- •İ.Ə.Seyidov
- •I фясил. Davraniş Və düşünCəLəRin determinasiya mexanizmi baRəDə
- •I.1.Motivlər barədə mövcud nəzəriyyələr
- •I.1.1.Psixoanaliz nəzəriyyəsi
- •I.1.2.Analitik psixologiya
- •I.1.3.İndividual psixologiya
- •I.1.4.Biheviorial-təlim cərəyanı
- •I.1.5.Humanist psixologiya
- •I.1.6.Evolyusionizm
- •I.1.7.Sinergetika
- •I.1.8.Fдlakдt nдzдriyyдsi
- •I.2.Motivlər barədə bizim qənaətimiz
- •I.2.1.Genetik (irsi) amillər
- •I.2.1.1.Psixoloji universalilər:
- •I.2.1.1.1.Fizioloji universalilər:
- •I.2.1.1.2.Emosional universalilər:
- •I.2.1.1.3.İntellektual universalilər:
- •I.2.1.1.4.İradi universalilər:
- •I.2.1.2.Psixoloji tələbatlar
- •I.2.1.2.1.Fizioloji tələbatlar:
- •I.2.1.2.2.Emosional tələbatlar:
- •I.2.1.2.3.İntellektual tələbatlar:
- •I.2.1.2.4.İradi tələbatlar:
- •I.2.2.Təbiət amilləri
- •I.2.2.1.Bürclərin təsirləri
- •I.2.2.2.Coğrafi faktorlar
- •I.2.3.Sosial amillər
- •I.2.3.1.Lokal sosial determinantlar
- •I.2.3.2.Qlobal sosial determinantlar
- •I.2.3.3.Sosial qrupların tipləri
- •I.2.3.4.Bəzi sosial qrupların psixologiyası
- •I.2.3.4.1.Qadın və kişi psixologiyası
- •2) Sosial dominantliq
- •3) Aqressivlik
- •4) Seksualliq
- •I.2.3.4.2.Millətlərin psixologiyası
- •İndividualist kollektivist mədəniyyətdə olarkən
- •I.2.3.5.1.Komplekslər
- •I.2.3.5.2.Biogen faktorlar
- •II фясил. KəŞfiyyat: İnsanların fikirlərini necə «oxumalı», onları necə tanımalı
- •II.1.Şəxsiyyətin psixoloji portreti
- •II.1.1.Şəxsiyyətin individual xarakteristikaları (Konkret fərdlərə xas olan psixi əlamətlər)
- •II.1.1.1.Şəxsiyyətin fizioloji (vital) xarakteristikası
- •II.1.1.2.Şəxsiyyətin emosional (psixomotor) xarakteristikası.
- •II.1.1.3.Şəxsiyyətin intellektual (koqnitiv) xarakteristikası.
- •II.1.1.4.Şəxsiyyətin iradi (evokativ) xarakteristikası.
- •II.1.2.Şəxsiyyətin relyativistik xarakteristikaları
- •II.2.Şəxsiyyətin tədqiq üsulları
- •II.2.1.Diaxronik tədqiq üsulu
- •II.2.2.Sinxronik tədqiq üsulu
- •II.2.2.1.Müşahidə
- •II.2.2.2.Eksperiment
- •II.2.2.2.1.Sərbəst assosiasiya metodu
- •II.2.2.2.2.Mübahisə metodu
- •II.2.2.2.3.Sınaq-səhv metodu
- •II.2.2.2.4.Statistik intensivlik metodu
- •II.2.2.2.5.Eyham metodu
- •II.2.2.2.6.Həqiqəti təhrif metodu:
- •II.2.2.2.7.Sorğu metodu
- •II.2.2.2.7.1.Faktın müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:
- •II.2.2.2.7.2.Əlamət və münasibətin müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:
- •III фясил. Bir sira taktiki RəFtar Və ünsiyYəT FəNdLəRi
- •III.1.Necə tanış olmalı?
- •MəHəBBəTin psixologiyasi
- •III.2.Söhbət qaydaları
- •III.2.1.Riskli fikirləri necə ifadə etməli?
