- •İ.Ə.Seyidov
- •I фясил. Davraniş Və düşünCəLəRin determinasiya mexanizmi baRəDə
- •I.1.Motivlər barədə mövcud nəzəriyyələr
- •I.1.1.Psixoanaliz nəzəriyyəsi
- •I.1.2.Analitik psixologiya
- •I.1.3.İndividual psixologiya
- •I.1.4.Biheviorial-təlim cərəyanı
- •I.1.5.Humanist psixologiya
- •I.1.6.Evolyusionizm
- •I.1.7.Sinergetika
- •I.1.8.Fдlakдt nдzдriyyдsi
- •I.2.Motivlər barədə bizim qənaətimiz
- •I.2.1.Genetik (irsi) amillər
- •I.2.1.1.Psixoloji universalilər:
- •I.2.1.1.1.Fizioloji universalilər:
- •I.2.1.1.2.Emosional universalilər:
- •I.2.1.1.3.İntellektual universalilər:
- •I.2.1.1.4.İradi universalilər:
- •I.2.1.2.Psixoloji tələbatlar
- •I.2.1.2.1.Fizioloji tələbatlar:
- •I.2.1.2.2.Emosional tələbatlar:
- •I.2.1.2.3.İntellektual tələbatlar:
- •I.2.1.2.4.İradi tələbatlar:
- •I.2.2.Təbiət amilləri
- •I.2.2.1.Bürclərin təsirləri
- •I.2.2.2.Coğrafi faktorlar
- •I.2.3.Sosial amillər
- •I.2.3.1.Lokal sosial determinantlar
- •I.2.3.2.Qlobal sosial determinantlar
- •I.2.3.3.Sosial qrupların tipləri
- •I.2.3.4.Bəzi sosial qrupların psixologiyası
- •I.2.3.4.1.Qadın və kişi psixologiyası
- •2) Sosial dominantliq
- •3) Aqressivlik
- •4) Seksualliq
- •I.2.3.4.2.Millətlərin psixologiyası
- •İndividualist kollektivist mədəniyyətdə olarkən
- •I.2.3.5.1.Komplekslər
- •I.2.3.5.2.Biogen faktorlar
- •II фясил. KəŞfiyyat: İnsanların fikirlərini necə «oxumalı», onları necə tanımalı
- •II.1.Şəxsiyyətin psixoloji portreti
- •II.1.1.Şəxsiyyətin individual xarakteristikaları (Konkret fərdlərə xas olan psixi əlamətlər)
- •II.1.1.1.Şəxsiyyətin fizioloji (vital) xarakteristikası
- •II.1.1.2.Şəxsiyyətin emosional (psixomotor) xarakteristikası.
- •II.1.1.3.Şəxsiyyətin intellektual (koqnitiv) xarakteristikası.
- •II.1.1.4.Şəxsiyyətin iradi (evokativ) xarakteristikası.
- •II.1.2.Şəxsiyyətin relyativistik xarakteristikaları
- •II.2.Şəxsiyyətin tədqiq üsulları
- •II.2.1.Diaxronik tədqiq üsulu
- •II.2.2.Sinxronik tədqiq üsulu
- •II.2.2.1.Müşahidə
- •II.2.2.2.Eksperiment
- •II.2.2.2.1.Sərbəst assosiasiya metodu
- •II.2.2.2.2.Mübahisə metodu
- •II.2.2.2.3.Sınaq-səhv metodu
- •II.2.2.2.4.Statistik intensivlik metodu
- •II.2.2.2.5.Eyham metodu
- •II.2.2.2.6.Həqiqəti təhrif metodu:
- •II.2.2.2.7.Sorğu metodu
- •II.2.2.2.7.1.Faktın müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:
- •II.2.2.2.7.2.Əlamət və münasibətin müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:
- •III фясил. Bir sira taktiki RəFtar Və ünsiyYəT FəNdLəRi
- •III.1.Necə tanış olmalı?
- •MəHəBBəTin psixologiyasi
- •III.2.Söhbət qaydaları
- •III.2.1.Riskli fikirləri necə ifadə etməli?
