- •İ.Ə.Seyidov
- •I фясил. Davraniş Və düşünCəLəRin determinasiya mexanizmi baRəDə
- •I.1.Motivlər barədə mövcud nəzəriyyələr
- •I.1.1.Psixoanaliz nəzəriyyəsi
- •I.1.2.Analitik psixologiya
- •I.1.3.İndividual psixologiya
- •I.1.4.Biheviorial-təlim cərəyanı
- •I.1.5.Humanist psixologiya
- •I.1.6.Evolyusionizm
- •I.1.7.Sinergetika
- •I.1.8.Fдlakдt nдzдriyyдsi
- •I.2.Motivlər barədə bizim qənaətimiz
- •I.2.1.Genetik (irsi) amillər
- •I.2.1.1.Psixoloji universalilər:
- •I.2.1.1.1.Fizioloji universalilər:
- •I.2.1.1.2.Emosional universalilər:
- •I.2.1.1.3.İntellektual universalilər:
- •I.2.1.1.4.İradi universalilər:
- •I.2.1.2.Psixoloji tələbatlar
- •I.2.1.2.1.Fizioloji tələbatlar:
- •I.2.1.2.2.Emosional tələbatlar:
- •I.2.1.2.3.İntellektual tələbatlar:
- •I.2.1.2.4.İradi tələbatlar:
- •I.2.2.Təbiət amilləri
- •I.2.2.1.Bürclərin təsirləri
- •I.2.2.2.Coğrafi faktorlar
- •I.2.3.Sosial amillər
- •I.2.3.1.Lokal sosial determinantlar
- •I.2.3.2.Qlobal sosial determinantlar
- •I.2.3.3.Sosial qrupların tipləri
- •I.2.3.4.Bəzi sosial qrupların psixologiyası
- •I.2.3.4.1.Qadın və kişi psixologiyası
- •2) Sosial dominantliq
- •3) Aqressivlik
- •4) Seksualliq
- •I.2.3.4.2.Millətlərin psixologiyası
- •İndividualist kollektivist mədəniyyətdə olarkən
- •I.2.3.5.1.Komplekslər
- •I.2.3.5.2.Biogen faktorlar
- •II фясил. KəŞfiyyat: İnsanların fikirlərini necə «oxumalı», onları necə tanımalı
- •II.1.Şəxsiyyətin psixoloji portreti
- •II.1.1.Şəxsiyyətin individual xarakteristikaları (Konkret fərdlərə xas olan psixi əlamətlər)
- •II.1.1.1.Şəxsiyyətin fizioloji (vital) xarakteristikası
- •II.1.1.2.Şəxsiyyətin emosional (psixomotor) xarakteristikası.
- •II.1.1.3.Şəxsiyyətin intellektual (koqnitiv) xarakteristikası.
- •II.1.1.4.Şəxsiyyətin iradi (evokativ) xarakteristikası.
- •II.1.2.Şəxsiyyətin relyativistik xarakteristikaları
- •II.2.Şəxsiyyətin tədqiq üsulları
- •II.2.1.Diaxronik tədqiq üsulu
- •II.2.2.Sinxronik tədqiq üsulu
- •II.2.2.1.Müşahidə
- •II.2.2.2.Eksperiment
- •II.2.2.2.1.Sərbəst assosiasiya metodu
- •II.2.2.2.2.Mübahisə metodu
- •II.2.2.2.3.Sınaq-səhv metodu
- •II.2.2.2.4.Statistik intensivlik metodu
- •II.2.2.2.5.Eyham metodu
- •II.2.2.2.6.Həqiqəti təhrif metodu:
- •II.2.2.2.7.Sorğu metodu
- •II.2.2.2.7.1.Faktın müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:
- •II.2.2.2.7.2.Əlamət və münasibətin müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:
- •III фясил. Bir sira taktiki RəFtar Və ünsiyYəT FəNdLəRi
- •III.1.Necə tanış olmalı?
- •MəHəBBəTin psixologiyasi
- •III.2.Söhbət qaydaları
- •III.2.1.Riskli fikirləri necə ifadə etməli?
