- •Əqidə üsullarinin tə’limi ayətullah misbah yəzdi
- •Birinci dərs
- •Din məfhumu
- •Üsuliddin və füruiddin
- •Dünyagörüş və ideologiya
- •İlahi və maddi (materialist) dünyagörüş
- •Din, asimani dinlər və onlarin prinsipləri
- •Dinlə bağli tədqiqat aparmağin əhəmiyyəti
- •Suallar
- •Yaşamaq insan üçün şərtdir!
- •Müqəddimə
- •İnsan kamillik axtaran bir varliqdir
- •İnsanin kamilliyə çatmasi əqlinə tabe olmaqla mümkündür
- •Əqli fəaliyyət nəzəri əsaslara ehtiyaclidir
- •Suallar
- •Əsasli məsələlərin həlli yolu
- •Müqəddimə
- •Mə’rifətin (tanişliğin) növləri
- •Dünyagörüşün növləri
- •Tənqid və araşdirmalar
- •Suallar
- •Beşinci dərs allahi tanimaq
- •Müqəddimə
- •Hüzuri və hüsuli mə’rifət
- •Fitri mə’rifət
- •Suallar
- •Altinci dərs allahi tanimağin sadə yolu
- •Allahi tanimağin yollari
- •Sadə yolun xüsusiyyətləri
- •Taniş nişanələr
- •Bürhanin mövzusu
- •İmkan və vücub
- •Səbəblər silsiləsinin sonsuz olmasi qeyri-mümkündür
- •Bürhanin bəyani
- •Suallar
- •Səkkizinci dərs allahin sifətləri
- •Müqəddimə
- •Allahin əzəli və əbədi olmasi
- •Varliq bəxş edən səbəb
- •Varliq bəxş edən səbəbin xüsusiyyətləri
- •Suallar
- •Doqquzuncu dərs zati sifətlər
- •Müqəddimə
- •Zati və fe’li sifətlər
- •Zati sifətlərin isbat olunmasi
- •Suallar
- •Onuncu dərs
- •Müqəddimə
- •Xaliqiyyət
- •Rübubiyyət
- •Üluhiyyət
- •Suallar
- •On birinci dərs
- •Müqəddimə
- •Allahin kəlami
- •Sidq (doğruçuluq)
- •Suallar
- •On ikinci dərs düz yoldan çixmağin səbəbi
- •Müqəddimə
- •Düz yoldan azmanin səbəbləri
- •İnhirafa səbəb olan amillərlə mübarizə
- •Suallar
- •Bir neçə şübhənin həll edilməsi
- •Hiss olunmayan varliğa e’tiqad
- •Allaha e’tiqad bəsləməkdə qorxu və cəhalətin rolu
- •Səbəbiyyət (səbəb-nəticə) prinsipi ümumi bir qanundurmu?
