Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Əqaid üsullarının tə’limil.doc
Скачиваний:
6
Добавлен:
01.05.2025
Размер:
1.45 Mб
Скачать

4. Əf’ali tövhid (fe’llərdə tövhid)

Filosofların və mütəkəllimlərin istilahında əf’ali tövhid adlanan dördüncü istilahın mə’nası bundan ibarətdir ki, Mütəal Allahın Öz işlərini yerinə yetirməkdə heç kəsə və heç nəyə ehtiyacı yoxdur, heç bir varlıq Ona heç bir kömək edə bilməz.

Bu mətləb varlıq bağışlayan illətin özünün bütün mə’lullarına qarşı qəyyumiyyətindən ibarət olan xüsusiyyətlərinə diqqət yetirməklə sübuta yetir. Çünki belə bir illətin mə’lulu bütün vücudu ilə illət vasitəsi ilə qaimdir, fəlsəfə istilahında isə ona “eyni-rəbt və təəllüq” deyilir, onun özündən heç bir istiqlaliyyəti yoxdur.

Başqa sözlə desək, hər kəsin nəyi varsa, Allahdandır, Onun təkvini və həqiqi qüdrəti, səltənəti və malikiyyəti dairəsindədir, başqalarının qüdrət və malikiyyəti ilahi qüdrətdən sonrakı mərhələdədir və onun təfərrüatındandır, nəinki onunla ziddiyyətdədir. Buna qulun malikiyyətini misal gətirmək olar. Onun kəsb etdiyi mal-dövlət öz ağasının mal-dövləti vasitəsi ilədir. (Yəni, sərmayə də, qazanc da, hətta özü də ağasına məxsusdur.) Bu halda Mütəal Allahın kiminsə köməyinə ehtiyac duyması necə mümkün ola bilər? Halbuki bütün varlıqlar və onların vücud işləri Allahın hesabınadır və Onunla qaimdir.

MÜSTƏQİL TƏ’SİR

Tövhidin beşinci istilahı tə’sirdə müstəqil olmağı inkar etməkdir,1 yə’ni Allahın məxluqları öz işlərində də Mütəal Allahdan ehtiyacsız deyillər. Onların bir-birinə tə’sir göstərmələri də Mütəal Allahın izni və onlara verdiyi qüvvə sayəsindədir. Həqiqətdə hər yerdə və hər şeydə müstəqil şəkildə və başqasına ehtiyacı olmadan tə’sir qoyan varlıq məhz Allahın müqəddəs zatıdır. Başqalarının failiyyəti və tə’siri də Onun failiyyəti və tə’siri sayəsindədir.

Məhz buna görə də Qur’ani-kərim təbii və qeyri-təbii faillərin (mələk, cin və insan) əsər və tə’sirlərini Mütəal Allaha mənsub edir. Misal üçün yağışın yağması, bitkinin cücərməsi, ağacın meyvə verməsi də Ona aid edilir. Qur’an camaatı digər faillərə istinad verərkən Allaha istinad verməni də dərk edərək, qəbul etməsinə və həmişə bu məsələyə diqqətli olmalarına israr edir.

Mətləbi daha yaxşı başa düşmək üçün şərti işlərdən misal gətiririk: Əgər idarənin rəisi öz işçilərinə müəyyən bir işi görməyi əmr etsə, həmin işin işçinin əli ilə yerinə yetirilməsinə baxmayaraq eyni halda rəisə və başçıya istinad verilir, hətta əql sahibləri də işin fərman verən şəxsə istinad edilməsini daha məqsədəuyğun hesab edirlər.

Təkvini failiyyətin də müxtəlif mərtəbələri vardır. Hər bir failin vücudu Allahın iradəsinə əsaslandığından və müəyyən cəhətdən hər hansı bir şeyi təsəvvür edən şəxsin zehni təsəvvürlərinə oxşadığından “və lillahil-məsəlul-ə’la – yüksək məsəllər Allaha məxsusdur” - deyə buyurulur. Buna görə də hər bir faildə və tə’sir edəndə yaranan vücud əsərlərinin hamısı daha yüksək mərtəbədə təkvini ilahi olan iradə və izn ilə şərtləndirilir və Mütəal Allaha istinad verilir “la hovlə və la qüvvətə illa billahil-əliyyil-əzim”. (Allahın qüdrət və qüvvətindən başqa qüdrət və qüvvət yoxdur.)

İKİ MÜHÜM NƏTİCƏ

Fe’llərdə tövhidin nəticəsi bundan ibarətdir ki, insan Allahdan başqa heç kəsi və heç bir şeyi sitayişə layiq görməsin. Çünki əvvəllər də işarə etdiyimiz kimi bəndənin xaliqi və rəbbi olan kəsdən başqası ibadətə layiq deyildir. Başqa sözlə desək bu məsələ üluhiyyət, xaliqiyyət və rübubiyyəti gərəkli edir.

Digər tərəfdən tövhidin sonuncu mə’nasından belə nəticə alınır ki, insan yalnız Allaha e’timad etməlidir, bütün işlərdə Ona təvəkkül etməli, yalnız Ondan kömək istəməli, yalnız Ona ümidvar olub, yalnız Ondan qorxmalı, hətta adi səbəblər onun ehtiyac və istəklərini tə’min etmək üçün mövcud olmazsa, yenə də ümidini kəsməməlidir, çünki Allah qeyri-adi yollarla da onun ehtiyacını tə’min edə bilər.

Belə bir şəxs Allahın xüsusi vilayəti altında qərar tutur, sonsuz və misilsiz ruhi asayişdən bəhrələnir.

Agah olun ki, Allah dostları üçün heç bir qorxu yoxdur onlar qüssələnməzlər.”1

Bu iki nəticə hər bir müsəlmanın gündə heç olmazsa on dəfə təkrar etdiyi aşağıdakı şərif ayədə yerləşdirilmişdir:

“İyyakə nə’budu və iyyakə nəstəin – Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik.”