- •İ.Ə.Seyidov
- •I фясил. Davraniş Və düşünCəLəRin determinasiya mexanizmi baRəDə
- •I.1.Motivlər barədə mövcud nəzəriyyələr
- •I.1.1.Psixoanaliz nəzəriyyəsi
- •I.1.2.Analitik psixologiya
- •I.1.3.İndividual psixologiya
- •I.1.4.Biheviorial-təlim cərəyanı
- •I.1.5.Humanist psixologiya
- •I.1.6.Evolyusionizm
- •I.1.7.Sinergetika
- •I.1.8.Fдlakдt nдzдriyyдsi
- •I.2.Motivlər barədə bizim qənaətimiz
- •I.2.1.Genetik (irsi) amillər
- •I.2.1.1.Psixoloji universalilər:
- •I.2.1.1.1.Fizioloji universalilər:
- •I.2.1.1.2.Emosional universalilər:
- •I.2.1.1.3.İntellektual universalilər:
- •I.2.1.1.4.İradi universalilər:
- •I.2.1.2.Psixoloji tələbatlar
- •I.2.1.2.1.Fizioloji tələbatlar:
- •I.2.1.2.2.Emosional tələbatlar:
- •I.2.1.2.3.İntellektual tələbatlar:
- •I.2.1.2.4.İradi tələbatlar:
- •I.2.2.Təbiət amilləri
- •I.2.2.1.Bürclərin təsirləri
- •I.2.2.2.Coğrafi faktorlar
- •I.2.3.Sosial amillər
- •I.2.3.1.Lokal sosial determinantlar
- •I.2.3.2.Qlobal sosial determinantlar
- •I.2.3.3.Sosial qrupların tipləri
- •I.2.3.4.Bəzi sosial qrupların psixologiyası
- •I.2.3.4.1.Qadın və kişi psixologiyası
- •2) Sosial dominantliq
- •3) Aqressivlik
- •4) Seksualliq
- •I.2.3.4.2.Millətlərin psixologiyası
- •İndividualist kollektivist mədəniyyətdə olarkən
- •I.2.3.5.1.Komplekslər
- •I.2.3.5.2.Biogen faktorlar
- •II фясил. KəŞfiyyat: İnsanların fikirlərini necə «oxumalı», onları necə tanımalı
- •II.1.Şəxsiyyətin psixoloji portreti
- •II.1.1.Şəxsiyyətin individual xarakteristikaları (Konkret fərdlərə xas olan psixi əlamətlər)
- •II.1.1.1.Şəxsiyyətin fizioloji (vital) xarakteristikası
- •II.1.1.2.Şəxsiyyətin emosional (psixomotor) xarakteristikası.
- •II.1.1.3.Şəxsiyyətin intellektual (koqnitiv) xarakteristikası.
- •II.1.1.4.Şəxsiyyətin iradi (evokativ) xarakteristikası.
- •II.1.2.Şəxsiyyətin relyativistik xarakteristikaları
- •II.2.Şəxsiyyətin tədqiq üsulları
- •II.2.1.Diaxronik tədqiq üsulu
- •II.2.2.Sinxronik tədqiq üsulu
- •II.2.2.1.Müşahidə
- •II.2.2.2.Eksperiment
- •II.2.2.2.1.Sərbəst assosiasiya metodu
- •II.2.2.2.2.Mübahisə metodu
- •II.2.2.2.3.Sınaq-səhv metodu
- •II.2.2.2.4.Statistik intensivlik metodu
- •II.2.2.2.5.Eyham metodu
- •II.2.2.2.6.Həqiqəti təhrif metodu:
- •II.2.2.2.7.Sorğu metodu
- •II.2.2.2.7.1.Faktın müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:
- •II.2.2.2.7.2.Əlamət və münasibətin müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:
- •III фясил. Bir sira taktiki RəFtar Və ünsiyYəT FəNdLəRi
- •III.1.Necə tanış olmalı?
- •MəHəBBəTin psixologiyasi
- •III.2.Söhbət qaydaları
- •III.2.1.Riskli fikirləri necə ifadə etməli?
