Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Diplomatik psixologiya.doc
Скачиваний:
0
Добавлен:
01.07.2025
Размер:
2.18 Mб
Скачать

IV.2.1.2.Qarşı tərəfin zəifliklərindən istifadə yolu ilə həyata keçirilən təlqin

Təsirgöstərilən şəxsin (suggerandın) fərdi keyfiyyətləri faktoru:

Təlqin prosesində rolu olan faktorlardan ikincisi – təlqinolunan şəxsin (auditoriyanın, resieptin və s.) kimliyi məsələsidir. Yəni bir adam təlqinə çox asanlıqla düşsə də, digəri çətinliklə düşə bilər. Buna görə də, bu faktoru da nəzərə almaq burada zəruri məqamlardandır.

Ümumi olaraq, yaxşı təlqin oluna bilən fərdlərin başlıca əlamətləri aşağıdakılardır, başqa sözlə, bu əlamətlərə malik şəxslər təlqinə daha tez düşürlər:

a) Fizioloji cəhətdən – ağdərili, mavigözlü, sarışın saçlı (qızılaçalan sarışın yox) adamlar;

b) Emosional baxımdan – tez küsən, tez mütəəssir olan, tez heyrətlənən, tez sevinib-kədərlənən, utancaq, qorxaq, həyəcanlı, təsirgöstərən şəxsin qarşısında qorxu, həya, həyəcan və s. hissi keçirən adamlar;

c) İntellektual baxımdan – az savadlı və az təcrübəli, yaxud elmin humanitar sahələrinə meylli adamlar, eləcə də, verilmiş məsələ üzrə aşağı kompetentlik dərəcəsi olan şəxslər;

d) İradi baxımdan – daim itaət altında yaşamış, müstəqillik ruhu qırılmış («kölə psixologiyasına» vərdiş etmiş), özünə inamsız, aşağı özünüqiymətləndirmə hissinə malik, bədbin, özünü gərəksiz hesab edən, psixi tempin yavaş tipinə mənsub, təsirgöstərən şəxsin təsiri altına bundan əvvəl də düşmüş adamlar və b.;

e) Sosial baxımdan – aşağı sosial statusu olan şəxslər və b. təsirlərə, əsasən müqavimətsiz düşürlər;

Bunlar təlqinə daha tez düşən ayrıca fərdlərin ümumi əlamətləri idi. Cəmiyyət daxilində daha yaxşı təlqin obyekti olan sosial qruplara aşağıdakılar aiddir:

Mülki sferada daha yaxşı təlqin oluna bilən və ya təlqin obyekti ola bilən kateqoriyaya aiddir: özünün hüquqi, iqtisadi, sosial vəziyyətindən narazı olan qruplar, klanlar, təbəqələr, şəxslər, o cümlədən, vəzifəsindən getdiyinə görə incik qalanlar, siyasi və ya iqtisadi iflasa uğramış şəxslər, seçkidə uduzmuş şəxslər, məhbuslar, xəstələr və b.; həmçinin pasifistlər, nihilistlər, dissidentlər, bir sıra dini qruplar, əhalinin kasıb təbəqəsi, tələbələr və b. istənilən ölkənin təlqinəhəssas kateqoriyasını təşkil edirlər. Xarici qüvvələr və müxalifət əhalinin əsasən bu kateqoriyaları ilə iş aparıb, təbliğat üçün hədəf seçirlər;

Hərbi sferada daha yaxşı təlqin oluna bilən və ya təlqin obyekti ola bilən kateqoriyaya aiddir: Yeni formalaşmış və ya ehtiyatda olan hissələrin hərbi xidmətçiləri; mühasirəyə düşmüş hərbi xidmətçilər; hərbi əməliyyatlar zamanı böyük itki vermiş hissələrin şəxsi heyəti; hökumətin siyasi kursundan və ölkəni müharibəyə gətirib çıxarmasından narazı olan hərbi xidmətçilər; başqaları ilə müqayisədə nisbətən pis maddi-məişət təchizatı olan hissələrin hərbi xidmətçiləri; aralarında sosial, milli, dini və s. konfliktlərin qeydə alındığı bölmələr; rəqibin milli azlıqdan olan əsgər və zabitləri; və b. (Müharibədə psixoloji metodların konkret tətbiqi ilə əlaqədar əlavə olaraq bax: burada, səhifə 52, 52, 52, 52, 52, 52-52, 52, 52 və s.-ə)

