
- •1.Dünya əhalisinin say dinamikası 2.Əhalinin əhalinin təkrar istehsalı.
- •1.Cins-yaş tərkibi
- •2.Əhalinin təkrar istehsalı
- •1.Demoqrafiya anlayışı.
- •2.Demoqrafik siyasət və demoqrafik şərait
- •3. Təbii artım və əhalinin ömür müddətinin uzunluğu
- •İrqlərin coğrafiyasi
- •1.Irqlər.İrqi fərqlər.
- •1.Etnik tərkib
- •2. Etnik ümumillik.
- •Xalqların təsnifatı
- •Dünya dinləri
- •Məhhəli və qəbilə dinləri
- •1.Əmək etiyatları
- •2. Əhalinin məşğulluğu
- •3.Sosial struktur və sosial stratifikasiya
- •Dünyada əhali miqrasiyasi
- •Dünya, mdb və Azərbaycan əhalisinin miqrasiyası
- •Dünya əhalisinin sıxlığı
- •Urbanizasiyanın inkişafı
- •Urbanizasiya və onun formaları
- •Aqlomerasiya
- •Kənd yaşayış məntəqələrinin tipləri
ƏHALİ COĞRAFİYASININ MÜHAZİRƏ MƏTİNLƏRİ
MÜƏLLİM: ƏHMƏDLİ. A.A
İXTİSAS- COĞRAFİYA
KURS -4
Mühazirə1
Əhali coğrafiyası fənni
Plan
1.Əhali coğrafiyasının predmeti,məqsəd və vəzifələri coğrafiyasının predmeti,
məqsəd və vəzifələri.
2.Əhali coğrafiyasının coğrafiya elmlərisistemində yeri.
3.Əhali coğrafiyasının digər elmlərləəlaqəsi
Ədəbiyyat
1. Əfəndiyev V.Ə., Nağıyev S.K. «Əhali coğrafiyası» Bakı 2006
2. Əfəndiyev V.Ə. . «Urbanizasiya və Azərbaycan şəhər yaşayışməskənləri» Bakı 2002
3. Əfəndiyev V.Ə., Dəmirqayayev S.Q. . «Azərbaycan Respublikas
şəhərlərinin inkişafının coğtafi məsələləri» Bakı 1995
Eminov Z.N. «Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası».B Bakı.2010
Abbasov C.R., Azərbaycan respublikasının iqtisadi və sosial coğrafiyası. Bakı, 1998.
4. Гумилев Л.Н. «Этногенез и биосфера Земли» Рольф Москва2002
5. Перцик Е.Н. «Города мира» Москва 1999
6. Чебоксаров Н.Н. «Народы, расы, культуры» Москва 1971
7. Эфендиев В.А., Нагиев С.К. «География населения» Баку2005
8. Шувалов Е.Л. «география населения» М.1985
9. Ковалев С.А., Ковальская Н.Я. «География населения»
СССР М.1980
Əhali coğrafiyasıərazi əhali qruplarını, məskunlaşmış yerlər sistemlərini vəonların dinamikasını, müxtəlif sosial-iqtisadi və təbii şəraitdə onların tərkibinikompleks şəkildəöyrənir. Bu, iqtisadi və sosial coğrafiyanın əsastərkib hissəsidir.İqtisadi və sosial coğrafiyanın başlıca vəzifələrindən biri əhalini, onun sayını,strukturunu, ərazilər və müxtəlif səviyyəli məskənlər üzrə yerləşməsini tədqiqetməkdir. Əhali coğrafiyasıəhalinin qanunauyğun yerdəyişməsini, əhalinin Yerkürəsində, ayrı-ayrıölkələr və bölgələr daxilindəərazi bölgüsünü dəöyrənir.