- •III.2.2.Tənqid (irad) qaydaları
- •III.2.3.Etiraz, imtina qaydaları
- •III.2.4.Mövzudan məharətlə yayınmaq qaydaları
- •III.2.5.Cavabdan diplomatikcəsinə necə yayınmalı
- •III.2.6.Mövcud münasibəti qoruyub saxlamağa və daha da inkişaf etdirməyə imkan verən qaydalar
- •III.2.7.Mahir həmsöhbət ola bilmək qaydaları
- •III.2.8.Mahir dinləyici ola bilmək qaydaları
- •IV фясил. Ataka: insanlara neCə TəSir gösTəRMəLi
- •IV.1.Psixoloji təsirlərin formaları
- •V.I.Lenin
- •IV.1.2.Təşviqat
- •IV.2.Psixoloji təsirlərin metodları
- •IV.2.1.Təlqin: İnsanları ayıqkən necə hipnoz etməli
- •IV.2.1.1.Avtoritet və etimada əsaslanan təlqin
- •IV.2.1.2.Qarşı tərəfin zəifliklərindən istifadə yolu ilə həyata keçirilən təlqin
- •IV.2.1.3.Situativ faktorlara istinadən həyata keçirilən təlqin
- •IV.2.1.4.Təlqin materialının məzmunu faktoru
- •IV.2.1.5.Təlqin texnikası faktoru
- •7) «İnformasiyanın periferiyadan verilməsi» ilə aparılan təlqin
- •8) Pilləli təlqin:
- •IV.2.2.İnandırma, aldatma və dezinformasiya metodları
- •1) Obyektin siqnalda şifrələnməsi aktında:
- •2) Siqnalın xarakterindən doğan xətalar:
- •4) Hissiyyatın xüsusiyyətindən doğan xətalar:
- •5) İdrak deşifratorunun xüsusiyyətlərindən doğan xətalar:
- •IV.2.2.1.Nümayiş manipulyasiyaları
- •IV.2.2.2.Təsvir manipulyasiyaları
- •IV.2.2.3.İzah manipulyasiyaları
- •IV.2.2.4.Arqumentasiya manipulyasiyaları
- •IV.2.3.Sanksiya
- •1) Fizioloji tələbatlarla manipulyasiya:
- •2) Emosional tələbatlarla manipulyasiya:
- •3) İntellektual tələbatlarla manipulyasiya:
- •4) İradi tələbatlarla manipulyasiya:
- •IV.2.3.1.Müsbət sanksiyalar
- •IV.2.3.2.Mənfi sanksiyalar
- •IV.2.3.2.1.Psixi diversiya
- •IV.2.3.2.2.Siyasi-inzibati diversiya
- •IV.2.3.2.3.İqtisadi diversiya
- •IV.2.3.2.4.Hüquqi diversiya
- •IV.2.3.2.5.Texniki diversiya
- •İşə düşmə mexanizminə görə viruslar:
- •1) Proqramın özü ilə əməliyyatlar
- •1.A) Makrokomanda (wb (WordBasic) və ya vba (Visual Basic for Application) dilində olan komandalar) əməliyyatları
- •1.B) Prosedura (vəhdətdə icra olunan məntiqi ardıcıl makro-komandalar) əməliyyatları
- •1.C) Makros (proseduralar toplusu və ya operatorun komandası, yaxud da hansısa hadisənin təsiri ilə işə düşən vba-nın proqram kodu) əməliyyatları:
- •1.D) Modul (dəyişən və prosedura mətnlərinin toplusu) əməliyyatları:
- •1.E) Fayl əməliyyatları
- •2) Proqramdaxili digər komandalar
- •IV.2.3.2.6.Hərbi (fiziki) təzyiq
- •IV.2.3.2.6.1.Psixotron silahlar
- •IV.2.3.2.6.2.Psixotrop preparatlar
- •IV.2.3.2.6.3.Partlayıcı maddələr (eksplozivlər):
- •IV.2.3.2.6.4.Kimyəvi silahlar
- •IV.2.3.2.6.5.Bioloji (bakterioloji) silahlar
- •IV.2.3.2.6.6.Tektonik silahlar
- •IV.2.3.2.6.7.Genetik silahlar
