Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
İnformasiya sistemlərinin yaradılmasının əsas...docx
Скачиваний:
0
Добавлен:
01.07.2025
Размер:
130.06 Кб
Скачать

İnformasiya sistemlərinin yaradılmasının əsas mərhələləri.

İnformasiya axınlarının sxemleri informasiyanın hərəkət marşrutlarını, həcmini, ilkin informasiyanın yaranma və nəticəvi informasiyanın istifadə olunma yerlərini təsvir edirlər. Bu sxemləri təhlil etməklə idarəetmə sisteminin bütövlükdə təkmilləşdirilməsi üçün tədbirlər görmək olar.

Verilənlər bazalarının qurulma metodologiyası

Verilənlər bazalarının layihələndirilməsinin nəzəri əsaslarına söykənir. Bu metodologiyaya görə Verilənlər bazasının layihələndirilməsi yuxarıdan-aşağıya prinsipi əsasında ardıcıl iterasiya ilə yerinə yetirilən mərhələlərlə aparılır. İlkin mərhələde tətbiq sahəsinin informasiya baxımından araşdırılması nəticəsində Verilənlər bazasına qoyulan tələblər müəyyənləşdirilir və təhlil olunur. Sonra tətbiq sahəsinin informasiya-məntiq (infoloji) modeli yaradılır, daha sonra Verilənlər bazasının idarəetme sistemi seçilir və s.

Təşkilati təminat

Təşkilati təminat informasiya sisteminin hazırlanması və istismarı prosesində işcilərin texniki vasitələrlə və öz aralarında qarşılıqlı əlaqələrini nizamlayan metodlar və vasitələr toplusudur. Teşkilati təminat aşağıdakı funksiyaları yerinə yetirir:

- informasiya sistemi yaradılacaq müəssisənin idarəetme sisteminin təhlili və avtomatlaşdırılması tələb olunan məsələlərin müəyyənləşdirilməsi;

- informasiya sisteminin layihələndirilməsi üçün texniki tapşırığın hazırlanması və onun texniki-iqtisadi səmərəliliyinin esaslandırılması;

- idarəetmə sisteminin səmərəliliyinin artırılması məqsədilə müəssisənin strukturuna və tərkibinə aid təkliflərin və məsələlərin həll metodologiyasının işlənib hazırlanması;

- informasiya sisteminin fəaliyyətinə və inkişafına cavabdeh şəxslərin cəlb edilmesi.

Təşkilatı təminat informasiya sisteminin və ya Verilənlər bazasının yaradılmasının 1-ci mərhələsində, yeni layihəqabağı araşdırma zamanı işlənib hazırlanmalıdır.

İnformasiya sisteminin fəaliyyəti mərhələlərinin hüquqi təminatı Hüquqi təminat

Hüquqi təminat dedikdə informasiya sisteminin yaradılması, hüquqi statusu və fəaliyyəti ilə bağlı hüquqi normalar toplusu başa düşülür. Həmin normalar vasitəsilə informasiyanın alınması, cevrilməsi, istifadə edilməsi və qorunması qaydaları nizamlanır. Hüquqi təminatın əsas məqsədi qanuniliyi möhkəmlətməkdir.

Hüquqi təminatın tərkibinə qanunlar, fərmanlar, dövlət orqanlarının sərəncamları, əmrlər, təlimatlar və nazirlər kabinetinin, nazirliklərin, idarələrin, təşkilatların və yerli hakimiyyət orqanlarının normativ sənədləri daxildir. Hüquqi təminatda istənilən informasiya sisteminin fəaliyyətini tənzimləyən ümumi hissəni və konkret sistemin fəaliyyətini tənzimləyən lokal hissəni ayırmaq olar.

İnformasiya sisteminin yaradılması mərhələlərinin hüquqi təminatına icracı və sifarişci təşkilatlar arasında müqavilə münasibətləri ilə və həmcinin müqavilədən yayınmaların hüquqi tənzimlənməsi ilə bağlı normativ aktlar daxildir.