Coğrafiyaşünasların əksəriyyəti əhali coğrafiyasını iqtisadi və sosial coğrafiyanınxüsusi qolu hesab etsələr də bu, mübahisəli məsələdir. Bir çox alimlər əhalicoğrafiyası fənnini iqtisadi coğrafiya ilə eyni səviyyəli fənn hesab edirlər, çünkionların tədqiqat mövzuları dəqiq fərqləndirilir. Əhali coğrafiyası, coğrafiyanın müstəqil qolu kimi, keçmiş SSRİ-dəötən əsrin40-cı illərindən inkişaf etməyə başlamışdır. Onun təşəkkülündə N.N.Baranskinin,R.M.Kabonun, V.V.Pokşişevskinin, O.A.Konstantinovun, N.İ.Lyalikovunxidmətləri olmuşdur.
N.N.Baranski sonralar göstərirdi ki, «etiqadla birlikdə insanın özü dəçirkabqarışıq atılmışdı». «Yeni cərəyanlar» köhnə antropocoğrafiyanı məhvedərək, onun əvəzində yeni heç nə yaratmadılar, ən yeni əsərlərdəəhali bölməsitəbiətlə təsərrüfat, fiziki və iqtisadi coğrafiya arasında əriyərək izsiz-soraqsız yoxaçıxdı. İnsanunuduldu!!!Alim, akad. S.V.Kolesnikinhesabedirki, bütövlükdə, təbiət, cəmiyyətvətəfəkkürhaqqındabiliklərtoplusuolanelm, mahiyyətcə, vəhdətdədirvəonunhər hansı qolunun inkişafıəlaqəli qolların inkişafından kəskin surətdə ayrılmır. Onagörə də elmlərin hər hansı təsnifatışərtidir. Əhali coğrafiyasının iqtisadicoğrafiyanın bir hissəsi, yaxud müstəqil elm sahəsi olub-olmaması sualımənasızdır, hər iki fikir düzdür. Əhali coğrafiyasının əsas vəzifələrindən biri bu sahənin öyrənilməsinidünyadakı inkişaf səviyyəsinə uyğunlaşdırmaq, mövzunu hərtərəfliqiymətləndirmək, habeləəhali coğrafiyası məsələlərinin öyrənilməsində ideolojitəhrifləri, məhdudiyyətləri aradan qaldırmaq zərurətidir.Bütövlükdə, əhali coğrafiyasının öyrənilmə səviyyəsi yüksəldilməlidir. Dünyaəhalisinin həddindən çox artması ekoloji stabilliyin pozulmasına səbəb olmuşdur.Lakin bir çox ölkələrdəəhali artımı kəskin azalmışdır. Bütün bu proseslərindiqqətləöyrənilməsi zəruridir.Əhali coğrafiyasında xidmət sahələri, ticarət (yarmarka və bazarlar) rekreasiya(istirahət, müalicə, turizm), təhsil, din və s. sahələrin coğrafi öyrənilməsiməsələlərinə xüsusi diqqət yetirilməlidir. Milli-etnik proseslərin, azsaylı xalqlar,məcburi miqrasiya, deportasiya, bu zəmində baş verən milli ədavət problemlərinin coğrafi öyrənilməsinin genişləndirmək zərurəti də buraya aiddir. Ayrı-ayrı məskənlərin, firma və müəssisələrin qlobal səviyyədən regional səviyyəyəkeçmək lazımdır.Həmçinin, bu gün əhali coğrafiyasında ekoloji yanaşma gücləndirilməlidir.
Elmin inkişafı ilə əlaqədar, XII-XVIII əsrlərdə əhalinin öyrənilməsində diferensiallaşma başladı. Əhali qeydinin təkmilləşdirilməsi prosesində demoqrafiya meydana gəldi. Bir qədər sonra xüsusi elm sahəsi kimi,etnoqrafiya təşəkkül tapdı.