- •IV.2.3.2.6.8.Zoo – silahlar
- •IV.2.3.2.6.9.«Humanist» adlandırılan müasir bəzi silah növləri
- •IV.2.4.Cadu, tilsim, ekstrassensorika
- •IV.2.4.1.CaduGəRliyin tarixi
- •IV.2.4.2.CaduGəRliyin növLəRi Və mexanizmi
- •IV.2.4.2.1.Tilsim
- •IV.2.4.2.2.Hipnoz:
- •IV.2.4.2.3.Kontaktsız müalicə:
- •IV.2.4.2.4.Telekinez:
- •IV.2.4.2.5.Levitasiya:
- •IV.2.4.2.6.Sensitivistlik:
- •IV.2.4.2.7.Teleportasiya:
- •IV.2.4.2.8.Maddiləşmə-ərimə:
- •IV.2.4.2.9.Spiritizm:
- •IV.2.4.2.10.Zombiləşdirmə:
- •IV.2.4.2.11.Falçılıq (bəsirət, mantika, gələcəkgörmə)
- •IV.2.4.3.Sirli bilikLəRin MəNŞəYi
- •IV.2.4.3.1.İtmiş sivilizasiyalar barədə
- •IV.2.4.3.2.Yerdənkənar sivilizasiyalar barədə
- •V фясил. Virtual mühariBə metodlari
- •Davranış və düşüncələrin neyrostrateji proqramlaşdırılması metodu («Atom bombasına qarşı psixoloji bomba»)
- •V.1.İdeyaları necə iflasa uğratmalı, ideologiyaları necə neytrallaşdırmalı
- •İdeya əleyhinə Sizin istifadə edə biləcəyiniz deyilən tipli elementlər kateqoriyasına qismən aid ola bilər:
- •V.I.2.1) İdeya əleyhinə ideoloji fəaliyyət aparılır. O cümlədən:
- •V.I.2.1.1) Neytral tərəflərin, indiyə qədər müdafiəçisi olmuş tərəflərin onun əleyhinə köklənməsinə, qalxmasına çalışılır. Bu məqsədlə:
- •V.I.2.1.2) Deyilən tipli faktlar tapmaq çətindirsə və ya olanlara dəstək məqsədilə, bunlar süni yolla yaradılır. O cümlədən:
- •V.I.2.2.A) Bu məqsədlə sifariş, muzd ödəmə, səlahiyyətlərdən istifadə və s. Kimi metodlardan aktivliklə istifadə edilir.
- •V.I.3) Paralel olaraq sizin özünüz də onun əleyhinə birbaşa fəaliyyət aparırsınız və ya bu tipli fəaliyyətlərdə birbaşa iştirak edirsiniz, o cümlədən:
- •V.2.Cəhdləri necə blokirovkalamalı, əleyhfəaliyyətlərin qarşısını necə almalı
- •V.3.İnqilabları necə formalaşdırmalı, situasiyaları necə dəyişməli
- •V.4.Qüvvələr (şəxsiyyətlər, dövlətlər...) əleyhinə fəaliyyətlər
- •V.5.Rəqib cəbhəsi daxilinə necə iğtişaş salmalı
- •Təzyiq taktikaları ilə əlaqədar bir sıra nüanslar
- •Qarabağ müharibəsi ilə əlaqədar bəzi çıxarışlar
- •2) Bu problemin siyasi yolla həllinin iki variantı mümkündür:
- •Ədəbiyyat siyahısı
- •1) Rəqəmlərin hərflərə «tərcümə» edilməsi metodu:
- •2) Rəqəmlərin obrazlara «tərcümə» edilməsi metodu:
- •3) Rəqəmlərin cümlələrə «tərcümə» edilməsi metodları:
V.1.İdeyaları necə iflasa uğratmalı, ideologiyaları necə neytrallaşdırmalı
«Hər hansısa bir yenilik, yeni bir fikir ilkin baxımda mövcud bütün təsəvvürlərə zidd, ağlasığmaz bir cəfəngiyyat kimi hamı tərəfindən rədd edilir, ikinci baxımında mümkün versiyalardan biri kimi nəzərə alınır və nəhayət, üçüncü baxımında artıq çoxdan hamıya məlum olan bir fakt kimi hamı tərəfindən qəbul edilir».