IV.2.1.3.Situativ faktorlara istinadən həyata keçirilən təlqin

Təlqin prosesində rolu olan nüanslardan daha birisi – əlverişli situasiya faktorudur. Yəni situasiyadan asılı olaraq ayrıca fərd və ya toplumların təlqinəhəssaslıq qabiliyyəti kəskin dəyişir ki, bu da digər faktorların stabilliyi şəraitində təlqinin nəticəsinə əhəmiyyətli təsir göstərə bilir. Bu baxımdan, kiməsə nəyisə təlqin edə bilmək üçün münasib vaxt seçə bilmək və ya qarşı tərəfin təlqinəhəssaslığını artıran atmosferi süni şəkildə formalaşdıra bilmək üçün, kütlə və ya ayrıca individlərin təlqinəhəssaslığını artıran situasiyaların xarakterindən xəbərdar olmaq çox zəruri faktordur. Belə amillərin bir qismi isə aşağıdakılardır.

Müxtəlif elmi cərəyanlarda «ikinci siqnal sistemi», «intellekt», «məntiqi təfəkkür», «mücərrəd idrak» və s. kimi terminlərlə adlandırılan, özünün tənqidi-rasional funksiyası ilə orqanizmin bir növ keşikçisi, qoruyucusu, «senzurası» vəzifəsini daşıyan şüur – insanın fiziki, emosional, intellektual və iradi durumunun yalnız müəyyən diapazonu hüdudunda fəaliyyət göstərib, bundan bütün kənaraçıxma hallarında öz funksiyasını dayandırır. Hipnoz, məhz insanı bu diapazon hüdudundan kənara çıxarmaq funksiyası daşıyır, lakin bu məqsədli yeganə vasitə deyil. Liderlər həmin bu alternativ vasitələrdən xəbərdar olmaları səbəbindəndir ki, insanları özlərinin də xəbəri olmadan ayıq vaxtı «hipnoz» vəziyyətinə gətirir, onları öz iradələrinin əsirinə çevirib, bir «zombi» kimi məqsədlərinin realizəsində istifadə edə bilirlər.

Gündəlik həyatda insan çox tez-tez elə situasiyalarla rastlaşır ki, burada o, şüurun təsirindən tam kənar vəziyyətə düşür və bütün fəaliyyəti qeyri-iradi, qeyri-şüuri şəkildə baş verir, məsələn, şok, özünüitirmə və s. hallarında. Bu zaman ekstremal situasiyaya cavabən, ani olaraq orqanizmin bütün potensial müqavimət qüvvəsi dövrəyə qoşulur, bilik və həyat təcrübəsinə əsaslanan şüur (sol beyin) müvəqqəti öz funksiyasını itirir və orqanizmin sonrakı (təhlükə sovuşana qədər) bütün fəaliyyəti təhtəlşüurun nəzarəti altında, buradakı ilahinin lap təvəllüd günündən beyinə yerləşdirdiyi xüsusi özünüqoruma proqramları (instinkt) üzrə baş verir (bir sıra hallarda, hətta insanda bu vaxt «faza sürüşməsi»nin nəticəsi kimi müvəqqəti və ya daimi olaraq müəyyən qeyri-adi qabiliyyətlər də oyanır).

İnsanı bu və ya digər dərəcədə bu cür şüursuz hala salan məqamlar ümumi olaraq aşağıdakılardır:

1) Xarici fiziki-kimyəvi təsirlərin (o cümlədən, qravitasiya, elektrik, maqnit və s. sahə gərginliklərinin, akustik, elektromaqnetik və s. tezliklərin və b.-nın) müəyyən normal hüdudundan kənar həddi;

2) Emosiyaların maksimum gərgin və süst halı;

3) Zehni əməliyyatların məntiqi-rasional, ardıcıl, sistemli və ətalətli hüdudundan kənar həddi və s.;

4) Ac, yorğun, yuxusuz, xəstə və s. halları;

Nümunə üçün, məsələn, aşağıdakı situasiyalar deyilən şəraitlərə aid ola bilər və bu hallarında insanın təlqinəhəssaslığı maksimum artır:

 İldırımdan sonrakı isti yağışlı havada, maqnit anomaliyasında, Günəş aktivliyi dövründə, atmosfer təzyiqinin qeyri-normal həddində, gecə və axşamlar və s.