XIX əsrin sonlarında antropocoğrafiya fərqlənməyə başladı. Metodolji baxımdan antropocoğrafiya təbii mühitin «fərdin və xalqların ruhuna və canına»təsirini müəyyənləşdirən vulqar-materialist coğrafi determinizm konsepsiyasına əsaslanırdı. Bu cərəyanın banisi, alman alimi Fridrix Ratsel (1844-1904) belə hesab edirdi ki, insanı fəaliyyətə, tikməyə, yaratmağa vadar edən mülayim iqlimli təbii şərait işgüzar fəallıqla seçilən psixoloji xüsusiyyət formalaşdırır. Böyük məkanlar xalqları cəsarətli qərarlara ruhlandırır, kiçik məkanlar isə, əksinə, qorxaqcasına qısılmağa məcbur edir. Əhali artımı yeni məkanlar tələb edir, əks halda, bu, dövlətin zəifləməsinə gətirib çıxarar. Sonralar faşistlər öz geosiyasi konsepsiyalarının hazırlanmasında bu nəzəriyyədən istifadə etmişlər. Antropocoğrafiyanın bəzi müddəalarından Almaniyada, İngiltərədə və ABŞ-da əsasən özgə torpaqlarını tutmaq «geosiyasəti»nin yaradılmasında istifadəolunmuşdur. Antropocoğrafiya ideyaları coğrafiyada hakim olmasa da, bir çoxəsərlərdə onların təsiri duyulur. halinin coğrafi baxımdan öyrənilməsi Fransada insan coğrafiyası məktəbinin nümayəndələri tərəfindən də inkişaf etdirilmişdir. Bu məktəbin əsasında təbiətin və cəmiyyətin qarşılıqlı təsiri məsələsi dururdu. Onun baniləri P.Vidal de lya Blaş(1845-1918), J.Brün (1869-1930), A.Demanjon (1872-1940) hesab olunur.Antropocoğrafiya nümayəndələrindən fərqli olaraq, bu cərəyanın təmsilçiləri əhalicoğrafiyası xüsusiyyətlərinin izahını təbii amillərdən çox, iqtisadi, tarixi vəpsixoloji xüsusiyyətlərin çarpazlaşmasında axtarırdılar.Rusiyada əhalinin öyrənilməsi ilə çoxdan məşğul olurlar. Hələ M.V.Lomonosov«Rus xalqının qorunması və çoxalması» (1761) əsərində o dövrün demoqrafikvəziyyətini səciyyələndirmişdir. K.İ.Arsenyevin «Rusiya imperiyası şəhərlərininhidrocoğrafi-statistik təsviri» (1832), «Rusiyanın statistik oçerkləri» (1848), 1897-ci ildə Rusiyada əhalinin ilk dəfə siyahıya alınmasının təşkilatçılarından biri, beşcildlik «coğrafi-statistik lüğət»in (1863-1885) nəşrinin rəhbəri P.P.SemyonovTyanŞanskinin(1827-1906) əsəri, əhali coğrafiyasına dair bir sıra tədqiqatlarınmüəllifi, iqlimşünas-coğrafiyaşünas A.İ.Voeykovun (1842-1916) əsərləri əhalininöyrənilməsinə həsr olunmuşdur. Onlardan «Yer kürəsi əhalisinin təbii şəraitdən vəinsan fəaliyyətindən asılı olaraq bölgüsü» (1906) adlı geniş əhatəli oçerk xüsusiləböyük əhəmiyyətə malikdir. Əsərdə əhali sıxlığı xəritəsi təhlil edilir.Azərbaycanda əhali coğrafiyasının öyrənilməsinə maraq ildən-ilə artır. Sonillərdə bu sahədə bir sıra əsərlər işıq üzü görmüşdür. Ə.M.Hacızadə, A.A.Nadirov,M.M.Allahverdiyev, S.Y. Göyçaylı, N.A.Babaxanov, E.K.Mehrəliyev, B.T.Nəzirova,V.Ə.Əfəndiyev, Ş.Q.Dəmirqayayev və başqalarının əsərləri xüsusilə seçilir.Onlar əhali və respublikanın yaşayış məntəqələri ilə bağlı müxtəlif problemləriöyrənmişlər. Əhali coğrafiyası əhalini öyrənən digər elmlərlə sıx bağlıdır. Bunların arasında,hər şeydən əvvəl, əhalini və ictimai-tarixi şəraitlə bağlı onun inkişafqanunauyğunluqlarını öyrənən demoqrafiya (yun.demos – «insan», «xalq kütlələri»sözündən) elmini göstərmək lazımdır.
