Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Diplomatik psixologiya.doc
Скачиваний:
0
Добавлен:
01.07.2025
Размер:
2.18 Mб
Скачать

I.2.1.Genetik (irsi) amillər

İnsan şəxsiyyətinin formalaşmasında danılmaz rolu olan ən əsas faktorlardan biri irsi amillərdir. Bu amilin mahiyyəti bundan ibarətdir ki, doğulduğu gündən hər bir insana genlər vasitəsilə bütövlükdə bəşəriyyətin bioloji təkamülünün və həmin fərdin özünün yaxın əcdadlarının hamısının əlamətləri yığcam formada, kodlaşdırılmış şəkildə ötürülür. Başqa sözlə, «insan ontogenezində bəşəriyyətin filogenezinin (bioloji təkamülünün və tarixi mədəni mərhələlərinin) əsas əlamətləri yığcam formada təkrar olunur» («Biogenetik qanun» [F.Müller, E.Hekkel] və ya «Rekapitulyasiya prinsipi» [S.Holl]). Yəni fizioloji aspektdən hər bir individ özünün yaxın və uzaq əcdadları barədə demək olar ki, bütün informasiyaları kodlaşdırılmış formada öz genlərində daşıyır. Bu informasiyalarsa hər bir şəxsin fiziki və psixi parametrlərini onun hələ dünyaya gəlmədiyi dövrlərdən müəyyənləşdirir və anadangəlmə determinantlar qrupunu təşkil edir. XIX əsr üçün problematik olan bu məsələ artıq XXI əsrdə, özü də insan genomunun deşifrəsindən sonra indi artıq bir aksiom şəklində qəbul edilir və bu gün irsiyyətin insan həyatında hər hansı formadasa rolu olduğunu qəbul etməyən çox az adam tapılar. Bu baxımdan insanın istər fiziki, istər psixi və istərsə də sosial bir varlıq kimi formalaşmasında rolu olan cəmi irsi faktorları aşağıdakı formada qruplaşdırmaq mümkündür: İndividlə birbaşa kauzal rabitəli olan – a) bütün insanlara; b) bütün canlılara; c) bütün bitkilərə; və d) bütün varlıqlara xas olan ən ümumi cəhətlər. Başqa sözlə, insan ən ali varlıq kimi təkamül pilləsində özündən aşağıda duran və onunla irsi əlaqəli bütün əvvəlki varlıqların hamısının başlıca atributlarını genetik olaraq özündə daşıyır ki, bu da biologiya və tibbdə çoxdan məlum olan faktdır. Bu sırada biz yeganə olaraq bu kateqoriyadan ən əsas birini – individə onun ən yaxın əcdadlarından, o cümlədən, valideynlərindən hansısa əlamətlərin keçməsini aid etmədik. əslində, bu faktor genetik kodların ötürüldüyü ən əsas həlqədir. Biz, sadəcə olaraq, ona görə onu sadalanan ardıcıllıqdan bir qədər fərqləndiririk ki, bu faktor, onlar qədər universal deyil. Belə ki, yuxarıda sadalanan ardıcıllıqdakı hər bir qrupun bütün əlamətləri, hər bir insana mütləq keçdiyi halda, valideyn və yaxın əcdadların əlamətləri, əvvəla, bütün insanlara deyil, yalnız hər bir kəsin öz övladına, nəvəsinə keçir, ikincisi isə, əcdadın, o cümlədən, valideynin heç də bütün əlaməti öz övladlarına keçmir – yalnız bəzisi keçir.

Genetik olaraq insana öz valideynindən mütləq olaraq nə vaxt hansı əlamətin keçə biləcəyini dəqiqləşdirmək, hələlik müasir tibb və biologiyaya nəsib olmayıb. Daha doğrusu, sadəcə olaraq, problemin ifrat mürəkkəbliyi səbəbindən, bu məsələ bir qədər az maraq doğurur. Belə ki, bu problemi həll edib, konkret olaraq filan adamın uşağına onun atasından hansı, anasından hansı əlamətlərin keçəcəyini dəqiq təyin etmək üçün milyonlarla, bəlkə də milyardlarla incəlikləri hesablayıb, dəqiq nəzərə almaq gərəkdir, məsələn, valideynlərin hər birinin yaşı, aralarındakı yaş fərqi, bunun onların neçənci uşağı olacağı, uşağın mayalandığı gecə onların hər birinin ayrı-ayrılıqda hansı əhval-ruhiyyədə olması, nə ilə qidalanması və s., və i.a. kimi faktorları. Hətta genomun deşifrəsi də, bu problemi sadələşdirmədi, əksinə, məsələnin nə qədər mürəkkəb olduğunu açıb göstərməklə olan ümidləri də qırdı.

O ki qaldı, hər bir kəsə, irsiyyət zəncirinin sadalanan o biri həlqələrindən hansı atributların keçməsinə, bu bir qədər sadədir. Daha doğrusu, istənilən bir şey maksimum ümumiləşəndə sadələşir. İrsi ötürülən kodlar da, insana qədər hər cür variantlarda kombinasiya olunaraq ən universal bir formaya gəlib. İrsi olaraq ötürülən digər atributları, o cümlədən, genetik informasiyaları bir kənara qoyaraq, əsasən, ötürülən bir neçə psixoloji atributlardan bəhs edəcəyik:

Milliyyətindən asılı olmayaraq hər hansısa bir cərrah dünyanın istənilən bir ölkəsinin klinikasında işə düzəlib, istənilən millətdən olan xəstə üzərində arxayınlıqla cərrahiyyə əməliyyatı aparır və effektli nəticə əldə edə bilir. Çünki insanların hamısının anatomiyası standart olaraq eynidir və cərrahın institutda öyrəndikləri dövrədən bəri də insan anatomiyasında elə bir əlavə-düzəliş olunmayıb. Yalnız fərdi olaraq hər kəsdə ümumi normadan müəyyən yayınmalar ola bilər ki, o da müxtəlif ontogenez amillərin flektiv təsirinin nəticəsidir.

İnsanların psixologiyası da belədir. Onların hamısı standart olaraq eyni əsəb sisteminə, sinir morfologiyasına malikdir, bu sistem hamıda eyni prinsip üzrə işləyir və funksiyası da hamıda eynidir. Yalnız fərqli təbii və sosial mühit insanların bu ümumi psixi anatomiyasına bir-birindən fərqlənən müəyyən ştrixlər əlavə edir ki, bunun sayəsində də hər kəs təkrarsız, bənzərsiz bir dünyaya çevrilir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]