- •III.2.2.Tənqid (irad) qaydaları
- •III.2.3.Etiraz, imtina qaydaları
- •III.2.4.Mövzudan məharətlə yayınmaq qaydaları
- •III.2.5.Cavabdan diplomatikcəsinə necə yayınmalı
- •III.2.6.Mövcud münasibəti qoruyub saxlamağa və daha da inkişaf etdirməyə imkan verən qaydalar
- •III.2.7.Mahir həmsöhbət ola bilmək qaydaları
- •III.2.8.Mahir dinləyici ola bilmək qaydaları
- •IV фясил. Ataka: insanlara neCə TəSir gösTəRMəLi
- •IV.1.Psixoloji təsirlərin formaları
- •V.I.Lenin
- •IV.1.2.Təşviqat
- •IV.2.Psixoloji təsirlərin metodları
- •IV.2.1.Təlqin: İnsanları ayıqkən necə hipnoz etməli
- •IV.2.1.1.Avtoritet və etimada əsaslanan təlqin
- •IV.2.1.2.Qarşı tərəfin zəifliklərindən istifadə yolu ilə həyata keçirilən təlqin
- •IV.2.1.3.Situativ faktorlara istinadən həyata keçirilən təlqin
- •IV.2.1.4.Təlqin materialının məzmunu faktoru
- •IV.2.1.5.Təlqin texnikası faktoru
- •7) «İnformasiyanın periferiyadan verilməsi» ilə aparılan təlqin
- •8) Pilləli təlqin:
- •IV.2.2.İnandırma, aldatma və dezinformasiya metodları
- •1) Obyektin siqnalda şifrələnməsi aktında:
- •2) Siqnalın xarakterindən doğan xətalar:
- •4) Hissiyyatın xüsusiyyətindən doğan xətalar:
- •5) İdrak deşifratorunun xüsusiyyətlərindən doğan xətalar:
- •IV.2.2.1.Nümayiş manipulyasiyaları
- •IV.2.2.2.Təsvir manipulyasiyaları
- •IV.2.2.3.İzah manipulyasiyaları
- •IV.2.2.4.Arqumentasiya manipulyasiyaları
- •IV.2.3.Sanksiya
- •1) Fizioloji tələbatlarla manipulyasiya:
- •2) Emosional tələbatlarla manipulyasiya:
- •3) İntellektual tələbatlarla manipulyasiya:
- •4) İradi tələbatlarla manipulyasiya:
- •IV.2.3.1.Müsbət sanksiyalar
- •IV.2.3.2.Mənfi sanksiyalar
- •IV.2.3.2.1.Psixi diversiya
- •IV.2.3.2.2.Siyasi-inzibati diversiya
- •IV.2.3.2.3.İqtisadi diversiya
- •IV.2.3.2.4.Hüquqi diversiya
- •IV.2.3.2.5.Texniki diversiya
- •İşə düşmə mexanizminə görə viruslar:
- •1) Proqramın özü ilə əməliyyatlar
- •1.A) Makrokomanda (wb (WordBasic) və ya vba (Visual Basic for Application) dilində olan komandalar) əməliyyatları
- •1.B) Prosedura (vəhdətdə icra olunan məntiqi ardıcıl makro-komandalar) əməliyyatları
- •1.C) Makros (proseduralar toplusu və ya operatorun komandası, yaxud da hansısa hadisənin təsiri ilə işə düşən vba-nın proqram kodu) əməliyyatları:
- •1.D) Modul (dəyişən və prosedura mətnlərinin toplusu) əməliyyatları:
- •1.E) Fayl əməliyyatları
- •2) Proqramdaxili digər komandalar
- •IV.2.3.2.6.Hərbi (fiziki) təzyiq
- •IV.2.3.2.6.1.Psixotron silahlar
- •IV.2.3.2.6.2.Psixotrop preparatlar
- •IV.2.3.2.6.3.Partlayıcı maddələr (eksplozivlər):
- •IV.2.3.2.6.4.Kimyəvi silahlar
- •IV.2.3.2.6.5.Bioloji (bakterioloji) silahlar