Demoqrafiyanın elm kimi problemləri bir çox xüsusi nəşrlərdə araşdırılır.Onların arasında, hər şeydən öncə, B.İ.Urlanisin və D.İ.Valenteyin fundamentaləsərlərinin adını çəkmək lazımdır.Əhali coğrafiyasının etnoqrafiya (yun. etnos – «qəbilə», «xalq» sözündən) iləsıx əlaqəsi vardır. Etnoqrafiya tarix elmidir. O, dünya xalqlarının mənşəyini,mədəniyyətini, məişət və adətlərini öyrənir. Etnoqrafiyanın öyrəndiyi məsələlərinbir çoxu əhali coğrafiyası ilə əlaqədardır. Etnoqrafların diqqət mərkəzində millifərqlərlə birgə məişət və mədəniyyət, müxtəlif xalqların istehsalat vərdişlərininxüsusiyyətləri, yeməkləri, milli mədəniyyətlərinin bir sıra maddi tərəfləri, xalqlarınərazidə məskunlaşma ənənələri durur.
Sosiologiya (lat. societas – «cəmiyyət» sözündən) cəmiyyətin inkişaf qanunları,həyat və əmək fəaliyyəti prosesində insan qrupları arasında meydana gələnmünasibətlər haqqında təlimdir.
Antropologiya (yun. anthropos – «insan» sözündən) cismani təbiət və insanın mənşəyi haqqında elmdir. O, habelə Yer kürəsində irqlərin mənşəyini və yayılmasını da öyrənir.
Ekologiya (yun. oikos – «məskən», «ev», «yaşayış yeri» sözündən) orqanizmlərvə mühit arasında qarşılıqlı münasibətlər haqqında təlimdir. İnsan ekologiyasıçirklənmiş mühitin, əhali sıxlığının, nəqliyyat gərginliyinin və s. adamlarınhəyatına təsiridir. Rekreasiya coğrafiyası (lat. recreatio – «bərpa» sözündən) əhali coğrafiyasının,xidmət sahələri coğrafiyasının, tibbi və fiziki coğrafiyaların qovşağındadır.Rekreasiya coğrafiyası balneoloji istirahət daxil olmaqla, əhalinin bütün istirahətnövlərini əhatə edir.
Tibbi coğrafiya – təbii mühitin insan sağlamlığına təsiri, habelə qidalanmanın,regional geyim xüsusiyyətləri, mənzil və s. xüsusiyyətləri barədə tövsiyələr verən,ayrı-ayrı xəstəliklərin yayılması coğrafiyası da əhali coğrafiyası ilə birbaşabağlıdır.Şəhərsalma və rayon planlaşdırması müxtəlif tipli yaşayış məntəqələrininplanlaşdırılması və inşası, əhali üçün müəyyən memarlıq görüntüsü və həyatmühiti yaradılması prinsiplərini işləyib hazırlayan elmdir.
Sosial gigiyena – əhalinin sağlamlıq vəziyyəti, sosial-iqtisadi amillərin onatəsiri, əhalinin sağlamlığının qorunması və möhkəmləndirilməsi üçün ümumi
tədbirlərin işlənib hazırlanmasıdır.
əmək iqtisadiyyatı – əmək ehtiyatları və onlardan istifadə edilməsidir.
Mühazirə 2
DÜNYA ƏHALİSİNİN SAY DİNAMİKASI, ƏHALİNİN TƏKRAR İSTEHSALI.
Plan.
1.Dünya əhalisinin say dinamikası 2.Əhalinin əhalinin təkrar istehsalı.