İnformasiya sisteminin fəaliyyəti mərhələlərinin hüquqi təminatı aşağıdakıları əhatə edir:

- İnformasiya sisteminin statusu;

- Sistemin heyyətinin hüquqları, vəzifələri və məsuliyyətləri;

- İdarəetmə prosesinin ayrı-ayrı növlərinin hüquqi nizamnamələri;

- İnformasiyanın hazırlanması və istifadə edilməsi qaydaları və s.

Lokal informasiya sisteminin arxitekturası

Lokal və ya biristifadəçili informasiya sisteminin funksional hissəsi bir kompüterdə reallaşdırılır. Müəyyən əməliyyat sistemi mühitində fəaliyyət göstərən informasiya sisteminin işini 3 variantda təşkil etmək olar [6]:

1. bütöv VBİS-dən istifadə etməklə,

2. VBİS-in nüvəsi ilə işləyən tətbiqi proqram vasitəsilə,

3. müstəqil işləyən tətbiqi proqram vasitəsilə.

1-ci variantda VBİS kompüterin disk yaddaşında yerləşdirilir və İS- in fəaliyyətində bilavasitə iştirak edir. VBİS-ə daxil olmayan funksiyaların yerinə yetirilməsi ücün (istifadəçi interfeysinə əlavələr, reqlamentli sorğuların emalı, hesabatların hazırlanması və s.) əlavə olaraq üstqurum proqramları yaradılır. Bu variantla qurulan İS-in arxitekturası şəkil 1.11-də verilmişdir.

Göründüyü kimi, bu halda İS ücseviyyeli arxitektura üzrə təşkil olunur və bu arxitektura verilənlərin idarəetmə sistemləri üzrə tədqiqat qrupunun (ANSİ/SPARC) təklif etdiyi arxitekturaya uyğundur [4]. Verilənlərin xarici, məntiqi və fiziki təsvirinə uyğun olan 3 səviyyə ilə təşkili verilənlərin məntiqi və fiziki müstəqilliyini təmin etmək məqsədini güdür. Hər səviyyəyə uyğun verilənlərin modeli yaradılır.

Xarici model istifadəçilərin informasiya sorğularını ifadə edir və xüsusi sorğu dilində (SQL, QBE və s.) təsvir olunur.

Məntiqi model verilənlərin kompüterdən kənar və müəyyən mənada mücərrəd təsvirini əks etdirir. Bu təsvirdə verilənlər bazasına daxil edilen bütün verilənlərin strukturu və onlar arasındakı əlaqələr göstərilir. Məntiqi model əsas sayılır, odur ki, ona başqa adla konseptual model deyilir. Məntiqi model xüsusi dil (DL, SQL və s.) vasitəsilə təsvir olunur.

İdeal halda məntiqi model Verilənlərin bütün xarakteristikalarını və əlaqələrini əhatə etməlidir. Lakin real sistemdə bu tam mümkün olmur. Hər bir halda müəyyən məhdudluqlar olur və bu da özünü məntiqi modelin formal təsviri üçün istifadə olunan iyerarxik, şəbəkə və realizasiya sxemlərində göstərir. Yığcamlığı, əyaniliyi, zənginliyi və verilənlər üzərində lazımi əməliyyatların aparılmasının mümkünlüyü baxımından realizasiya modeli daha geniş tətbiq tapmışdır və müasir sistemlərin böyük əksəriyyəti realizasiya modelinin əsasında yaradılır.

Fiziki model verilənlərin kompüterin xarici yaddaşında necə təşkil olunmasını əks etdirir. Bu modeldə verilənlər bazasının daxili (maşın) sxemi təsvir edilir. Həmin sxemdə xarici yaddaşın xarakteristikaları, fiziki yazıların formatları, indekslər, kataloqlar və s. haqqında məlumat verilir. Verilənlər bazası xarici yaddaşda fiziki modelə uyğun saxlanılır.

