- •Əqidə üsullarinin tə’limi ayətullah misbah yəzdi
- •Birinci dərs
- •Din məfhumu
- •Üsuliddin və füruiddin
- •Dünyagörüş və ideologiya
- •İlahi və maddi (materialist) dünyagörüş
- •Din, asimani dinlər və onlarin prinsipləri
- •Dinlə bağli tədqiqat aparmağin əhəmiyyəti
- •Suallar
- •Yaşamaq insan üçün şərtdir!
- •Müqəddimə
- •İnsan kamillik axtaran bir varliqdir
- •İnsanin kamilliyə çatmasi əqlinə tabe olmaqla mümkündür
- •Əqli fəaliyyət nəzəri əsaslara ehtiyaclidir
- •Suallar
- •Əsasli məsələlərin həlli yolu
- •Müqəddimə
- •Mə’rifətin (tanişliğin) növləri
- •Dünyagörüşün növləri
- •Tənqid və araşdirmalar
- •Suallar
- •Beşinci dərs allahi tanimaq
- •Müqəddimə
- •Hüzuri və hüsuli mə’rifət
- •Fitri mə’rifət
- •Suallar
- •Altinci dərs allahi tanimağin sadə yolu
- •Allahi tanimağin yollari
- •Sadə yolun xüsusiyyətləri
- •Taniş nişanələr
- •Bürhanin mövzusu
- •İmkan və vücub
- •Səbəblər silsiləsinin sonsuz olmasi qeyri-mümkündür
- •Bürhanin bəyani
- •Suallar
- •Səkkizinci dərs allahin sifətləri
- •Müqəddimə
- •Allahin əzəli və əbədi olmasi
- •Varliq bəxş edən səbəb
- •Varliq bəxş edən səbəbin xüsusiyyətləri
- •Suallar
- •Doqquzuncu dərs zati sifətlər
- •Müqəddimə
- •Zati və fe’li sifətlər
- •Zati sifətlərin isbat olunmasi
- •Suallar
- •Onuncu dərs
- •Müqəddimə
- •Xaliqiyyət
- •Rübubiyyət
- •Üluhiyyət
- •Suallar
- •On birinci dərs
- •Müqəddimə
- •Allahin kəlami
- •Sidq (doğruçuluq)
- •Suallar
- •On ikinci dərs düz yoldan çixmağin səbəbi
- •Müqəddimə
- •Düz yoldan azmanin səbəbləri
- •İnhirafa səbəb olan amillərlə mübarizə
- •Suallar
- •Bir neçə şübhənin həll edilməsi
- •Hiss olunmayan varliğa e’tiqad
- •Allaha e’tiqad bəsləməkdə qorxu və cəhalətin rolu
- •Səbəbiyyət (səbəb-nəticə) prinsipi ümumi bir qanundurmu?
- •Təcrübi elmlərin nailiyyətləri
- •Suallar
- •Materialist dünyagörüşü nəzəriyyəsi və onun tənqidi
- •Maddi dünyagörüşün prinsipləri
- •Birinci prinsipin araşdirilmasi
- •İkinci prinsipin araşdirilmasi
- •Üçüncü prinsipin araşdirilmasi
- •Dördüncü prinsipin araşdirilmasi
- •Əksliklərin vəhdəti və mübarizəsi
- •Mülahizələr və tənqidlər
- •Kəmiyyətin keyfiyyətə keçməsi
- •Tənqidlər və mülahizələr
- •İnkari inkar qanunu
- •Tənqidlər və mülahizələr
- •Allahin yeganə olmasinin dəlili
- •Suallar
- •On yeddinci dərs tövhidin mə’nalari
- •Müqəddimə
- •1. Çoxluğun inkar edilməsi
- •2. Tərkibin inkar olunmasi
- •3. Zata artirilan sifətlərin inkar edilməsi
- •4. Əf’ali tövhid (fe’llərdə tövhid)
- •Bir şübhənin dəf edilməsi
- •İxtiyar barədə izah
- •Cəbrə meyl edənlərin yaratdiği şübhələrin dəf edilməsi
- •Suallar
- •On doqquzuncu dərs
- •Qəza və qədərin məfhumu
- •Elmi qəza və qədər və eyni qəza və qədər
- •Qəza və qədərin insanin ixtiyari ilə olan əlaqəsi
- •Şübhənin dəf edilməsi
- •Qəza və qədərə e’tiqad bəsəlməyin tə’sirləri
- •Suallar
- •İyirminci dərs
- •İlahi ədalət
- •Müqəddimə
- •Ədalətin məfhumu
- •İlahi ədalətin dəlili
