Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Diplomatik psixologiya.doc
Скачиваний:
2
Добавлен:
01.07.2025
Размер:
2.18 Mб
Скачать

IV.2.4.3.Sirli bilikLəRin MəNŞəYi

Yekunda maraqlı olan bir məsələ barədə: Bu biliklərin sirləri heç bir elmi, texnikası, texnologiyası, dəqiq ölçü alətləri olmayan qədim insanlara haradan məlum olub? Və hətta ölçü cihazları, alətləri olsa da belə, bunlar elə sadə şeylər də deyillər ki, onu qədim insanların primitiv düşüncə səviyyəsi ilə əhatə etmək mümkün olsun. Hətta bugünkü elm, bu qədər inkişaf etməsinə baxmayaraq, bunların bir çoxuna hələ də gəlib çata bilməyib və ya bir çoxunu qədim insanların həmin bu xətlə gələn biliklərindən istifadə etməklə öyrənib. Bütün bunlar necə ola bilib?

Bu sualın bir neçə fərziyyəvi cavabı var.

Birinci cavab ondan ibarətdir ki, bu biliklər insanlara müxtəlif vaxtlarda ayrı-ayrı peyğəmbərlər tərəfindən gətirilib. Onlara da bu biliklər, Yerdəki insanların taleyini nizamlamaq üçün, təbii olaraq, Allah tərəfindən verilib;

İkinci bir fərziyyəyə görə, ayrı-ayrı insanlar müxtəlif dövrlərdə sırf təsadüfi olaraq bu tipli biliklərlə rastlaşıb, sonra da onu araşdırıb izahını tapıb, sirrini gizli saxlayaraq ondan istifadə ediblər. İndiki dövrdə də məşhur kəşflərin bir çoxunun sırf təsadüfən edildiyi tarixdən məlumdur (Məs., Arximedin – hidravlik qanunu [hamamdan «evrika» deyə-deyə çıxıb qaçması məsələsi], Nyütonun – Ümumdünya Cazibə Qanununu [başına alma düşməsi məsələsi], Kekulenin – benzolun quruluşunu [əl-ələ tutan meymunlar məsələsi], Erstedin – elektriklə maqnitin əlaqədar olduğunu [məktəbdə tədris zamanı təsadüfən stolun üstündə olan kompasın elektrik cərəyanının qoşulması ilə öz əqrəblərinin istiqamətini dəyişməsi məsələsi], Bekkerelin – radioaktivliyi [Uranın təsadüfən fotokağızlarla eyni şkafda saxlanması məsələsi] təsadüf nəticəsində kəşf etmələri və b. bu qəbildəndir);

Üçüncü versiyaya görə, bu biliklər insanlara yerdənkənar sivilizasiya nümayəndələri tərəfindən gətirilib (bu barədə ətraflı bax: burada səh.: 110);

Dördüncü versiyaya görə, Yer üzündə nə vaxtsa indikindən daha yüksək olan bir sivilizasiya mövcud olub və o sivilizasiyanın elmi-texniki səviyyəsi indikindən də yüksək bir pilləyə qədər qalxa bilib. Sonradan bu sivilizasiya, ya nüvə müharibələrininmi, ya ekoloji tarazlığın güclü şəkildə pozulmasınınmı, ya astronomik fəlakətlərinmi, ya da buna bənzər bir başqa amillərin səbəbindən məhv olub gedib və insanlıq ibtidai icma quruluşundan başlayaraq yenidən təkamül edib, indiki səviyyəsinə qalxıb (bu barədə ətraflı bax: burada səh.: 109).

