Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Diplomatik psixologiya.doc
Скачиваний:
2
Добавлен:
01.07.2025
Размер:
2.18 Mб
Скачать

III.2.6.Mövcud münasibəti qoruyub saxlamağa və daha da inkişaf etdirməyə imkan verən qaydalar

Qadınlar üçün: kişilərlə (əriniz, sevgiliniz, dostunuz, tanışınız, iş yoldaşınız və b. ilə) mövcud münasibəti qoruyub saxlamağın, və daha da inkişaf etdirməyin universal formulu bundan ibarətdir:

Heç vədə, heç bir sahədə kişinin sizdən və ya kimdənsə aşağı olduğunu, və ya özünüzün, yaxud kiminsə ondan üstün olduğunu, və ya ümumiyyətcə, onun nədəsə qüsuru olduğunu ona göstərməyə, sübut etməyə və ya belə düşündüyünüzü ona bildirməyə çalışmayın.

İnsan psixologiyasının belə bir maraqlı xüsusiyyəti mövcuddur: İnsanlar onlara yaradılan imicə uyğun olmağa çalışırlar. əgər siz kimdəsə daim qara tərəfləri görüb, vaxtaşırı onun mənfi xüsusiyyətlərinə diqqəti cəlb etsəniz, tənqid etsəniz, həmin şəxs də, vecsizləşəcək və elə həmişə sizin yanınızda belə cəhətlərini göstərəcək. Çünki onun fikrincə siz, onsuz da, yaxşını görməyi bacarmırsınız. əksinə, ondakı yüzlərlə mənfilikləri bir kənara qoyub, 5-3 müsbəti görüb, bunu qiymətləndirsəniz, o daim özündə yeni-yeni müsbət xüsusiyyətlər tərbiyə edib, sizə nümayiş etdirməyə çalışacaq. Kişilərlə münasibətdə də bunu nəzərə alın. ++

Heç vaxt kişinin sizin yanınızda alçalmasına imkan verməməli, alçalsa da dərhal bəraətləndirməli, onu haqlı bildiyinizi ona çatdırmalı və özünüz tərəfinizdən də elə hərəkət etməyin ki, kişini belə bir vəziyyətə salsın. Bir sözlə, heç vaxt onun sizin nəzərinizdə alçaldığını ona hiss etdirməməli və onun özünün də sizin yanınızda özünü bu vəziyyətdə hiss etməsinə ona əsas verməməli. Məsələn, küçədə sizin yanınızda bir-neçə nəfər onu döyürlərsə bunda onun özünün günahkar olduğunu, ona görə sizin də az qala problemə düşəcəyinizi bəyan etmək, onu məzəmmət etmək, ittiham etmək birdəfəlik onun sizdən soyuyub uzaqlaşmasına gətirib çıxaracaq. əksinə, bunun əvəzində, onun üst-başını təmizləyə-təmizləyə, yaylıqla üz-gözünün qanını silə-silə o əclafların təkbətəkliyə cəsarətləri çatmayıb nakişi kimi üçünün bir nəfər üstünə düşdüyünü, birinci yumruğu qəfildən vurduqlarından, hələ yaxşıdır onun özünü o qədər də çox itirmədiyini bildirmək, hətta əgər əl-qolunu tərpədəndə kiminsə üzünə, gözünə toxunubdusa belə məqamları yada salıb dərhal bu cür qabartmaq ki, «Afərin, ləzzət elədi mənə sən o uzundrazın sifətinə yumruq ilişdirəndə» və ya «Bilirsən, o əlində təsbeh oynadanın gözünün altına vurduğun yumruq nə əla tutdu?. Ondan sonra bir saat əli gözündə qaldı», yaxud «O sarıpişiyəoxşayan oğlanın köynəyinin cırılması mənə ləzzət etdi. Yaman pis gündə qoydun onu. İndi evinə nə üzlə gedəcək?» və s. və i.a. vəziyyəti əməlli-başlı düzəldəsidir. Kişilər yalnız o qadının həyatında qəhrəman kimi yaşamağa meyl edirlər, hansıların ki özləri onları məhz qəhrəman kimi qəbul edir. Qoy o bilsin ki, siz onu heç də qorxaq kimi təsəvvür etmirsiniz və belə qəbul edirsiniz ki, normal kişi kimi o bu vəziyyət üçün mümkün olan hər şeyi edib. Sadəcə, vəziyyət onun xeyrinə deyildi. Və ən nəhayətdə də, bu söhbəti birdəfəlik burada bağlayıb, bir də o hadisəni yada salmamalı və başqa heç yerdə də bu məsələ barədə heç nə danışmamalı. İstənilən qadının, ələlxüsus sevimli qadının yanında bu vəziyyətə düşmək istənilən kişi üçün ölümdən də betər olduğu halda, bu vəziyyətdə sizin taktlılığınız, əksinə, sizi daha da yaxınlaşdırıb doğmalaşdırar, münasibətlərinizi platonik bir səviyyəyə qaldıra bilər.