- •III.2.2.Tənqid (irad) qaydaları
- •III.2.3.Etiraz, imtina qaydaları
- •III.2.4.Mövzudan məharətlə yayınmaq qaydaları
- •III.2.5.Cavabdan diplomatikcəsinə necə yayınmalı
- •III.2.6.Mövcud münasibəti qoruyub saxlamağa və daha da inkişaf etdirməyə imkan verən qaydalar
- •III.2.7.Mahir həmsöhbət ola bilmək qaydaları
- •III.2.8.Mahir dinləyici ola bilmək qaydaları
- •IV фясил. Ataka: insanlara neCə TəSir gösTəRMəLi
- •IV.1.Psixoloji təsirlərin formaları
- •V.I.Lenin
- •IV.1.2.Təşviqat
- •IV.2.Psixoloji təsirlərin metodları
- •IV.2.1.Təlqin: İnsanları ayıqkən necə hipnoz etməli
- •IV.2.1.1.Avtoritet və etimada əsaslanan təlqin
- •IV.2.1.2.Qarşı tərəfin zəifliklərindən istifadə yolu ilə həyata keçirilən təlqin
- •IV.2.1.3.Situativ faktorlara istinadən həyata keçirilən təlqin
- •IV.2.1.4.Təlqin materialının məzmunu faktoru
- •IV.2.1.5.Təlqin texnikası faktoru
- •7) «İnformasiyanın periferiyadan verilməsi» ilə aparılan təlqin
- •8) Pilləli təlqin:
- •IV.2.2.İnandırma, aldatma və dezinformasiya metodları
- •1) Obyektin siqnalda şifrələnməsi aktında:
- •2) Siqnalın xarakterindən doğan xətalar:
- •4) Hissiyyatın xüsusiyyətindən doğan xətalar:
- •5) İdrak deşifratorunun xüsusiyyətlərindən doğan xətalar:
- •IV.2.2.1.Nümayiş manipulyasiyaları
- •IV.2.2.2.Təsvir manipulyasiyaları
- •IV.2.2.3.İzah manipulyasiyaları
- •IV.2.2.4.Arqumentasiya manipulyasiyaları
- •IV.2.3.Sanksiya
- •1) Fizioloji tələbatlarla manipulyasiya:
- •2) Emosional tələbatlarla manipulyasiya:
- •3) İntellektual tələbatlarla manipulyasiya:
- •4) İradi tələbatlarla manipulyasiya:
- •IV.2.3.1.Müsbət sanksiyalar
- •IV.2.3.2.Mənfi sanksiyalar
- •IV.2.3.2.1.Psixi diversiya
- •IV.2.3.2.2.Siyasi-inzibati diversiya
- •IV.2.3.2.3.İqtisadi diversiya
- •IV.2.3.2.4.Hüquqi diversiya
- •IV.2.3.2.5.Texniki diversiya
- •İşə düşmə mexanizminə görə viruslar:
- •1) Proqramın özü ilə əməliyyatlar
- •1.A) Makrokomanda (wb (WordBasic) və ya vba (Visual Basic for Application) dilində olan komandalar) əməliyyatları
- •1.B) Prosedura (vəhdətdə icra olunan məntiqi ardıcıl makro-komandalar) əməliyyatları
- •1.C) Makros (proseduralar toplusu və ya operatorun komandası, yaxud da hansısa hadisənin təsiri ilə işə düşən vba-nın proqram kodu) əməliyyatları:
- •1.D) Modul (dəyişən və prosedura mətnlərinin toplusu) əməliyyatları:
- •1.E) Fayl əməliyyatları
- •2) Proqramdaxili digər komandalar
- •IV.2.3.2.6.Hərbi (fiziki) təzyiq
- •IV.2.3.2.6.1.Psixotron silahlar
- •IV.2.3.2.6.2.Psixotrop preparatlar
- •IV.2.3.2.6.3.Partlayıcı maddələr (eksplozivlər):
- •IV.2.3.2.6.4.Kimyəvi silahlar
- •IV.2.3.2.6.5.Bioloji (bakterioloji) silahlar
- •IV.2.3.2.6.6.Tektonik silahlar
- •IV.2.3.2.6.7.Genetik silahlar
- •IV.2.3.2.6.8.Zoo – silahlar
- •IV.2.3.2.6.9.«Humanist» adlandırılan müasir bəzi silah növləri
- •IV.2.4.Cadu, tilsim, ekstrassensorika
- •IV.2.4.1.CaduGəRliyin tarixi
- •IV.2.4.2.CaduGəRliyin növLəRi Və mexanizmi