 Panika, affekt, fobii, stress, şok, ekstaz, təşviş, həyəcan, əsəbi gərginlik və s., vəziyyətlərində; həmçinin attraksiya (məhəbbət, simpatiya), etimad, relaksasiya, insayt, trans, sərbəst assosiasiya, eyforiya, məstlik və s. hallarında, o cümlədən, yaxşı əhval-ruhiyyədə, komfort şəraitdə olanda, məsələn, heyran, şən, və s. vəziyyətlərində;

 Mənzərələrin, surətlərin, melodiyaların, poetik fiqurların, məkani münasibətlərin, əlamətlərin və s. analizində, ilkin təəssüratda, gözlənilməz hadisələrdə, diksinmələrdə, qəfil xəbərdə, periferik qavrayışda, «seytnot» vəziyyətində, dilemma qarşısında qaldıqda, az məlumatlı məsələlər üzrə müzakirələrdə və s.;

 İnstinktlərə, tələbatlara və s. uyğun fəaliyyətlərdə. Eləcə də, «ustanovka»lara, vərdişlərə, stereotiplərə, proqramlara, formalaşmış rəylərə və s. uyğun, monoton, dövri təkrarlanan və b. fəaliyyət növlərində; Həmçinin, yorğun, yuxusuz, ac, xəstə və s. hallarında;

Və s... (əlaqədar mövzular barədə bax: burada, səh. 17, 64).

İnsanı ayıqkən ‘‘hipnoz’’ edə bilmək, bir «zombi» kimi idarə edə bilmək üçün də onun məhz bu hallarını «tutmaq», təhtəlşüuru ilə bu yolla birbaşa kontakt yaratmaq və bundan sonra zəruri fəaliyyət proqramını birbaşa onun təhtəlşüuruna diqtə etmək zəruridir ki, sonradan insan bu proqramın anadangəlmə onun özününkü, yoxsa özgəninki olduğunu ayırd edə bilmədən ona uyğun fəaliyyət göstərsin. Çünki komanda ona diqtə edilən vaxtda, deyilən situasiyalar səbəbindən onun analizetmə qabiliyyəti dövrədən açılmışdı. Şüurun passivliyi səbəbindən bu məqamda diqtə olunan fikir, onun analizini doğurmur və birbaşa olaraq təhtəlşüur sferasına düşür. Təhtəlşüursa ona daxil olan informasiyaların hamısını, ağına-bozuna baxmadan, gələcək analizlər üçün stereotiplər, «ustanovka»lar, meyarlar və s. yerində qəbul edir, komandaları icra üçün müvafiq orqanlara göndərir.

Nümunə üçün, məsələn, məhz həmin bu səbəbdən, adi vaxtda ‘‘yola gətirilməsi’’ müşkül olan qızları oğlanlar gecə görüşlərinə, rəngarəng mənzərəli park, mənzərə gəzintilərinə, romantik film tamaşasına, ildırımdan sonrakı isti yağışlı hava gəzintisinə və s. dəvət edirlər. Çünki onlar həmin bu şəraitlərin insana psixogen təsir göstərməsindən xəbərdardırlar və bilirlər ki, bu şəraitlər handa mənəm deyən qızı ‘‘əfsunlayab’’, “yumşaldıb”, “ağlını başından çıxarası”, onu əvvəlki rasional düşüncə qabiliyyətindən məhrum edəsi və onu öz ayağı ilə “tələyə” aparasıdır (bu tipli mövzularla bağlı əlavə olaraq bax: burada, səh. 3134, 39-40, 34...).

Şüur təbii olaraq, bu cür passiv vəziyyətdə deyilsə, o, süni yolla passivləşdirilə bilər, yəni obyekt təlqin prosesindən əvvəl müxtəlif vasitələrlə süni olaraq bu vəziyyətlərə gətirilə bilər. Bu məqsədə xidmət edən vasitələrin bir qismi aşağıdakılardır:

a) Şüuru süni surətdə passivləşdirməyə imkan verən metodlardan biri – individə müxtəlif transgen vasitələrlə təsir göstərməkdir.