Aşağıda bu versiyaların sonuncu ikisi barədə nisbətən daha ətraflı:

IV.2.4.3.1.İtmiş sivilizasiyalar barədə

Deyildiyi kimi, sirli biliklərin mənşəyi ilə əlaqədar olan versiyalardan biri ondan ibarətdir ki, Yer üzündə nə vaxtsa indikindən daha yüksək olan bir sivilizasiya mövcud olub və o sivilizasiyanın elmi-texniki səviyyəsi indikindən də yüksək bir pilləyə qədər qalxa bilib. Sonradan bu sivilizasiya, ya nüvə müharibələrininmi, ya ekoloji tarazlığın güclü şəkildə pozulmasınınmı, ya astronomik fəlakətlərinmi, ya da buna bənzər bir başqa amillərin səbəbindən məhv olub gedib və insanlıq ibtidai icma quruluşundan başlayaraq yenidən təkamül edib, indiki səviyyəsinə qalxıb.

Özlüyündə bu versiya azinandırıcı görünsə də, həqiqətdə onun da, öz arqumentləri var. Məsələ burasındadır ki, indiki elmə bir sıra elə tarixi sənədlər gəlib çatıbdı ki, elm hələlik onları izah etməkdə çox acizdir. Bunların bir neçəsi aşağıdakılardır:

1929-cu ildə İstanbuldakı Türkiyə Milli Muzeyinin direktoru Milal əhməd qədim bir xəritənin iki parçasını aşkar etdi. Xəritə XV-XVI əsrlərdə yaşamış admiral və coğrafiyaşünas-alim Piri-Reysə məxsus idi. Özünün «Bəhriys» adlı əsərində o, bu xəritəni Makedoniyalı İsgəndər dövrünə aid daha qədim bir xəritədən köçürdüyünü bildirir. Sonradan eyni qədimliyə malik daha iki xəritə – fransız Orontiya Fineyin (1532-ci il) və türk Hacı əhmədin (1559-cu il) xəritələri aşkar olunur. Hər üç xəritənin maraqlı xüsusiyyəti ondan ibarət idi ki, onlarda hələ Kolumbdan çox-çox əvvəldə Amerika və Antarktida qitələri təsvir olunmuşdu. Özü də necə?

Bu xəritələr aşkar olunduqdan sonra onlarda təsvir olunan ölçülərlə, indiki xəritələrdə təsvir olunan Antarktida və Amerika xəritələrindəki bir sıra ölçülərin tamamilə bir-birindən fərqləndiyi məlum oldu. Bu məsələ ilə bağlı Antarktidaya göndərilmiş xüsusi beynəlxalq ekspedisiya 1934-cü ildə apardığı təkrar hesablamalarla bu materikdəki bir çox zirvənin, yarğanın, sahil çıxıntılarının və s.-in bu xəritələrdə daha dəqiq verildiyini müəyyənləşdirdi. Bundan əlavə bir fakt xüsusi maraq doğurdu: hazırkı xəritələrdə Antarktidaya bitişik şəkildə göstərilən «Kraliça Mod» adlı bir zirvə bu xəritələrdə sahildən bir qədər aralıda yerləşən ayrıca bir ada kimi göstərilirdi. əlavə seysmik yoxlama həmin xəritələrin dəqiqliyini təsdiqlədi: Həqiqətdə də, onu materiklə quru sahəsi yox, bu xəritələrdə göstərildiyi kimi, dəniz sahəsi birləşdirirmiş. Sadəcə olaraq, bu dəniz hazırda buzlaqlarla əvəz olunub və bu buzlaq zirvə ilə materik arasındakı fasiləni görünməz edib.

Bundan əlavə, bu xəritələrdə maraqlı olan daha bir neçə məsələ xüsusi maraq doğurdu və indiyə qədər də doğurmaqdadır: əvvəla – onlar hamısı eyni bir qədim orijinaldan deyil, fərqli orijinallardan köçürülmüşdülər və formaları da müxtəlif idi; İkincisi – onların hər üçündə Yer kürə formasında təsvir olunmuşdu; və nəhayət, üçüncüsü – bunların hər üçündə Antarktida buzlaqlardan azad formada, yəni axan çayları, qaynayan bulaqları, dənizləri, gölləri, körfəzləri və s.-lə birgə göstərilmişdi. Antarktida isə yalnız 10-15 mln. il bundan əvvəl belə bir formada olub.

