Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Diplomatik psixologiya.doc
Скачиваний:
2
Добавлен:
01.07.2025
Размер:
2.18 Mб
Скачать

III.2.Söhbət qaydaları

«Ey insan, danış səni görüm!»

Sokrat.

III.2.1.Riskli fikirləri necə ifadə etməli?

Yəqin, hər kəs çox sevdiyi bir adama öz məhəbbətini izhar etməyin, yəni cəmisi bir neçə sadə sözdən ibarət olan «Mən səni sevirəm» cümləsinin ifadəsinin, hətta ən qəliz riyazi formulun ifadəsindən də qat-qat ağır bir iş olduğunu bilir. Bəs, ayrı-ayrı fikirlərin ifadəsi arasındakı bu cür fərq haradandır?

Məsələnin mahiyyəti, elmdə «psixoloji baryer» adlandırılan faktorlar qrupunun təsiri ilə əlaqədardır. Belə ki, burada fərd yüzlərlə faktorları beynində götür-qoy edir ki, məs., fikrini hansı vaxtda və yerdə, necə, hansı formada ifadə etsin ki, tərəf-müqabilin ona reaksiyası gözlədiyi kimi olsun və ya heç olmazsa olan münasibətə xələl gətirməsin, özü barədə olan təsəvvürü dəyişməsin və s. Özü də burada əsas problem ondan ibarətdir ki, bu kimi məsələlərdə konkret resept və standart modellər mövcud deyil və buna görə də, eyni bir ifadə forması, tərzi, eyni bir fikir birinin xoşuna gəldiyi halda, digərini cin atına mindirə bilər. Yaxud eyni qayda ilə burada həmin fikrin kimin dilindən səslənməsi məsələsi də əvəzolunmaz rola malikdir. Belə ki, məs., hansısa eyni bir cümlənin qadın, yoxsa kişi dilindən səslənməsi eyni səciyyəli məsələ deyil və sosial normalar çoxdan hansı rəftar və davranış modelinin qadına, hansının kişiyə məxsus olması barədə qəti qərarlar verib.

Deyilənlərə nümunə olaraq, məs., zəif cinsin nümayəndəsi öz məhəbbətini izhar etmək istədikdə qabaqcadan 60-70% əmin ola bilər ki, onun bu cəsarəti – «Məlum məsələdir, ərə getmək vaxtı çatıb, ona görə də özünü sırımağa adam axtarır» kimi reaksiya ilə qarşılaşacaq. əksinə, kişilərin analoji addımına qarşı çox böyük əksər qadınların da öz növbəsində beynindən keçirdiyi ilk fikir bundan ibarət olur ki, kişilərə ancaq «bir şey» lazımdır və buna görə də, onların bu cür addımları, göz yaşları, and-amanları hamısı «bu» məqsədi əldə etmək üçün olan kişi fəndlərindən, maskalarından savayı özgə bir şey deyil (təəssüf ki, çox vaxt hər şey elə onların düşündüyü kimi də olur).

Kişilərə inamını hələ tam itirməmiş digər kateqoriya qadınlarsa, bu halda kişilərin səmimiyyətini ciddi qəbul etsələr də, hər halda, əmindirlər ki, özünə hörmət qoyan qadın kişi diqqətinə ilk cavab olaraq ağız büzüb üz çevirməlidir. Buna isə kişilərin münasibəti heç də birmənalı olmur: bir çox kişilər bunu öz etirafları kimi səmimi qəbul edib, hər şeyin birdəfəlik sona yetdiyini düşünür və daxilən yanıb qovrulsalar da, zahirdə bir də o mövzuya qayıtmamağa üstünlük verirlər. Digərləri isə öz eqoistik mənliklərini qabardaraq, belə güman edirlər ki, həmin rədd cavabından sonra özünə hörmət qoyan kişi, nəinki o qadının həndəvərinə dolaşmamalıdır, hətta özünü pərt vəziyyətdən xilas etmək üçün, yeri düşdükcə o qadına üstdən aşağı baxıb, bundan heç nə itirmədiklərini şəstlə nümayiş etdirməlidirlər.