- •III.2.2.Tənqid (irad) qaydaları
- •III.2.3.Etiraz, imtina qaydaları
- •III.2.4.Mövzudan məharətlə yayınmaq qaydaları
- •III.2.5.Cavabdan diplomatikcəsinə necə yayınmalı
- •III.2.6.Mövcud münasibəti qoruyub saxlamağa və daha da inkişaf etdirməyə imkan verən qaydalar
- •III.2.7.Mahir həmsöhbət ola bilmək qaydaları
- •III.2.8.Mahir dinləyici ola bilmək qaydaları
- •IV фясил. Ataka: insanlara neCə TəSir gösTəRMəLi
- •IV.1.Psixoloji təsirlərin formaları
- •V.I.Lenin
- •IV.1.2.Təşviqat
- •IV.2.Psixoloji təsirlərin metodları
- •IV.2.1.Təlqin: İnsanları ayıqkən necə hipnoz etməli
- •IV.2.1.1.Avtoritet və etimada əsaslanan təlqin
- •IV.2.1.2.Qarşı tərəfin zəifliklərindən istifadə yolu ilə həyata keçirilən təlqin
- •IV.2.1.3.Situativ faktorlara istinadən həyata keçirilən təlqin
- •IV.2.1.4.Təlqin materialının məzmunu faktoru
- •IV.2.1.5.Təlqin texnikası faktoru
- •7) «İnformasiyanın periferiyadan verilməsi» ilə aparılan təlqin
- •8) Pilləli təlqin:
- •IV.2.2.İnandırma, aldatma və dezinformasiya metodları
- •1) Obyektin siqnalda şifrələnməsi aktında:
- •2) Siqnalın xarakterindən doğan xətalar:
- •4) Hissiyyatın xüsusiyyətindən doğan xətalar:
- •5) İdrak deşifratorunun xüsusiyyətlərindən doğan xətalar:
- •IV.2.2.1.Nümayiş manipulyasiyaları
- •IV.2.2.2.Təsvir manipulyasiyaları
- •IV.2.2.3.İzah manipulyasiyaları
- •IV.2.2.4.Arqumentasiya manipulyasiyaları
- •IV.2.3.Sanksiya
- •1) Fizioloji tələbatlarla manipulyasiya:
- •2) Emosional tələbatlarla manipulyasiya:
- •3) İntellektual tələbatlarla manipulyasiya:
- •4) İradi tələbatlarla manipulyasiya:
- •IV.2.3.1.Müsbət sanksiyalar
- •IV.2.3.2.Mənfi sanksiyalar
- •IV.2.3.2.1.Psixi diversiya
- •IV.2.3.2.2.Siyasi-inzibati diversiya
- •IV.2.3.2.3.İqtisadi diversiya
- •IV.2.3.2.4.Hüquqi diversiya
- •IV.2.3.2.5.Texniki diversiya
- •İşə düşmə mexanizminə görə viruslar:
- •1) Proqramın özü ilə əməliyyatlar
- •1.A) Makrokomanda (wb (WordBasic) və ya vba (Visual Basic for Application) dilində olan komandalar) əməliyyatları
- •1.B) Prosedura (vəhdətdə icra olunan məntiqi ardıcıl makro-komandalar) əməliyyatları
- •1.C) Makros (proseduralar toplusu və ya operatorun komandası, yaxud da hansısa hadisənin təsiri ilə işə düşən vba-nın proqram kodu) əməliyyatları:
- •1.D) Modul (dəyişən və prosedura mətnlərinin toplusu) əməliyyatları:
- •1.E) Fayl əməliyyatları
- •2) Proqramdaxili digər komandalar
- •IV.2.3.2.6.Hərbi (fiziki) təzyiq
- •IV.2.3.2.6.1.Psixotron silahlar
- •IV.2.3.2.6.2.Psixotrop preparatlar
- •IV.2.3.2.6.3.Partlayıcı maddələr (eksplozivlər):
- •IV.2.3.2.6.4.Kimyəvi silahlar
- •IV.2.3.2.6.5.Bioloji (bakterioloji) silahlar
- •IV.2.3.2.6.6.Tektonik silahlar
- •IV.2.3.2.6.7.Genetik silahlar
- •IV.2.3.2.6.8.Zoo – silahlar
- •IV.2.3.2.6.9.«Humanist» adlandırılan müasir bəzi silah növləri
- •IV.2.4.Cadu, tilsim, ekstrassensorika
- •IV.2.4.1.CaduGəRliyin tarixi
- •IV.2.4.2.CaduGəRliyin növLəRi Və mexanizmi
- •IV.2.4.2.1.Tilsim
- •IV.2.4.2.2.Hipnoz:
- •IV.2.4.2.3.Kontaktsız müalicə:
- •IV.2.4.2.4.Telekinez:
- •IV.2.4.2.5.Levitasiya:
- •IV.2.4.2.6.Sensitivistlik:
- •IV.2.4.2.7.Teleportasiya:
- •IV.2.4.2.8.Maddiləşmə-ərimə:
- •IV.2.4.2.9.Spiritizm:
- •IV.2.4.2.10.Zombiləşdirmə:
- •IV.2.4.2.11.Falçılıq (bəsirət, mantika, gələcəkgörmə)
- •IV.2.4.3.Sirli bilikLəRin MəNŞəYi
- •IV.2.4.3.1.İtmiş sivilizasiyalar barədə
- •IV.2.4.3.2.Yerdənkənar sivilizasiyalar barədə
- •V фясил. Virtual mühariBə metodlari
- •Davranış və düşüncələrin neyrostrateji proqramlaşdırılması metodu («Atom bombasına qarşı psixoloji bomba»)
- •V.1.İdeyaları necə iflasa uğratmalı, ideologiyaları necə neytrallaşdırmalı
- •İdeya əleyhinə Sizin istifadə edə biləcəyiniz deyilən tipli elementlər kateqoriyasına qismən aid ola bilər:
- •V.I.2.1) İdeya əleyhinə ideoloji fəaliyyət aparılır. O cümlədən:
- •V.I.2.1.1) Neytral tərəflərin, indiyə qədər müdafiəçisi olmuş tərəflərin onun əleyhinə köklənməsinə, qalxmasına çalışılır. Bu məqsədlə:
- •V.I.2.1.2) Deyilən tipli faktlar tapmaq çətindirsə və ya olanlara dəstək məqsədilə, bunlar süni yolla yaradılır. O cümlədən:
- •V.I.2.2.A) Bu məqsədlə sifariş, muzd ödəmə, səlahiyyətlərdən istifadə və s. Kimi metodlardan aktivliklə istifadə edilir.
- •V.I.3) Paralel olaraq sizin özünüz də onun əleyhinə birbaşa fəaliyyət aparırsınız və ya bu tipli fəaliyyətlərdə birbaşa iştirak edirsiniz, o cümlədən:
- •V.2.Cəhdləri necə blokirovkalamalı, əleyhfəaliyyətlərin qarşısını necə almalı
- •V.3.İnqilabları necə formalaşdırmalı, situasiyaları necə dəyişməli
- •V.4.Qüvvələr (şəxsiyyətlər, dövlətlər...) əleyhinə fəaliyyətlər
- •V.5.Rəqib cəbhəsi daxilinə necə iğtişaş salmalı
- •Təzyiq taktikaları ilə əlaqədar bir sıra nüanslar
- •Qarabağ müharibəsi ilə əlaqədar bəzi çıxarışlar
- •2) Bu problemin siyasi yolla həllinin iki variantı mümkündür:
- •Ədəbiyyat siyahısı
- •1) Rəqəmlərin hərflərə «tərcümə» edilməsi metodu:
- •2) Rəqəmlərin obrazlara «tərcümə» edilməsi metodu:
- •3) Rəqəmlərin cümlələrə «tərcümə» edilməsi metodları:
II.2.2.Sinxronik tədqiq üsulu
II.2.2.1.Müşahidə
Yuxarıda diaxronik tədqiqatın bir neçə növü sadalandı: şəxsi işlərə, kartoteka göstəricilərinə, xatirə dəftərinə, köhnə məktublara, yazışmalara və s. əsasən aparılan araşdırma. Sinxronik tədqiqatınsa, əsasən iki növü mövcuddur: Müşahidə və eksperiment. Bunlardan birincisi – bilavasitə, ikincisi isə, dolayısı tədqiqat üsuludur. Gündəlik ünsiyyətdə insanların bir-birinin daxili dünyasına nüfuz etmək üçün istifadə etdikləri çoxsaylı fəndlər də məhz izah edilən bu iki variantın ayrı-ayrı növmüxtəlifliyindən ibarətdir.
Müşahidə dedikdə göz önünə ilk növbədə görmə vasitəsilə aparılan tədqiqat gəlir. Lakin nəzərə alınsa ki, insanın ətraf aləmdən informasiya alması onun beş əsas və iyirmiyə yaxın köməkçi hiss kanalları vasitəsi ilə baş verir, o zaman görmənin insan həyatında rolunun yüz faizli xarakter daşımadığını dərk etmək mümkündür və burada digər hissiyyatların da rolu dərhal nəzərə çarpasıdır.