- •Bir neçə şübhənin cavabi
- •Suallar
- •İyirmi birinci dərs nübüvvət məsələsinə müqəddimə
- •Müqəddimə
- •Bu bölmənin bəhsində hədəf
- •Kəlam elmində təhqiq metodu
- •Suallar
- •İyirmi ikinci dərs bəşərin vəhy və nübüvvətə olan ehtiyaci
- •Peyğəmbərlərin göndərilmə zərurəti
- •Bəşər elminin çatişmazliği və kifayət etməməsi
- •Peyğəmbərlərin göndərilmələrinin faydalari
- •Suallar
- •İyirmi üçüncü dərs bir neçə şübhənin həll edilməsi
- •Bir neçə şübhənin həll edilməsi
- •Suallar
- •İyirmi dördüncü dərs peyğəmbərlərin isməti (hər bir cəhətdən günahsiz olmasi)
- •Vəhyin toxunulmazliğinin zərurəti
- •İsmətin sair hallari
- •Peyğəmbərlərin isməti barəsində əqli dəlillər
- •Peyğəmbərlərin ismətinə nəqli dəlillər
- •Peyğəmbərlərin ismətinin sirri
- •Suallar
- •İyirmi altinci dərs bir neçə şübhənin cavabi
- •Suallar
- •İyirmi yeddinci dərs
- •Nübüvvətin isbatolunma yollari
- •Mö’cüzənin tə’rifi
- •Xariqüladə işlər
- •İlahi xariqüladə işlər
- •Peyğəmbərlərin mö’cüzələrinin xüsusiyyətləri
- •Suallar
- •İyirimi səkkizinci dərs
- •Suallar
- •İyirmi doqquzuncu dərs peyğəmbərlərin xüsusiyyətləri
- •Peyğəmbərlərin çoxluğu
- •Peyğəmbərlərin sayi
- •Nübüvvət və risalət
- •Ulul-əzm peyğəmbərlər
- •Suallar
- •Otuzuncu dərs
- •İnsanlar və peyğəmbərlər
- •Müqəddimə
- •Camaatin peyğəmbərlərə münasibəti
- •Peyğəmbərlərlə müxalifliyin səbəbləri
- •Peyğəmbərlərlə qarşidurma
- •Cəmiyyətin idarə olunmasinda bə’zi ilahi qanunlar
- •Suallar
Peyğəmbərlərlə müxalifliyin səbəbləri
Peyğəmbərlərlə müxalifliyin, həvayi-nəfsə itaət və açıq-saçıqlığa meyl etmək kimi ümumi bir məqsəddən əlavə1 digər səbəbləri də olmuşdur. O cümlədən, bə’zilərinin qürur və təkəbbürləri, özünü hamıdan üstün hesab etmələri (istikbar ruhiyyəsi) olmuşdur ki, bu da əksər hallarda özünü cəmiyyətin varlıları arasında büruzə verirdi.2 Digər səbəblər kimi ata-babalarının yanlış adət-ən’ənələrinə vəfadar qalmaq, onların təəssübünü çəkmək, müxtəlif cəmiyyətlər arasında yaranan yanlış dəyərləri qeyd etmək olar.3
Həmçinin iqtisadi mənbələrin, ictimai məqam və mövqeyin qorunub saxlanması sərvətlilər, hökmranlar və alimlər üçün güclü bir məqsəd idi.4 Digər tərəfdən xalq kütlələrinin cəhalət və mə’lumatsızlığı onların küfr başçıları tərəfindən aldadılmasında, cəmiyyətin əksəriyyətinə və böyüklərinə tabe olmaqda böyük bir amil idi ki, bu da onların öz yanlış təsəvvürləri ilə özlərinə təskinlik vermələrinə səbəb olurdu, nəticədə az bir dəstədən başqasının qəbul etmədiyi ayinə iman gətirməkdən imtina edirdilər. İman gətirənlər əksər hallarda da ictimai baxımdan yüksək mövqeyə malik olmayan, cəmiyyətin böyükləri və əksəriyyət təşkil edənlər tərəfindən qovulan şəxslər idi. Bu məsələdə hakim təbəqənin və zorakıların göstərdiyi təzyiqləri də nəzərdən qaçırmaq olmaz.5
Peyğəmbərlərlə qarşidurma
Peyğəmbərlərin müxalifləri onların işinin irəliləməsinin qarşısını almaq üçün müxtəlif mübarizə üsullarından istifadə edirdilər:
