarına tələbkarlıqla yanaşdığına görə əmək fəaliyyətinin ikinci ayında Xalid Əlizadəni yerli komsomol təşkilatına katib seçirlər. Plenumlarda, konfranslarda, istehsalat müşavirələrində (respublika səviyyəli) odlu-alovlu natiq kimi səmərələşdirici yeni-yeni təkliflər irəli sürür, geriliyi, passivliyi, fəaliyyətsizliyi, başqalarının kölgəsində yatanları tənqid edir. Onun həssaslığı, yüksək mədəniyyəti, güclü məntiqi, Azərbaycan, rus, ingilis dillərində çıxış və məruzəsi hamını heyran etmişdi. Onun qeyri-adi gənc olması, bir çoxlarından seçilməsi, daima inkişafda olması rəhbər təşkilatların nəzərindən qaçmır.
Onu 1 noyabr 1958-ci ildə Suraxanı (keçmiş Orconikidze) rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçirlər. Çox keçmir ki, onu partiya sıralarına qəbul edirlər. Bir neçə dəfə rayon sovetinə deputat seçirlər. 25 yaşlı gənc katib nəinki, işlədiyi rayonda, hətta Bakı şəhər komsomol, partiya fəalları arasında xüsusi hörmətə, nüfuza malik olur. Qibtə edilən rəhbər işçilər zirvəsinə yüksəlir.
Haqq-ədalət, təmizlik və paklıq carçısı olan bu bənzərsiz gənc oğlan vəzifəsindən sui-istifadə edənlərə qarşı mübarizə aparmalı olur. Haqsızlıqla, rüşvətxorluqla heç cür barışa bilmir.
Talançı, natəmiz, yaltaq, yaxşı kadrları gözü götürməyən, böhtan-iftira ilə məşğul olanların çirkin əməllərinin üstünü açmağa nail olur. Vuruşduğu peşakar ,,Solmazlar”, ,,Amircanovalar” və onların havadarları, əlaltıları ilə barışmaz mübarizənin acı nəticələrini hiss etmir, Xalid!
O, sevimli ixtisasının yüksək zirvələrinə qalxmaq üçün universitetin rektoru akademik Şəfayət Mehdiyevə ərizə yazıb, aspiranturaya qəbul olmaq üçün ,,Assimmetrik neft yataqlarının geoloji qurluşu və xüsusiyyətləri” mövzusunda referat yazır, onun bu tədqiqat işi komissiya üzvlərində heyrət doğurur. 1960-cı ilin noyabrında yüksək bal toplayaraq aspiranturaya qəbul olunur.
Tarixi bir fakt kimi onu da qeyd etmək istərdim ki, atası vəzifə sahibi olan bir nəfər erməni qızı – Amircanova komissiya üzvlərinə möhkəm tapşırılsa da Xalidin yüksək biliyi, dərin zəkası qaşısında komissiya üzvlərinin bəziləri (ermənipərəstlər) aciz qalırlar. O, tezliklə minumumlarını verir və dissertasiyası üzərində işləməyə başlayır.
Xalid həyatda çox narahat idi. Çünki ailədə, məktəbdə, universitetdə öyrəndikləri, oxuduqları, eşitdikləri ilə həyatda gördüklərinin uzlaşmadığını görəndə məyus olur və belə ziddiyətlərlə barışa bilmirdi.
Xalid Əlizadə mənim gözlərim qarşısında böyümüşdü. Ona mən çox dəqiq bələd idim. Lakin Bakı əmək fəaliyyəti dövründən bəhs edəndə onun yazdığı ,,Gündəliklər”ə müraciət etməli oldum. O yazır:
,,-- Universiteti qurtardıqdan sonra mənim düşündüyüm həyat bir çox cəhətlərinə görə məktəb və universitet həyatında əmin olduqlarımdan qat-qat fərqlənir. Düz üç il, bu həqiqətə inanmaq istəmədim. Lakin 4-cü ili mən buna inanmağa özümü məcbur etdim. Lənət!
İkinci ixtisasın-ikiüzlülük və yaltaqlıq-ixtisasın olmadan Bakıda yaşamaq çox çətindir!” Bu sözlər 5 iyun 1961-ci ildə yazılmış Xalid Əlizadənin ,,Gündəliyi”ndən götürülüb.