- •IV.2.4.2.1.Tilsim
- •IV.2.4.2.2.Hipnoz:
- •IV.2.4.2.3.Kontaktsız müalicə:
- •IV.2.4.2.4.Telekinez:
- •IV.2.4.2.5.Levitasiya:
- •IV.2.4.2.6.Sensitivistlik:
- •IV.2.4.2.7.Teleportasiya:
- •IV.2.4.2.8.Maddiləşmə-ərimə:
- •IV.2.4.2.9.Spiritizm:
- •IV.2.4.2.10.Zombiləşdirmə:
- •IV.2.4.2.11.Falçılıq (bəsirət, mantika, gələcəkgörmə)
- •IV.2.4.3.Sirli bilikLəRin MəNŞəYi
- •IV.2.4.3.1.İtmiş sivilizasiyalar barədə
- •IV.2.4.3.2.Yerdənkənar sivilizasiyalar barədə
- •V фясил. Virtual mühariBə metodlari
- •Davranış və düşüncələrin neyrostrateji proqramlaşdırılması metodu («Atom bombasına qarşı psixoloji bomba»)
- •V.1.İdeyaları necə iflasa uğratmalı, ideologiyaları necə neytrallaşdırmalı
- •İdeya əleyhinə Sizin istifadə edə biləcəyiniz deyilən tipli elementlər kateqoriyasına qismən aid ola bilər:
- •V.I.2.1) İdeya əleyhinə ideoloji fəaliyyət aparılır. O cümlədən:
- •V.I.2.1.1) Neytral tərəflərin, indiyə qədər müdafiəçisi olmuş tərəflərin onun əleyhinə köklənməsinə, qalxmasına çalışılır. Bu məqsədlə:
- •V.I.2.1.2) Deyilən tipli faktlar tapmaq çətindirsə və ya olanlara dəstək məqsədilə, bunlar süni yolla yaradılır. O cümlədən:
- •V.I.2.2.A) Bu məqsədlə sifariş, muzd ödəmə, səlahiyyətlərdən istifadə və s. Kimi metodlardan aktivliklə istifadə edilir.
- •V.I.3) Paralel olaraq sizin özünüz də onun əleyhinə birbaşa fəaliyyət aparırsınız və ya bu tipli fəaliyyətlərdə birbaşa iştirak edirsiniz, o cümlədən:
- •V.2.Cəhdləri necə blokirovkalamalı, əleyhfəaliyyətlərin qarşısını necə almalı
- •V.3.İnqilabları necə formalaşdırmalı, situasiyaları necə dəyişməli
- •V.4.Qüvvələr (şəxsiyyətlər, dövlətlər...) əleyhinə fəaliyyətlər
- •V.5.Rəqib cəbhəsi daxilinə necə iğtişaş salmalı
- •Təzyiq taktikaları ilə əlaqədar bir sıra nüanslar
- •Qarabağ müharibəsi ilə əlaqədar bəzi çıxarışlar
- •2) Bu problemin siyasi yolla həllinin iki variantı mümkündür:
- •Ədəbiyyat siyahısı
- •1) Rəqəmlərin hərflərə «tərcümə» edilməsi metodu:
- •2) Rəqəmlərin obrazlara «tərcümə» edilməsi metodu:
- •3) Rəqəmlərin cümlələrə «tərcümə» edilməsi metodları:
4) Hissiyyatın xüsusiyyətindən doğan xətalar:
— İnsan ətraf dünya ilə beş əsas və iyirmiyə yaxın köməkçi hiss kanalları vasitəsilə rabitə saxlayırsa da, bu hələ ətraf dünyanın bütün növ siqnallarını hiss etmək, qəbul etmək üçün kafi deyil, məs., qaranlıq vaxtı insanın ətraf dünya ilə vizual kanal (yəni görmə) vasitəsilə rabitəsi blokirovkalanır;
— Bu beş əsas və iyirmiyə yaxın köməkçi hiss kanallarının özü də konkret diapazon hüdudunda fəaliyyət göstərib, profilinə uyğun siqnalların bu diapazondan kənar spektrlərinə reaksiya verə bilmir: məs., quşlar – ultrabənövşəyi, ilanlar – infraqırmızı işığı, yapalaq – ultrasəsi və s. duya bildiyi halda, insan üçün bunlar əbədi olaraq transsensor olaraq qalır (insan məhz bu səbəbdən, özünün hiss diapazonunu artırmaq üçün köməkçi priborları icad edib).