a) Təhqir və istehza. İlk əvvəldə müəyyən bir qrup istehza, məsxərə vasitəsilə ilahi xəbər gətirənin şəxsiyyətini alçaltmaq istəyirdi ki, kütlə onlara e’tinasız olsun.6
b) İftira və yersiz nisbətlər. Daha sonra iftira və yalana əl atır, onlara yersiz nisbətlər verirdilər. O cümlədən, peyğəmbərləri səfeh və dəli adlandırırdılar.1 Onlar mö’cüzə göstərdikdə isə onları sehrkarlıq, cadugərlik və gözbağlayıcıqda ittiham edirdilər.2 Allahın buyurduğu xəbərləri isə “əsatir” və “əfsanə” hesab edirdilər.3
v) Yersiz mübahisə və höcətlər. Allahın elçiləri camaat ilə hikmət və bürhan əsasında danışdıqda, yaxud gözəl mübahisə və müzakirə üslubundan istifadə edərək söhbət etdikdə, camaata moizə etdikdə öyüd-nəsihət verdikdə, yaxud da küfr, şirk və tüğyanın acı nəticələri barəsində xəbərdarlıq edib Allaha pərstiş etməyin gözəl faydalarını xatırlatdıqda, mö’minlərə və salehlərə dünya və axirət səadətini müjdə verdikdə küfr başçıları camaatı onların sözlərinə qulaq asmaqdan çəkindirir və sonra çox zəif məntiqlə onlara cavab verib xalq kütlələrini zahirdə gözəl olan sözlərlə aldatmağa çalışır,4 onları peyğəmbərlərə tabe olmasının qarşısını alır və əksər hallarda ata-babalarının keçmiş adət-ən’ələrinə istinad edirdilər.5 Onlar özlərinin mal-dövlətlərini və iqtisadi inkişaflarını peyğəmbərlərdən üstün olmaları kimi göstərir, ardıcıllarının maddi çətinlikdə, gerilikdə və zəiflikdə olmalarını onların rəftar və əqidəsinin düzgün olmamasına bir əsas gətirirdilər.6 Misal üçün deyirdilər: “Nə üçün Allah Öz rəsul və peyğəmbərlərini mələklərin arasından seçməmişdir?” “Onunla yanaşı niyə bir mələyi göndərməmişdir?”, yaxud “Nə üçün onları böyük maddi və iqtisadi imtiyazlarla bəhrələndirməmişdir?”.7 Bə’zi vaxtlarda onların inadkarlıqları elə bir həddə çatırdı ki, deyirdilər: “Biz özümüzə vəhy olunmayınca, yaxud Allahı gözümüzlə görməyincə və arada heç bir vasitə olmadan, Onun sözlərini eşitməyincə, heç vaxt Ona iman gətirmərik.”8
q) Təhdidetmə və ya mal-dövlət və’dəsi vermə. Qur’ani-kərimdə nəql olunur ki, Allahın peyğəmbərlərini və onların ardıcıllarını şəhərdən çıxartmaq, diyarından və vətənindən sürgün etmək, daşqalaq edib öldürmək və işgəncələrlə təhdid edirdilər.9 Digər tərəfdən də onları mal-dövlətlə tamahlandırırdılar və həm də çoxlu miqdarda mal-dövlət sərf edərək camaatın peyğəmbərlərə tabe olmasına mane olurdular.1
e) Kobud rəftar və qətl. Nəhayət onlar, peyğəmbərlərin və onların həqiqi ardıcıllarının səbr, müqavimət və dözümlülüyünü, bu yolda ciddi və dönməz olduqlarını gördükdə,2 hər bir tədbir və əks təbliğatların tə’sir qoyacağından ümidsiz olduqda, onlara qarşı öz təhdidlərini əməli olaraq həyata keçirməyə və onlarla çox rəhmsiz davranmağa başladılar. Belə ki, onlar, peyğəmbərlərin çoxunu qətlə yetirir3 və insan cəmiyyətini belə bir böyük ilahi ne’mətlərdən, ən səlahiyyətli və ləyaqətli islahatçılardan, ictimai rəhbərlərdən məhrum edirdilər.