Xarici, məntiqi və fiziki modellər VBİS vasitəsilə bir-birilə əlaqələndirilir, yəni bir-birində əks olunur. Bu əks olunmaların təsviri Verilənlər bazasının adminstratoru və ya VBİS tərəfindən aparılır.

Şəxsi istifadəçilərin və tətbiqi proqramların sorğuları istifadəçi-sistem interfeysi vasitəsile VBİS-ə ötürülür. Sorğular istənilən dildə ifadə oluna bilər, lakin onlar interfeys vasitəsilə əməliyyat sisteminin tələb etdiyi dilə çevrilib, əsas yaddaşın işçi sahəsində yazılır. İşçi sahələrin sayı eyni vaxtda sistemdə emal oluna bilən sorğuların sayı ilə təyin olunur. Verilənlər bazası ilə tətbiqi proqramlar arasında verilənlər mübadiləsi işçi sahe vasitəsilə aparılır. Modellərin və onlar arasındakı əksolunmaların təsvirləri əsasında VBİS əməliyyat sistəminə müraciyyət edir və Verilənlərin axtarış üsullarından istifadə etməklə Verilənlər bazasında lazımi əməliyyatlar aparır.

İnformasiya sistemində istifadəçilərlə sistem arasında, sistemlə Verilənlər bazasının adminstratoru arasında və müxtəlif səviyyələrdə Verilənlərin təsvir modelləri arasında informasiya mübadiləsinin təşkili üçün uyğun interfeyslər yaradılır. İstifadəçi sistem interfeysi istifadəçilərin və (və ya) tətbiqi proqramların sorğularının VBİS-in və əməliyyat sisteminin tələb etdiyi formaya və dilə çevirir. VBİS-in tərkibində sistemdaxili interfeyslər fəaliyyət gösterir. Modellerle işlemek üçün Verilənlər bazasının adminstratoru uyğun interfeyslərlə təmin olunur.

İS-in 1-ci səviyyəli arxitekturası hər səviyyədə Verilənlərin bir-birindən asılı olmayaraq deyişdirilmesinə imkan verir, çünki məntiqi model xarici modellə daxili modeli bir-birindən ayırır. Odur ki, məntiqi model stabil olmalıdır və sistemin uzun müddetli işini təmin etməlidir. Xarici modelin dəyişilməsi təbii haldır və bu dəyişilmələr məntiqi model çərçivəsində olmalıdır. Xarici modelin obyektləri istifadəçilərin sorğuları əsasında onların reallaşdırılması zamanı yaradılır. Daxili modelin obyektləri (fiziki yazılar) isə saxlanan Verilənləri ifade edir. Məntiqi modelin obyektləri (məntiqi yazılar) xarici və daxili modeldə əks olunan Verilənlərin hamısını və hətta hələlik daxili modeldə əks olunmayan Verilənləri də əhatə edir. Bununla da Verilənlər bazasının uzun müddətli istismarı təmin edilir.

VBİS vasitəsilə modellər arasında əksolunma funksiyalarının və Verilənlərin emalı üçün funksiyaların reallaşdırılması bir necə variantla aparıla bilər. Məsələn, sadə halda hər bir məntiqi yazıya bir fiziki yazı və hər bir xarici yazıya bir məntiqi yazı uyğun gələ bilər. Onda xarici yazı birmənalı olaraq daxili yazıdan alınır. Digər halda məntiqi model əsasında lazımı əksolunmanı həyata keçirən proqram yaradılır və onun köməyilə daxili yazılardan xarici yazılar formalaşdırılır. Praktikada aralıq variantına da rast gəlinir. Bu halda daxili yazılar əsasında məntiqi yazılar formalaşdırılır, sonra isə məntiqi yazılardan xarici yazılar alınır.