Astronomiya sahəsində isə qədim dövrlərdən indiki dövrə qədər həddən artıq çoxlu sayda maraqlı faktlar gəlib çatıb: Misir Ehramlarının ölçülərində Yerin radiusu, sıxlığı, kütləsi, Yerdən Günəşə, Aya qədər olan məsafə və s.-in çox dəqiqliyi ilə əks olunduğu məşhurdur.

Bundan əlavə, hindlilərin «Surya-Sidhanta» adlı bir qədim kitabəsində və qədim Mayyaların, indi «Drezden Kodeksi» adlandırılan bir kitabında Yerin diametri bir faiz xəta ilə göstərilib (hansı ki, bu xəta da yəqin ki, bu müddətdə atmosferə çökən tozlardan əmələ gəlib); bir Babil kitabında Venera planetinin fazaları və Yupiterin dörd peyki olması barədə danışılır (hansı ki, müasir elm bunları yalnız son yüzillikdə kəşf edib) və s.

Digər bir çox elmlər sahəsində də belə faktlar çoxsaylıdır. Məs., dəri altına nazik qızıl saplar yerləşdirməklə üz dərisini cavan saxlamaq metodunu müasir elm, qədim Misir fironlarının kitabxanası aşkar ediləndən sonra, buradakı qədim bir papirus yazısından öyrənib. Hazırda üz dərisini qırışlardan qorumaq və dərini cavan saxlamaq üçün tibbi-kosmetologiyada bu metoddan geniş istifadə edilir.

Bunlar Yer üzündə nə vaxtsa çox-çox qədimlərdə hansısa güclü sivilizasiyaların mövcud olması barədə müəyyən ehtimallar yaradan bir sıra faktlar idi. Dinlərin də demək olar ki, hamısı bu versiyanı təsdiqləyir. Söhbət Yer üzünün bütün xalqlarının dinlərində cüzi fərqlərlə təkrarlanan «Nuh tufanı» mövzusundan gedir.

Bunlardan savayı, ayrı-ayrı xalqların şifahi və yazılı ədəbiyyatında bundan bəhs edən bir sıra çox maraqlı faktlar var.

Müəllifi və yazılma tarixi məlum olmayan qədim Hind mədəniyyət abidələri «Mahabharata» və «Ramayana»da «bir göz qırpımında və fikir sürəti ilə hərəkət edən», hərəkəti «göy gurultusu kimi azman səslərlə və ildırım kimi parlaq odlarla müşayiətlənən» nəhəng uçan arabalardan və onların Yerə atdığı «min-min Günəşdən də parlaq» mərmilərdən bəhs olunur. «Onlardan yaranan gurultu min-min barabanın zərbindən daha güclü idi... Onların zərbəsindən sonra böyük partlayışlar və odlu burulğanlar aləmi bürüdü... Nəhəng və od püskürən bu silahlar («Brahman başı», «İndra odu») şimşəklərlə bürünmüş və ani sürətlə yayılırdılar... Onlardan ayrılan partlayış on min Günəşdən daha parlaq idi... Tüstüsüz olan bu odlar hər tərəfə yayılırdılar... Bütün insanlığı qırmaq üçün olan bu odlar, qarşısına çıxan hər şeyi bir anda külə çevirirdi... Ondan yalnız yer altındakı sığınacaqlarda gizlənənlər xilas tapdılar... Onların da saçı və dırnağı tökülürdü...» və s.

«Mahabharata»nın bu cümlələrində deyilənlərin indiki nüvə silahlarının partlayışı halı ilə tam şəkildə oxşar olduğu barədə həddən çox yazılıb. Özü də bir təkcə qədim «Veda» ədəbiyyatı və «Mahabharata» tədqiqatçıları tərəfindən yox, həm də, bir çox Qərb mütəxəssisləri tərəfindən. O cümlədən, məşhur atomçu-fizik R.Yunq öz əsərinin adını da məhz «Mahabharata»dakı həmin cümləsindən götürərək, kitabını «On min Günəşdən daha parlaq...» adlandırıb.