 İnsanın bütün hiss kanalları üçünsə bu kateqoriyalardan olan kifayət qədər təsir formaları mövcuddur: məs.,

vizual kanal üçün – buz üstündə «üşüyən» ağqızılgül, al güllərlə bəzənmiş yaşıl çəməndən axan gömgöy arx, Şimal Parıltısı, qar yağması, bənövşəyi şüa və s. kimi obrazlar, görüntülər, mənzərələr;

eşitmə kanalı üçün – dəniz ləpələrinin, çay şırıltısının, meşə yarpaqlarının, külək uğultusunun, ritmik vaqon təkərlərinin, xəfif mehin, həzin və ya rok musiqinin və b. səsi;

dequstral kanal üçün – müxtəlif bihuşedici dadlar;

parfümer kanal üçün – sakitləşdirici füsunkar aromatlar;

və b. deyilən transgen təsirlər kateqoriyasına aiddir (əlavə olaraq bax: «Hərbi (fiziki) təzyiq» bölümünün «Psixogen təsir generatorları» hissəsinə [burada, səh. 92]).

Lazımi komanda obyektə onun şüuru bu təsirlərlə kifayət qədər passivləşdirildikdən sonra diqtə edilir. Rasional düşünmə qabiliyyətinin məhdudlaşması, bu halda obyektə həmin informasiyanı ətraflı analiz etmək imkanı vermir və informasiya, müqavimətsiz olaraq onun təhtəlşüur sferasına düşür;

b) Yuxarıdakı variant şüurun funksiyasını maksimal emosional komfortluq, əzələ relaksasiyası hesabına passivləşdirmək metodunu əhatə edirdi. Şüurun xarakteristikasında (bax: burada, səh. 17, 61, 64) qeyd olunmuşdu ki, təkcə emosional süstlük deyil, eyni zamanda, maksimal emosional oyanıqlıq, yəni emosional diapazonun bir təkcə aşağı həddi deyil, həm də yuxarı həddi şüura passivləşdirici təsir göstərir. Bu səbəbdən, obyekti təkcə emosional süstləşdirmək deyil, eyni zamanda, aktivləşdirmək də analoji effektlidir. Başqa sözlə, onu həyəcanlı, təşvişli, vahiməli və s. vəziyyətə salmaq, sevindirmək, heyrətləndirmək, əsəbiləşdirmək, qorxutmaq, seksual qıcıqlandırmaq, mübahisəyə, münaqişəyə cəlb etmək və b. da onun şüurunu müəyyən səviyyədə blokirovka etdiyindən, bu halında da ona diktə olunan informasiya onun tərəfindən lazımınca analiz edilmədən, birbaşa olaraq təhtəlşüur sferasına düşür. Yəni bu halda faktik olaraq, fərdin (və ya kütlənin) təlqinəhəssaslığı artır və istənilən təsirə, əsasən müqavimətsiz düşür (Məhz həmin səbəbdən, psixi oyanıq vəziyyətində olan kütlə arasında sirayət çox sürətlə yayılır və bu halında kütlə istənilən ağılsızlıqlara gedə bilir);

c) Şüurun funksiyasını blokirovka edən mexanizmlərdən daha birisi – deyildiyi kimi təkcə emosional deyil, eyni zamanda, həm də fiziki passivlik və gərginlikdir. Yuxarıda sadalanan transgen təsirlər emosiyaları maksimal süstləşdirməklə bərabər, faktik olaraq həm də əzələ relaksasiyası, yəni fizioloji komfortluq törədərək, fizioloji orqan kimi, eyni zamanda, şüuru da maksimal süst vəziyyətinə gətirir, funksiyasını tormozlayırdı.

 Bundan əlavə, fiziki dissonans, fizioloji diskomfort, yəni, məs., obyektə işgəncə vermək, onu yuxudan, sudan, istirahətdən və s. məhrum etmək və s. də, onun şüuruna əlahiddə passivləşdirici təsir göstərib, onun təlqinəhəssaslığını artıran, təhtəlşüuru ilə əlaqə yaratmaq işini asanlaşdıran əsas metodlardandır;

d) Yuxarıdakı məqamın xüsusi variantı «Sensor depriviziya» («Sensor izolyasiya») effektinə əsaslanan təlqindir.

