Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Əqaid üsullarının tə’limil.doc
Скачиваний:
2
Добавлен:
01.05.2025
Размер:
1.45 Mб
Скачать

Peyğəmbərlərin göndərilmələrinin faydalari

İlahi peyğəmbərlər insanın həqiqi təkamülü üçün düzgün yol göstərməkdən, vəhy alıb camaata çatdırmaqdan əlavə, insanların təkamülündə digər mühüm tə’sirlərə də malik olmuşlar ki, onların ən mühümləri aşağıdakılardır:

1.İnsan əqli çox mətləbləri dərk edə bilər. Lakin bunun üçün zamanın keçməsinə və çoxlu təcrübə əldə etməyə ehtiyac var. Bir yandan da insanların maddi işlərə baş qoşması, heyvani xislətlərin və meyllərin onlara qələbə çalması nəticəsində qəflət və unutqanlığa düçar olmaq və yaxud da düzgün olmayan tə’limlər və pis təbliğatlar sayəsində bu mətləblər xalq kütlələrindən gizlin qalır. Belə mətləblər peyğəmbərlərin vasitəsilə bəyan olunur, ardıcıl xatırlatmalar vasitəsilə onların tamamilə unudulmasının qarşısı alınır, düzgün və məntiqi tə’limlərlə pis tə’limatlara və çaşdırıcı fikirlərə sipər çəkilir.

Buradan da peyğəmbərlərin müzəkkir (xatırladan) və nəzir (ilahi əzabdan qorxudan), Qur’ani-kərimin isə zikr (xatırlatma) və təzkirə adlanmasının mühüm səbəbi aydınlaşır.

Əli (ə) peyğəmbərlərin be’sətinin hikməti barəsində belə buyurur: Mütəal Allah Öz peyğəmbərlərini bir-birinin ardınca göndərmişdir ki, öz fitri əhdi-peymanlarına vəfa etməyi camaatdan istəsin, unudulmuş nemətləri onlara xatırlatsın, həqiqətlərin təbliğ bəyan edilməsi ilə höccəti onlara tamam etsin.”

2.İnsanın tə’lim-tərbiyə, inkişaf və təkamül amillərindən ən mühümü davranış və rəftarda nümunə və ülgünün olmasıdır. Bunun əhəmiyyəti psixologiya elmində sübut edilmişdir. İlahi peyğəmbərlər kamil insanlar və Allahın tərbiyə etdiyi şəxslər olmaqla bu rolu ən gözəl formada ifa edir, müxtəlif tə’limatlardan əlavə, insanların ruhən tə’lim-tərbiyəsinə və ruhlarının aludəliklərdən təmizlənməsinə sə’y edirlər. Bildiyimiz kimi, Qur’ani-kərim tə’lim (elm öyrətmə) və təzkiyəni (saflaşdırma) yanaşı zikr etmişdir, hətta bə’zi hallarda təzkiyə tə’limdən qabaqda gəlir.

3.Peyğəmbərlərin insanların arasında olmasının bərəkətlərindən biri də budur ki, lazımi şərait yarandıqda camaatın ictimai-siyasi və mühakimə nəzərindən rəhbərliyini öz öhdələrinə alsınlar. Aydındır ki, mə’sum və günahsız bir rəhbər Allahın cəmiyyətə təqdim etdiyi ən böyük ne’mətlərdən biridir; onun vasitəsilə ictimai pozuntuların çoxunun qarşısı alınır, cəmiyyət ixtilafdan, pərakəndəlikdən, əyintilərdən xilas olaraq istənilən kamala doğru hidayət olunur.

Suallar

1.İnsanın yaradılmasında məqsəd nədir?

2.Allahın ilahi hikmət əsasında olan iradəsi insanın səadət və rəhmətinə aid olduğu kimi, onun bədbəxtçiliyinə və əzabına da aidiyyatı varmı? Bunların arasında fərq varmı?

3.İnsanın ixtiyari əməlləri, agahlıq üzündən seçim etməsi üçün hansı işlərə ehtiyacı vardır?

4.Nə üçün bəşər əqli lazım olan bütün mə’rifətləri tə’min etməkdə kifayət deyildir?

5.Peyğəmbərlərin be’sətinin zərurətini göstərən dəlilləri qeyd edin.

6.Əgər insan uzun təcrübələrdən istifadə edərək özünün dünya və ictimai səadətini tanıya bilsəydi, onda vəhyə ehtiyac qalardımı? Niyə?

7.İlk insanın peyğəmbər olmasına əqli dəlil gətirmək olarmı? Necə?

8.Peyğəmbərlərin varlığlının digər faydalarını bəyan edin.