Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
ƏHALİ COĞRAFİYASI.docx
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
101.28 Кб
Скачать

Xalqların təsnifatı

PLAN

  1. Dünya xalqları

  2. Dünyanın dil ailələri.

  3. Böyük xalqlar.

Xalqların ayırd edilməsi onların öyrənilməsinin ancaq ilkin mərhələsidir.Xalqların təsnifatı da çox mühüm məsələdir. Bu, Yer kürəsinin müxtəlif bölgələrietnoslarının bir-birinə yaxınlıq dərəcəsi barədə təsəvvür yaratmalıdır.Elmdə xalqların dil yaxınlığı prinsipi əsasında təsnif olunması daha genişyayılmışdır. Belə ki, dillərin yaxınlığı xalqların ya genetik qohumluğundan, ya daonların uzunmüddətli mədəni əlaqələrindən xəbər verir. Buna görə də linqvistikqruplaşdırma, eyni zamanda, həm də etnik təsnifatdır. Doğrudur, təkcə dil xalqlararasında qəti sərhəd qoymağa heç də həmişə imkan vermir. Belə hallarda digəretnik göstəricilərə müraciət etmək lazım gəlir. Lakin bu cür kənaraçıxma hər hansıdigər təsnifat sistemində də labüd olardı. Onlar, etnik təsnifatda aparıci meyarkimi, dil prinsipindən imtina etməyə əsas vermir. Bu təsnifat sistemi elmdəetnolinqvistik sistem adlandırılır.

Dil ailələrinin formalaşması prosesi bəşəriyyətin Yer kürəsinə yayılması ilə sıxbağlı olmuşdur. Ən yaxın dillərə, adətən, mənşə ümumiliyi ilə, yaxud eyniregionda uzunmüddətli birgəyaşayışla bağlı olan qonşu xalqlarda rast gəlinir.Bəzən bir-birindən uzaqda yaşayan etnosların da dilləri oxşardır (məsələn,yavalılarla malaqasilərin, macarlarla mansilərin, yakutlarla azərbaycanlılarındilləri). Ayrı-ayrı xalqların sayca qeyri-bərabər artımı nəticəsində dünyanın ümumiəhalisi arasında müxtəlif dil ailələrinin xüsusi çəkisində xeyli dəyişiklik başvermişdir. 1961-1983-cü illərdə dünya əhalisində aşağıdakı dil ailələrinə mənsubolan xalqların sayı daha çox artmışdır: Niger-kordofan (4,4%-dən 6,1%-dək), Afrasiya,yaxud sami-hami (4,2%-dən 5,1%-dək) və Avstroneziya (4,4%-dən 4,9%-dək). Eyni zamanda, dünya xalqları arasında Hind-Avropa və Ural dillərinəmənsub olanların, habelə yaponların sayı bir qədər azalmışdır. Milliyyət – insanınbiososial identikliyinin müəyyən növü kimi etnosa, yaxud etnik qrupa mənsubluğu.Milliyyət «millət» sözü ilə eyni kökdən olsa da, onun çərçivə və sərhədləri ilə üst-üstə düşmür, çünki milli ümumiliyi, əksər hallarda, müxtəlif millətlərə mənsubinsanlar yaradırlar, eyni milliyyətdən olanlar isə müxtəlif millətləri təşkil edəbilərlər.Çoxmillətli ölkə olaraq, Azərbayccanda onlarla təşəkkül tapmış millət vardır.Onun tərkibində azərbaycanlılardan (əhalinin təqribən 90,6%-i) əlavə, ləzgilər(2,2%), ruslar (1,8%), talışlar (1,0%), avarlar (0,6%), türklər (0,5%), tatarlar(0,4%), gürcülər (0,2%), kürdlər (0,2%) və s. vardır.