Beynin normal iş funksiyasının başlıca şərti onun analizator sisteminə fasiləsiz surətdə xarici aləmdən sensor axının olmasıdır. Xarici və daxili aləmdən gələn siqnalların ümumblokirovkası, və yaxud sensor axının tormozlanması mərkəzi sinir sisteminin tonusunu kəskin surətdə aşağı salır. Baş-beyin yarımkürələrinin sensor stimulyasiyası olmadan isə mərkəzi sinir sisteminin digər şöbələri də orqanizmin adaptasiya davranışını təmin etməkdə aciz qalır. Sensor aclığın və ya afferentasiya defisitinin kompensatoru olaraq isə, bu zaman ələ keçən ixtiyari tək-tük informasiya obyekt üçün adi vaxtla müqayisədə qat-qat artıq subyektiv dəyər (və deməli, təsir gücü) kəsb edir. Bu isə onun təlqinəhəssaslığının artması deməkdir və manipulyasiyasına geniş üfüqlər açır.

Nümunə: 1978-ci ilin noyabrında Hayananın (Cənubi Amerika) Constaun şəhərində dini təşkilatlardan birinin 910 üzvü öz məbədlərində könüllü şəkildə intihar edib, dünyasını dəyişdi (qeyd edək ki, 1999-cu ildə Çində də dini təşkilatlardan birinin üzvləri bu cür kütləvi intihar etmişdilər – müəl.). Məsələ beynəlxalq səviyyədə hay-küy qaldırıb, etiqadın və ya bu ideologiyanı yaradanların fenomenal gücü kimi hamını heyrətləndirdi, maraqlandırdı.

İstintaq nəticəsində aşağıdakılar məlum oldu: Deyilən məbəd ilk öncə ABŞ-ın San-Fransisko şəhərində yaradılıb və buranın əsasən kasıb təbəqələrini özünə cəlb edib, konkret etiqad ətrafında birləşdirib. 1977-ci ildə məbədin rəhbəri və buraya gələnlərin xarizmatik lider kimi qəbul etdiyi Cim Conson hansısa siyasi və ya hüquqi problemlərinə görə San-Fransiskonu tərk etməli olur və bir çox sədaqətli əshabları ilə birlikdə Hayanaya köçüb, buranın adamlardan uzaq cəngəlliklərində məbədini bərpa edir və onlarla birlikdə ayinlərini, mərasimlərini icra etməkdə davam edirlər. 1978-ci ilin 18 noyabrında Cim Consonun və ümumiyyətcə, təriqətin fəaliyyətini təhqiq etmək üçün onların yanına Kaliforniyadan konqressmen Leo R.Rayan və onun qrupundan olan üç nəfər gəlir. Heç də Cim Consonun xeyrinə olmayan nəticə ilə geri qayıdan bu dörd şəxs və onlarla birlikdə buradan qaçmaq istəyən bir məbəd üzvü Consonun göstərişi ilə öldürülür. Bundan sonra özünün həbs olunacağını, birdən-birə beş adamın (hansılardan ki, biri vəzifə başında olan dövlət xadimi olub) ölümündə günahlandırılaraq ən ağır cəzaya məhkum ediləcəyini, həyatının mənası olan bu məbədinsə dağılacağını dərk edən Conson, bütün icmanı yığıb, özünün intihar edəcəyini elan edir və hamını buna çağırır.

İlk olaraq bir gənc qadın buna reaksiya verir (hansı ilə ki, Consonun şəxsi münasibəti olduğu ehtimal edilir). Körpə uşağı ilə birlikdə, zəhər dolu bidona yaxınlaşıb ondan uşağına da içirib, özü də içir və bir neçə dəqiqə ərzində canını tapşırır. Bundan sonra, digərləri də çox sakitçiliklə bidona yaxınlaşır, könüllü olaraq zəhəri başına çəkib özünü öldürür. Zəhər içməyən və ya içənlər içərisindən xilas edilməsi mümkün olan bir neçə nəfər sonradan bildirirdilər ki, sanki, biz tilsimə düşmüşdük, hamı bir zombiyə çevrilmişdi, hansı ki, indi biz bunu etməzdik.

Bəs bu tilsimin sirri nədə idi?

Müxtəlif sahə mütəxəssisləri ilə birgə bu faktla psixoloqlar da məşğul olub, məsələyə aşağıdakı aydınlıqları gətirdilər. Fenomenə Los-Anceles universitetinin psixiatr və psixoloqu Luis Colion Uestin aşağıdakı aydınlığı gətirir: «əgər məbəd Kaliforniyada yerləşmiş olsaydı, bu hadisə baş verməzdi. Lakin onlar başqa ölkədə, cəngəllikdə, dünyadan maksimum təcrid şəraitində yaşayırdılar. Bu da onları rəhbər uğrunda bu cür addıma provakasiya etdirib. ələlxüsus da, ilk addımı qadının atması, burada vəziyyəti kəskin blokirovkalayıb, kişilərə seçim imkanı qoymayıb».