İnformasiya sistemi tətbiq edilen müəssisədə Verilənlərin mərkəz-ləşdirilmiş emalına və idarəolunmasına məsuliyyəti Verilənlərin adminstratoru adlanan bir və ya bir necə şəxsdən ibarət qrup daşıyır. Verilənlərin administratoru Verilənləri yaxşı anlamalı və müessisənin idarə olunması üçün hansı Verilənlərə ehtiyac olmasını bilməlidir. Verilənlərin administratorunun vəzifələrinə aşağıdakılar aiddir: Verilənlərin aktuallığını təmin etmək; Verilənlərə xidmət zamanı mövcud qaydalara əməl olunmasına və istifadəcilərin sorğularının təmin olunmasına nəzarət etmək; Verilənlərin mühafizəsini təmin etmək.

Verilənlərin adminstratorunun tələblərinin yerinə yetirilməsi Verilənlər bazasının adminstratoru tərəfindən aparılır. Verilənlər bazasının administratoru bir və ya bir neçə peşəkar mütəxəssisdən ibarət olan qrupdur. Verilənlər bazası adminstratorunun vəzifəsi Verilənlər bazasını yaratmaq, onun yeniləşdiril-məsini, təşkilini və istifadəçilərin sorğularının cavablandırılmasını təmin etməkdir. O, həmçinin sistemin operativliyinə və texniki təminatına da cavabdehlik edir.

VBİS-in nüvəsi ilə işləyeə proqram vasitəsilə qurulan informasiya sisteminin arxitekturası bütüv VBİS əsasında yaradılan İS-dən onunla fərqlənir ki, VBİS-ə aid olan bir çox funksiyalar layihəçi və icraçının yaratdıqları üstqurum proqramları tərəfindən yerinə yetirilir.

Bu arxitekturanın üstün cəhətləri aşağıdakılardır:

- VBİS-dən bütövlükdə istifadə edilmədiyindən, disk yaddaşının və əməli yaddaşın sərfi azalır;

- sistemin işləmə sürəti artır;

- istifadəçi tərəfindən sistemə müdaxilənin qarşısı alınır.

Bu cür yanaşmaya misal olaraq FoxBase+ sisteminin FoxRun modulundan istifadə etməkle İS-in qurulmasını göstərmək olar. Müasir VBİS-lərdən MS ACCESS-in terkibine daxil olan MS ACCESS Developers Toolkit paketi vasitəsilə Həmin sistemin disketlərdə daşınan qısaldılmış (run-time) və üstqurum vasitələrinə malik olmayan MS ACCESS versiyasını yaratmaq olar.

Müstəqil işləyən proqram vasitələri ilə qurulan İS əvvəlki variantlarla qurulan İS-dən onunla fərqlənir ki, burada hazır VBİS-dən istifadə edilmədiyindən, Verilənlərin bazasının yaradılması, idarə olunması, sorğuların təmin olunması kimi funksiyaları da layihəçi və icraçı tərəfindən hazırlanan proqram vasitələri yerinə yetirirlər. Bu cür arxitekturanın sadələşdirilmiş forması şəkil 1.13-de verilmişdir.

Verilənlərin saxlanması və emalı funksiyalarının yerinə yetirilməsi baxımından müstəqil işləyən proqram vasitələri VBİS-lə və ya onun nüvəsi ilə işləyən proqramlardan az fərqlənir. Bu arxitekturanın evvəlki arxitekturalardan üstün cəhətləri aşağıdakılardır:

1) kompüterin xarici və əməli yaddaşına qənaet;

2) sistemin işləmə sürətinin artması;

3) istifadəçilərin sistemə müdaxiləsinin qarşısının tam alınması.

Catışmayan cəhətlər ondan ibarətdir ki:

1) sistemin qurulmasının əmək tutumu artır və baha başa gəlir,

2) Verilənlər bazasına xidmət etmək üçün VBİS-in verdiyi standart imkanlardan istifadə etmək olmur.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]