Sevgi etiraflarına qarşı daha bir başqa reaksiyanı zəif psixi tipə malik, sentimental təbiətli, həssas qadınlar göstərirlər. Bu cür qadınlar kiməsə çox çətinliklə isinişib, çox çətinliklə də soyuduqlarından, onlar heç vaxt riskə getməyi xoşlamırlar və aldanıb psixi travma almaqdansa, həyatlarında heç nəyi dəyişməyib, lap əvvəldən necə varsa hər şeyin axıracan elə o cür də qalmasına çalışırlar. Bu səbəbdən də, onların dünyasına müdaxilə etmək olduqca çətin başa gəlir.

Adi bir həyati situasiyanın nə qədər rəngarəng variantları olduğu göz qabağındadır. «Psixi baryer» deyilən həmin tərəddüdlər də məhz bu cür riskli məqamların mövcudluğu halında meydana çıxır. Hansısa xahiş üçün rəisin qəbuluna girdikdə, yüksək tribunadan ilk dəfə çıxış etməli olduqda, qadına intim təklif vermək istədikdə və digər yerlərdə də, insan bu baryerlərlə qarşılaşır və məhz buna görə də, çoxları addım atmaqdan qorxaraq, neçə-neçə fürsəti əldən buraxırlar.

 Məs., eynilə həmin bu səbəbdən, birisi əlində lazım olandan da artıq rüşvəti tuta-tuta vəzifəli bir adamın qəbuluna girməyə cəsarət etmir ki, işini düzəltdirsin və ya bir başqası isə əksinə, əlində böyük imkanı, vəzifəsi ola-ola deyə bilmir ki, bu qədər versəniz sizin filan işinizi düzəldərəm (deyilənlər, etika və qanun çərçivəsindən kənara çıxan hallar olsa da, burada bütün hallarda qəsdən məhz bu cür nümunələr seçilir, göstərilir ki, sadəlövh adamlar kimlərin təmtəraqlı sözlərinin arxasında hansı çirkin niyyətlərin gizləndiyini aşkar edə bilsinlər. Üstəlik də ki, bunların tətbiq yerləri tək bu çərçivə ilə məhdudlaşmır, sadəcə bunlar problemin əhatə dairəsinin genişliyini qabartmaq məqsədindən irəli gəlirdi).

Beləliklə, psixi baryerlər tərəfindən blokirovkalanmış situasiyalar barədə bu qədər. İndi isə bu düyünlərin açılışı barədə:

Normal halında istənilən ifadə stilinin əsasən iki forması (yəni ritorika terminləri ilə deyilsə, dispozisiya strategiyası) mövcuddur: induktiv və deduktiv. Bunlardan birincisində əsas fikir lap əvvəldən ifadə olunur, sonra isə müxtəlif arqumentlərlə bu fikir izah edilir, ona aydınlıq gətirilir. Bu zaman, adətən, keçid məqsədilə «yəni», «belə ki», «çünki», «məsələn» kimi ara sözlərindən istifadə olunur. İkinci variant fikir konstruksiyasında – əvvəlcə lazımi arqumentlər, baza fikirlər söylənilir. Yalnız bundan sonra onlar ümumiləşdirilərək, əsas fikir çıxarılır. Bu halda adətən, «beləliklə», «bir sözlə», «əlqərəz», «yekun olaraq», «deməli» və s. kimi ara sözlərindən istifadə edilir.

Adi həyatda və ədəbiyyatda fikir konstruksiyasının belə bəsit modelindən çox az halda istifadə olunur. Belə ki, onlardan adətən qarışıq formada, yəni kombinasiyalı variantda istifadə edilir.

Bunlar ifadənin forması ilə əlaqədar ümumi qanunauyğunluqlar idi. Psixoloji cəhətdən isə burada forma yox, məzmun əsas şərtdir, və bu aspektdən, ifadənin məzmunu üçün bu cür səlis reqlament tapmaq nisbətən qəliz məsələsidir. Belə ki, hər bir situasiya, məqsəd özünə uyğun stil, janr, taktika tələb edir. Konkret olaraq, riskli fikirləri ifadə etməklə əlaqədar bu cür variantlardan bir neçəsi aşağıdakılardır:

1) Risk ehtimalı böyük olan fikri lazımi adresata çatdırmağın ən effektiv və təhlükəsiz üsulu – bu məqsədlə vasitəçilərdən istifadə etməkdir. Bu vasitəçinin neytral tərəf, yaxud sizin və ya onun yaxın adamı olması məsələsi, burada əsasən rol oynamır. Təki iş bacaran vasitəçi olsun. Arada vasitəçinin olması isə hər iki tərəfin qorxusunu birə-min qat aradan qaldırır. Belə ki, hər iki tərəf yaxşı bilir ki, bədə-bəddə bütün günahı vasitəçinin boynuna atıb öz yaxasını qırağa çəkə biləsidir.

