Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Diplomatik psixologiya.doc
Скачиваний:
0
Добавлен:
01.07.2025
Размер:
2.18 Mб
Скачать

2) Sosial dominantliq

Yarandığı gündən 1994-cü ilə qədər ABŞ konqresinin üzvü olmuş 11377 şəxsdən yalnız 1,4%-i qadın olub (155 səh. 232). Yeri gəlmişkən, yarandığı gündən bu yana ABŞ-da indiyə qədər heç bir qadın prezident və ya vitse-prezident vəzifəsinə yüksələ bilmədiyi halda geridəqalmış, qadın hüquqlarını tapdalayan hesab edilən İslam ölkələrində (Türkiyə, Pakistan, Banqladeş) qadınlar bu vəzifəyə yüksəlib. Rolların dəqiq bölgüsünün aparılmadığı situasiyalarda kişilər lider rolunda çıxış edərkən avtoritar, qadınlarsa – demokratik stilli idarəçiliyə üstünlük verirlər (Eagly & Johnson 1990). Demokratik rəhbərlik stilinin qəbul edildiyi kollektivdə qadın və ya kişinin rəhbərliyi kollektiv tərəfindən eyni səviyyədə qəbul edilir. Avtoritar stilli kollektivdə qadın-liderə verilən qiymət o qədər də yüksək olmur. (Eagly & others, 1992). İnsanlar «güclü və inadkar» kişi hakimiyyətini daha həvəslə qəbul edirlər nəinki «hikkəli və aqressiv» qadın hakimiyyətini (155 səh. 233). Kişi ünsiyyət stili müstəqillik, qadın ünsiyyəti – qarşılıqlı asılılıq kimi xarakterizə oluna bilər. Kişiləri hər bir situasiyada qələbə, üstünlük və dominantlıq daha çox maraqlandırır (Sidanius və b. 1994). Qadınlarsa (ələlxüsus fərqli cinslərdən ibarət kollektivdə) daha taktik, nəzakətli və özünə az arxayın olurlar. (Garli – 1991, Ellyson & others, 1991, Major & others, 1990) (155 səh. 233)

Kişilərin adi ünsiyyətində də daim aqressivlik və hökm hiss olunur: onlar danışanda qarşı tərəfin sözünü kəsməklə, gözlərinin içinə baxmaqla, əllərinə toxunmaqla və çox az halda gülümsəməklə həmsöhbətə təzyiq göstərir. Qadın və kişinin yarışında, yaxud rəqabətində kişinin məğlubiyyəti ətrafdakılar tərəfindən daha böyük alçalma kimi qəbul edilir, nəinki qadının məğlubiyyəti. Kişilər hətta adi gündəlik həyatda da, qadınlar üzərində öz üstünlüklərini qoruyub saxlamağa çalışırlar, məs., kişi və ya qadın öz cinsi ilə söhbət edərkən söhbət əsnasında tərəflər bir-birinin sözünü eyni tezliklə kəsdiyi halda, kişi qadınla söhbət edərkən qadının sözünü təxminən iki dəfə çox tezliklə kəsir və qadın qalan vaxtın böyük hissəsini sonradan fikirlərini toplamağa, kəsilmiş fikrinin istiqamətini yada salmağa və s. həsr edir.

Həmçinin, ətrafdakılar da, qadınla müqayisədə kişinin qabiliyyətinə daha etibarla yanaşırlar (hansı ki, həqiqətdə heç belə olmasa da), məs., kişi – lektor, sürücü, bərbər və b. kənardakılar tərəfindən daha kompetentli, professional, məsuliyyətli və s. qəbul edilir, nəinki qadın – lektor, sürücü, bərbər və b.

3) Aqressivlik

Aqressivlik məsələsində də kişilər qadınları qat-qat üstələyir. Kanadada adam öldürməyə görə həbs olunan kişilərin sayı eyni cinayətə görə həbs olunan qadınların sayına nisbətdə 11 : 1, hədə və ya zorlamalara görə həbs olunanların nisbəti 8 : 1-dir (Colombo 1994). ABŞ-da analoji cinayətlərin nisbəti 10 : 1 və 5 : 1 (Milqramın təcrübəsi).

Statistikaya görə, bütün dünya üzrə kişilərin qadınları öldürməsi halı, qadınların kişiləri öldürməsi faktından 20 dəfə çoxdur (Daly & Wilson 1989). Laborator təcrübələr zamanı «tərəfdaşı cəzalandırmaq» məqsədilə kişilər qadınlara nisbətən daha yüksək gərginlikli cərəyan seçirdilər (Eagly & Steffen 1986, Hyde 1986) (155 səh. 234, 300);

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]