5) İdrak deşifratorunun xüsusiyyətlərindən doğan xətalar:
— Baş-beynin siqnal deşifrəsi ilə məşğul olan mərkəzləri həmin bu, dağınıq və rabitəsiz empirik materialları, impulsları holoqrafik prinsip üzrə sinxronlaşdıraraq, onlardan ətraf dünyanın, onda baş verən hadisələrin, onda özünün yerinin və s. dinamik və daim dəyişən neyron obrazını, surətini, modelini, şəklini konstruksiya etdirir;
— Təfəkkürün fəaliyyətinə, bundan əlavə, eyni zamanda, genetik informasiyalar və toplanmış təcrübələr də təsir göstərir ki, bütün bunların nəticəsində, hər kəs özünün həyata fərdi baxışını, individual münasibətini formalaşdırır və hər kəs unikal, bənzərsiz bir dünyaya çevrilir;
Təsadüfi deyil ki, Platon həyatı – ağzıbağlı bir mağaraya, insanlarısa – onun içərisinə salınmış məhbuslara bənzədib bildirirdi ki, necə ki, həmin məhbuslar bayırdakı hadisələr barədə dar dəliklərdən düşən kölgələri uzlaşdırmaqla nəticə çıxarırlar, eləcə də, insan, nəhəng dünya barədə öz dar hissiyyat və ağıl pəncərəsindən ala bildiyi dağınıq siqnallar əsasında oriyentasiya müəyyənləşdirməyə cəhd edir – hansı ki, hər an bu pəncərədən kənarda insan üçün əbədi qaranlıq qalan nə qədər faktlar və hadisələr yaranıb, itir.
Eynilə məhz həmin bu səbəblərdən, empiriokratizm və ona yaxın olan fəlsəfi cərəyanlar elm tarixində metametod səviyyəsinə qalxa bilmədilər.
IV.2.2.1.Nümayiş manipulyasiyaları
Yalan – qarşılıqlı qavrama zamanı tərəflərdən biri digərinin məntiqi analiz qabiliyyətini zəiflətmək, sarsıtmaq və ya azdırmaq məqsədilə istifadə etdiyi ünsiyyət fəndidir. Yalan – əsasən gerçəkliyin gizlədilməsi, təhrifi və ya yarımçıq təqdimi kimi formalarından ibarət olub, insanların öz maraqlarını təmin etdirmək və ya qorumaq məqsədi ilə istifadə etdikləri bir növ xüsusi ‘‘intellektual virus’’dur ki, bunun nəticəsində qarşı tərəfin fikir apparatı dolaşır. Psixi sindrom kimi, təsir qüvvəsi – qarşı tərəfin ‘‘intellektual immun qabiliyyəti’’nin zəiflik dərəcəsindən (müzakirə olunan məsələdə məlumatının azlığından, məntiqi təfəkkürünün zəif inkişafından və s.) birbaşa asılıdır.
