
- •İnformasiya sistemlərinin yaradılmasının əsas mərhələləri.
- •Verilənlər bazalarının qurulma metodologiyası
- •Təşkilati təminat
- •İnformasiya sisteminin fəaliyyəti mərhələlərinin hüquqi təminatı Hüquqi təminat
- •İnformasiya sisteminin fəaliyyəti mərhələlərinin hüquqi təminatı aşağıdakıları əhatə edir:
- •Şəbəkə informasiya sistemlərinin arxitekturaları
- •Fayl-server arxitekturası
- •Kliyent-server arxitekturası
- •Çoxsəviyyəli arxitektura
Kliyent-server arxitekturası
Kliyent-server arxitekturalı İS fayl-server arxitekturalı İS-den ilk növbədə onunla fərqlənir ki, VBİS-in proqramları fuksional olaraq server və kliyent adlanan iki hissəyə ayrılır. Sistemin server və kliyent hissələri arasında funksiyaların bölünməsi müxtəlif variantlarla aparıla bilər: Verilənlərin təsvirlərinin bölüşdürülməsi ilə, təsviri uzaq məsafədən aparmaqla, funksiyaların bölüşdürülməsi ilə,Verilənlərə müraciəti uzaq məsafədən aparmaqla və Verilənlər bazasını bölüşdürməklə.
Kliyent-server arxitekturasının əksər tipləri ikisəviyyəli modellə qurulur. 1-ci (aşağı) səviyyədə təşkil olunan kliyent, 2-ci (yuxarı) səviyyədə təşkil olunan serverin xidmətlərinə müraciət edir. Bu zaman nəzərə alınır ki, DS və FS komponentləri serverde, PS və PL dialoq komponentləri və BL, DL məntiqi komponentləri isə kliyentdə yerləşdirilir. Bununla da istifadəci sorğularının reallaşdırılması və istifadəcilərlə qrafik interfeysin qurulması təmin olunur. Beləliklə, tətbiq kliyentlə işləyir, VBİS isə- serverlə.
Kliyent və ya ön proqram istifadəci sorğularının emalına və interfeysə cavab verir. Belə ki, o, istifadəcinin sorğularını və əmrlərini cevirərək serverə ötürür və nəticələri aldıqda eks cevirmə aparmaqla informasiyanı istifadəci ücün eks etdirir. Kliyent rolunda konkret tətbiqi məsələnin həlli ücün hazırlanan proqram və ya serverlə interfeyse malik olan hazır proqram cıxış edə bilər. Hazır kliynet proqramları kimi mətn prossesorları , cədvəl prossesorları və hətta VBİS-lər (məsələn, Access, FoxPro, Paradox) istifadə oluna bilər.
Server bazadakı Verilənlərin idarə olunması və mühafizəsi funksiyalarını yerinə yetirən əsas proqramdır. Serverin funksiyalarının cağrılıb işə salınması SQL dilində aparıldıqda, ona SQL-server deyilir. Server kimi profesional VBİS-in (meselen, İnformix 7.x, Sybase System 10, Oracle) nüvəsinden və ya hər hansı SQL-serverdən (məsələn, MS SQL server, Novell Netware SQL və s.) istifadə oluna bilər.
Kliyent-server arxitekturalı informasiya sisteminin sadələşdirilmiş strukturu şekil 1.16-da göstərilmişdir.
İnformasiya emalının esas hissesi-sorğuların formalaşdırılması, hesabat-ların tertibi və istifadəci ücün elverişli formada əks etdirilmesi və s. - kliyent komputerində yerinə yetirilir. Şəbəkə VBİS-le işləyən fayl-server sisteminden ferqli olaraq, VB fayllarının tam surətləri SK-dan KK-ya və geriyə göndərilmir, çünki, lazımi qarşılıqlı əlaqələrin təşkili ücün KK-da baxılan anda tələb edilən Verilənlərin olması kifayət edir. Bununla da şəbəkədə traffik xeyli azalır, KK-nın resurslarına qoyulan təlabat yumşalır və bunun da nəticəsinədə daha səmərəli və etibarlı informasiya sistemi qurmağa imkan yaranır.