Nümunə üçün, məs., bəzi vəzifəli şəxslər rüşvət iyi hiss olunan problemlə bağlı onun yanına gəlmiş şəxsləri məxsusən «rüşvət məsələsinə baxan» filan müavinin və ya ümumiyyətcə, hər «işi» yaxşı bilən müəyyən şöbə müdirlərinin üstünə göndərirlər; Yaxud qəbula gələnlərsə rəislə danışmaqdan qorxduqda, hansısa müavin və ya şöbə müdirinin qəbuluna girib, ondan arada vasitəçilik etməyi, bu işi düzəltməyin şərtlərini «öyrənib» onlara deməyi xahiş edirlər. Həmin bu şöbə müdirləri, müavinlər və ya digər bu işlə məşğul olan şəxslərsə, bu adamın guya, dərdini «nəzərə alaraq», yaxud onunla calaq-calaq «tanış» çıxdıqları üçünmü və ya bir başqa hansısa bəhanə iləsə, «əziyyət» də olsa, rəisi «yola gətirmək» üçün çalışacaqlarını boyunlarına götürürlər; Yaxud bəzi idarə müdirləri idarələrindəki hansısa bir qadını və ya ümumiyyətcə, «yola gəlməsi» mümkün olan bir-neçə qadını ələ keçirmək üçün, burada xüsusi «aradüzəldən» qadın saxlayırlar ki, o da növbə ilə bir-bir bu qadınlarla dost olaraq, yavaş-yavaş saqqızlarını oğurlayır; Və ya gənclər hansısa qıza öz məhəbbətlərini bəyan etmək üçün qızın rəfiqələri ilə dostlaşıb və ya öz iş yoldaşı, qrup yoldaşı, tanışı, qohumu və s. olan bir qızın onunla dostluğuna nail olub, ona onların vasitəsilə təsir göstərir, fikirlərini çatdırırlar və s..;

2) Riskli fikri ifadə etməyin daha bir metodu – bu məqsədlə ikibaşlı cümlələrdən istifadə etməkdir. Həm «qışa» və həm də «yaza» yozula bilinəcək bu cür cümlələr sizə sərf etməyən reaksiyanı doğurduğu halda, tərəfdaşın mənanı düzgün başa düşmədiyini və sizin burada o biri mənanı nəzərdə tutduğunuzu deyib, vəziyyəti sığortalamaq mümkündür.

 ədəbiyyatda işlənən «Ezop dili», alleqorik janr və b. bu varianta nümunələrdəndir. Məs., bu kateqoriyadan olan Azərbaycanın nüfuzlu ədibi B.Vahabzadənin «Gülüstan», «Latın dili», «Özümüzü kəsən qılınc» və s. əsərlərində – sətiraltı formada SSRİ-nin (əvvəlinci ikisində) və hazırkı Qərbin (sonuncuda) Azərbaycan mentalitetinə etdiyi ekspansiyaya qarşı etiraz məzmunu ifadə olunur.

3) Daha bir variant – bu fikri müxtəlif simvolik jestlərlə ifadə etməkdir. Bu halda hansısa mənfi reaksiyadansa ehtiyatlanaraq, dildə bir başqa fikir ifadə olunduğu halda jest, mimika, manera və s. vasitəsilə arzulanan məna ifadə olunur. Tərəfdaşın reaksiyasının arzuolunan olmadığı halda onun çox nahaq yerə sözü qoyub, davranışdan nəticə çıxardığını ona irad tutub, vəziyyəti sığortalamaq mümkündür;

Nümunə üçün, məs., Rusiyada hakimiyyət dəyişikliyi baş verdikdən və orada hakimiyyətə rasional düşüncəli qüvvələr hakimiyyətə gəldikdən az sonra Azərbaycan öz siyasətini yeni konyukturaya uyğunlaşdırmaq, eləcə də, Qərbə təzyiq və Rusiyaya mehriban qonşuluq jesti ifadə etmək üçün, dərhal özünün indiyə qədər ən qatı antirus mövqedə olmuş bir neçə nüfuzlu siyasətçisini (məs., Vəfa QuluzadəEldar Namazovu) və bir sıra Qərb modelli təhsil müəssisələrini qurban verdi.

