Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
ƏHALİ COĞRAFİYASI.docx
Скачиваний:
5
Добавлен:
01.07.2025
Размер:
101.28 Кб
Скачать

1.Cins-yaş tərkibi

2.Əhalinin təkrar istehsalı

Cins-yaş strukturu əhalinin ən mühüm xarakteristikalarındandır.Coğrafiyaşünaslar və iqtisadçılar ölkələrin və bölgələrin əhalisinin yaş və cinstərkibinin öyrənilməsinə böyük əhəmiyyət vermişlər. Əhalinin yaş və cins tərkibihaqqında məlumatlar əmək ehtiyatlarının, uşaqların, təqaüdçülərinhesablanmasında zəruridir. Oğlan uşaqlarının doğum göstəriciləri, bir qaydaolaraq, qızların doğum səviyyəsini bir qədər üstələyir və ildə 100 qız müqabilində104-107 nəfər təşkil edir. Lakin 30 yaşınadək kişi və qadın əhalisinin nisbəti bərabərləşir.Bu, kişi cinsinə mənsub şəxslər arasında ölüm hallarının daha çox olmasıilə bağlıdır. 40 yaşından etibarən qadın əhalisi sayca kişiləri üstələməyə (istehsalattravmaları, alkoqola aludəlik, erkən evlənmə, ağır əmək, lazımınca qidalanmama,cəmiyyətdə qeyri-bərabər mövqe ilə bağlı ölüm hallarının çoxalması nəticəsində)başlayır.Bütün dünyada kişilərin sayı qadınların sayından 20-30 milyon çoxdur. Lakin buümumi faktın arxasında gizlənən fərqlər olduqca böyükdür.

Kişilər sayca ən çox cənubi və Şərqi Asiyada üstündürlər (Hindistanda – 24milyon, Pakistanda - 4,5 milyon, Çində -31 milyon). Kişilərin sayca üstünlüyücənub-Qərbi Asiyanın bütün ərəb-müsəlman ölkələri üçün səciyyəvidir. Afrikaölkələri üçün əhalinin cins-yaş tərkibində ciddi tərəddüdlər səciyyəvi deyil vəonların böyük əksəriyyətində kişilərlə qadınların sayı təqribən bərabərdir. ABŞ-da, ötən əsrin 70-ci illərində isə Kanadada qadınların üstünlüyü nəzərəçarpmağa başladı. Bu, xüsusilə ahıl yaşlılara aiddir. Afrikada olduğu kimi, Latın

Amerikasında da kişilərlə qadınların sayı, təqribən, bərabərdir. Ayrı-ayrı ölkələrdə

də cinsi strukturda böyük fərqlər yoxdur. Hazırda, demək olar, bütün ölkələrdəqadınlar üstünlük təşkil etsələr də, bu üstünlük çox da böyük deyildir.

Əhalinin yaş üzrə təsnifatı iki əlamətə – bioloji və iqtisadi əlamətlərə görəaparılır. Birinci əlamət üzrə əhali istehsaledici yaşa (qadınlar üçün tertil – 15-49yaş arasında müəyyən edilir), yeniyetmə (15 yaşadək) və ahıl (50 yaşdan sonra)yaşa görə bölünür. İkinci əlamət üzrə əhali əmək qabiliyyətli (Azərbaycandaqadınlar üçün 16-dan 57,5 yaşınadək, kişilər üçün 16-dan 62,5 yaşınadək), əmək qabiliyyətini itirmə və əmək qabiliyyətindən sonrakı yaşlara görə bölünür.Əmək qabiliyyətli əhalinin başlıca səciyyəsi əhalinin ümumi sayında iqtisadifəal əhalinin – yəni, onun ictimai faydalı əməklə məşğul olan, yaxud fəal işaxtaran hissəsinin payı ilə müəyyən edilir. İşləməyə ehtiyaci olanların sayı, adətən,bir neçə faizlə ölçülür, əslində isə işsizlik böyükdür (gizli işsizlik). İşsizlik aqraryönlü təsərrüfata malik ölkələrdə daha çoxdur: kənd yerlərində, torpağın qıt olduğuməkanlarda tez-tez artıq işçi qüvvəsi yaranır.

İnkişaf etmiş ölkələrdə iqtisadi fəal əhalinin xeyli hissəsi xidmət sahəsində

çalışır. Məsələn, 1990-cı illərin əvvəlində ABŞ-da işləyənlərin cəmi 3%-i kənd və

meşə təsərrüfatında, 28%-i sənayedə və tikintidə, 69%-i isə qalan sahələrdə məşğul

idi. əhalinin yaş strukturu,hər şeydən əvvəl, keçmişdə və hazırda təkrar istehsalın

xüsusiyyətindən asılıdır. Bu isə iki tip ölkələr – inkişaf etmiş və inkişaf etməkdə

olan ölkələr arasında bir daha fərq qoymaq imkanı verir. İnkişaf etmiş ölkələrdə

əhalinin yaş strukturu uşaqların xüsusi çəkisinin aşağı olması (adətən, əhalinin

beşdə birindən azı), əmək qabiliyyətli əhalinin və orta ömrün uzun olmasınəticəsində ahıl yaşdakıların çoxluğu (ümumi sayın beşdə biri qədər) ilə

səciyyələnir. Əhalinin təbii hərəkətinin yüksək olduğu inkişaf etməkdə olanölkələrdə uşaqların payı çox, xüsusilə nəsillərin sürətlədəyişdiyi və orta ömür

müddətinin aşağı olduğu ölkələrdə ahıl yaşlı əhalinin sayı azdır. Məsələn,Keniyada uşaqlar əhalinin 51%-ni, əmək qabiliyyətli yaşda olanlar 45%-ni, əmək

qabiliyyətlilərdən yaşlı olanlar isə 4%-ni təşkil edirlər. Almaniyada bu nisbət,müvafiq olaraq, 16%, 64%, 20% təşkil edir.

Əhalinin cins-yaş tərkibi haqqında əyani təsəvvürü onun qrafik təsviri olan cinsyaşpiramidası verir. Piramidanın cizgiləri əsasında təkrar istehsalın tipi haqqındada nəticə çıxarmaq olar. I tip təkrar istehsalda – artım sabit, yaş strukturu dəyişməzolduqda fiqur dar uzunsov şəkil alır, əhali azaldıqda, yaş strukturu tənəzzüləuğradıqda aşağıya doğru daralır. II tipdə – sadə yaş strukturunda isə piramidaüçbucaqlı olur. Miqrasiya əhalinin cins strukturuna təsir göstərir. Məsələn,Küveytdə kişilərin qadınlardan çoxluğu bununla izah olunur. Şəhər və kənd,məskunlaşdırılmaqda olan və məskunlaşdırılmış bölgələrin əhalisinin cinsstrukturundakı fərqlər də xeyli dərəcədə miqrasiya ilə bağlıdır.

MÜHAZİRƏ 4.

Demoqrafiya anlatışı, demoqrafik siyasət.

Plan.