Müasir Azərbaycan 80-dən artıq bərabərhüquqlu millət və xalqın, o cümlədənsayı 100 mindən çox olan 4 xalqın nümayəndələrinin yaşadığı çoxmillətlidövlətdir.Qonşu xalqlar, adətən, məişət və mədəniyyətcə bir-birinə yaxın olurlar. Qonşuluqnə qədər uzunmüddətlidirsə, mənşədən asılı olmayaraq, onların məişət vəmədəniyyətlərindəki ümumi cəhətlər də bir o qədər çox olur. Azərbaycandayaşayan xalqlar mənşə və dil cəhətdən bir-birindən fərqlənsələr də,Etnosların say, dil və ərazi-coğrafi əlamətlərinə görə qruplaşdırılması əhalicoğrafiyası üçün daha əhəmiyyətlidir. Xalqların sayına görə qruplaşdırılmasıprinsipinin ciddi elmi əsası yoxdur. Müxtəlif müəlliflər qruplaşmalar arasındakısay intervalını, adətən, ixtiyari olaraq müəyyən edirlər.Ayrı-ayrı dillərdə danışanların sayı bu dilləri doğma dil bilən xalqların sayı iləüst-üstə düşmür. Bu, xüsusilə millətlərarası ünsiyyət vasitəsi sayılan dillərə aiddir.Ən geniş yayılmış dünya dillərinə (danışanların təqribi sayı milyon nəfərlə) Çin(1000), ingilis (400), hindi və ona yaxın urdu (300), ispan (280), rus (220), benqal,İndoneziya və ərəb (hər biri 160), portuqal (140), yapon (120), alman (100), fransız(95) dilləri daxildir. Bütün bəşəriyyətin təqribən 2/3-si yuxarıda göstərilən 12 dildədanışır. Onların 6-sı (ingilis, fransız, rus, ispan, ərəb və Çin dilləri) BMT-nin rəsmivə işlək dilləridir.

QədimRomanın latın dili roman dilləri qrupunun – ispan, rumın, fransız, italyan, portuqal,moldav dillərinin əsasını təşkil etmişdir. Bu, Roma imperiyası hakimiyyətininməhz həmin ərazilərə şamil olması ilə bağlıdır. Bu dil qrupunun adı da vaxtiləLatsiyanı (indiki Mərkəzi İtaliyanın Latsio vilayəti) məskunlaşmış latın tayfasınınadındandır.Azərbaycan, türkmən və türk dillərində çoxlu təkhecalı sözlərin olması buxalqların bir-birini asanlıqla başa düşməsinə imkan verir. Beləliklə, etnoslarınmüstəqilləşməsi nisbətən yaxın keçmişdə baş vermişdir. Azərbaycan, qazax,özbək, qırğız, tatar dilləri arasında da oxşarlıq vardır. Lakin bu oxşarlıq xeyli azdırvə deməli, onların qohumluğu da uzaqdır.Müxtəlif xalqların eyni dil ailəsinə, hətta qrupuna mənsubluğu onların bütünmilli əlamətlərinin oxşarlığı demək deyildir. Məsələn, mənşəcə uzaq olan vəhazırda yaxın olmayan ərazilərdə yaşayan xalqlar – macarlar, estonlar, udmurtlar,mansilər, xantılar qohum dillərdə danışırlar. Görünür ki, bu xalqların əcdadlarıqonşu ərazilərdə yaşamış, sıx əlaqə saxlamış və bunun nəticəsində dil ümumiliyiəlamətləri meydana gəlmişdir.

Dünyada bir neçə min xalq yaşayır. Onlar sayca, ictimai inkişaf səviyyəsi, dil vəmədəniyyətcə, irqi görkəminə görə bir-birindən fərqlənirlər.Dil ailələri arasında ən böyüyü Yer kürəsi əhalisinin 45%-ni birləşdirən HindAvropaailəsidir. Bu ailəyə mənsub xalqlar, əsasən, Avropa, Rusiyada və cənubiAsiyada yaşayır. Onlar hazırda Amerikada və Avstraliyada da üstünlük təşkiledirlər. Kartvel ailəsi kiçikdir (dünya əhalisinin 0,1%-i). Ona cənubi Qafqazdayaşayan gürcülər və onlara yaxın etnik ümumiliklər aiddir. Ural (Ural-yukagir)ailəsi xalqları (dünya əhalisinin 0,5%-i) Ural arxasında, Sibirin uzaq şimalında,Volqaboyunda, Rusiyanın Avropa hissəsinin şimalında Baltikyanı dövlətlərdə,Finlandiyada, Skandinaviyanın şimalında, Macarıstanda yaşayırlar. Dravid ailəsi(dünya əhalisinin 4%-i), əsasən, cənubi Asiyada cəmləşmişdir.Avrasiya ailəsi xalqları (dünya əhalisinin 5%-i) Cənub-Qərbi Asiyada və ŞimaliAfrikada məskunlaşmışlar. Afrasiya ailəsi sami, bərbər, kuşit və Çad qruplarınıəhatə edir.

