Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Əqaid üsullarının tə’limil.doc
Скачиваний:
2
Добавлен:
01.05.2025
Размер:
1.45 Mб
Скачать

Suallar

1.Mə’sum şəxs başqalarına nisbətən hansı ixtiyari imtiyazlara malikdir? İlahi ismətə istinad verilən bir iş hansı mükafata layiqdir?

2.Nə üçün Allah peyğəmbərləri və övliyaları özlərini günahkar hesab edərək Allah dərgahında yalvarıb istiğfar edirdilər?

3.Şeytanın peyğəmbərlərdə təsərrüf etməsi onların ismət məqamı ilə necə uyğun gəlir?

4.Qur’ani-kərimdə həzrət Adəmə (ə) nisbət verilən üsyankarlıq və unutqanlıq onun isməti ilə necə düz gəlir?

5.Əgər bütün peyğəmbərlər mə’sumdurlarsa, onda nə üçün həzrət İbrahim (ə) və həzrət Yusif (ə) yalan danışdılar?

6.Həzrət Musanın (ə) isməti ilə əlaqədar şübhə və onun cavabını bəyan edin.

7.Əgər vəhy idrakında heç bir xətaya yol yoxdursa, nə üçün Mütəal Allah Peyğəmbəri-Əkrəmi (s) risaləti barəsindəki şəkk və tərəddüddən təkrar çəkindirir?

8.Fəth surəsində islam Peyğəmbərinə (s) günah nisbət verilməsi o Həzrətin ismət məqamı ilə necə uyğun gəlir?

9.Zeydin hadisəsi ilə əlaqədar şübhəni cavabı ilə birlikdə bəyan edin.

10.Peyğəmbərin (s) məzəmmət edilməsi ilə əlaqədar şübhə hansıdır? Onun cavabı nədir?

İyirmi yeddinci dərs

MÖ’CÜZƏ

Nübüvvətin isbatolunma yolları

cüzənin rifi

Xariqüladə işlər

İlahi xariqüladələr

Peyğəmbərlərin cüzələrinin xüsusiyyətləri

Nübüvvətin isbatolunma yollari

Nübüvvət bölməsinin üçüncü əsas məsələsi başqaları üçün Həqiqi peyğəmbərlərin iddiasının doğruluğunu və yalançı iddiaçıların yalanını isbat etməkdən ibarətdir?

Əgər insan günaha və əql tərəfindən çirkinliyi dərk edilən işlərə mürtəkib olsa, artıq ona e’timad edilməyəcəkdir. İsmət şərtini əldə əsas tutmaqla bir kəsin iddiasının yalan olduğunu isbat etmək olar. Xüsusilə, əgər o, insanları əql və fitrət ilə müxalif olan işlərə də’vət etsə, yaxud sözlərində ziddiyyət aşkar olunsa onun sözünün yalan olması daha tez aşkar edilər.

Digər tərəfdən də hər hansı şəxsin keçmişi pak-pakizə ola bilər və onunla şəxsi-qərəzi olmayanlar onun düzdanışan olmasını hər an təsdiq edib bu barədə xatircəm ola bilərlər. Xüsusilə, əgər əql də onun də’vətinin möhtəvasının düzgünlüyünə şahidlik etsə. Bir şəxsin peyğəmbərliyi digər bir peyğəmbərin əvvəlcədən xəbər verib onu təqdim etməsi və həqiqət axtaran şəxslər üçün heç bir şəkk-şübhəyə yer qalmadığı qədər sübuta yetməsi də mümkündür. Amma əgər camaat üçün yəqinlik və xatircəmlik gətirən əlamətlər olmasa, digər peyğəmbərlərdən bu barədə heç bir xəbər gəlib çatmasa, təbiidir ki, nübüvvətin isbat olunması üçün digər bir yola ehtiyac duyulacaqdır. Mütəal Allah da Özünün hikmətinə uyğun olaraq bu barədə çıxış yolu açaraq peyğəmbərlərə “ayələr” adlandırdığı mö’cüzələr vermişdir ki, onların iddiasının doğruluğu sübut olunsun.1

Deməli, həqiqi peyğəmbərlərin iddiasının doğruluğu üç yolla isbat oluna bilər:

1.Xatircəmlik gətirən əlamət və şahidlər yolu ilə. Məsələn, onun həyatı boyu düzlüyü, doğruçuluğu, yolundan azmaması, həmişə haqq yolda və ədalətli olması mə’lum olsun. Amma bu yol o peyğəmbərlərin barəsində doğrudur ki, insanların arasında uzun illər yaşamış və onların arasında xoş rəftarı ilə məşhur olmuşdur. Amma bir peyğəmbər cavan yaşlarında, xalqın onun şəxsiyyət və rəftarını tanımazdan öncə peyğəmbərliyə çatsa, bu yolla onun iddiasının doğruluğunu isbat etmək olmaz.

2.Əvvəlki, yaxud onunla müasir olan peyğəmbərlərin təqdim etməsi ilə. Bu yol da o insanlara məxsusdur ki, özündən əvvəlki digər peyğəmbəri tanımış olsun. Bundan əlavə, onun verdiyi xəbər və təsdiqlədiyi şəxs barədə əldə mə’lumat olsun. Təbiidir ki, bu yol ilk peyğəmbər barəsində mövcud olmayacaqdır.

3.Mö’cüzə göstərməklə.* Bu mövzu yüksək səviyyəli, geniş olduğundan onu daha artıq izah edirik.