Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Əqaid üsullarının tə’limil.doc
Скачиваний:
6
Добавлен:
01.05.2025
Размер:
1.45 Mб
Скачать

Suallar

1.Qəza və qədərin lüğətdəki mə’nalarını bəyan edin.

2.İlahi qəza və təqdir deməkdə məqsəd nədir?

3.Hansı mülahizəyə görə qəza və qədər labüd və qeyri-labüd olaraq iki yerə bölünür?

4.Bəda nədir?

5.Elmi qəza və qədəri və eyni qəza və qədəri bəyan edin.

6.“Lövhi-məfhuz”, “lövhi-məhv və isbat” eləcə də onların labüd və qeyri-labüd tale ilə olan əqalələrini şərh edin.

7.Qəza və qədərin insanın ixtiyarı ilə bir yerə cəm olunmasındakı iradı və bu mövzu ətrafında mütəkəllimlərin ixtilafını izah edin.

8.Çoxlu illətlərin vahid bir mə’lula tə’sir növlərini bəyan edin və bir neçə illətin vahid mə’lulun üzərinə yığışmasının hansı növünün qeyri-mümkün olmasını deyin.

9.Qəza və qədər məsələsində cəbr şübhəsinin cavabını verin.

10.İlahi qəza və qədərə e’tiqad bəsləməyin müsbət tə’sirlərini şərh edin.

İyirminci dərs

İlahi ədalət

Müqəddimə

Ədalətin məfhumu

İlahi ədalətin dəlili

Bir neçə şübhənin həlli

Müqəddimə

Keçən dərslərdə iki kəlami firqə olan əş’əri və mö’təzilə arasındakı ixtilaflarla tanış olduq. Onlardan biri də ilahi iradə və kəlam, sifətlərdə tövhid, cəbr, ixtiyar, qəza və qədər məsələləri idi. Əksər hallarda onların nəzəriyyələri ifrat və ya təfrit kimi iki istiqamətdə olur. Onların arasındakı əsaslı ixtilaflardan biri də ilahi ədalət məsələsidir. Bu məsələdə şiələrin nəzəri mö’təziləyə müvafiq hesab edilmişdir və bu iki məzhəb məcmu halında əş’ərilərin qarşısında “ədliyyə” adlandırılır. Bu məsələnin kəlam elmində malik olduğu əhəmiyyətə görə əsaslı məsələlərdən sayılır və hətta şiə və mö’təzilənin kəlami məzhəb xüsusiyyətlərindən və əqidə üsullarından da hesab edilir.

Diqqət yetirmək lazımdır ki, əş’ərilər ilahi ədaləti inkar etmir və nəuzibillah, Allahı zalım hesab etmirlər. Çünki Qur’ani-kərimin aşkar və heç bir şərhə ehtiyacı olmayan başqa mə’nalara yozula bilməyən ayələri Allahın ədalətli olmasını isbat edərək onun hər hansı bir zülmü rəva görməsini inkar edir. Əsas bəhs insanın əqlinin öz-özünə və şər’i bəyanlar (yə’ni Qur’an və sünnət) olmadan fe’llərin, xüsusilə ilahi fe’llərin qanunlarını nəzərə alaraq onların əsasında bir işin yerinə yetirilməsinin, yaxud digər işin görülməsinin zərurətinə hökm etməsi, yaxud “Mütəal Allah gərək mö’minləri behiştə kafirləri isə cəhənnəmə aparsın” - deməsi, yoxsa bu cür mühakimələrin yalnız vəhy əsasında baş verməli olması və onları nəzərə almadan əql təklikdə qəzavət edə bilməməsi əsasındadır.

Deməli, ixtilafın əsas nöqtəsi hüsn qübhi əqli (əqli gözəllik və çirkinlik) adı ilə tanınan məsələdir. Əş’ərilər bu məsələ barəsində əqlin hökmünü inkar edərək inanırlar ki, təkvini işlərdə Allahın gördüyü işlər gözəldir, şəriət işlərində isə Allahın əmr etdiyi işlər yaxşıdır, nəinki yaxşı iş olduğuna görə Allah onu yerinə yetirir, yaxud ona əmr edir.

Amma ədliyyəçilər inanırlar ki, fe’llər, onların təkvini və təşrii cəhətdən Mütəal Allaha mənsub edilməsi nəzərə alınmadan gözəllik və ya çirkinliklə vəsf edilə bilər, yə’ni insanın əqli də fe’llərin gözəllik və çirkinliyini, Allahın çirkin iş görməkdən uzaq olmasını müəyyən qədər dərk edə bilər. Əlbəttə bu, nəuzibillah, Allaha əmr və nəhy etmək mə’nasında deyil, əksinə, bu mə’nadadır ki, müəyyən bir işin onlarla olan tənasübünü kəşf etsin və bunun əsasında qəbahətli və çirkin işlərin Allahdan baş verməsini qeyri-mümkün hesab etsin.

Aydındır ki, bu məsələnin ətraflı şəkildə araşdırılması, əş’ərilər tərəfindən əqli gözəllik və çirkinliyin inkar olunmasına dair yaradılan şübhələrə cavab verilməsi və nəhayətdə, onları ədliyyə ilə qarşı-qarşıya qoyan şübhələrə cavab verilməsi bu kitabın həcminə sığmaz. Həmçinin mö’təziləçilərin sözlərinin müəyyən zəif cəhətləri də ola bilər ki, öz yerində araşdırılmalıdır. Amma şiələr “əqli gözəllik və çikrinliyin” əslinə e’tiqad bəsləməyi qəbul edir və bu Allahın kitabı və Peyğəmbərin (s) sünnəsi və mə’sum İmamların (ə) kəlamında təsdiq olunur.

Buna görə də biz əvvəlcə ədalətin məfhumu barədə bir qədər izah verdikdən sonra bu sifətin Allahın fe’li sifətlərindən olmasına əqli dəlil gətirəcəyik, sonda isə bu məsələ ilə əlaqədar ən mühüm şübhələri həll edib araşdıracağıq.