Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Diplomatik psixologiya.doc
Скачиваний:
2
Добавлен:
01.07.2025
Размер:
2.18 Mб
Скачать

II.1.1.1.Şəxsiyyətin fizioloji (vital) xarakteristikası

 Bu kateqoriyaya aiddir:

a) Vizual parametrlər, başqa sözlə, görmə hissiyyatı vasitəsilə fiksiya oluna bilən parametrlər. Məs., forma, rəng, hərəkət, şüa və s. kimi. Konkret olaraq insanın bu kateqoriyadan ətraf dünyaya yaydığı informasiyalara aiddir:

fiziki sima – yəni fizionomiya, qüvvə, köklük, boyun uzunluğu, yaş və s. kimi cəhətlər;

zahiri görkəm – yəni paltar, saç düzümü, kosmetika, tatuirovka və s.;

müxtəlif ifadəli hərəkətlər – yəni (1) mimika, (2) pantomimika-jestikulyasiya, (3) vokal mimika: poza, manera, yeriş, duruş, distansiya, yerləşmə qaydası, görüşlərin intervalı, gözqırpma, və s.;

b) Audial (vokal) parametrlər, başqa sözlə, eşitmə hissiyyatı vasitəsilə fiksiya oluna bilən parametrlər. Məs., musiqi, göy gurultusu, çay şırıltısı və s. İnsanın bu kateqoriyadan ətraf dünyaya yaydığı informasiyalara aiddir:

akustik sima: buraya aiddir – səsin amplitudası, tembri, tonallığı kimi xüsusiyyətlər;

paralinqvistik elementlər: buraya aiddir – temp, ton, ucalıq, intonasiya, tələffüz, gərginlik, uzlaşma və s. kimi nitq çalarları;

ekstralinqvistik elementlər: buraya aiddir – pauza, nəfəsalma, ağlama, gülmə, öskürmə və s. kimi vokal diverigensiyalar;

c) Daktil (taktil) parametrlər, başqa sözlə, toxunma (lamisə hissiyyatı) vasitəsilə fiksiya oluna bilən parametrlər (Bu və bundan sonrakı kanallarının məlumat obyekti olan jestlər ünsiyyət aktında o qədər də böyük rol oynamadığından, burada onlara xüsusi yer ayrılmır və diqqət, əsasən yuxarıdakı iki dominant informasiya mənbəyi üzərində cəmləşdirilir).

d) Parfümer parametrlər, başqa sözlə, iybilmə hissiyyatı vasitəsilə fiksiya oluna bilən parametrlər;

e) Dequstral parametrlər, başqa sözlə, dadbilmə hissiyyatı vasitəsilə fiksiya oluna bilən parametrlər;

f) Digər köməkçi hissiyyatlarla əlaqədar parametrlər: Məs., hərarət, çəki, və s.;

II.1.1.2.Şəxsiyyətin emosional (psixomotor) xarakteristikası.

 Bu kateqoriyaya aiddir:

a) Hissi davranış: emosiyaların dayanıqlılıq tərzi, o cümlədən, öz emosiyalarını tez büruzə vermək (tez sevinib, tez kədərlənmək, tez ağlayıb, tez gülmək, tez heyrətlənmək, tez qəzəblənmək və s.), yoxsa bunları daim nəzarətdə saxlaya bilmək;

b) İntellektin tempi: təfəkkürünün, o cümlədən, onun təzahürü olan davranış və nitqinin sürəti, tempi, reaktivlik dərəcəsi;

II.1.1.3.Şəxsiyyətin intellektual (koqnitiv) xarakteristikası.

 Bu kateqoriyaya aiddir:

a) Rasionalizm, o cümlədən, beyinin assosiativ qabiliyyəti, ümumi-xüsusi, səbəb-nəticə arasında əlaqəni görə bilmək qabiliyyəti, çıxarılan nəticələrin ehtimallıq faizi, motivlərinin subyektiv-obyektivlik dərəcəsi;

b) Erudisiya potensialı; Yəni, məlumatlılıq, kompetensiya, dünyagörüşü və s.

II.1.1.4.Şəxsiyyətin iradi (evokativ) xarakteristikası.

 Bu kateqoriyaya aiddir:

a) məqsəd və motivləri seçə bilmək qabiliyyəti;

b) motivlərin defisiti və ya izafiliyi şəraitində fəallığı tənzimləyə bilmək qabiliyyəti;

c) psixi prosesləri yerinə yetirilən fəaliyyət növünə uyğun təşkil edə bilmək qabiliyyəti;

d) məqsədin əldə olunması yolunda ortaya çıxan maneələrin dəf edilməsi üçün fiziki və psixi imkanları səfərbər edə bilmək qabiliyyəti və s.

Bu dörd sfera insan ürəyinin, beyninin bir növ güzgüsü, displeyi, illüminatoru, ekranıdır. Hər bir insanın psixi portreti məhz bunların ayrı-ayrılıqda bir-biri ilə necə kombinasiya olması ilə müəyyənləşir. Onların hər birindəki elementar belə dəyişiklik insan psixikasında gedən proseslərlə əlaqədardır, onların ifadəsi, inikasıdır. İnsanların ürəyində saxladığı, gizlətmək istədiyi, illərlə açmadığı istənilən fikrini açıq bir kitab kimi oxumaq, qəlbində yaşatdığı hisslərini duymaq, gizli dünyasını qarış-qarış gəzmək onların sinxronik üsulla tədqiqi vasitəsilə həyata keçirilir ki, bu da öz növbəsində məhz indikator, ossilloqraf, barometr və s. adlandırıla biləcək həmin bu dörd sferanın kodlarını deşifrə, detektə, interpretasiya edə bilmək hesabına mümkün olur. Bunun üçün isə, deyildiyi kimi, həmin bu sferaların bir sıra qanunauyğunluqlarını bilmək zəruridir ki, aşağıda məhz bu qanunauyğunluqlar barədə söhbət açılır.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]