Ümumi halda, ətraf dünyada baş verən hər bir dəyişiklik dildir, hər bir titrəyiş öz mənasına malikdir. Sadəcə olaraq, onların şifrəsini aça bilmək vacibdir. Nəyin nəyə görə baş verdiyini bildikdən sonra isə ətraf dünyanı bir kitab kimi oxumaq, təbiətə «sən» deyə müraciət etmək mümkündür. Qocalar quş və heyvanların, cücü və otların davranışından havanın necə olacağı barədə nəticə çıxarır, həkimlər simptomlara əsasən xəstəliyin gedişini proqnozlaşdırırlar. Çünki onlar təbiətin jest dilini adi insanların danışıq dilindəki formaya tərcümə etməyi öyrəniblər. Adi insan da təbiətin bir parçasıdır və onun bütün əlamətlərini özündə gəzdirib, hər an daxilindəki bütün dəyişikliklər barədə ətrafa sonsuz sayda informasiyalar göndərir. ətraf insanlarsa bunlardan yalnız çox cüzi birini – danışıq dili ilə dediklərini qavrayıb, dərk edirlər. Özü də, hətta bu dillə ifadə olunan mənalardan da hamısını yox. Belə ki, nitqin forma və məzmunundakı emosional çalarlar, demək olar ki, əksər adamlar tərəfindən qavranılmamış qalır və dillə deyilənlərin doğru, yoxsa yalan, səmimi, yoxsa qeyri-səmimi və s. olduğunu ayırd etməyə onların konkret heç bir vasitəsi olmur. Jest, mimika, poza və s.-in mənasını «oxumaq» barəsində isə heç danışmağa dəyməz. İnsanların daxili aləminə sinxronik tədqiqat vasitəsilə müdaxilə məhz bu alternativ dillərlə işləmək məsələlərini əhatə edir.
Aşağıda bu yolla insanların daxilində gedən bir sıra psixi prosesləri aşkar etməyin nümunələri sadalanır:
Bunlar insanın psixi sferasında cərəyan edən proseslərin müəyyən qismini izləməyə imkan verən başlıca zahiri əlamətlər (‘‘indikatorlar’’) idi. Bunlardan əlavə, müxtəlif assosiativ reaksiyalar, ehtiyatsız deyimlər (çaşmalar), sayıqlamalar, məntiqsizliklər, ayrı-ayrı intonasiya və rəftar mimikaları, beyin biocərəyanlarında, dərinin elektrik müqavimətində, orqanizmin damar reaksiyalarında, əzələlərin titrəyişində və b.-da baş verən dəyişikliklər də, insanın fikir apparatına müdaxilə etməyə imkan verən vasitələrdəndir.
Göstərilən əlamətlər tərəf-müqabilin fikirlərinin məcrasını müəyyənləşdirmək üçün bir indikatordur ki, onların vasitəsilə onu lazımi diapazona kökləmək və ondan kənara çıxmağa qoymamaq mümkündür: tərəf-müqabil sizə maraqla, yoxsa «xala xətrin qalmasın» qulaq asır, onu hansı mövzu maraqlandırır, nəyə meyl edir, dedikləri səmimidirmi və s.? əgər maraqsız qulaq asırsa, deməli, nəsə yerində deyil və mövzunu tez-tez dəyişməklə «indikatorların» qırmızı işığının «yandığı» məqamı axtarıb tapmaq olar və bununla da, daim onun ürəyinin «sarı simindən» vurmağı öyrənəcəksiniz. Bu, eynilə təzə tanış olanların bir-birində özlərinə qarşı maraq oyada bilməsi üçün, eynilə yol-yoldaşlarının həmsöhbəti bezdirməməsi üçün, eynilə məclisdə məclisin ruhunu tuta bilmək üçün, eynilə müəllimin tələbə və şagirdlərin ürəyinə yola tapa bilməsi üçün, eynilə, müsahiblərin bir-birinin səmimi, yoxsa qeyri-səmimi olduğunu müəyyən edə bilmələri üçün, kimisə ram edərkən ona üsyan, qiyam, inciklik şansı verməmək üçün və eynilə də, köhnə tanışların bir-birinin ürəyini «oxuya» bilmələri, dərdlərinə şərik ola bilmələri, başa düşən dost olduqlarını nümayiş etdirə bilmələri və s. üçün əhəmiyyətlidir.