Kiçik bacısı dosent Aysəba xanımın dediklərinə görə Xalid bu sətrləri yazan gündən əhvalı pisləşir, 9 iyul 1961-ci ildə həyatın amansız haqsızlıqlarına əbədi təslim olur.
Xalidin parlaq ömrü, bənzərsiz zəkası, böyük arzu və əməlləri onu tanıyanların qəlbində əbədi yaşayacaq.
Onun yarımçıq qalmış elmi işini, atasının yarımçıq qalmış nurlu müəllimlik fəaliyyətini ailənin kiçik alim qızı Aysəba xanım Əlizadə davam etdirir. Bu, Xalid və Şəmsisevənlərin ən böyük arzusu və ən böyük ümid bəslədiyi yeganə yaradıcı şəxsi idi.
Aysəba xanım Şəmsi qızı Əlizadə 1941-ci il martın 29-da Borçalının təbii gözəlliklər məskəni olan Lecbədin kəndində ziyalı ailəsində anadan olmuşdur.
Aysəba xanım 1948-ci ildə öz doğma kəndi Lecbədində Ə.Qarabağlının təşkil etdiyi ibtidai məktəbə getmiş, 1958-ci ildə isə Böyük Muğanlı orta məktəbini əla qiyməylərlə bitirmişdir. O, bacarıqlı təşkilatçı, drujina sovetinin sədri, məktəb, şagird təşkilatının başçısı kimi məktəbin ictimai-siyasi, ədəbi-bədii tədbirlərin təşkilatçılarından biri idi. Dəfələrlə Gürcüstan Maarif Nazirliyinin ,,Tərifnamə”ləri ilə təltif edilmişdir. Onun bütün fənləri yüksək səviyyədə bilməsinə baxmayaraq ədəbiyyata xüsusi marağı var idi. Gözəl bədii qiraətə, şeir demə qabiliyyətinə, səlis, aydın nitqə malik idi. Rus dili fənnini də yaxşı bilirdi. Çünki rus dilini məktəbin savadlı, işgüzar, tələbkar müəllimi Muxtar Hacıyev tədris edirdi.
Əlizadə Aysəba orta məktəbi bitirəndən sonra Bakıda təhsil alan bacı-qardaşının yanına gəlir. Sənədlərini universitetin filologiya fakültəsinə verir. O zamanlar həmin fakültəyə 2-illik iş stajı və ya ən yüksək bal (24-25 bal) tələb olunurdu. İki il istehsalatda işlədikdən sonra ADU-nun iqtisad fakültəsinə daxil olur. Universitetdə oxuduğu müddətdə şəkilləri şərəf lövhəsini bəzəyir. Dəfələrlə universitetin komsomol və həmkarlar təşkilatlarının ,,Fəxri Fərman”ları ilə təltif edilmişdir. Universiteti bitirdikdən sonra öz ixtisası üzrə əmək fəaliyyətinə başlayır.
Aysəba xanım hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin ,,Ticarət kafedrasının və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ,,İqtisadiyyatın dövlət tənzimləməsi” kafedrasının dosenti vəzifəsində çalışır.