Şopenhauer
İdeologiya – müqəddəs kimi təqdim edilən bütlər, amallar, məqsədlər, ideallar və s. toplumundan ibarət virtual təsir proqramıdır. Onun mövcudluq enerjisi – bəzi konkret fərdlərə gətirə bildiyi sosial dividentlər hesabına təmin olunur. Belə ki, özlərini bu müqəddəs yolun bilicisi, bu bütlərin qulluqçusu kimi təqdim edən həmin fərdlər, sosiuma öz eqoistik varlıqlarını diktə etmək üçün bu yolla öz ətraflarına müəyyən sosial enerji, baza konsentrasiya edə bildiklərini gördüklərindən, onun mövcudluq və tərəqqisində faktiki maraqlı olmuş olurlar ki, bunun üçün də onun intişarına tam qüvvə ilə öz enerjilərini sərf etməyə başlayırlar. Eyni zamanda, bu ideologiya da məhz bu cür individlərin mövcudluğundan və sosial pillələrdəki irəliləyişindən asılı olduğundan, onlar arasında qırılmaz korrelyativ rabitə, funksional asılılıq, maraq birliyi formalaşır. Nəhəng sosial təlatümlər, fırtınalar, burulğanlar məhz həmin bu eskalasiyadan meydana çıxır və fasiləsiz enerji alır. Adi insanlarsa bu yollarda düzülmüş müqəddəsliklərə ibadət etməklə eyni zamanda, həm də onun arxasında gizlənən iblislərə təzim və xidmət etdiklərini, bu etiqadları ilə həm də iblislərin mövcudluğuna və intişarına rəvac, güc və enerji verdiklərini, liderlərsə öz xalqlarına, əshablarına qatı düşmən olduqlarını axıra qədər ağıllarına belə gətirmədən, dünyadakı hədsiz-hüdudsuz şər və fəsadın mənbəyinə, alətinə, rıçağına, himayəçisinə, iştirakçısına, icraçısına çevrilmiş olurlar...
Metodların şərhinə keçməzdən əvvəl qabaqcadan qeyd olunmalıdır ki, bu kitabda bütün hallarda:
— ideya dedikdə (termin mənasında) – plan, xətt, kurs, platforma, ideologiya, məqsəd, amal, arzu, istək, addım, yol, hal, meyl, mövqe, addım, nəzəriyyə, doktrina, lozunq, konsepsiya, fikir, qanun, proqram, baxış, prinsip, hərəkat, fəaliyyət, hazırlıq, cəhd, o cümlədən, hücumunuza qarşı müqavimət cəhdi və s.;
— rəqib dedikdə – platforması, maraqları, baxışı, zövqü və ya norma-dəyərləri Sizin (və ya müttəfiqlərinizin) platformanıza, zövqünüzə, baxışınıza, marağınıza və ya norma-dəyərlərinizə və s. zidd olan, və ya zidd olmasa da, uyğun da gəlməyən istənilən şəxs, qrup, dövlət, qüvvə və s.;
— müttəfiq dedikdə – bu cəhətləri Sizinlə uyğun olanlar;
— təbliğat hədəfi olan tərəf dedikdə – rəqibin özü; onun və Sizin cəbhənizin liderləri, əhalisi və ya elektoratı; əsgər heyəti; hər iki tərəfin müttəfiqləri; həmçinin neytral tərəflər və b.;
— dəstəklənir dedikdə – stavka qoyduğunuz tərəfi vaxtaşırı olaraq bu sahədəki işinə, fəaliyyətinə yardım edə biləcək müvafiq məsləhət, instruktaj, fəaliyyət proqramı, kəşfiyyat materialları, ideya, və sair hər növ zəruri informasiya ilə; həmçinin kadr hazırlığı, texnika, pul, tribuna, enerji, xammal, kadr və s.-lə təchiz etmək, lehinə təbliğat aparmaq, hüquqi, siyasi, təşkilati yardım, müxtəlif problemlərini birbaşa həll etmək və ya bir başqalarının vasitəsilə, ya da öz gücü ilə həll etməsinə kömək göstərmək, və s.;