Şimali Qafqaz ailəsiailəsi sayca nisbətən kiçikdir (dünya əhalisinin 0,1%-i). Ona ikiqrup – abxaz-adıq və nax-Dağıstan qrupları daxildir.

Çin-Tibet ailəsi (dünya əhalisinin 23%-i) sayca ancaq Hind-Avropa ailəsindəngeri qalır (dünyanın ən çoxsaylı xalqı olan çinlilər onun tərkibinə daxildir).Avstroneziya ailəsi (dünya əhalisinin 5%-i) Madaqaskardan Havay adalarına vəSakit okeandakı Pasxi adasınadək geniş ərazidə yaşayan xalqları birləşdirir.Paratay ailəsi (dünya əhalisinin 1,5%-i) cənub-Şərqi Asiya ölkələrində və Çininqonşu bölgələrində cəmləşmişdir. O, heç də həmişə müstəqil bölmə kimi ayırdedilmir. Bəzi alimlər onu Çin-Tibet ailəsinin bir qrupu hesab edir, digərləri isəparatay və Avstroneziya ailələrini birləşdirirlər.Avstraliya ailəsi, adından göründüyü kimi, Avstraliyada toplanmışdır. O, qitəninçox azsaylı aborigen xalqlarını birləşdirir.Andaman ailəsi Andaman adalarının (Onge və s.) bir neçə olduqca azsaylıetnoslarından ibarətdir.

Böyük Səhradan cənubdakı Afrika xalqları üç ailə yaradırlar: Niger-kordofan(dünya əhalisinin cəmi 6%-i), Nil-Böyük Səhra (0,6%) və koy-san ailələri.Dünya əhalisinin 1/5-dən çoxunu çinlilər təşkil edir. Onlar birmalıların da daxilolduğu Çin-Tibet ailəsi xalqlarının özəyini yaradırlar; adətən, vyetnamlıları,nevarları və şerpləri (Nepal xalqları), habelə Çin ərazisində yaşayan və çinlilərləqohum olan bir sıra xalqları da buraya aid edirlər.Çuvaşlar öz respublikalarının əhalisinin böyük hissəsini (75%) təşkil edir,onların təqribən yarısı isə kənarda yaşayır. Miqrasiya proseslərində fəal iştirakedən çuvaşlar daha çox Volqaboyunda məskunlaşırlar.Türk qrupu Sibirdə və Uzaq Şərqdə yakutlarla, tuvalarla, altaylılarla, xakaslarla,şorlarla təmsil olunaraq, Rusiya Federasiyasının tərkibində muxtar respublikalartəşkil edirlər.Türkdilli balkarlar, qaraçaylılar, qumuqlar və noğaylar Qafqazın digər xalqlarıilə sıx ünsiyyətdə yaşayırlar.Milli özünüdərk bir çox hallarda milli üstünlük və milli müstəsnalıq –millətçilik, şovinizm kimi eybəcər şəkillər alır. Şovinizm – millətçilik təzahürlərininifrat forması, bir etnos nümayəndələrinin digərləri tərəfindən əzilməsinəyönəldilmiş ideologiya və siyasətdir. «Şovinizm» termini bir millətin digərmillətdən hərbi üstünlüyü ideyasını irəli sürmüş Napaleon qoşunlarının əsgəri fransız N.Şovenin adından götürülmüşdür.

Mühazirə 9.

DİNLƏRİN COĞRAFİYASI

PLAN