Aysəba Əlizadə ,,Yeni Azərbaycan Partiyası bütün dövrlərin partiyasıdır”, ,,Milli qürur və Milli qeyrət rəmzi”, ,,Türk dünyasının böyük öndəri Heydər Əliyev”, ,,Milli təhsilimizə dövlət qayğısı”, ,,Qadın əməyi qlobal iqtisadiyyatda”, ,,Heydər Əliyev və Dünya Azərbaycanlılarının səcdə yeri”, ,,Heydər Əliyev strategiyası və reallıq”, ,,Qlobal maliyyə iqtisadi böhranı və Azərbaycan modeli” və s. siyasi-iqtisadi ruhlu məqalələri, ,,Səməd Vurğun irsi və türküçülük”, ,,Qadın dünyasını fəth edən kəşfiyyatçılar”, ,,Bu da bir dastandır: Sona məhəbbəti-Çərkəz həsrəti”, ,,Qaragözün göz yaşları”, ,,Bu, bir təsadüfmü, yoxsa ziyarətmi?”, ,,Bir ağacın 70 budağı”, ,,Dostluq körpüsü”, ,,Şəfalı əllərdə şəfa ocağı” publisistik əsərləri, oçerkləri, tanınmış şair, nasir və Borçalışünas Yusif Yusifli haqqında yazdığı ,,İnsan da çay kimi daşan olurmuş”, ,,Yusif Yusiflinin poetik dünyası”, ,,İlyas Əlizadənin ,,Borçalı oğluyam” kitabı haqqında”, ,,Mustafayev İsrafilin ,,Kosalı, Kosalılar və mən” kitabı haqqında, Şahvələd Səmədlinin ,,Dağ çiçəkləri” şeirlər kitabı haqqında ədəbiyyatşünaslığa dair məqalələri, ,,Anama”, ,,Armudluda olarkən”,
,,İftixarımız”, ,,Ayan”, ,,Fidan”, ,,Qadınlar”, ,,Ay qadınlar”, ,,Uşaqlıq illəri”, ,,Fısdıq əhvalatı”, ,,Bənövşə gülüm”, ,,Qocalıq”, ,,Son nəticə”, ,,Yaşlı nəsildə nida”, ,,Çağırın dostları” şeirləri, bir də Aysəba xanıma ünvanlanan şeirlər, məqalələr və təbriklər və s. 2011-ci ildə Bakıda çap olunan ,,Milli qürur və milli qeyrət rəmzi” kitabında toplanmışdır.
Xeyirxah insan, qüdrətli alim, istedadlı şairə, mehriban, qayğıkeş ana Aysəba xanım haqqında Azərbaycan qələm sahibləri, xüsusilə də ziyalı qadınlarımız çox yazıblar. Ona ünvanlanan çoxsaylı bu şeir, oçerk, məqalə və məktublar ürəkdən gələn ən saf arzularla, ən səmimi sözlərlə cana gəlmiş, bu könül oxşayan müdrik kəlamlar şeyda bülbül kimi öz həzin nəğməsini oxuya-oxuya Aysəba xanımın poeziya, sənət bağçasına qonmuşdur.
Bir oxucu kimi mənə elə gəldi ki, Aysəba xanıma ünvanlanan bitib-tükənməyən bilməyən oçerkləri, şeirləri, məqalələri, təbrik məktublarını çoxsaylı ziyalılarımızın ürəyinin tac damarından süzülüb gələn, Kəpəz, Qoşqar, Yastıqar, Səngər dağlarının və Güllütəpə bulaqlarının büllur suları kimi dəyərli sözlərini sevimli şairimiz Rüzgar Əfəndiyevanın ,,Sənin ünvanın” şeiri ilə yekunlaşdırmaq istərdim:
Gözündə şəfəqlər boylanır yenə,
Təbəssüm bir güldür yanaqlarında.
İnsana məhəbbət sığmır sinənə,
Qalıbsan sınağın sınaqlarında.
Arzular qəlbində yarpaqlandıqca,
Dayağı olmusan neçə insanın.
Sözün ümidsizə qapılar açar,
Xeyirxah əməldir sənin əməlin.
Ürəyin çiçəkdən, güldən incədir,
Saflıq yurd salıbdır sədaqətində.
Sən elə əbədi nursan, işıqsan,
Həyata, insana məhəbbətində.
1941-ci ildən başlayaraq Şəmsi müəllimin Borçalıya ziya, nur saçan ocağının şöləsi sozalmağa başladı. Yeddi nəfərlik bir ziyalı ailəsinin başçısı özünü müharibənin ağuşuna atdı. Həsrətli, hicranlı illər başladı... Şəmsi müharibədən qayıtmadı. Onun elm, təhsil, şeir çeşməsini Ulu Tanrı qurumağa imkan vermədi. Aysəba böyüdü, ali təhsil aldı, qələmə sarıldı, alim oldu, İqtisadiyyat Universitetində pedaqoji fəaliyyətini davam etdirməklə yanaşı, siyasi-iqtisadi, ədəbi-bədii əsərlər yazdı, atasının sənət yolunu davam etdirdi, Şəmsi Əlizadənin şeir-sənət çeşməsi bu gün də çağlayır, coşur, öz təbii axarı ilə öz həzin, öz kövrək nəğmələrini oxumaqda davam edir.
