Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Diplomatik psixologiya.doc
Скачиваний:
2
Добавлен:
01.07.2025
Размер:
2.18 Mб
Скачать

III.2.4.Mövzudan məharətlə yayınmaq qaydaları

«Getdim ki, qalam!»

Sezar

Qanuni (korrekt) halda tezis yerində ikimənalı fikirlərdən istifadə edilməməlidir, yəni fikir ikimənalı olmamalıdır (olarsa, mənalarından biri əsas götürülür) və tezisdə axıra qədər heç bir əlavə-düzəliş olunmamalıdır. Qeyri-qanuni (qeyri-korrekt) halda isə, məhz bu iki kiçicik şərt pozulur və mübahisədə «tezisin dəyişdirilməsi» deyilən hal baş verir. Bu fənddən istifadənin bir neçə qaydası isə aşağıda verilir:

a) Mübahisə boyu öz subyektiv fikirlərinizi gah mütləq məlum həqiqət, gah da özünüzün subyektiv fikriniz kimi təqdim edin və diskussiya boyu mövqeyinizi lazım olduqda bu, lazım olmadıqda o biri istiqamətə dəyişməklə, yəni faktı lazım gəldikdə obyektiv mövqe, lazım gəldikdə isə subyektiv mülahizə kimi yozaraq tərəfdaşın fikri ilə manipulyasiya edin;

b) Omonim (ikibaşlı) anlayışlardan istifadə edin və lazımi halda bu, lazımi halda o biri mənanı əsas götürün. Nümunə üçün, məs., «Oxu adam ol atan kimi heyvan olma», «Onsuz öləcək», «Filankəs daha ağıllıdır», «Filankəs tarixin artıq bir səhifəsidir» və s. kimi deyimlər bu cür dəyişdirilə bilir;

c) Mübahisə zamanı sizin öz əvvəlki fikrinizdən sizə qarşı istifadə edərlərsə sərf etməyən əvvəlki fikrinizi inkar edin və belə bir fikir söylədiyinizi unutduğunuzu bəyan edin;

d) Fikrinizi tam, düzgün ifadə etmədiyinizi iddia edin və ‘‘dəqiqləşdirmək’’ məqsədi ilə əvvəlki fikrinizə bəzi yeni ştrixlər əlavə etmək adı ilə ona tamam yeni bir məna verin;

e) Tərəfdaşın sizin fikrinizi düzgün başa düşmədiyini iddia edin və eyni qayda ilə bəzi yeni ştrixlərlə onu ‘‘dəqiqləşdirməyə’’, ‘‘daha aydın ifadə etməyə’’ çalışın və yenə də eyni qayda ilə onu tanınmaz görkəmə, sizə lazım olan formaya salın;

f) Müddəanı «genişləndirmək» prinsipindən istifadə edin. Bu fənd zamanı əvvəlki mövzuya nəzərəçarpmadan digər bir mövzu da daxil edilir və diqqət yavaş-yavaş əsas mövzudan yayındırılıb, ikinci mövzuya cəlb edilir. Məs., aşağıdakı iki dialoqda olduğu kimi:

Bir siyasətçi ilə bir jurnalistin söhbətindən:

— əgər siyasət bir şahmat oyununa bənzədilərsə, siz özünüzü burada hansı fiqura bənzədərdiniz?

— Mən fiqur yox, oyunçuyam.

— Yaxşı, bəs əgər siz oyunçusunuzsa, onda fiqurlarınız kimlərdir?

— Kimlər yox, nələr. Adətən plastmasdan hazırlayırlar, bəzən taxtadan da olur. Ümumiyyətcə, mən oyun zamanı fiqurların nədən hazırlanmasına fikir vermirəm...

Bir filosofla iki qadının söhbətindən:

— Siz bilən bu müharibə nə ilə qurtaracaq?

— Yəqin ki, sülhlə qurtarar.

— Aydındır, bəs onda qalib gələn hansı tərəf olacaq?

— Yəqin ki, hansı tərəf daha güclüdürsə, o da qalib gələcək.

— Bəs, siz özünüz hansı tərəfə üstünlük verirsiniz?

— Mən ən çox şokoladlı torta üstünlük verirəm, ələlxüsus da, üstü qoz fındıq ləpəsi ilə bəzədilmişinə.

