Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Əqaid üsullarının tə’limil.doc
Скачиваний:
6
Добавлен:
01.05.2025
Размер:
1.45 Mб
Скачать

Materialist dünyagörüşü nəzəriyyəsi və onun tənqidi

Materialist dünyagörüşün prinsipləri

Birinci prinsipin araşdırılması

İkinci prinsipin araşdırılması

Üçüncü prinsipin araşdırılması

Dördüncü prinsipin araşdırılması

Maddi dünyagörüşün prinsipləri

Materialist dünyagörüşü üçün aşağıdakı prinsipləri qeyd etmək olar:

Birincisi: Varlıq maddə ilə, yaxud maddi şeylərlə bərabərdir1 və yalnız o şeyləri mövcud (var) hesab etmək olar ki, ya maddə olub həcmə və en, uzunluq və hündürlüyə malik olsun, ya da maddənin xassələrindən sayılsın və maddəyə tabe olaraq kəmiyyətə malik olub bölünə bilsin. Bu prinsipin əsasında Allahın varlığı, qeyri-maddi və təbiətin fövqündə olan bir varlıq ünvanı ilə, inkar olunur.

İkincisi: Materiya əzəli, əbədidir, bir kəs tərəfindən yaradılmayıb, heç bir səbəbə ehtiyacı yoxdur və bizim fəlsəfi terminlə desək, materiya “vacibül-vücud”dur.

Üçüncüsü: Materiya aləm üçün heç bir hədəf və əsli (əsasi) səbəb olduğuna inanmaq (qəbul etmək) olmaz, çünki onun şüurlu və iradəli faili yoxdur ki, hansısa hədəfi ona nisbət verə bilək.

Dördüncüsü: Kainatın fenomenləri (nəinki maddənin əsli) maddənin zərrələrinin nəql olunması və onların bir-birinə tə’sir qoyması nəticəsində əmələ gəlir, buna görə də əvvəlki fenomenləri sonrakı fenomenlər üçün bir növ şərt və e’dadi səbəb (vasitə rolunu oynayan səbəb) hesab etmək olar, ən çoxu da maddiyyat arasında təbii failiyyət kimi qəbul etmək olar. Məsələn, ağacı meyvə üçün təbii fail hesab etmək olar, yaxud fiziki və kimyəvi fenomenləri onların amillərinə nisbət vermək olar, lakin heç bir fenomen ilahi və varlıq bağışlayan failə ehtiyaclı deyildir.

Bu qeyd olunanlara beşinci bir müddəanı da əlavə etmək olar. Bu da mə’rifətşünaslıqla əlaqədardır və bir baxımdan sair prinsiplərdən ilkindir. O da bundan ibarətdir ki, yalnız o mə’rifətin e’tibarı vardır ki, təcrübi hisslərdən qaynaqlanmış olsun. Hissi təcrübələr də yalnız materiyanı və maddi varlıqları isbat etdiyindən, bundan başqa heç bir şeyin varlığı qəbul olunmur.

Amma bu prinsipin düzgün olmaması keçən dərsdən aşkar oldu2. Onun yenidən araşdırılıb tənqid edilməsinə ehtiyac yoxdur. Buna görə də qalan prinsipləri araşdırırıq.

Birinci prinsipin araşdirilmasi

Materialist təfəkküründə ən əsas bir prinsip sayılan bu pirinsip dəlilsiz iddiadan başqa bir şey deyildir. Onun vasitəsi ilə təbiətin fövqündə olan varlıqların inkar olunmasına heç bir dəlil gətirmək olmaz, xüsusilə də hiss və təcrübənin ilkin olması əsasında qurulan materialist mə’rifətşünaslığı əsasında. Çünki, aydındır ki, heç bir hissi təcrübə özünün maddə və maddi şeylərdən ibarət olan hüdudlarından kənarda bir şeyi isbat və ya inkar edə bilməz. Hissin əsl qərar verilməsi əsasında, uzağı, bunu izhar etmək olar ki, onun əsasında təbiətin fövqündə olan şeyləri isbat etmək olmaz. Belə isə, ən azı, onun (yə’ni təbiətin fövqündə olan şeylərin) varlığına ehtimal vermək olar. Əvvəllər də qeyd etdik ki, insan, maddə və onun xüsusiyyətlərinə malik olmayan şeylərin çoxunu, o cümlədən, öz ruhunu özünün hüzuri elmi ilə dərk edir. Mücərrəd varlıqların mövcudluğuna dair çoxlu əqli dəlillər də gətirilmişdir ki, bu da fəlsəfə kitablarında qeyd olunmuşdur.1 Mücərrəd ruhun varlığına dair ən yaxşı dəlil düzgün yuxular, murtazların (yoqların) bir çox işləri, eləcə də peyğəbərlərin (ə) və ilahi övliyaların (ə) mö’cüzə və kəramətlərini göstərmək olar.2 Ümumiyyətlə, Mütəal Allahın varlığına və Onun cismani olmamasına dair gətirilən dəlil və bürhanlar bu prinsipin batil edilməsinə kifayətdir.3