əvvəlki bölmədə sadalananlar insanın ətraf dünyanı obyektiv görməsinə və deməli, həyat labirintində oriyentasiya müəyyənləşdirməsinə mane olan real fiziki faktorlar kompleksi idi. Canlılar aləmi bu mozaikanı məqsədli təşkil edilmiş daha yüzlərlə manipulyasiya fəndləri ilə zənginləşdirir ki, ümumi olaraq bu cəmi saxtakarlıq variantlarını insanın hiss kanallarının növləri üzrə qruplaşdıraraq, aşağıdakı kimi təsnif etmək mümkündür:
Vizual yalan (vizual dezinformasiya): Saxta görüntülər vasitəsilə mahiyyətin təhrifi üsuludur. Tipik nümunəsi buqələmun (xameleon) dur ki, onun vasitəsilə təbiət bir başqa nümayəndələrini aldadır. Ümumi olaraq isə bu kateqoriyadan olan saxtakarlıq hallarına nümunə ola bilər:
a) İşığın və ya mühitin xassələrindən doğan hər cür optik anomaliyalar, məs., atmosferin linza və prizma effektlərinin nəticəsi olan ilğım, sərab, göy qurşağı və b. kimi;
b) Simulyasiyalar: mimika, jest, poza və maneralarla edilən manipulyasiyalar, o cümlədən, məs., siyasətçilərin hansı vəziyyətə düşürlər-düşsünlər, yenə də özlərini daim üzügülər, məğrur və arxayın göstərmələri və s.;
c) Sosial maskalar: Parik və kosmetika (makiyaj); protezlər (şikəstliyi maskalamaq funksiyasında); kosmetik müalicə; kosmetik bərpa və təmir; əşyaları qızıl, yaxud gümüş suyuna çəkmə; maska taxma; moda; foto və video-montajlar; pardaxlama; rəngləmə; maketlər (modellər); manekenlər; və s.;
d) Xəttin, imzanın möhür-ştampın saxtalaşdırılması;
e) Kaleydoskop illüziyaları; holoqrafiya illüziyaları; müxtəlif psixoloji (vizual) illüziyalar və s.;
f) Hərbi sferada vizual yalandan hərbi qüvvənin, silah və sursat anbarlarının, kommunikasiya və enerji bloklarının, rezidensiyaların və digər strateji əhəmiyyətli obyektlərin yerini, sayını, formasını, əlamətini və s. rəqibdən gizli saxlamaq, onun bu sahədə oriyentasiyasını azdırmaq və s. məqsədləri üçün istifadə olunur. Məs., hərbi texnikanın, digər bir sıra obyektlərin yerini gizli saxlamaq üçün meşə və ya çəmənlikdə onun üstünə ağac budaqları və yarpaq formalı xüsusi hərbi tor örtülür; Səngərin, dislokasiya yerinin, canlı qüvvənin yerinin və b. gizli saxlamaq üçün buralarda gündüzlər tüstü, gecələrsə işıq verə biləcək aksiyalar qadağan edilir (məs., siqaret yandırmaq və çəkmək kimi adi aksiyalar); Rəqibin nəzərləri müxtəlif maketlərlə aldadılır (məs., Körfəz müharibəsi zamanı Səddam Hüseyn bu cür yalançı hərbi baza maketləri ilə müttəfiq qüvvələrini çaşdırıb, bölgəyə yığdıqları qüvvələrinin böyük bir qismini hərbi baza hesab etdikləri bu yalançı maketlərin dağıdılmasına sərf etdikləri yaxın tarixdən məlumdur – hansının ki, nəticəsində müharibədən dərhal sonra ABŞ MKİ-nin rəhbəri vəzifəsindən azad edildi); ekstremal situasiyalarda texnika və canlı qüvvəni, digər zəruri obyekti təqibdən yayındırmaq üçün tüstüburaxan şaşkalardan istifadə edilir; Güc nümayişi məqsədinə xidmət edən müxtəlif aksiyalar həyata keçirilir (məs., hərbi parad və sərhəd yaxınlığında təlim keçmə kimi); Texnika görüntüsü imitasiya etdirilir (məs., haradasa böyük bir qüvvə toplandığı təsəvvürü yaratmaq üçün orada rəqib cəbhəsindən yaxşı müşahidə edilən hündür bir keçiddən gecə vaxtı eyni bir avtomobili işıqları yanılı vəziyyətdə 50-100 dəfə fırladıb keçirməklə və ya bu cür yerdə məftildən asılmış iki avtomobil farasını vaxtaşırı akkumlyatora qoşub-açmaqla bu əraziyə böyük bir avtomobil, texnika karvanı gəldiyi qənaəti yaradılır) və s. (Müharibədə psixoloji metodların konkret tətbiqi ilə əlaqədar əlavə olaraq bax: burada, səhifə 52, 52, 52, 52, 52, 52-52, 52, 52 və s.‑ə)
