Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Əqaid üsullarının tə’limil.doc
Скачиваний:
6
Добавлен:
01.05.2025
Размер:
1.45 Mб
Скачать

Suallar

1.Səbəb-nəticə qanununun məzmunu nədir? O nəyi gərəkli edir?

2.Səbəb-nəticə qanununun qəbul edilməsinin mö’cüzəni qəbul etməklə niyə ziddiyyəti yoxdur?

3.Mö’cüzənin namə’lum səbəblərdən agahlıq kimi təfsir edilməsi niyə səhih deyildir?

4.Mö’cüzəni qəbul etmək ilahi qayda-qanunların dəyişikliyə mə’ruz qalmaması ilə ziddirmi? Niyə?

5.Peyğəmbərlər bədahətən mö’cüzə gətirirdilər, yoxsa, bu işi camaatın istəyi ilə görürdülər?

6.Nəyə görə peyğəmbərlər hər mö’cüzə istəyənin istəyinə cavab vermirdilər?

7.Mö’cüzənin yalnız qane edən bir dəlil olmadığını, əksinə, nübüvvət iddiasının doğruluğuna əqli bir dəlil olmasını izah edin.

İyirmi doqquzuncu dərs peyğəmbərlərin xüsusiyyətləri

Peyğəmbərlərin çoxluğu

Peyğəmbərlərin sayı

Nübüvvət risalət

Ülul-əzm peyğəmbərlər

Bir neçə məsələ

Peyğəmbərlərin çoxluğu

İndiyə qədər nübüvvətin üç əsas məsələsi araşdırıldı və belə nəticə alındı ki, bəşər elmi dünya və axirət səadətində əsaslı rol oynayan mə’lumatların hamısını əldə etmək üçün yetərli olmadığından Allahın hikməti ehtiyac duyulan həqiqətləri insanlara öyrətsin deyə, peyğəmbər, yaxud peyğəmbərlər göndərilməsini tələb edir ki, bu həqiqətlər sağlam və təhrif olunmadan bütün insanlara yetişsin. Digər tərəfdən onları başqalarına elə təqdim etsin ki, höccət onlara tamam olsun. Onun ən ümumi yolu da mö’cüzə göstərməkdir.

Biz bu mətləbləri əqli bürhanlarla isbat etdik. Lakin yuxarıdakı bürhanlar peyğəmbərlərin, asimani kitab və şəriətlərin çoxluğunun zərurət olmasına dəxalət etmir. Hətta, əgər bəşər həyatı, dünyanın axırına qədər insanların ehtiyaclarının hamısının təkcə bir peyğəmbərin bəyan edə biləcəyi şəkildə olsaydı və hər bir fərd, yaxud qrup tarix boyu öz vəzifəsini həmin peyğəmbərin göstərişləri vasitəsilə ayırd edə bilsəydi, həmin bürhanların tələbinin əksinə olmazdı.

Amma bilirik ki, əvvəla, bütün insanların, o cümlədən, peyğəmbərlərin ömrü məhduddur və yaradılışın hikməti bir peyğəmbərin dünyanın axırına qədər diri qalaraq bütün insanları birbəbir hidayət etməsi əsasında olmamışdır.

İkincisi, insanların müxtəlif zaman və məkanlardakı həyat şəraitləri və vəziyyətləri eyni səviyyədə deyil, fərqlidir. Bu kimi mövcud fərqlər və şəraitin dəyişilməsi, xüsusilə ictimai münasibətlərin tədricən inkişaf edib mürəkkəbləşməsi ictimai qayda-qanunların və hökmlərin kəmiyyət və keyfiyyətinə tə’sir göstərib, bə’zi hallarda yeni şəriət qanunlarını tələb edə bilər. Əgər bu qanunlar min illər bundan qabaq göndərilmiş peyğəmbərin vasitəsilə bəyan olunsaydı, bu, əbəs, onların qorunub saxlanılması və xüsusi şəraitdə tətbiq edilməsi isə olduqca çətin bir iş olardı.

Üçüncüsü, keçmiş zamanların çoxunda peyğəmbərlərin də’vətinin yayılması və təbliği üçün mövcud imkanlar elə bir səviyyədə deyildi ki, bir peyğəmbər öz sözlərini bütün insanlara çatdıra bilsin.

Dördüncü, zamanın keçməsi və müxtəlif amillərin tə’siri ilə bir peyğəmbərin tə’limləri onu əxz edən insanların arasında təhrif olunmuş və ondan düzgün olmayan təfsirlər edilmiş, bir müddətdən sonra xurafatçı və inhirafçı ayinə çevrilmişdir. Məsələn, İsa ibni Məryəmin (ə) tövhid dini bir müddətdən sonra “üçlüyə pərəstiş”ə çevrilmişdir.1

Bu kimi məsələlərə diqqət yetirməklə peyğəmbərlərin sayının çoxluğunun, bə’zi ibadət hökmləri, yaxud ictimai qanunların bir qrupunda asimani şəriətin fərqlərinin hikməti aydın olur.2 Halbuki, onların hamısı əqidə prinsiplərinə əsasən eyni, fərdi və ictimai əhkamlarda və əxlaqi normalarda da bir-biri ilə uyğun olmuşlar.1 Misal üçün, namaz bütün asimani dinlərdə mövcud olmuşdur. Sadəcə olaraq onun qılınma tərzi, qiblələr müxtəlif olmuşdur. Yaxud zəkat və Allah yolunda infaq bütün şəriətlərdə mövcud olmuş, sadəcə olaraq onun miqdarı və xərclənmə yerləri eyni olmamışdır.

Ümumiyyətlə, bütün peyğəmbərlərə iman gətirmək, onların nübüvvətini təsdiq etmək, aralarında fərq qoymamaq, onlara nazil olan bütün maarif və göstərişləri qəbul etmək, onların arasında ayrılıq salmamaq hər bir insana vacibdir.2 Peyğəmbərlərdən hər hansı birini təkzib etmək onların hamısını təkzib etmək sayılır. Bir ilahi hökmün inkar olunması bütün ilahi hökmlərin inkar olunmasına gətirib çıxarır.3 Əlbəttə, hər bir ümmətin öz dövründəki əməli vəzifələri həmin ümmətin və həmin zamanda mövcud olan peyğəmbərin göstərişlərinə əməl etməkdir.

Xatırladılmalıdır ki, qeyd olunan məsələlərə diqqət yetirməklə əqlin peyğəmbərlərin çoxluğu, asimani kitabların varlığı, ilahi şəriətlərin fərqlərini dərk edə bilməsinə baxmayaraq, peyğəmbərlərin və asimani şəriətlərin sayı barəsində dəqiq bir formul əldə edə bilməz ki, onun vasitəsilə hansı zamanda və hansı məkanda başqa bir peyğəmbərin məb’us olmasını, yaxud yeni şəriət nazil edilməsini hökm edə bilsin. Yalnız bunu başa düşə bilər ki, hər vaxt bəşərin həyatı bir peyğəmbərin də’vətinin bütün insanlara çata biləcəyinə, onun göstərişlərinin gələcək nəsillər üçün qorunub saxlanacağına zəmanət verəcək bir şəkildə olsa, ictimai şəraitin dəyişilməsi ilə yeni əsaslı şəriət qanunlarına ehtiyac duyulmasa, mövcud şəriət hökmləri və qanunlarının dəyişikliyinə zərurət olmasa onda digər bir peyğəmbərin göndərilməsinə zərurət də olmayacaqdır.