- •IV.2.3.2.6.6.Tektonik silahlar
- •IV.2.3.2.6.7.Genetik silahlar
- •IV.2.3.2.6.8.Zoo – silahlar
- •IV.2.3.2.6.9.«Humanist» adlandırılan müasir bəzi silah növləri
- •IV.2.4.Cadu, tilsim, ekstrassensorika
- •IV.2.4.1.CaduGəRliyin tarixi
- •IV.2.4.2.CaduGəRliyin növLəRi Və mexanizmi
- •IV.2.4.2.1.Tilsim
- •IV.2.4.2.2.Hipnoz:
- •IV.2.4.2.3.Kontaktsız müalicə:
- •IV.2.4.2.4.Telekinez:
- •IV.2.4.2.5.Levitasiya:
- •IV.2.4.2.6.Sensitivistlik:
- •IV.2.4.2.7.Teleportasiya:
- •IV.2.4.2.8.Maddiləşmə-ərimə:
- •IV.2.4.2.9.Spiritizm:
- •IV.2.4.2.10.Zombiləşdirmə:
- •IV.2.4.2.11.Falçılıq (bəsirət, mantika, gələcəkgörmə)
- •IV.2.4.3.Sirli bilikLəRin MəNŞəYi
- •IV.2.4.3.1.İtmiş sivilizasiyalar barədə
- •IV.2.4.3.2.Yerdənkənar sivilizasiyalar barədə
- •V фясил. Virtual mühariBə metodlari
- •Davranış və düşüncələrin neyrostrateji proqramlaşdırılması metodu («Atom bombasına qarşı psixoloji bomba»)
- •V.1.İdeyaları necə iflasa uğratmalı, ideologiyaları necə neytrallaşdırmalı
- •İdeya əleyhinə Sizin istifadə edə biləcəyiniz deyilən tipli elementlər kateqoriyasına qismən aid ola bilər:
- •V.I.2.1) İdeya əleyhinə ideoloji fəaliyyət aparılır. O cümlədən:
- •V.I.2.1.1) Neytral tərəflərin, indiyə qədər müdafiəçisi olmuş tərəflərin onun əleyhinə köklənməsinə, qalxmasına çalışılır. Bu məqsədlə:
- •V.I.2.1.2) Deyilən tipli faktlar tapmaq çətindirsə və ya olanlara dəstək məqsədilə, bunlar süni yolla yaradılır. O cümlədən:
- •V.I.2.2.A) Bu məqsədlə sifariş, muzd ödəmə, səlahiyyətlərdən istifadə və s. Kimi metodlardan aktivliklə istifadə edilir.
- •V.I.3) Paralel olaraq sizin özünüz də onun əleyhinə birbaşa fəaliyyət aparırsınız və ya bu tipli fəaliyyətlərdə birbaşa iştirak edirsiniz, o cümlədən:
- •V.2.Cəhdləri necə blokirovkalamalı, əleyhfəaliyyətlərin qarşısını necə almalı
- •V.3.İnqilabları necə formalaşdırmalı, situasiyaları necə dəyişməli
- •V.4.Qüvvələr (şəxsiyyətlər, dövlətlər...) əleyhinə fəaliyyətlər
- •V.5.Rəqib cəbhəsi daxilinə necə iğtişaş salmalı
- •Təzyiq taktikaları ilə əlaqədar bir sıra nüanslar
- •Qarabağ müharibəsi ilə əlaqədar bəzi çıxarışlar
- •2) Bu problemin siyasi yolla həllinin iki variantı mümkündür:
- •Ədəbiyyat siyahısı
- •1) Rəqəmlərin hərflərə «tərcümə» edilməsi metodu:
- •2) Rəqəmlərin obrazlara «tərcümə» edilməsi metodu:
- •3) Rəqəmlərin cümlələrə «tərcümə» edilməsi metodları:
8) Pilləli təlqin:
Təlqinə imkan verən daha bir metod – lazımi komandanı subyektə bütövlükdə deyil müəyyən porsiyalarla, hissə-hissə, tədriclə diqtə etməkdir (əlavə olaraq bax: «Riskli fikirləri necə ifadə etməli?» bəhsində, sonuncu metoda. [burada, səh. 34]).