 Yaxud məs., hansısa beynəlxalq vasitəçilər qrupu Azərbaycana təzyiq jestini ifadə etmək üçün – Qarabağa Ermənistandan keçməklə gedir (halbuki, Qarabağ Azərbaycanın tərkib hissəsi olduğu üçün ora gedərkən Ermənistandan yox, Azərbaycandan icazə alınmalı idi), eyni halda ABŞ Qarabağ ermənilərinə ayrıca olaraq və ya Ermənistanla bir sırada yardım verir. Hansı ki, hər iki variant Qarabağın müstəqilliyinin və ya Ermənistan nəzdində muxtariyyatının tanınması mənasının dolayısı ifadəsidir. Hansı ki, məsələnin məntiq deyil, maraqlar bazasından doğan dilemma olduğunu, onların mövqeyinin siyasi konyunktura ilə həmahəng dəyişməsi də isbatlayır;

4) Özünün hansısa istəyini ifadə etmək üçün bu kimi məsələlərə mənfi münasibət bəsləmədiyini, ehtiyac olarsa, nə zamansa bu cür şansı əldən buraxdığına təəssüfləndiyini, sözarası çatdırmaq effektlidir. Qarşı tərəfin fikrindən sizə bu yönümlü təklif vermək, addım atmaq keçərsə, deyilən taktika onun qarşısındakı psixoloji baryeri aradan qaldırır.

Nümunə üçün, məs., bizim tanıdığımız övladı olmayan bir ailə, övladlığa uşaq götürmək işində qohumların onlara yardım etməsini təşkil etmək, belə məramı, istəyi olduğunu onlara çatdırmaq üçün belə bir diplomatik deyim tərzindən istifadə edirdilər: Çox yerdə vurğulayırdılar ki, filan qohumun abort elətdirdiyindən xəbər tutmadıqlarına görə təəssüf edirlər. Bilsəydilər razı olmazdılar və uşaq doğulunca, bütün xərci çəkib, sonra da onu övladlığa götürərdilər. Nəticədə, belə təklifin onları incitməyib, əksinə, sevindirəcəyindən xəbərdar olan qohumlardan biri onlara bu işdə yardım etdi.

5) Daha bir metod – hər hansı addım üçün qabaqcadan buna uyğun psixoloji atmosfera formalaşdırmaqdır. Konkret olaraq, fikir ifadəsi üçün, lazımi yol müxtəlif tramplinlərə bölünür və məqsədə mərhələ-mərhələ yaxınlaşılır (əlavə olaraq bax: «Təlqin: İnsanları ayıqkən necə hipnoz etməli» bəhsinin 8-ci hissəsinə: səh. 67):

 Məs., hansısa qadınla arada intim atmosfera formalaşdırmağa cəhd edən kişilər bu məqsədlə ən əvvəl ümumi qadın psixologiyasını diskussiya obyektinə çevirib, sonra yavaş-yavaş söhbəti konkret olaraq tərəfdaş qadının özünün psixologiyasının (xarakterini, zövqünün, baxışlarının və s.) üzərinə gətirib çıxarırlar; Bundan sonra ümumi qadın fiziologiyası, onun müxtəlif qanunauyğunluqları söhbət hədəfi seçilib, yavaş-yavaş tərəf-müqabil qadının özünün bu elementlərinə (fiqurasına, bədən quruluşuna və s.) diqqət cəlb olunur; daha sonra müxtəlif qadın xəstəlikləri və onun özünün bu sferalardakı problemləri; bir qədər sonra, ayrı-ayrı intim elementlər və onun bunlara münasibəti və b. deyilən qayda ilə «aranı açmaq» manevrləri kimi istifadə olunur. Qızları rəqsə, plyaja dəvət etmək və b. da bu kateqoriya «aranı açmaq» fəndlərindəndir (əlaqədar mövzularla bağlı bax: burada, səh. 31, 34, 39-40, 62... Bir daha təkrar edirik ki, burada istənilən hadisənin, effektin mexanizminin açılmasından məqsəd, təkcə hücumçuları yox, həm də müdafiəçiləri silahlandırmaqdır və bu, bütün hallarda müdafiəni, müqaviməti, mübarizəni daha şüurlu təşkil etməyə, neqativ halların qarşısını, onun mexanizmindən baş çıxararaq almağa və s. imkan verir).

  

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]