İnformasiya blokadasının, sosial izolyasiyanın (yəni «sensor depriviziyanın») hansı gücə malik olduğu göz qabağındadır.

Eynilə məhz bu səbəbdən, bir zaman qadınlar bənna və tekstil məhsullarının (yəni hərəmxana divarları və çadranın) arxasında gizlədilirdi. Çünki, bu cür təcridlik qadının ətraf dünya, həyat barədə yeganə informasiya mənbəyi olan ərinə bağlığını, etibarını, etimadını, onun qarşısında təlqinəhəssaslıq hissini qat-qat artırmış olurdu.

Deyilən mənada, kənd yerləri ilə müqayisədə şəhər yerlərində (ümumiyyətcə, inkişafın aşağı pilləsində olan yaşayış məskənləri ilə müqayisədə yuxarı pillədə olan yaşayış məskənlərində) qohumluq, dostluq, qonşuluq əlaqələrinin zəif olması, burada ailənin rolunun azalması, ənənələrin (ümumiyyətcə, sosial nəzarətin istənilən formasının) təsirinin minimuma enməsi və b. da məhz həmin bu «sosial depriviziya» effekti ilə əlaqədardır. Belə ki, bu sonuncularda hər bir ayrıca individin həyatında anonim, işgüzar, qısamüddətli, formal, səthi münasibətlərin xüsusi çəkisinin artması hesabına, bir tərəfdən – şəxsiyyətlərin inkişafına daha geniş imkanlar yaranaraq, ümumilikdə cəmiyyətin situasiyalara adaptasiya qabiliyyəti yüksəlsə və burada mədəni stereotiplər rəngarəngləşsə də, digər tərəfdən – bu halda doğmalara, yaxınlara, ümumiyyətcə, ayrılıqda hər kəsə həsr olunan vaxtın, diqqətin, ünsiyyətin ümumi çəkisinin dəfələrlə ixtisara düşməsi ilə cəmiyyətdə sosial səfərbərlik, mütəşəkkillik hissləri itir, şəxsiyyətlər təcridləşir, burada spesifik gərginlik mənbəyi meydana çıxır. Bu şəraitdə insan başqaları ilə münasibətdə özünün çoxşaxəli fərdiliyini büruzə verib, özünü hərtərəfli təqdim edə bilməkdən və başqalarını da bu keyfiyyətdə qəbul edə bilməkdən faktik olaraq məhrumdur (Maraqlıdır, inkişafın bu baxımdan fərqli pilləsində olan müxtəlif dövlətlərə eyni bir beynəlxalq normalar, meyarlar, standartlar prizmasından baxılması, münasibət bəslənilməsi nə dərəcədə düzgündür?), hansı ki, münasibət akvarelinin məhdud olduğu kənd həyatı (o cümlədən, sivilizasiya pilləsinin aşağı olduğu istənilən həyat) bu baxımdan deyilənlərin diametral əksidir.

Müharibə zamanı – mühasirəyə düşmüş hərbi xidmətçilər; uzun müddət rəqibin arxa cəbhəsində yerləşmiş xüsusi təyinatlı qrup üzvləri; monoton mövcudluq şəraitində (məs., arxa düşərgələrdə və ya uzunmuddətli marşlar rejimində) yaşayan hissələrin əsgər və zabitləri; mülki əhalinin sığınacaqlarda yaşayan hissəsi, dövlətin öz ideologiyasının zəif olduğu dövrünün və ya ərazisinin əhalisi və b. bu və ya digər formada «sensor depriviziya» sindromunun təsiri altında olan təbəqəni təşkil edirlər və rəqib təsirinə maneəsiz düşürlər (Müharibədə psixoloji metodların konkret tətbiqi ilə əlaqədar əlavə olaraq bax: burada, səhifə 52, 52, 52, 52, 52, 52-52, 52, 52 və s.-ə).

Adi vaxtda kimisə bu metodla təlqin etmək üçün, sadəcə olaraq, onun uzun müddət evdən bayıra çıxmadığı və ya hər hansı formadasa uzun müddət dost-tanışlarından təcrid olduğu məqamı tutmaq, bundan sonra isə yavaş-yavaş əsas təsir materialını diqtə etmək gərəkdir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]