- •İnformasiya sistemlərinin yaradılmasının əsas mərhələləri.
- •Verilənlər bazalarının qurulma metodologiyası
- •Təşkilati təminat
- •İnformasiya sisteminin fəaliyyəti mərhələlərinin hüquqi təminatı Hüquqi təminat
- •İnformasiya sisteminin fəaliyyəti mərhələlərinin hüquqi təminatı aşağıdakıları əhatə edir:
- •Şəbəkə informasiya sistemlərinin arxitekturaları
- •Fayl-server arxitekturası
- •Kliyent-server arxitekturası
- •Çoxsəviyyəli arxitektura
Şəbəkə informasiya sistemlərinin arxitekturaları
Qrup və korporativ informasiya sistemleri kompüter şəbəkələrində reallaşdırıaldıqlarından, onlara şəbəkə informasiya sistemləri deyilir. Şəbəkə informasiya sistemlerinin qurulması üçün 4 tip arxitekturadan istifadə oluna bilər:
-fayl-server arxitekturası,
-klient-server arxitekturası,
-çoxsəviyyəli arxitektura,
-İnternet /İntranet texnologiyası.
Hər bir informasiya sisteminde müxtəlif arxitekturaların məhdudluqlarını müəyyən edən lazımi funksional komponentleri ayırmaq olar
Fayl-server arxitekturası
Fayl-server arxitekturası adətən lokal şəbəkədə reallaşdırılır və 2 səviyyəyə malik olur: fayl-server səviyyəsi və klient səviyyəsi. Burada PS və PL dialoq komponentleri klient səviyyəsində birlikdə yerinə yetirilir və bununla da qrafiki interfeysin qurulması asanlaşır. Fayl-server yalnız fayllardan verilənləri seçib çıxarır (DL, DS) və klientlərə ötürür, kliyentlər isə verilənləri emal edib (BL), istifadəçilərə çatdırırlar (PS və PL).
Fayl-server arxitekturalı İS-i iki üsulla qurmaq olar: yalnız bir maşında işləyə bilən lokal (şəbəkəsiz) VBİS-dən istifadə etməklə (1) və lokal şəbəkədə işləyən VBİS-dən istifadə etməklə (2).
Lokal VBİS-lə işləyən fayl-server arxitekturalı informasiya sistemi şəkil 1.14-də göstərilmişdir.
Lokal VBİS-in proqramları və onun istifadə etdiyi verilənlər həm serverin kompüterində(SK), həm də klientin kompüterində (KK) saxlana bilər.
Klientin kompüterinde saxlanan və lokal verilənlərle işləyən VBİS-in işə salınması və fəaliyyəti onun fərdi kompüterdəki adi iş rejiminden fərqlənmir. Eger istifadə olunan Verilənlər SK- da saxlanırsa, şəbəkə əməliyyat sisteminin fayl sistemi lazımi faylı SK-dan KK-ya yükleyir. Qeyd edək ki, lokal VBİS-lərin heç də hamısı problemsiz istənilən əməliyyat sistemi mühitində işləyə bilər.
Əgər lokal VBİS şəbəkənin bir neçə istifadəçisi tərəfindən istifadə olunursa, onun proqramlarını, həmçinin verilənlər bazasını və ya onun bir hissəsini disk yaddaşına qenaət etmək məqsədilə serverin kompüterinde saxlamaq səmərəlidir. Serverin kompüterində saxlanan VB-yə mərkəzi VB (MVB), klientin kompüterində saxlanan VB-yə isə lokal VB (LVB) deyilir. VBİS-in bu variantda işə salınmasında her bir klient kompüterinə adətən VBİS-in tam surəti və mərkəzi VB-nin bir və ya bir neçə faylı köçürülür. Klient kompüterində iş qurtarandan sonra verilənləri uyğunlaşdırmaq məqsədi ilə MVB-nin faylları KK-dan gəriyə SK-ya göndərilməlidir.
Lokal VBİS-dən bu variantda istifadə olunmasının mənfi cəhəti ondan ibarətdir ki, bir VB ilə bir neçə istifadəçi işləyən halda verilənlərin tamlığı pozula bilər. Çünki VBİS -in her bir surəti digər surətlərin işindən xəbərsiz fəaliyyət göstərdiyindən, bu cür münaqişələri aradan qaldırmaq mümkün olmur. Eyni faylların oxunub yazılması əməliyyatına nəzarəti adətən şəbəkə əməliyyat sistemi yerinə yetirir.
Lokal VBİS-ə misal olaraq dBase sisteminin ilk variantlarını (dBaseIII Plus, dBaseIV, FoxBase), Paradox və s. göstərmək olar.
Şəbəkə VBİS-lə işləyən fayl-server arxitekturalı informasiya sistemində (şəkil 1.15) göstərilən çatışmazlıq “rəqabətə nəzarət” (concurrebcy control) mexanizmi vasitəsilə aradan qaldırılır. Şəbəkə VBİS-in nəzarət mexanizmi faylları, yazıları və hətta ayrıca sahələri bloklamaqla Verilənlərə müraciəti koordinasiya etməyə imkan verir. VB-nin fayllarının kollektiv istifadəsini təmin edən şəbəkə VBİS-lə işlədikdə informasiyanın emalı əvvəlki kimi klient kompüterində aparılır, server kompüterinin vəzifəsi isə böyük həcmli disk yaddaşı təqdim etməkdən ibarət olur.
Bu cür yanaşmanı da səmərəli hesab etmək olmaz, çünki informasiya emalının sürətli aparılması üçün KK yüksək işləmə sürətinə və böyük tutumlu əməli yaddaşa malik olmalıdır. Bundan əlavə, VB-nin fayllarının və idarəetmə əmrlərinin sürətlərinin bloklamaqla rabite xetleri ilə ötürülməsi verilənlərin ötürmə altsisteminin yükünü artırmaqla, şəbəkənin ümumi məhsuldarlığını azaldır.
Şəbəkə VBİS-ə misal olaraq Windows ücün FoxPro 2.5 və ondan yüksək versiyaları, Windows ücün dBase, Paradox 3.5 və ondan yüksək versiyaları, Access 2000 və ondan yüksək versiyaları, FoxPro8.0 və ondan yüksək versiyaları və s. göstərmək olar.
İki variantda baxılan fayl-server arxitekturasının yuxarıda göstərilən catışmazlıqlarına baxmayaraq, bu arxitektura özünün sadəliyi, istifadəsinin əlverişliyi və reallaşdırılmasının ucuz başa gəlməsi ilə özünə cəlb edir. Odur ki, fayl-server arxitekturalı informasiya sistemlərindən indiyə qədər kiçik işçi qrupları və müəssisə miqyasında geniş istifadə olunur.