Yer üzərində ilk insanların nə zaman və harada əmələ gəlməsi məsələsi bugünədək qızğın elmi diskussiyaların mövzusudur. İndi alimlərin əksəriyyəti hesabedir ki, Homo Sapiens («kamil insan») təqribən 50 min il bundan əvvəl ŞərqiAfrikada mərcan rifləri bölgəsində qədim hominidlərdən əmələ gəlmişdir. XX əsrin 70-ci illərində Keniya vətəndaşları olan dünyaşöhrətli alimlər – Lyuis və Meri Liki Tanzaniyanın şimalındakı Oldovaydərəsindəki mərcan rifləri zonasında qədim insanabənzər məxluqun-zincantropun-«kamil insan»ın əcdadı olan «ağıllı insan»ın qalıqlarını tarmışlar. Onun 1,7 milyonil yaşı var. Belə hesab edilir ki, Paleolit dövrünün sonunda, təqribən 30 min il bundanəvvəl qədim insanlar Afrikadan digər qitələrə köç edərək, Avropa və Asiya, Berinqboğazı vasitəsilə Asiyadan keçib Amerikada, cənub-Şərqi Asiya vasitəsilə isəAvstraliyada və Okeaniyada məskunlaşa bilərdilər.
Gələcəkdə əhali sayının sabitləşməsinin mümkünlüyü ehtimalı bugünkü artımsürətinin xüsusiyyətləri ilə təsdiqlənir.
Amerika alimlərininson vaxtlar əldə etdikləri məlumatlar isə, ümumiyyətlə, sensasiyalıdır: onlarınfikrincə, Yerdə həyat kosmosdakı yağış damcısından yaranmışdır. Müasirhesablamalara görə, təqribən eramızdan 15 min il əvvəl Yer kürəsində 3 milyondanaz adam yaşayırdı, eramızdan əvvəl VI minillikdə əkinçiliyin meydana gəlməsiəhalinin sürətlə artmasına səbəb oldu.Dünya əhalisinin 80%-nin yaşadığı inkişaf etməkdə olan ölkələrdə böyük əhaliartımı ətraf mühitə mənfi təsir göstərir. Əhalinin həddindən çox artımı torpaqlardanifrat istifadə və onların münbitliyinin aşağı düşməsi və s. gətirib çıxarır.Əhali artımı meşələrin azalmasına güclü təsir göstərir, meşələr kəndtəsərrüfatının ehtiyacları üçün, ticarət, yanacaq və s. məqsədlə qırılır.
Əkinçilik vəmaldarlıq yaranarkən bütün quru səthinin 56%-i meşə ilə örtülmüşdü. Bizimgünlərdə isə bu göstərici 30%-ə enmişdir. Meşələrin məhv edilməsi prosesixüsusilə Avropaya toxunmuşdur. Əgər VII əsrə qədər burada meşələr bütünərazinin 80%-ni tuturdusa, hazırda bu, cəmi 30% təşkil edir. Rusiyada, ABŞ-da,Kanadada, Hindistanda, Çində, Braziliyada meşələr kütləvi surətdə qırılmışdır.Bütün bunlar torpağın tullantılarla çirklənməsinə səbəb olan «istixana effekti»nə şərait yaradır.