- •Təcrübi elmlərin nailiyyətləri
- •Suallar
- •Materialist dünyagörüşü nəzəriyyəsi və onun tənqidi
- •Maddi dünyagörüşün prinsipləri
- •Birinci prinsipin araşdirilmasi
- •İkinci prinsipin araşdirilmasi
- •Üçüncü prinsipin araşdirilmasi
- •Dördüncü prinsipin araşdirilmasi
- •Əksliklərin vəhdəti və mübarizəsi
- •Mülahizələr və tənqidlər
- •Kəmiyyətin keyfiyyətə keçməsi
- •Tənqidlər və mülahizələr
- •İnkari inkar qanunu
- •Tənqidlər və mülahizələr
- •Allahin yeganə olmasinin dəlili
- •Suallar
- •On yeddinci dərs tövhidin mə’nalari
- •Müqəddimə
- •1. Çoxluğun inkar edilməsi
- •2. Tərkibin inkar olunmasi
- •3. Zata artirilan sifətlərin inkar edilməsi
- •4. Əf’ali tövhid (fe’llərdə tövhid)
- •Bir şübhənin dəf edilməsi
- •İxtiyar barədə izah
- •Cəbrə meyl edənlərin yaratdiği şübhələrin dəf edilməsi
- •Suallar
- •On doqquzuncu dərs
- •Qəza və qədərin məfhumu
- •Elmi qəza və qədər və eyni qəza və qədər
- •Qəza və qədərin insanin ixtiyari ilə olan əlaqəsi
- •Şübhənin dəf edilməsi
- •Qəza və qədərə e’tiqad bəsəlməyin tə’sirləri
- •Suallar
- •İyirminci dərs
- •İlahi ədalət
- •Müqəddimə
- •Ədalətin məfhumu
- •İlahi ədalətin dəlili
- •Bir neçə şübhənin cavabi
- •Suallar
- •İyirmi birinci dərs nübüvvət məsələsinə müqəddimə
- •Müqəddimə
- •Bu bölmənin bəhsində hədəf
- •Kəlam elmində təhqiq metodu
- •Suallar
- •İyirmi ikinci dərs bəşərin vəhy və nübüvvətə olan ehtiyaci
- •Peyğəmbərlərin göndərilmə zərurəti
- •Bəşər elminin çatişmazliği və kifayət etməməsi
- •Peyğəmbərlərin göndərilmələrinin faydalari
- •Suallar
- •İyirmi üçüncü dərs bir neçə şübhənin həll edilməsi
- •Bir neçə şübhənin həll edilməsi
- •Suallar
- •İyirmi dördüncü dərs peyğəmbərlərin isməti (hər bir cəhətdən günahsiz olmasi)
- •Vəhyin toxunulmazliğinin zərurəti
- •İsmətin sair hallari
- •Peyğəmbərlərin isməti barəsində əqli dəlillər
- •Peyğəmbərlərin ismətinə nəqli dəlillər
- •Peyğəmbərlərin ismətinin sirri
- •Suallar
- •İyirmi altinci dərs bir neçə şübhənin cavabi
- •Suallar
- •İyirmi yeddinci dərs
- •Nübüvvətin isbatolunma yollari
- •Mö’cüzənin tə’rifi
- •Xariqüladə işlər
- •İlahi xariqüladə işlər
- •Peyğəmbərlərin mö’cüzələrinin xüsusiyyətləri
- •Suallar
- •İyirimi səkkizinci dərs
- •Suallar
- •İyirmi doqquzuncu dərs peyğəmbərlərin xüsusiyyətləri
- •Peyğəmbərlərin çoxluğu
- •Peyğəmbərlərin sayi
- •Nübüvvət və risalət
- •Ulul-əzm peyğəmbərlər
- •Suallar
- •Otuzuncu dərs
- •İnsanlar və peyğəmbərlər
- •Müqəddimə
- •Camaatin peyğəmbərlərə münasibəti
- •Peyğəmbərlərlə müxalifliyin səbəbləri
- •Peyğəmbərlərlə qarşidurma
- •Cəmiyyətin idarə olunmasinda bə’zi ilahi qanunlar
- •Suallar
Şübhənin dəf edilməsi
İnsanın ixtiyari fe’llərinin varlığının Mütəal Allaha istinad verilməsi ilə onların insanın özünə istinad verilməsi arasında ziddiyyət yoxdur, çünki bu istinadlar bir-birinin davamındadır və bir-birinə maneçilik törətmir.
Başqa sözlə desək, fe’lin insani failə istinad verilməsi bir səthdədir və onun varlığının Mütəal Allaha istinad verilməsi isə daha yüksək bir səthdədir ki, bu səthdə insanın özünün varlığı, işi üzərində gördüyü maddənin varlığı, işi onların vasitəsilə gördüyü alətlərin varlığı hamılıqla Ona istinad verilir.