Vokal (audio) yalan (vokal dezinformasiya): Səslərin saxtalaşdırılması yolu ilə oriyentasiyanın azdırılması halıdır. əsasən aşağıdakı variantları fərqləndirilə bilər:
a) Səsin və mühitin xassələrindən doğan saxtalıqlar: məs., əks-səda, «Doppler effekti» (nisbi hərəkətin səs tezliyinə təsir etməsi) və s.;
b) Avtomat və tapançaların lüləsinə, avtomobillərin tüstüburaxanlarına onların səsini batırmaq üçün bağlanan xüsusi «səsboğucular»; nəhəng konsert zallarının divarlarına xüsusi səs effekti yaratmaq, mahnıların səslənmə keyfiyyətini artırmaq üçün vurulan xüsusi membranlar; ruporlar; audio maqnitofonlar; müxtəlif musiqi alətləri və b. bu kateqoriyadandır;
c) Müxtəlif səslərin təqlid və ya improvizəsi; kimin səsi iləsə kiməsə nəyisə çatdırmaq; müxtəlif nitq çalarları (para-və ekstra-linqvistik elementlər, intonasiya və s.) ilə edilən simulyasiya və dissimulyasiyalar (məs., siyasətçilərin öz səsinə həmişə ötkəm və təmkin çaları verməsi); və s.;
d) Hərbi sferada bundan rəqibin oriyentasiyasını azdırmaq məqsədilə istifadə olunur. O cümlədən, məs., öz qoşunlarının həqiqi dislokasiya yerini maskalamaq, onların bir başqa istiqamətdə yerləşdirildiyini imitasiya etdirmək, burada müdafiənin güclü olduğu təsəvvürü yaratmaq və s. üçün – düşmən cəbhəsinə yaxın ayrı-ayrı bölgələrdə səsgücləndiricilər vasitəsilə maqnitofon lentinə yazılmış texnika səsi yayılır; düşmən cəbhəsində mühasirə təsəvvürü, panika vəziyyəti yaratmaq üçün – güclü atışma səsi yazılmış eyni mexanizm düşmən arxasına atılır; yeni növlü silaha maliklik təsəvvürü yaratmaq üçün – əcaib səsli qurğulardan istifadə edilir (Nümunə üçün, məs., yəqin çox az adam bilir ki, məşhur «Katyuşanın» həmin o tükürpədici səsi onun mühərrikinin yox, üzərinə vahimə törətmək məqsədilə əlavə edilmiş xüsusi sirenanın səsi idi. Bundan əlavə, Qarabağ müharibəsinin ilk illərində Sovet Hakimiyyətinin göstərişi ilə azərbaycanlılardan, hətta adi ov tüfənginin də yığıldığı dövrlərdə, əliyalın yerli kənd əhalisi ermənilərdən aşağıdakı mexanizmli qurğu vasitəsilə müdafiə olunurmuş: adi traktor və ya avtomobil mühərrikini söküb silindrinin qapaq və çarxqolu-sürgüqolu mexanizmini çıxarır, silindrə barıt və kükürd doldurub porşeni öz yerinə salaraq gözləyirmişlər. Ermənilərin hücumu zamanı bunlar bir-bir yandırıldıqca porşenin sürətlə silindrdən çıxıb havaya uçması, əcaib səs yaradırmış ki, bu da ermənilərdə azərbaycanlıların ağır artilleriyaya malikliyi təsəvvürü oyadıb, onların azğınlığının qarşısını az da olsa ala bilirmiş) və s. (Müharibədə psixoloji metodların konkret tətbiqi ilə əlaqədar əlavə olaraq bax: burada, səhifə Error: Reference source not found, 52, 52, 52, 52, 52-52, 52, 52 və s.‑ə)
Aromat manipulyasiyaları (aromat dezinformasiyaları): ətir manipulyasiyaları ilə oriyentasiyanın azdırılması fəndləridir. İnsan həyatında iybilmə digər bir sıra canlılarla (məs., kəpənəklər, itlər və s.-lə) müqayisədə o qədər də aparıcı mövqedə olmasa da, hər halda, insanlar bir-biri ilə, bir-birinin davranış və düşüncəsi ilə məhz bu kanalla da, az da olsa, çoxdan bəri manipulyasiyalar aparırlar – parfümeriya, qida aromatizatorları və b. bu məqsədin məhsullarındandır. əvəzində isə insanlar, iybilmə hissiyyatı dominant olan heyvanları bu xətlə aldatmağın çoxsaylı variantlarını axtarıb tapıblar. Bunun tipik nümunəsi müxtəlif tələlərdir ki, burada insanlar ət, yağ və s. ətri yayan predmetlər qoymaqla həşəratları, quş və heyvanları cəlb edib ələ keçirir və ya məhv edirlər (Nümunə üçün, məs., həşəratlar üçün tavandan və ya digər yerlərdən asılan iyli şirə-yapışqanlar yəqin çoxlarına məlumdur. Siçanlar üçün, bu baxımdan, günəbaxan yağının ətri xüsusi cəlbedici vasitə kimi istifadə olunur və s.).