— təbliğ edilir, qabardılır, izah edilir, başa salınır dedikdə – verbal və qeyri-verbal vasitələrlə (bax: burada səh., 51): lazımi məsələnin yalnız Sizə sərf edən tərəflərini, yəni lehinə, yoxsa əleyhinə təbliğat aparılmasından asılı olaraq, onun, təbliğat hədəfi olan tərəfin (milli və fərdi) zövq, baxış və maraqları (o cümlədən, idealı, ənənəsi, stereotipi, amalı, istəyi, ehtiyacı və s.), həmçinin sosial (irqi, irsi, cinsi, dini, sinfi, milli və s.) mənsubiyyəti ilə uzlaşmayan və hətta ziddiyyət təşkil edən, yaxud əksinə, söhbət lehinə təbliğatdan gedirsə – uyğun gələn xüsusiyyətlərini birtərəfli işıqlandırmaq, geniş reklam etdirmək, nümayiş, təsvir və ya izah etmək, lazımi kommentariya ilə şişirtmək; Məsələnin məhz bu variantının KİV nümayəndələrinə çatmasına çalışmaq, bunu təşkil etmək; dövriyyəyə bu səpkili saxta informasiya buraxmaq, saxta, qurama analizlər, arqumentlər, nümunələr, faktlar və statistikalarla əsaslandırmaq, izah etmək, başa salmaq; Xüsusi eyhamla çatdırmaq, təlqin etmək, ortaya söz atmaq, diskussiya obyektinə çevirmək; Onun yaxınlarının nə vaxtsa bu mövzuda söylədiyi fikirləri aktuallaşdırmaqla və ya bu ərəfələrdə bu səpkili filmlərə, şəkillərə, söhbətlərə və s. geniş yer, xüsusi diqqət ayırmaq yolları ilə assosiasiya yaratmaq; Təbii olaraq bu mövqedə olan və ya Sizin təhrikiniz, təsirinizlə bu mövqeyə gəlmiş şəxsləri (ələlxüsus, avtoritetli şəxsləri) axtarıb tapıb, bu sahədə öz mövqelərini geniş ifadə edə bilmələri üçün, əgər istəsələr fəaliyyət göstərmələri üçün, onlara hər cür (maliyyə, tribuna, instruksiya və s. baxımından) şərait yaratmaq, kömək göstərmək, bu əqidədə olanların avtoritetini süni şişirtmək, cəmiyyətdə müəyyən söz sahibi, status sahibi olmalarına çalışmaq; Bu məqsədə xidmət edən hər növ ideyaların, təkliflərin, ədəbiyyat və incəsənət nümunələrinin, həmçinin hərəkatların, fəaliyyətlərin, kompaniyaların, qruplaşmaların və s. yaranmasını, yayılmasını və şöhrətlənməsini stimullaşdırmaq, dəstəkləmək, təşkil etmək və s.;
Bütün bunlara əks olanları isə – gizlətmək, ört-basdır etmək, görməməzliyə vurmaq, yaxud bunu məqsədyönlü yozaraq adiləşdirmək, neytrallaşdırmaq, tənə, təhqir, tənqid, rişxənd, məsxərə, gülüş obyektinə çevirərək dəyərsizləşdirmək, geniş dairəyə yayılmasına hər vasitə ilə mane olmaq, əleyhinə kompaniya formalaşdırmaq və s. (əlavə olaraq bax: «Təlqin: İnsanları ayıqkən necə hipnoz etməli» [burada, səh. 56] və «İnandırma, aldatma və dezinformasiya metodları» [burada, səh. 69] bəhslərinə);
nəzərdə tutulur (sadalanan variantların hamısı bu kitabın birinci hissəsində ətraflı izah edilib).
Bundan sonra proseduralar barədə:
«Neyrostrateji proqramlaşdırma»nın birinci mərhələsi – hələ hansısa addımın atılmadığı, lakin hazırlaşıldığı, yəni fəaliyyətəqədərki dövrü əhatə edir. Burada rəqibin sizə, sizin maraqlarınıza təhlükə törədə bilən addımı, fəaliyyəti hələ mücərrəd plan, ideya, arzu, cəhd şəklindədir və buna görə də, bu mərhələdə sizin başlıca vəzifəniz – həmin planı, ideyanı onun özünün və digərlərinin gözündən salaraq, onu və bu ideyanın həmin potensial müdafiəçilərini bu fikirdən daşındırmaq, bu yoldan çəkindirməkdir. Bunun üçün:
.1) Bu ideyanın əleyhinə olan hər bir element axtarılıb tapılır dəstəklənir (bax: «Müsbət sanksiyalar» bölümünə [burada, səh. 80]).
