Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Əqaid üsullarının tə’limil.doc
Скачиваний:
2
Добавлен:
01.05.2025
Размер:
1.45 Mб
Скачать

Suallar

1.Şirklə qarışıq əqidələrin yaranmasının əsas səbəblərini şərh edin.

2.Şirklə qarışıq əqidənin əsası nədir?

3.Xaliqiyyətlə rübubiyyət arasındakı zərurəti bəyan edin.

4.Niyə hər bir varlıq üçün bir neçə yaradan təsəvvür olunmur?

5.Nəyə görə yaradılanların hər bir dəstəsinin xüsusi bir yaradanın məxluqu olmasını hesab etmək olmaz?

6.Bütün dünyanın vahid bir Allahın yaradanı olmasına e’tiqad bəsləməklə yanaşı dünya üçün müxtəlif idarəedicilər və ərbabların (rəbblərin) fərz olunmasının nə kimi eybi vardır?

7.Mə’budlar çoxluğunun mümkünlüyü kimi yanlış bir fikrin mənşəyi nədir və necə dəf edilir?

8.Allah övliyaları üçün təkvini vilayətə e’tiqad bəsləmək xaliqiyyət və rübubiyyətdəki tövhidlə niyə zidd deyildir?

On yeddinci dərs tövhidin mə’nalari

Müqəddimə

Çoxluğun inkar olunması

Tərkibin inkar olunması

Zata artırılan sifətlərin inkar olunması

Feli tövhid

sirdə müstəqillik

İki mühüm nəticə

Bir şübhənin dəf edilməsi

Müqəddimə

Lüğətdə “yeganə bilmək”, “vahid hesab etmək” mə’nasında olan tövhid kəlməsi fəlsəfə, kəlam, əxlaq və irfan alimləri arasında müxtəlif mə’nalarda işlədilir ki, onların hamısında Mütəal Allahı xüsusi cəhətdə yeganə bilmək nəzərdə tutulur. Bə’zən onlar “tövhidin qismləri”, yaxud “tövhidin mərtəbələri” kimi qeyd edilir. Onların hamısının araşdırılması bu kitabın həcmi ilə uyğun olmadığından onun ən məşhur və münasib istilahlarını araşdırmaqla kifayətlənirik.

1. Çoxluğun inkar edilməsi

Tövhidin ilk məşhur istilahı Allahın vahid olmasına e’tiqad və zatından kənardakı çoxluğu inkar etməkdir. Bu da ikiliyə, yaxud daha artıq mə’buda inanmağın və aşkar şirkin qarşısında dayanır ki, hər birinin digərindən ayrılıqda və müstəqil şəkildə vücuda malik olsun.

2. Tərkibin inkar olunmasi

Tövhidin ikinci istilahı Allahın zatı daxilində əhədiyyətə və bəsitliyə malik olmasına, zatının hissələrdən tərkib tapmadığına tam yəqinliklə e’tiqad bəsləməkdir.

Bu mə’na əksər hallarda səlbi sifət formasında (tərkibin inkar olunması) bəyan edilir. (Bu, yeddinci dərsdə qeyd olundu.) Çünki bizim zehnimiz bəsitlik məfhumuna nisbətən tərkib məfhumu və bunun qarşısında onun inkar olunması ilə daha çox tanışdır.

3. Zata artirilan sifətlərin inkar edilməsi

Tövhidin üçüncü mə’nası zati sifətlərin Allahın zatının özü ilə yeganə olmasına (eyniyyət təşkil etməsinə) inanmaq və zata artırılan sifətləri inkar etməkdir ki, bu da “sifati tövhid” olub rəvayətlərdə “nəfyi-sifat” adı ilə qeyd olunur. Bu da əş’ərilər kimi Allahın sifətlərinin zatına artırıldığını güman edən və “qədim səkkizlik”ə (“qüdəmai səmaniyə”) inananların müqabilində dayanır.

Sifati tövhid belə isbat olunur ki, əgər Allahın sifətlərinin hər birinin ayrılıqda nümunələri və müqabili olsaydı bir neçə haldan xaric olmazdı:

1.Onların nümunələri ilahi zatın daxilində fərz olunur. Bu da Allahın zatının hissələrdən təşkil olunmasını gərəkli edir və əvvəldə isbat edildi ki, belə bir şey qeyri-mümkündür.

2.Onların nümunələri zatdan xaricdə, yaxud da mümkünül-vücud və Allahın yaratdığı təsəvvür olunur. Amma onların Vacibül-vücud olması fərzi zatın çoxluq mə’nasında olduqda aşkar şirkdir və heç bir müsəlmanın ona inandığı güman olunmur. Sifətlərin mümkünül-vücud olması fərziyyəsi bunu tələb edir ki, fərzimizə görə, bu sifətlərə malik olmayan ilahi zat onları yaratsın və sonradan onlarla vəsf edilsin. Məsələn, zatən həyata malik olmayan bir şey həyat adlı bir varlığı yaratsın və onun vasitəsilə həyata malik olsun. Eləcə də elm, qüdrət və s. kimi sifətlərdə də bunu demək olar. Halbuki varlıq bağışlayan illətin məxluqunun kamallarından məhrum olması zatən qeyri-mümkündür. Bundan da pisi odur ki, öz yaratdıqlarının sayəsində həyat, elm və qüdrətə malik olsun və sair kamal sifətləri ilə vəsf edilsin!

Bu fərzlərin batil olması ilə aydın olur ki, ilahi sifətlərin bir-birindən və Allahın zatından ayrı nümunələri yoxdur, onların hamısı elə bir məfhumlardır ki, əql bunu Allahın müqəddəs zatından ibarət olan bəsit vahidin nümunəsindən bilir.