Bundan əlavə, Qədim Astek daş kitabələrində (Meksika ərazisində tapılıb, hazırda Vatikan kitabxanasında saxlanılan "Vatikan kodeksi», «Rios kodeksi» və «Telerian-Remensis kodeksi» adlandırılan kitabələrdə), qədim Assuriya kitabxanasından bugünkü dövrə gəlib çatmış kitabələrdə («Şumerlərin mövcudluq kitabı», «Hilqamış eposu» və s.-də), Misir papiruslarında («Qəzaya uğramış gəmilər barədə»...), Semit sənədlərində («Hər şeyi görmüş adam barədə»...), Yapon eposlarında («Koyi-Ki»...), qədim Babil gil kitabələrində, qədim german yazılı abidələrində («Ura Linda Buk»da) və b.-da nə vaxtsa Yer üzündə indikindən daha yüksək sivilizasiyanın mövcud olması barədə yuxarıdakına bənzər maraqlı məlumatlar var.

Bundan əlavə, tarix boyu bir sıra nüfuzlu tarixçilər, filosoflar da öz əsərlərində bu mövzudan bəhs edib, Yer üzündə nə vaxtsa indikindən daha yüksək sivilizasiyanın mövcud olduğunu bildiriblər. O cümlədən, Homer (y.e.ə.), Pindar (y.e.ə. V əsr), Hellinika (y.e.ə. V əsr), Feopomp (y.e.ə. IV əsr), Platon (y.e.ə. V-IV əsr), Manefon (?); Babil tarixçisi Beros (y.e.ə. III əsr), Siciliyalı Diodor (y.e.ə. I əsr), Böyük Pliniy (I əsr), İosif Flaviy (I əsr), Klavdiya Eliane (II-III əsrlər), Pomponi Mel (I əsr), Yevseviy Kesariyski (II əsr), Krantor (III-IV əsr), Prokl (V əsr) və b. da nə vaxtsa Yer üzündə yüksək inkişaf səviyyəsinə çatmış bir sivilizasiyanın mövcud olması barədə yazıblar. Bunların içərisində Platonun (e.ə. 428-348) «Atlantida»sı xüsusilə məşhurdur.

Platonun «Timey» və «Kratil» əsərlərində təsvir etdiyi, haradasa Atlantik okeanı ərazisindəki («Herkules sütunları arxasındakı») bir qitədə yerləşən çox yüksək elm və mədəniyyətə malik «Atlantida» dövləti tarix boyu diskussiya mənbəyi olub. Platon onun barədə məlumatı özünün ana babası, qədim dünyanın yeddi rəsmi müdrikindən biri olan Solondan, o da, öz növbəsində bunu, y.e.ə. 570-ci ildə Misirə səyahət edərkən, oradakı Neyt məbədi kahinlərindən eşitdiyini yazır.

Hər halda, biz burada «Atlantida» mövzusunun müzakirəsini açmaqdan uzağıq, söhbət, yalnız cadugərliyin əski sivilizasiyalarla əlaqəsi versiyasının hansısa əsasa malik olduğunu göstərməkdən gedirdi.

Bəs sonradan bu yüksək elmi tərəqqi hara yoxa çıxdı ki, insanlıq hər şeyi sıfırdan başlayıb həmin səviyyəyə təkrarən qalxmağa çalışdı?

Bir versiya görə – bu sivilizasiya nüvə bombalarının yaradılmasına qədər yüksək texnoloji səviyyəyə qalxdı və sonra elə öz aralarında baş verən nüvə müharibələri ilə də dağıldı;

Digər versiyaya görə – bu sivilizasiya əsasən cadu biliklərinin mənimsənilməsi istiqamətində inkişaf edirdi və sonda da o, total cadu müharibələrinin qurbanı oldu;

Və nəhayət, tamam başqa versiyaya görə – bu sivilizasiya total iqlim dəyişmələrinin və ya qlobal kataklizmin (məsələn Yerə asteroid düşməsinin) qurbanı olub.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]