Deməli, insan iradəsinin öz işində “tam illətin sonuncu hissəsi” kimi tə’sir göstərməsi ilə tam illətin bütün hissələrinin Mütəal Allaha istinad verilməsi arasında ziddiyyət yoxdur. Dünyanı, insanı və onun bütün vücud işlərini Öz qüdrəti əlində saxlayan, onlara arasıkəsilmədən vücud bağışlayan, onların növbənövlərini yaradan məhz Allahdır və heç bir varlıq, heç bir halda və heç bir zamanda Ondan ehtiyacsız, Allah qarşısında istiqlaliyyətə malik deyildir. Deməli, insanın ixtiyari işləri Allahdan ehtiyacsız və Onun iradəsi hüdudlarından kənarda olmayacaq, onların bütün sifətləri, xüsusiyyətləri, həddi-hüdudu da ilahi qəza və təqdirə bağlı olacaqdır. Belə deyildir ki, “ya insanın iradəsinə istinad verilmiş olsun, ya da Allahın iradəsinə”. Çünki bu iki iradə bir-biri ilə eyni səviyyədə, bir-birinə mane olacaq tərzdə deyildir və onların işlərin gerçəkləşməsindəki tə’siri bədəl üzrə (növbə ilə) baş vermir. Əksinə, insanın iradəsi onun varlığının özü kimi Allahın iradəsinə bağlıdır və onun gerçəkləşməsində Mütəal Allahın iradəsi zəruridir:
“Və aləmlərin Rəbbi olan Allahın istədiyi şeydən başqa heç nə istəyə bilməzsiniz.”1
Qəza və qədərə e’tiqad bəsəlməyin tə’sirləri
İlahi qəza və qədərə e’tiqad bəsləməyin Allaha mə’rifətin dəyərli dərəcəsinə çatmasından, insanın əqli baxımdan təkamülə yüksəlməsindən əlavə, çoxlu əməli tə’sirləri də vardır ki, onların bə’zilərini aşağıda qeyd edirik:
Hadisələrin baş verməsinin Mütəal Allahın hikmətli iradəsinə tabe olduğunu, ilahi təqdir və qəzaya istinad verildiyini bilən şəxs xoşagəlməz hadisələrdən qorxmaz, onların qarşısında özünü itirməz, ah-nalə etməz. O bu hadisələrin dünyanın hikmətli nizamının bir hissəsi olduğunu, hikmət və məsləhət üzündən baş verdiyini və gələcəkdə də baş verəcəyinə diqqət yetirməklə onları gülərüzlə qarşılayır, səbr, təvəkkül, razılıq və təslim kimi fəzilətli səciyyələri və insani keyfiyyətləri əldə edir. Həmçinin dünyanın ötəri xoşluqlarına, şad günlərinə məftun olmur, onlarla məğrurlaşıb məst olmur, Allahın verdiyi ne’mətləri özünü hamıdan üstün hesab etmək və qürurlanmaq vasitəsi hesab etmir.
Bu dəyərli tə’sirlər də aşağıdakı ayənin işarə etdiyidir:
“Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxanlara kədərlənməyiniz və sizə verilənə də qürrələnməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç kəsi sevməz.”1
Eyni zamanda diqqət yetirməliyik ki, qəza və qədər və tövhidin müstəqil tə’sirində əldə edilən yanlış mə’lumatlar süstülüyə, tənbəlliyə, zəlilliyə, zülmü qəbul etməyə, məs’uliyyətdən imtina etməyə səbəb olmasın. Bilməliyik ki, əbədi səadət və bədbəxtlik bizim ixtiyari işlərimizdən asılıdır: “Hər kəsin qazandığı pis əməl də, yaxşı əməl də özünə aiddir. İnsanın kəsb etdiyi şeylər onun xeyrinə, özünü oda-suya vurub əldə etdiyi şeylər isə onun əleyhinədir.”2 Həmçinin “İnsan üçün, onun sə’y etdiyi şeylərdən başqa bir şey yoxdur.”3