Yekunda qadınlar məmnun halda filosofa təşəkkür edib, gələn dəfə ona mütləq belə bir tort bişirib gətirməyə söz verərək ayrılırlar.

  

III.2.5.Cavabdan diplomatikcəsinə necə yayınmalı

Bütün bunlardan sonra, yekunda həm də cavabdan yayınmağın üsulları barədə. Belə ki, sizin özünüzə də sərfəsiz suallar verə bilərlər və deyəcəyiniz istənilən fikrin sizin əleyhinizə yozula bilinəcəyindən ehtiyat edib, cavab labirintində dolaşıb qala bilərsiniz. Bəs, onda nə etməli?

a) Mövzuya əlavə mövzu daxil edib (yəni «söz arasına söz qatıb»), diqqəti getdikcə onun üzərinə yönəldin. Məs., bu cür: «Yeri gəlmişkən qeyd edim ki, o vaxt filan hadisə mənə bundan daha çox təsir etmişdi», «Siz soruşduğunuzdan daha maraqlı olanı budur ki,..», «Hə, elə əsas olanı budur,...» və s. Yaxud, «Yaxşı yadıma saldınız» deyib, bayaqkı söhbətlərdən hansısa birinə qayıdın və ona bəzi əlavə-düzəliş etməklə, diqqəti bu istiqamətdə yönəltməyə çalışın;

b) «Bir qədər sonra bu məsələyə ətraflı şəkildə qayıdacağıq» – deyib, məsələni təxirə salın və sonra da, həmişəlik itirib-batırın;

c) Cavabı müxtəlif tabular, yasaqlarla əlaqələndirin. Məs., bu cür: «Bu, çox şəxsi məsələdir və mən bunun geniş müzakirəyə çıxmasını istəmirəm», və ya bu cür: «Bilirsiniz, belə şeylər barədə nəinki danışmaq, hətta düşünmək belə mənim təbiətimə ziddir», yaxud da zarafatla bu cür: «Bu, çox ‘‘məxfi’’ informasiyadır». Eyni qayda ilə, onu açıqlamağın hələ vaxtının çatmadığını, bunun zamana ehtiyacı olduğunu və s. bildirmək də, bu qəbildən olan cavablardandır;

d) Sualı ondan daha çətin olan digər bir sualla qarşılayın və hücumu onun öz üzərinə yönəldin. Məs., bu cür: «Bəs, siz bu sualı filan vaxtı niyə vermirdiniz?», «Bəs, siz özünüz bu barədə nə düşünürsünüz (fikirdəsiniz), «Siz nəyə görə bunu bilməyə belə can atırsınız?» və s;

e) Sualı səviyyəsiz hesab edib, belə cılız şeylərə vaxt itirməyi özünə yaraşdırmadığınızı bəyan edə bilərsiniz: «Sən yazığın ağlına bundan daha yaxşı sual gəlmir?» və ya «gələ bilməz!»;

f) Cavabdan birbaşa olaraq qaça və ya sual kiminsə bir başqasının üstünə yönəldə bilərsiniz. Məs., bu cür: «Bu, filankəsin sahəsinə aid məsələdir və elə onun özündən də soruşun», və ya: «Mənim diskussiya (polemika, bazar...) açmağa vaxtım yoxdur», yaxud: «Xahiş edirəm mövzuya (söhbətə) birbaşa aidiyyatı olmayan suallar verməyəsiz» və yaxud: «Bu cür suallara bir başqa vaxtda təklikdə cavab verərəm» və s..;

g) Sualı təkrar soruşub, bu müddətdə onu başdan etməyin yollarını götür-qoy etmək üçün vaxt qazanın;

h) Nəhayət, istənilən sualdan yayınmağın daha bir və ən kəsə metodu – «yadımdan çıxıb» deməkdir. Bu, məhz elə bir cavabdır ki, hətta cinayət məcəllələrində də, ona qarşı heç bir maddə nəzərdə tutulmur, hansı ki, cavabdan yayınmağın digər üsullarına, eləcə də, yalan ifadəyə görə, qanunla cinayət məsuliyyəti nəzərdə tutulur.

  

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]