Məqsədinizi birdən-birə kompleks variantda ortaya qoymaq, tərəfdaşı hürküdüb, onu qətiyyətlə müdafiəyə köklədiyi və müqavimətə vadar etdiyi halda, əksinə, pillə-pillə irəliləmək, tərəfdaşa adaptasiya üçün möhlət verir və onun «ustanovka»larını, stereotiplərini addım-addım qırır. Kiçicik güzəştləri özü üçün qeyri-məqbul hesab etməyən tərəfdaş, hansısa situasiyada ona razılaşa bilir. Lakin bu xırda addım, bütövlükdə onun özünə baxışını, münasibətini dəyişir. İndi o, özünü hansısa qəhrəmanlıqlara və ya əclaflıqlara qabil bir şəxs kimi görür. Bu məcburiyyətdən əvvəlsə, həmin şəxs heç cür özünü bu rolda təsəvvür edə bilməzdi. İndi artıq, onun şüuru bu rolu ‘‘həzm edə’’ bildi və bundan sonra digər bu tipli addımlar daha onun üçün «psixoloji baryer» oyatmayacaq. Lakin indi siz ona analoji təklif verməyəcəksiniz. Xeyr. Yenilik müəyyən inkubasiya mərhələsi keçib, onun düşüncələrində müəyyən «ustanovka»lar, stereotiplər şəklində kristallaşdıqdan sonra, qayadan daha bir qəlpə də qoparırsınız. ‘‘Yara’’nın yeri ‘‘sağaldıqdan’’ sonra yenə də və s. Ta ki, məqsəd əldə olunana qədər.
Koreya müharibəsi dövründə bir çox amerikan əsgərləri Çinin əsir düşərgələrinə düşdülər. Müharibədən sonra isə bir amerikan qəzetinin təbirincə deyilsə, «bütün amerikan əsgərlərinin demək olar ki, hamısının əsirlikdə olduqları müddətdə, bu və ya digər formada ABŞ əleyhinə fəaliyyət göstərdikləri, qayıtdıqdan sonra da kommunist ideyalarına sadiq qalıb, ABŞ üçün həqiqi təhlükə törətdikləri» məlum oldu. Dünənə qədər qatı vətənpərvər olan bu əsgərlərin qısa müddət ərzində bu dərəcədə dəyişilib, qatı kommunistə çevrilməsi dərhal hansısa Şərq cadugərliyi, mistika ilə əlaqələndirilməyə başlandı. Lakin müəyyən müddətdən sonra problemə psixoloqların qarışması ilə məsələnin qaranlıq tərəfləri yavaş-yavaş aydınlaşdı. Sən demə, Çin tərəfi onlar üzərində aşağıdakı psixoloji əməliyyatı aparıbmış: İlkin mərhələdə subordinasiya və yayındırıcı təsirlərin neqativ effektini azaltmaq üçün, əsirlər arasından ilk olaraq zabitlər və xüsusi aktivlər seçilib, digər qalanlarından təcrid edilir; İkinci mərhələdə – yerdə qalan əsgərlər arasında müxtəlif formalı amerikanpərəst (çinpərəst yox, amerikanpərəst!) mövzulu oçerklər, müsahibələr üzrə müsabiqələr, istedad yarışları və s. təşkil edilir. Priz isə bir neçə formadan ibarət olur: cüzi ərzaqdan tutmuş, müsabiqə və onun müəllifi barədə radioda xoş söz deyilməsinə, qalib əsərin radioda səsləndirilməsinə, digər əsir düşərgələrinin hamısının divar qəzetlərində çap edilməsinə və s. qədər. Amerikanlar bu işə həvəslə girişirlər, çünki burada özləri, öz vətənləri üçün elə bir ziyanlı heç nə görmürlər, əksinə, bunu özlərinin vətənpərvərlik ruhunu ifadə üçün bir şans kimi qəbul edirlər. Lakin müsabiqələrin hamısının əsas şərtlərindən biri də o olur ki, oçerklər, qəzet