Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Əqaid üsullarının tə’limil.doc
Скачиваний:
6
Добавлен:
01.05.2025
Размер:
1.45 Mб
Скачать

Suallar

1.Cəbrə meyletmə və onun yayılmasının səbəbini şərh edin.

2.Bu meylin pis tə’sirlərini bəyan edin.

3.İnsanın azad iradə və ixtiyarını izah edin.

4.Batini meyllərin tə’siri və onları təhrik edən amillər insanın ixtiyarı ilə ziddirmi? Niyə?

5.Son dərəcə həyəcanlara və ağır şəraitlərin tə’sirinə mə’ruz qalan şəxslərlə başqaları arasında fərq nədir?

6.İrsiyyətin, ətraf mühitin və ictimai şəraitin tə’sirləri cəbri gərəkli edirmi? Niyə?

7.Allahın əzəli elmi insanın ixtiyarını əlindən alırmı? Nəyə görə?

On doqquzuncu dərs

DİN NƏDİR?

Qəza qədərin məfhumu

Elmi qəza qədər eyni qəza qədər

Qəza qədərin insanın ixtiyarı ilə olan əlaqəsi

Çoxlu səbəblərin sir növləri

Qəza qədərə etiqadın əsərləri

Qəza və qədərin məfhumu

Qədər kəlməsi ölçü və əndazə, təqdir isə ölçmək, ölçü tutmaq və hər hansı bir şeyi müəyyən əndazədə düzəltmək deməkdir. Qəza işi birdəfəlik qurtarmaq, sona çatdırmaq, yekun mühakimə yürütmək mə’nalarında istifadə olunur (bu da bir növ e’tibari və şərti sona çatdırmaqdır). Bə’zən bu iki kəlmə sinonim kimi “tale” mə’nasına işlədilir.

İlahi təqdir dedikdə məqsəd budur ki, Mütəal Allah hər bir varlıq üçün kəmiyyət, keyfiyyət, zaman və məkan baxımından xüsusi əndazə qərar vermişdir ki, bu da tədrici amil və səbəblərin tə’siri altında gerçəkləşir. İlahi qəza dedikdə məqsəd budur ki, hər hansı bir hadisə və varlığın müqəddimati işləri, səbəb və şəraitləri mövcud olduqda onu son və labüd olan mərhələyə çatdırır.

Bu izaha əsasən təqdir mərhələsi qəza mərhələsindən qabaq olub, tədrici mərtəbələrə malikdir, yaxın, orta və uzaq müqəddimələrə də şamildir. O bə’zi səbəb və şəraitlərə uyğun dəyişilir. Məsələn, rüşeymin nütfədən ələqə və müzğə mərhələlərini keçib kamil bir insan formasına düşdüyü tədrici yol onun təqdirinin müxtəlif mərhələləridir ki, zaman və məkan parametrlərinə də şamildir. Onun hər hansı mərhələlərin birində düşməsi onun təqdirindəki dəyişiklik hesab olunur. Lakin qəza mərhələsi tədrici deyil, birbaşa olub bütün səbəb və şərtlərin yaranması ilə əlaqədardır və bu, labüd, dəyişikliyə qabil olmayan bir işdir.

Allah bir şeyi hökm edəndə onaol!” deyir, o da dərhal vücuda gəlir.”1

Qeyd olunduğu kimi, qəza və qədər sinonim şəklində də işlənir, buna görə də labüd və qeyri-labüd olaraq iki yerə bölünür. Bu mə’nada ki, rəvayətlərdə və dualarda “qəzanın dəyişdirilməsi” adı ilə qeyd olunur. Məsələn, sədəqə vermək, valideynə ehsan və yaxşılıq etmək, qohum-əqrəba ilə əlaqələri bərqərar etmək, dua oxumaq qəzanın dəyişdirilməsi amilləri kimi təqdim olunmuşdur.

Elmi qəza və qədər və eyni qəza və qədər

Bə’zən ilahi təqdir və qəza Allah-taalanın hər hansı varlığın vücuda gəlməsi üçün lazım olan şəraitlər, səbəblər və müqəddimələrin yaranmasına, eləcə də, onların mütləq baş verməsinə olan elmi mə’nasında işlənir, buna elmi qəza qədər deyilir. Bə’zən isə hadisə və varlıqların tədrici seyrinin, onların əyani olaraq gerçəkləşməsinin Mütəal Allaha mənsub edilməsi mə’nasında işlənir və buna da eyni qəza qədər deyilir.

Qur’an ayələri və rəvayətlərdən mə’lum olur ki, Allahın bütün varlıqlara olan elmi xaricdə əyani olaraq gerçəkləşdiyi kimi, şərif və yüksək məqamlı varlıq olan Lövhi-məfhuzda da in’ikas olunur; hər kəs Allahın izni ilə lövhi-məfhuzla əlaqə tapa bilsə keçmişdəki və gələcək hadisələrdən agah olar. Ondan aşağı mərtəbədə olan lövhlər vardır ki, hadisələr natamam və müəyyən şərtlərlə in’ikas olunur. Ondan mə’lumat əldə edə bilən şəxslər dəyişikliyə mə’ruz qala bilən, müəyyən şərtləri olan məhdud mə’lumatlar qazanılar. Bəlkə də aşağıdakı ayə bu iki növ taledən söhbət açır:

Allah istədiyini məhv edir, istədiyini sabit, bərqərar edir Ümmül-kitab Onun yanındadır.”1

Qeyri-labüd olan, başqa şeylərlə şərtlənən təqdirlərin dəyişilməsi rəvayətlərdə bəda adlandırılmışdır.

Hər bir halda elmi qəza və qədərə e’tiqad bəsləmək Allahın əzəli elminə e’tiqaddan başqa heç bir problem yaratmır. Əvvəlki dərsdə cəbrə inananların Allahın elmi ilə əlaqədar yaratdıqları şübhələr araşdırılaraq onların süstlüyü və əsassızlığı aydınlaşdırıldı.

Amma eyni qəza və qədərə, xüsusilə labüd taleyə e’tiqad bəsləmək daha çətin bir məsələ yaradır. Tövhidin müstəqil tə’sirqoyma barədə olan bəhsdə onun cavabı qısa şəkildə mə’lum olmasına baxmayaraq, bu məsələnin cavabları verilməlidir.