Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Diplomatik psixologiya.doc
Скачиваний:
2
Добавлен:
01.07.2025
Размер:
2.18 Mб
Скачать

İdeya əleyhinə Sizin istifadə edə biləcəyiniz deyilən tipli elementlər kateqoriyasına qismən aid ola bilər:

 Bu ideyanın əleyhinə olan qruplar, şəxslər, qüvvələr, partiyalar, qurumlar, fraksiyalar...;

 Onu tənə, təhqir, gülüş, rişxənd, məsxərə obyektinə çevirən lətifələr, karikaturalar, parodiyalar, felyetonlar, jarjlar, həqarətamiz epitetlər, yarlıqlar, əhvalatlar, həqarətli münasibətlər...;

 Onun əleyhinə olan mənfi rəylər, aşağı fikirlər (ələlxüsus avtoritetli şəxslərin, təbliğat hədəfi olan tərəflərin özlərinin cəbhəsindən olan ayrı-ayrı şəxslərin, eləcə də, müxtəlif neytral tərəflərin, məs., müxtəlif qəzetlərin, agentliklərin, sadə adamların, keçmiş yoldaşlarının və b.), bunları tənqid edən nəzəriyyələr, nəzəri, analitik yazılar, provakasion məzmunlu materiallar, əleyhinə olan layihələr, ideyalar, konsepsiyalar, platformalar, proqramlar, standartlar, yad ideologiyalar, planlar, nəzəriyyələr, prinsiplər və s.;

 əleyhinə olan fəaliyyətlər, hərəkatlar, sosial yoluxucu xarakterli tədbirlər (məs., mitinq, kompaniya, etiraz aksiyası, təxribat, kütləvi tədbirlər və s.);

Bu kateqoriyadan olan hər bir qüvvə və məqam axtarılıb tapılır dəstəklənir, müdafiə edilir, güclənməsinə çalışılır (bax: «Müsbət sanksiyalar» bölümünə [burada, səh. 80]), bu qəbildən olan şəxslərə öz mövqelərini geniş ifadə edə bilmələri, və ya bu istiqamətdə fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılır, bu kateqoriyadan olan hər bir elementin yaranması, yaradılması, yayılması, güclənməsi, intişar tapması hər vasitə ilə stimullaşdırılır, təşkil edilir. Yaxud, heç olmazsa, olanların olduğu səviyyədə imkan qədər daha uzun müddət qalmasına hər vasitə ilə yardım göstərilir ki, psixi eskalasiya, sirayət, «domino effekti» və yaxud «zəncir reaksiyası» törədə bilən mənfi sosial enerji, psixi epidemiya mənbəyi kimi daha çox fəaliyyət göstərib, daha çox adamı yoluxdura bilsin, daha çox adamın davranış və düşüncəsinə, “ustanovka”larına, stereotiplərinə, dünyagörüşlərinə, inamlarına, baxışlarına və s. transformativ təsir göstərsin, cəmiyyətdə müvafiq sindrom halını ala bilsin.

İdeya əleyhinə sadalanan tipli (və ya hər hansı formalı) qüvvələr yoxdursa, və ya onların cəbhəsini genişləndirmək məqsədi ilə, həmçinin daha çox tərəfin onun əleyhinə köklənib, qalxıb ona təzyiq göstərməsi və ya digər tərəflərdən də ona qarşı bir alət kimi istifadə edə bilmək üçün, deyilənlərə paralel olaraq süni şəkildə ona əleyhdarların yetişdirilməsi istiqamətində iş aparılır. Bunun üçün:

V.I.2.1) İdeya əleyhinə ideoloji fəaliyyət aparılır. O cümlədən:

V.I.2.1.1) Neytral tərəflərin, indiyə qədər müdafiəçisi olmuş tərəflərin onun əleyhinə köklənməsinə, qalxmasına çalışılır. Bu məqsədlə:

V.I.2.1.1) Təbliğat hədəfi olan tərəfin nəzərində bu ideyanın zəif cəhətləri qabardılır. əks tərəfləri, yəni onlar üçün xeyirli, qazanclı, parlaq kimi görünə bilinəcək tərəfləri hər vəchlə gizlədilir, ört-basdır edilir, yaxud yozularaq adiləşdirilir, dəyərsizləşdirilir. Bununla da, onlarda (onda) bu mövqeyin (ideya, plan, xətt, kurs, platforma, ideologiya, məqsəd, amal, arzu, istək, addım, yol, cəhd, nəzəriyyə, doktrina, lozunq, konsepsiya, baxış, prinsip və s.-in) yalnız zahirdə və yalnız ideoloqların interpretasiyasında çox şey vəd etdiyi, əslində isə xeyirsiz və bəzən, hətta ziyanlı ola bildiyi təsəvvürü formalaşdırılır. Bu məqsədlə həmin ideyada:

Onların zövqü ilə uyğun gəlməyən cəhətləri – məs., ideyanın anti-humanist, anti-bəşəri məqamları, ədalətsiz, namərdlik, vəhşilik, iyrənclik, alçaqlıq, eyib, günah, riyakarlıq, rüsvayçılıq və s. kimi yozula biləcək cəhətləri, məzmununda kimlərinsə şəxsi marağının izlərinin sezilməsi, qərəzli olması və s.;

Onların baxışları ilə uyğun gəlməyən cəhətlər – məs., ideyanın qeyri-məntiqi cəhətləri, o cümlədən, daxili və xarici ziddiyyətləri, uyğunsuzluqları, məntiqi problemləri, məs.:

— söhbət hansısa bir ideyanın, planın, məqsədin və s. perspektivinin analizindən gedirsə – realizəsi üçün obyektin imkan və potensialın kifayət etməyəcəyi (məs., canlı qüvvə və ya işçi qüvvəsi çatışmamazlığı, xammal, texnika, enerji, vaxt, silah və sursat, maliyyə, fiziki, psixoloji və ya hərbi hazırlıq, siyasi dəstək, kadr (o cümlədən, xarizmatik lider) və s. bu kimi siyasi, iqtisadi, sosial, elmi-texniki problemləri);

— rəqibinin (məs., sizə qarşı yönəlibdisə, sizin) bütün bu məsələlərdə ondan irəlidə olması;

— ideyanın plan və proqnozunda nəzərə alınmayan, alınsa da effekti kəskin kiçildilmiş digər məqamlar (məs., iqlim, relyef, landşaft, mövsüm, tarixi zərurət, şərait, təbii fəlakət, epidemiya, hüquqi-normativ baryerlər, destruktiv psixoloji effektlər və s. kimi real və ya mümkün imperativlər, əngəllər);

— ideyanın variantlarının bir başqa vaxt və ya yerlərdə iflasla nəticələnməsi;

Onların maraqları ilə, o cümlədən, istəyi, arzusu, niyyəti, məqsədi, amalı, ehtiyacı, tələbatı, planı, qanunu və s.-lə uyğun gəlməyən, onların marağına toxunan məqamları, məs., ideyada onların özünün və ya yaxınlarının həyatına, malına, mülkünə, rifahına, asayişinə, rahatlığına, əmin-amanlığına, mənliyinə, mənəviyyatına, şəxsiyyətinə, nüfuzuna, namusuna, vəzifəsinə, statusuna və s. hədə, təhlükə törədən və ya törədə biləcək, onları incidib, ağrıda biləsi, riskli, təhlükəli, bəzən həqiqətən də, qurban tələb edən pessimist məqamları;

Onların sosial norma və dəyərləri, o cümlədən, idealı, adəti, ənənəsi, vərdişi, etalonu, stereotipi və s.-lə uyğun gəlməyən cəhətləri;

və s. bu kimi məqamları axtarılıb-tapılıb, və ya quraşdırılıb saxta analiz, arqument, nümunə, nümayiş və s. yolu ilə onların (onun) nəzərində qabardılır, onlara (ona) izah edilir, başa salınır (bax: «Təbliğat» bölümünə [burada, səh. 51]). Bununla da, aidiyyatlı tərəflərin bu ideyaya aktiv və ya passiv müqavimət göstərmələrinə, o cümlədən onun arxasından qaçmalarına, onun realizə aksiyalarından, hərəkatlarından, səfərbərliklərindən yayınmalarına, uzaqlaşmalarına, boyun qaçırmalarana, yeri gəlsə ona qarşı təbliğat aparmalarına və fəaliyyət göstərmələrinə nail olunur.

Nümunə üçün, məs., hansısa ölkənin müharibə hazırlığının qarşısını almaq məqsədilə, onun əhalisinə bu müharibənin hərbi xərclərin artımına, bu isə müvafiq olaraq vergilərin artırılmasına və dotasiyaların azaldılmasına gətirib çıxaracağı, bunun zəruri nəticəsi olaraq, bütün sferalarda ölkədə həyat səviyyəsinin kəskin aşağı düşəcəyi, digər hallarda olduğu kimi, burada yenə də kasıb-kusubun balalarının qırılacağı, bunun ölkənin beynəlxalq arenadakı mövqeyinə mənfi təsir edəcəyi və s. təbliğ, izah edilir. əksinə, hansısa ölkəni (məs., öz ölkəsini) digərinin üstünə qızışdırmaqdan ötrü, onlara müharibənin cəlbedici tərəfləri, o cümlədən, bu müharibənin şərəf məsələsi olduğu, bunun filan vaxt vurulan namus ləkəsini, alçalma dərdini üstdən götürəcəyi, qonşular yanında baş ucalığı gətirəcəyi, gələcək övladları birdəfəlik bu problemdən qurtaracağı, bunda iştirakın hansı imtiyazlar, şərəf gətirəcəyi və s. ön plana çəkilir, əksinə, yuxarıda deyilən tipli pessimist məqamlarısa gizlədilir, hansı ki, həmin halda da indi sadalanan bu kimi cəlbedici tərəfləri gizlədilmişdi;

 Yaxud orduda ixtisarı dəstəkləmək halında bunun iqtisadi qazanc tərəfləri, o cümlədən, bunun büdcə xərclərinin azaldılmasına gətirib çıxaracağı, hərbi sənaye kompleksinin öz profilini dəyişərək mülki sferaya çevrilib büdcəyə xeyir gətirəcəyi və s. qabardılır (bax: «Təbliğat» bölümünə [burada, səh. 51]). əks halda, bunun sosial-hərbi tərəfləri, yəni işsizliyə, sosial böhrana gətirib çıxaracağı, ölkənin hərbi qüdrətinə zərbə vuracağı, düşmənləri şirnikləşdirəcəyi və s. vurğulandırılır;

 Körfəz müharibəsi ərəfəsində NATO qüvvələrinə təhlükənin reallığını anlatmaq və onları səfərbər etmək məqsədi ilə, ABŞ beynəlxalq aləmdə İrakın yaxın 10 ayda nüvə silahı yaradacağı barədə dezinformasiyalar yayırdı, hansı ki, ekspertlərin hazırkı rəyinə görə, İrak texnologiyası o vaxt ona yaxın 10 ildə belə silah yaratmaq imkanı vermirdi.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]