Kişi çox səviyyəsiz ola bilər, hamı tərəfindən araya qoyula bilər. Lakin bu hələ o demək deyil ki, siz də ona məhz bu cür münasibət bəsləməlisiniz. əgər siz onu ələ gətirmək və ya əldə saxlamaq istəyirsinizsə, hamının görüb qabartdığı eyiblərini görməməzliyə vurmalısınız.

Bir sözlə, yadda bir şeyi saxlamalı ki, kişilər həmişə yalnız o qadının yanına qaçırlar, ona meyl edirlər, hansıların ki yanında özlərini əsl kişi kimi hiss edirlər və ya hansı qadınlar ki, onlara öz kişiliklərini hiss elətdirə bilir.

Həmçinin kişilərlə münasibətdə, ələlxüsus, pul məsələsində son dərəcə ehtiyatlı olmalı. Belə ki, məs., maddi vəziyyəti o qədər də yaxşı olmayan kişini, üstündə olan, imkanı çatandan artıq məbləğdə pul xərcləməyə vadar etdikdə, və ya təsadüfən onun sizin yanınızda cibiboş olmasının üzə çıxması, istənilən kişinin mənliyinə olduqca güclü zərbədir və bundan sonra o, sizinlə göz-gözə gələ bilmədiyindən, həmişəlik sizdən uzaq qaça bilər və sizə qarşı münasibətdə vecsizləşə bilər. Həmçinin, imkanı nisbətən yaxşı olan kişini lazım olandan bir qədər çox pul xərcləməyə vadar etdikdə, o gec-tez sizinlə münasibətə alver məsələsi kimi baxasıdır və sizin istənilən səmimiyyətinizə şübhə ilə yanaşıb, hər qayğınızın təmənnalı olduğunu qərarlaşdırası, hətta mümkündür ki, son nəticədə özünün istismar edildiyini düşünüb sizdən uzaqlaşasıdır. Bir sözlə, istənilən halda pul məsələsinin izləri münasibətlərə ciddi təsir göstərib, onu pak, platonik məcradan haradasa sırtıq bir müstəviyə keçirir.

Kişilərlə dilləşməyə, ondan çox şey bildiyinizi və ya onun qammaz olduğunu sübut etməyə ++++

sizdən onun üçün istifadə Amazonka olmamalı++

Hər məqamda onu başadüşən qadın olduğunuzu nümayiş etdirməli, problemlərinə həssaslıqla, canıyananlıqla yanaşmalı. Heç vaxt onunla ünsiyyətdən, onun hansısa məsələ barəsindəsə söhbətindən bezdiyinizi bəyan etməməli. əksinə, mənasız da olsa istənilən söhbətinə maraqla qulaq asmalı.

Hətta seksual məsələlər kimi sizin üçün əhəmiyyət kəsb edən bir məsələdə də, onun hansısa bacarıqsızlığını və ya qabiliyyətsizliyini sezə bilərsiniz. Bu məsələ sizin üçün son dərəcə ciddi əhəmiyyət kəsb edirsə də, siz sadəcə olaraq, bunu görməməzliyə vurmalısınız. Yalnız bu zaman o sizin heç kimə bənzəmədiyiniz, hamıdan fərqləndiyiniz qənaətinə gəlib, sizin simanızda öz arzularının qadınını, əsl onu başa düşən, onu qiymətləndirməyi bacaran sirdaşını, dostunu görməyə başlayacaq.

  

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]