və ya radio üçün olan materiallar və s. «obyektiv» olmalıdır, yəni bunlarda ABŞ, onun siyasəti, addımları və s. nə qədər təriflənsə də, formallıq xatirinə də olsa, bunların «müəyyən qüsurlardan xali olmadığı», «ABŞ cəmiyyətinin hələ mükəmməlliyin son pilləsində olmadığı» və s. kimi ümumi frazalardan ibarət etiraflar da edilsin. əsirlər üçün bu, cüzi məsələ idi, çünki burada elə bir təhlükəli məqam yox idi və deyilən təriflərlə müqayisədə bunlar heç nədir. Üstəlik də ki, heç bir dövlətin, quruluşun ideal olmadığı məlum faktdır və burada onun etiraf olunmasının formallıqdan irəli gəldiyini də düşərgədəkilərin hamısı yaxşı bilirdilər. ABŞ barədə uzun-uzadı standart təriflərini, hamının həm də cüzi tənqidlərlə yekunlaşdırması, getdikcə adət halını alıb, hamı tərəfindən norma kimi qəbul edildikdən sonra, getdikcə təklif edilməyə başlandı ki, əsgərlər «ABŞ qüsurlardan da xali deyil» və yaxud «ABŞ rəhbərləri də, hamı kimi, heç də ideal deyillər» tipli fikirlərinə bir qədər aydınlıq gətirsinlər, getdikcə bu da düşüncələrdə özünə yer tutduqdan sonra, təklif edilməyə başlandı ki, ABŞ cəmiyyətində, ABŞ siyasətində, ABŞ rəhbərliyində və s. hamının durub-oturub təkrarladığı, o cümlədən, onun özünün də dediyi həmin o, qüsurlardan, problemlərdən bir neçəsini sadalasın. Paralel olaraq bu müharibədə uşaqların, körpələrin, xəstələrin, qocaların, qadınların və s. təsadüfdən və ya qəsdən öldürülməsinə münasibət bildirməsi təklif olundu. Daha sonra kommunizmin, Çinin xeyrinə formal da olsa «bir iki xoş söz» işlədən oçerklər, məqalələr, müsahibələr və s. qiymətləndirilməyə başlandı və s. Bir sözlə, belə-belə, getdikcə hamı antiamerikan və prokommunizm ruhunda düşünməyə stimullaşdırıldı. Bir-birini təkrarlayan, bayağı amerikanpərəst çıxışlar fonunda, rəngarəng və konkret arqumentli, ciddi analiz formasında olan antiamerikanpərəst və prokommunist məzmunlu çıxışlar norma halını aldı. Üstəlik də, bu məqamlar onların beyninə öz yoldaşlarının, həmvətənlərinin dili ilə yeridildiyindən, faktik olaraq, etiraza da yer qalmırdı. Belə-belə, onlar bu müharibənin kökünü kəsmək üçün nə etmək lazım olması barədə müsabiqələrə, daha sonra əməkdaşlıqlara və s. cəlb olundular ki, nəticədə ABŞ-ı qorxuya salmış, tilsim kimi yozulan həmin o hal meydana çıxdı. Hansı ki, Çin ideoloqları çox səbrlə amerikanların bu cür ideoloji dezoriyentasiyası ilə məşğul olmayıb, elə ilk əvvəldən onlara əməkdaşlıq təklifi versəydilər, bunun nə cür nifrət dolu müqavimət reaksiyası doğuracağını təsəvvürə gətirmək çətin deyil. Deyilən metodla əldə edilən effekti isə sonradan əsirlikdən qayıdan bir amerikan zabitinin öz xatirələrində yazdığı aşağıdakı fikirlər aydın xarakterizə edir: «Biz o məharətdə və o həcmdə rəqib təbliğatına məruz qalmışdıq ki, bütövlükdə nəyin rəqib təbliğatı, nəyin bizim öz fərdi qavrayışımız