Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
İnformasiya sistemlərinin yaradılmasının əsas...docx
Скачиваний:
0
Добавлен:
01.07.2025
Размер:
130 Кб
Скачать

Çoxsəviyyəli arxitektura

Çoxsəviyyəli arxitektura kliyent-server arxitekturasının inkişafı nəticəsində yaranmış və klassik formada 3 səviyyədə təşkil olunur:

-aşağı səviyyə - kliyentlərin tətbiqlərini (sorğular və interfeyslər) əhate edir və təsvir vasitələrindən (PS), təsvir məntiqindən (PL) və orta səviyyədəki tətbiqi çağırmaq üçün proqram interfeysindən ibarət olur;

- orta səviyyə - tətbiq serverindən ibarətdir. Burada tətbiqi məntiq (BL) yerinə yetirilir və Verilənlərin emalı mentiqi (DL) Verilənlər bazası ilə əməliyyatları yerinə yetirir;

- yuxarı səviyyə - Verilənlərin emalı xidmətini (DS) və fayl əməliyyatlarını (FS) yerinə yetirən VB-nin uzaq mesafeli xüsusi serverindən ibarət olur.

Funksiyaların 3 səviyyədə bölüşdürülməsi çoxsəviyyəli arxitekturalı şəbəkə informasiya sisteminin tipik variantıdır. Hər səviyyəyə uyğun funksiya ayrılığda kompüterdə reallaşdırılır. Şekil 1.18-də göstərilmiş bele modelə başqa adla tətbiq serveri modeli və ya AS-model (Appilication Server-Model) deyilir.

AS modəlinin mərkəzi qovşağı tətbiq serveridir. Burada bir neçə tətbiqi funksiya reallaşdırılır və bunlardan hər biri ayrıca xidmət kimi tərtib olunur. Tətbiq serveri bir neçə ola bilər və bu halda onlardan hər biri öz xidmətini teqdim edir. Tətbiq serverindən xidmət tələb edən istənilən proqram onun üçün kliyent rolunu oynayır. Tətbiq serverine kliyentdən daxil olan sorğular növbəyə qoyulur və müəyyən qayda ilə (məsələn, üstünlük dərəcəsinə görə) seçilib yerinə yetirilir.

3-cü (aşağı) səviyyədə təsvir funksiyalarını yerinə yetirən və tətbiq serveri üçün kliyent rolunda cıxış eden komponent adi hala nisbətən bu modeldə daha geniş məna daşıyır. O, istifadəçi ilə interfeysin təşkili üçün, məsələn, istifadəçi şəxsdən, qurğudan, verigidən verilənlərin qəbulu üçün istifadə oluna biler və ya istənilən proqram ola biler.

Üçseviyyəli arxitekturanın üstünlüyü onun çevikliyindən və tətbiq funksiyalarının bir-birindən asılı olmayan 3 hissəyə bülünməsinin nəticəsi kimi özünü göstərən universallıqdan ibarətdir. Bir çox hallarda bu arxitektura ikisəviyyəli arxitekturadan daha səmərəli hesab olunur. 3 səviyyəli arxitekturanın catışmazlığı 2 səviyyəli arxitekturaya nisbətən tətbiq komponentləri arasında informasiya mübadiləsinə daha çox resursun tələb olunmasıdır.

Üçsəviyyəli arxitekturanın reallaşdırılması üçün proqram vasitələri nisbətən yeni hesab olunurlar. Bu vasitələr əsasən UNİX mühiti üçün hazırlanır. Lakin son vaxtlar Windows mühiti üçün də bu cür proqram vasitələri yaradılmağa başlanmışdır. Bu vasitələrə misal olaraq BEA WebLogic Server, İnprise Application Server, İBM Web Sphere Application Server məhsullarını göstermek olar [6].

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]