Hərbi xidmətdə kəşfiyyata və ya əsirlikdən qurtulmağa kömək edən instruktajlardan biri də belədir: Kəşfiyyatçının və ya əsirlikdən qaçanın həmin anda ən böyük düşməni kənd itləri və ya xüsusi təlim keçən axtarış itləridir, çünki onlar ətraf dünyada oriyentasiyanı səsə və ya görünməyə görə deyil, məhz iybilməyə görə müəyyənləşdirdiyindən, onlardan barmağının ucunda gəzmək və ya qaranlığa qısılmaqla, yaxud görkəminin dəyişməklə də qurtulmaq mümkün deyil. Onların nəzərindən yayınmaq üçün öz ətrini, hətta mümkündürsə, bütövlükdə öz insan ətrini dəyişmək lazımdır. İnstruktajda öz paltarını bütövlükdə mal-qoyun peyinliyində bulaşdırmaq tövsiyyə olunur (nə qədər qeyri-estetik olsa da) – hər halda, belə vəziyyətdə ölməyib sağ qalmaq istəyənlər üçün;
Dequstral yalan (dequstral dezinformasiyalar): Dad manipulyasiyaları ilə oriyentasiyanın azdırılması halıdır. Dadbilmə hissiyyatı insanın həyatında görmə və eşitmə səviyyəsində böyük əhəmiyyət kəsb etməsə də, hər halda, orqanizmin ehtiyac hiss etdiyi, vitaminlər, zülallar, turşular və s.-lə zəngin olan təamları tapmaq, yaxud orqanizm üçün ziyanlı, zəhərli və s. təamları fərqləndirə bilmək üçün bu kanal əhəmiyyətli oriyentirdir. Lakin eyni zamanda, aldadılması asan olan oriyentirdir: Məs., adətən tibbdə acı həblərə qarşı dad reaksiyasını neytrallaşdırmaq üçün onların şirin təbəqələrlə örtülməsi; kimisə mərgümüşlə (arsen və ya mışyakla) zəhərləyərkən bunun sarımsaqla yeyilən təama qarışdırılaraq ona verilməsi (mərgmüş sarımsaqla eyni dad verir) və b. bu qəbildəndir;
Digər tipli yalanlar (dezinformasiyalar): Bunlar 5 əsas hiss orqanları vasitəsilə aparılan müşahidə ilə əlaqədar süni və ya təbii olaraq baş verən manipulyasiya halları idi. Bundan əlavə, 20-yə yaxın köməkçi hiss orqanları ilə əlaqədar da belə halların təbii və ya süni şəkildə baş verməsinə nümunələr çoxsaylıdır.
Bura qədər sadalananlar insanın ətraf dünyadan aldığı, yəni idrakaqədərki siqnalların saxtalığından doğan manipulyasiya halları idi. Bu siqnalların ikinci mərhələ saxtalaşması – onların hiss dilindən məntiq dilinə «tərcümə» olduğu aktda baş verir, yəni idrak deşifratorunun öz xüsusiyyətlərindən törəyir.