olduğunu tezliklə bizlərdən çoxumuz ayırd etməkdə çətinlik çəkirdik. Artıq biz son damla qanımıza qədər vuruşmağa və vətən uğrunda ölməyə razı deyildik» (Yeri gəlmişkən, ayrı-ayrı xarici təşkilatların bu gün azərbaycanlı gənclər, tələbələr, aspirantlar, alimlər və s. arasında tez-tez keçirdikləri müxtəlif «istedad müsabiqələrinin», konfransların, mövzu yarışmalarının və s. arxasında belə bir maraq dayanmır ki?);
Tələbatı pillə-pillə artırmaqla 1971-ci ildə Maltanın baş naziri İngiltərədən əhəmiyyətli güzəşt əldə etməyə müvəffəq olmuşdu. Hava və su bazalarının dəyəri ilə bağlı danışıqlarda hər növbəti razılaşmadan sonra Maltanın baş naziri «cüzi bir problemin də qaldığını» bildirib, növbəti şərtini irəli sürürdü. əldə olunan irəliləyişləri, belə xırdaçılıqların səbəbindən pozmamaq xatirinə isə İngiltərə tərəfi xah-naxah güzəştə getməyə məcbur olurdu. Nəhayət, yekunda məlum olur ki, belə xırda-xırda güzəştciklər ümumi hesabda qabaqcadan verilən nəqd 10 milyonlarla funt sterlinq, tərsanə işçilərinin məşğulluğuna qarantiya, kontraktın əbədiliyinə baza yaratmaq və s. kimi məsələlərdən ibarətdir, hansı ki, bunların hamısının qabaqcadan birdəfəliyə ortaya qoyulması İngiltərə tərəfini qorxudub danışıqlardan çəkindirərdi. Qram-qram artırılan tələb isə ümumi itkini nəzərdə böyütməyib, şərtin tədrici qəbulunu asanlaşdırırdı.
Bugünkü gündə bir başqa dövlətin ərazisində yayımlanan xarici radiostansiyaların çoxu bu fənddən aktiv istifadə edir. Belə ki, hansısa cəmiyyətdə intişar tapması məsləhət bilinən bir fikir, həmin cəmiyyətin (dövlətin) özünün ayrı-ayrı mətbu orqanlarını izləməklə onlardan axtarılır-tapılır, seçilib xüsusi koloritlə verilişlərdə səsləndirilir və müəllifin «siyasi erudisiyası», «yüksək savadı», yazının, fikrin dərin məzmunu əlahiddə vurğulandırılır. Təbii ki, xarici «ekspertlərin» bu cür «rəyini» almaq, bununla öz redaksiyasında, jurnalist həmkarları və dost-tanışları, qohumları arasında xüsusi status qazanmaq, onların yanında öz savadlılığını intellektual yetkinliyini təsdiqləmək və s. naminə bir başqa müxbirlər də, başqa problemləri bir tərəfə tullayıb, kütləvi şəkildə bu mövzuya girişirlər ki, bununla da cəmiyyətin beyni yer-yerdən bu fikirlə doldurulur, düşüncəsi hər cür yoluxdurulur.
Məhz həmin səbəbdən, bəzi adamlar vəzifəsi artanda dostlarını dəyişir, var-dövləti artanda arvadını. Çünki artıq onun özü barəsində təsəvvürü əvvəlkindən kəskin fərqlənmiş olur.
Və s...
Kafi əsaslılıq – hələ fikrin avtomatik olaraq inandırıcı olması demək deyil. İnandırıcılıq – böyük əksər hallarda, təsir obyektinin «ustanovka»larından, inamlarından, maraqlarından, tələbatlarından, onun düşüncə tərzindən, milli psixologiyasının xüsusiyyətlərindən və s. asılı olan bir prosesdir və bunları nəzərə almadan kiməsə nəyisə qəbul etdirmək qeyri-mümkündür.