Son illərdə serverin komputerinde Verilənlərdən başqa, onların emalı proqramları və sorğular da saxlanır. Bununla da Verilənlərin emalı sürətini və ümumi təyinatlı proqramların və sorğuların saxlanmasının və inzibatcılığının səmərəliliyini artırmaq mümkün olur.Server-komputerdə saxlanan Verilənlərin emalı proqramlarına (prosedurlara) saxlanan prosedurlar deyilir. Saxlanan prosedurların bir nüvə də triggerdir. Trigger (trigger proseduru) VB-də müəyyən hadisələr baş verdikdə avtomatik çağrılır. Bu hadiselere ayrı - ayrı yazıların və ya yazı sahələrinin daxil edilməsi, yeniləşdirilməsi, silinməsi və s. aiddir. Trigerrə misal olaraq VB-nin ölçüsü (yazılarının sayı) müəyyən həddə çatdıqda elektron poçt vasitəsilə məlumatın ötürlməsi prosesini işə salan proqramı göstərmək olar.
VB-nin serverində saxlanan əmrlər adlanan sorğuları da saxlamaq olar. Saxlanan əmrlər toplusu SQL sorğularının kompilyasiyası nəticəsində alınan əmrlərdən ibarət olur. Saxlanan əmrlər SQL sorğularına nisbətən daha sürətlə işarə olunurlar. Bu onunla əlaqədardır ki, saxlanan əmrlərin icrası zamanı sorğuların sintaksis təhlili aparılmır. VB serveri saxlanan əmrlərin kodlarını optimallaşdırdıqda icra sürəti daha da artır.
Serverin əsas proqramları, saxlanan prosedurlar və triggerlər Windows mühitində işləyən adi proqramlar kimi hazırlana bilər və ya şəbəkə əməliyyat sisteminin xüsusi yükləmə modulları (məsələn, Novell şəbəkəsinin NLM modulları) ola bilər. Kliyentin proqramları ümumi halda SK- da və ya KK-da, və ya onların hər ikisində saxlana bilər.
Hazırda kliyent-server tipli sistemlərin reallaşdırılması üçün geniş imkanlı proqramlaşdırma sistemləri mövcuddur. Onlara Delphi, Power Builder, ERwin, Visual Basic, CA- Visual Objects, SQL Windows və s. sistemləri aiddir. Bundan əlavə, müəyyən VBİS çərçivəsində işləyib hazırlama vasitələri mövcuddur (meselen, Oracle 7,8, Designer/2000).
Kliyent-server tipli İS-in qurulmasında bir VBİS mühitində yaradılmış VB-yə digər VBİS-dən və ya onun əhatəsindən müraciətin mümkünlüyü problemi qarşıya çıxır. Windows mühitində bu problem Microsoft firmasının ODBC (Open Data Base Connectivity - acıq Verilənlər bazalarının uyğunlaşdırılması) standart interfeysi vasitəsilə həll olunur. Onun əsas vəzifəsi müxtəlif istehsalçıların hazırladıqları lokal və uzaq məsafəli Verilənlər bazalarına vahid üsulla müraciəti təmin etməkdir.
ODBC vasitəsilə tətbiqlərin (proqramların və ya istifadəçilərin) Verilənlər bazasına müraciət sxemi şekil 1.17-də göstərilmişdir.
Tətbiqin VB-yə müraciəti SQL dilində ODBC-nin standart funksiyalarını çağırmaqla baş verir. Bu zaman kliyentin kompüterində ODBC interfeysinə malik olan MS Windows əməliyyat sistemi fəaliyyət göstərməlidir.
Tətbiqin VB ilə qarşılıqlı əlaqəsi ODBC-nin meneceri (dispetceri) vasitəsilə aparılır. Menecer VBİS-in Verilənlərinin formatına uyğun olan drayveri işə qoşur. VBİS-in drayveri şəbəkə vasitələrindən (konkret VBİS-in komminikasiya modullarından) istifadə edərək, SQL operatorlarını VBİS serverinə ötürür. Sonra isə serverdə icra olunan sorğuların nəticələri geriyə - tətbiqə - ötürülür.