Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Əqaid üsullarının tə’limil.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
1.45 Mб
Скачать

Suallar

1. Dinlə bağlı tədqiqat aparmağın zərurətinə dair ikinci dəlilin hansı məsələləri vardır?

2. İnsanın kamillikaxtarma hissini bəyan edin.

3. İnsanın əsas xüsusiyyətləri hansılardır?

4. Bu xüsusiyyətlərlə insanın həqiqi təkamülü arasında hansı əlaqə vardır?

5. İdeologiya hansı dünyagörüşə əsaslanır?

6. İkinci dəlilin məntiqi yolunu bəyan edin.

DÖRDÜNCÜ DƏRS

Əsasli məsələlərin həlli yolu

Müqəddimə

Tanışlıq yolları

Dünyagörüşün növləri

Tənqidlər araşdırmalar

Nəticə

Müqəddimə

İnsan dünyagörüşün əsaslı məsələlərini həll etmək və haqq dinin əqidə prinsipləri ilə tanışolma məqamına gəldiyi vaxt ilk növbədə bu suallarla qarşılaşır: Bu məsələləri hansı yolla həll etməlidir? Səhih və əsaslı nəzəriyyəni hansı yolla əldə etmək lazımdır və ümumiyyətlə, tanışlıq üçün hansı yollar mövcuddur? Tanışlıq əldə etmək üçün bu yollardan hansını seçməlidir?

Bu mətləblərin ətraflı və peşəkar səviyyədə araşdırılması fəlsəfənin mə’rifətşünaslıq (epistimologiya) bölməsinin öhdəsinə düşür. O, insan tanışlığının (mə’rifətinin) müxtəlif növlərini araşdırıb müəyyən edir. Bu kitabda onların hamısının araşdırılması bizi öz hədəfimizdən yayındırar. Buna görə də ehtiyac duyulan mətləblərdən bə’zilərini qeyd etməklə kifayətlənir və bu barədə ətraflı tədqiqat aparmağı oxucuların özünə həvalə edirik.1

Mə’rifətin (tanişliğin) növləri

İnsan mə’rifətini dörd növə bölmək olar:

1.Elmi təcrübi rifət. Bu cür tanışlıq hiss orqanlarının köməyi ilə əldə olunur. Lakin hiss orqanları ilə yanaşı bu tanışlıqda əqlin də özünəməxsus rolu var. Təcrübi mə’rifət fizika, kimya və s. kimi elmlərdə istifadə olunur.

2.Əqli rifət. Bu cür mə’rifət fəlsəfi məfhumlar vasitəsilə formalaşır və onun əldə olunmasında əsas rolu əql ifa edir. Amma bə’zi hallarda deduksiyadan da istifadə olunması mümkündür. Bu mə’rifətin hüdudunu məntiq, fəlsəfi və riyazi elmlər təşkil edir.

3.Təəbbüdi rifət. Bu ikincilik (sanəvi) yönünə malikdir və e’timad olunan mənbəyin ilkin mə’rifəti əsasında olub və müxbiri-sadiqin (doğruçu, sadiq xəbərverənin) verdiyi xəbər vasitəsilə əldə olunur. Din ardıcıllarının dini rəhbərlərin sözləri əsasında qəbul etdikləri, bə’zən də hiss və təcrübədən qaynaqlanan e’tiqadlardan qat-qat güclü olan e’tiqadi mətləblər bu qəbildəndir.

4.Şühudi rifət. Bu növ mə’rifət yuxarıda qeyd olunan növlərin əksinə olaraq zehni məfhumların və surətlərin vasitəçiliyi olmadan və heç bir xəta və səhvə yol verilmədən birbaşa mə’lumun eyni zatına aid olur. Amma öz yerində izah ediləcəsi kimi irfani və şühudi mə’rifət adlanan bu şey həqiqətdə müşahidə olunan şeylər barəsində zehni bir mülahizədir. Səhvə və xətaya düşməsi mümkündür.2

Dünyagörüşün növləri

Mə’rifət barəsində qeyd olunan təsnifata əsasən dünyagörüşü də aşağıdakı növlərə bölmək olar:

1.Elmi dünyagörüş. Yə’ni, insan təcrübi elmlərin nailiyyətləri əsasında varlıq aləmi barəsində ümumi bir nəzər əldə etmiş olur.

2.Fəlsəfi dünyagörüş. Bu da əqlin sə’ylər və elmi dəlillər vasitəsi ilə əldə etdiyi nəzəriyyəyə əsaslanır.

3.Dini dünyagörüş. Bu, din rəhbərlərinə iman gətirmək, onların sözlərini qəbul etməklə hasil olur.

4.İrfani dünyagörüş. Bu da kəşf, müşahidə və işraq yolu ilə hasil olur.

İndi bu dörd yolun hər birinin dünyagörüşün əsaslı məsələlərini həll edib-etməməsi və bu dörd yolun bir-birindən üstün olub-olmaması məsələsini araşdıraq.