Yerin hərarətinin +100 Cartması belə dünya kataklizminə gətirib çıxara bilər, qütb buzlaqlarının əriməsisürətlənər, mütəxəssislərin hesablamalarına görə, artıq XXI əsrin ortalarında dünyaokeanının səviyyəsi 1-5 metr qalxa bilər ki, bu da Yerin bir sıra regionlarının –Maldiv adalarının, Sankt-Peterburqun, Nil deltasının, Azərbaycan hüdudlarındaXəzər dənizinin cənub sahillərinin su altında qalmasına səbəb olar. Havalarınqızması ABŞ-da, Rusiyada, Çində və digər ölkələrdə quraqlığın artması iləmüşayət olunmuşdur. Torpağın, suyun, bitki örtüyünün çirklənməsinin davametməsi heç də az dəhşətli deyildir. Bu, insanın fiziologiyasında və davranışındadəyişikliklərə gətirib çıxara bilər. Bizim günlərdə torpaq resurslarınındeqradasiyası, Asiya və Afrikanın torpaqlarında quraqlıq xüsusilə intensiv şəkildəbaş verir. Burada səhralaşma hər il 6 milyon hektara yaxın torpağı kənd təsərrüfatıdövriyyəsindən çıxarır ki, bu da torpaq ehtiyatlarına mənfi təsir göstərir.İlk «ozon deşiyi» 1978-ci ildə Antarktika üzərində aşkar olunmuşdur.Tədqiqatlar göstərdi ki, «ozon deşiyi» 5 milyon km2-dən 20 milyon km2-dəkböyümüşdür. Bu, 1992-ci ildə xüsusilə aydın şəkildə müşahidə edildi. İkinci belə«deşik» Arktika üzərində aşkar oldu. O, həcmcə kiçik olsa da, Avrasiya əhalisiüçün kimsəsiz Antarktika üzərindəki «ozon deşiyi»ndən xeyli təhlükəli ola bilər.Alimlər hesab edirlər ki, səsdən sürətli təyyarələrdən, kosmik sistemlərdən istifadə,
Günəş fəallığının güclənməsi, vulkan fəaliyyətinin artması və s. də bu ekolojifəlakətin səbəbləri sırasına aid olunmalıdır.
Cəmi 25 ildən sonra Afrikanın, Yaxın və Orta Şərqin əhalisi iki dəfə artacaq[Bruney (11 il), BƏƏ və Qatar (13 il) mütləq rekordçulardır], halbuki bunun üçünAvropaya 282 il, bəzi Avropa ölkələrinə – Bolqarıstana, İrlandiyaya, Macarıstanaisə 1000 ilə yaxın vaxt lazım gələcəkdir.Lider ölkələr beşliyi, əvvəlki kimi, dəyişməmişdir. Siyahıya Çin başçılıq edir:hazırda (2004-cü il) bu ölkədə 1 milyard 245 milyon insan yaşayır. Öz böyükqonşusunu daban-dabana izləyən Hindistan ikinci yerdədir – 1 milyard 27 milyonnəfər. Ücüncü yerdə onlardan xeyli geridə qalan ABŞ gəlir – 281 milyon 422 minadam. Dördüncü yerdə İndoneziyadır – 203 milyon nəfər. Beşliyi LatınAmerikasının ən çox əhalisi olan dövləti – Braziliya tamamlayır. 1991-ci ilədək288 milyon 600 min nəfər yaşayan Sovet İttifaqı dağıldıqdan sonra Rusiyanınəhalisi 147 milyon təşkil edirdi. Hesablamalar göstərir ki, son illərdə Rusiyaəhalisinin sayı 145 milyondan 144 milyona düşdüyü halda, Pakistanın əhalisi 137,5milyondan 145 milyon nəfərə qədər artmışdır. Bu ölkədə hər 100 qadına, ortahesabla, 503 uşaq doğulur. Yeri gəlmişkən, Pakistandakı doğum göstəricisi sonhədd deyil. Rəqəmlər İraq (100 qadına 525 uşaq) və Səudiyyə Ərəbistanında (100qadına 580 uşaq) daha yüksəkdirşRusiyada hər yüz qadın ömrü boyu, orta hesabla, 125 uşaq doğur ki, bu daAvropa göstəricilərinə ən yaxınıdır. Məsələn, Böyük Britaniyada hər 100 qadına168 uşaq, Almaniyada 136, İtaliyada isə 119 uşaq düşür.
Sosioloqların fikrincə, əgər demoqrafik mənzərə yaxın illərdə dəyişməsə, 2050-ci ildə Rusiyanın əhalisi 100 milyon nəfərdən çox olmayacaqdır
MÜHAZİRƏ 3.
DÜNYA ƏHALİSİNİN CİNS-YAŞ TƏRKİBİ
Plan.